Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(103)-4876/2025 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 katibliyi, iddiaçının nümayəndəsi nümayəndə2, cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə dair iddiası üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləcəri - Xırdalan mənzilinin 3-cü km pk 2- də baş yolun kənarında dəmir yolunun təhkim zonasının 14 metrliyində inşa edilmiş qanunsuz tikilinin cavabdeh Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) balansında olan Biləcəri - Xırdalan mənzilinin 3-cü km pk 2-də baş yolun kənarında Cavabdeh tərəfindən dəmir yolunun mühafizə zonasında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 21 metr təşkil etdiyi halda Cavabdeh tərəfindən 14 metr məsafədə tikinti işləri aparılmışdır. Bununla bağlı, ADY-nin aidiyyəti işçilərinin iştirakı ilə ##.##.2023-cü il tarixdə akt tərtib olunmuş və qanunsuz tikilinin sökülməsi üçün cavabdeh Cavabdeh xəbərdarlıq edilmiş, ona dəmir yolunun mühafizə zonasında tikinti işlərinin aparılmasının qanunvericiliklə qadağan olunması izah edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikili sökülməmişdir. Bu səbəbdən ADY hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## ###### tarixli ** nömrəli qərarının icrası ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Binəqədi rayon şöbəsi tərəfindən təsdiq olunmuş sxematik planda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il # ###### tarixli *** nömrəli Fərmanında verilmiş tapşırığın icrası çərçivəsində “xxxx” ASC-nin hazırladığı aktual qrafik təsvirdə sözügedən ərazi üzrə dəmir yolu xəttinin mühafizə zonasının ölçülərinin 21 metr təşkil etdiyi qeyd olunmuşdur.
3. Cavabdehin nümayəndəsi və vəkili iddiaya qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarının 21-ci maddəsinə əsasan təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmır yol təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Cavabdeh tərəfindən inşa edilmiş tikili mühafizə zonasının ərazisinə düşmür. İddia ərizəsində tikilinin mühafizə zonasında inşa edilməsinin göstərilməsi həqiqətə uyğun deyil. Cavabdeh tərəfdən aparılmış ölçmə işləri nəticəsində müəyyən olunub ki, tikili dəmir yolu xəttindən 26 metr aralıda yerləşir. Digər tərəfdən təhkim zolağının iddiaçıya təhvil verilməsinə dair sübut iddia ərizəsinə əlavə edilməyib. Eyni zamanda ölçmə işlərinin konkret olaraq haradan başlanması göstərilməyib. Əraziyə baxış keçirilərkən müəyyən olunur ki, cavabdehin inşa etdiyi tikili dəmir yolu xəttinə müqayisədə həmin ərazidə yerləşən tikililərdən geridə yerləşir. Nəzərə almaq lazımdır ki, mühafizə zolaqları bir qayda olaraq dəmir yolunun sağ və sol xətlərindən başlayaraq hesablanır. İddia ərizəsinə əlavə edilmiş sxematik plandan görünür ki, ölçmə işləri dəmir yolunun xəttindən deyil, torpağ yatağının ətəyindən aparılmışdır. İddiaçı istinad etdiyi halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir.
4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayrıma normaları”nın 3.5-ci bəndin tələblərinə əsasən Cavabdeh məxsus fərdi yaşayış evinin hasarından 22,0 m, yaşayış evindən isə 27,0 m ara məsafəsində dəmir yolunun xəttinin yerləşdiyini nəzərə alaraq həmin tikilinin “xxxx” QSC-nin balansında olan Cavabdeh tərəfindən “xxxx” QSC-nin balansında olan Biləcəri-Xırdalan mənzillərin 3-cü km pk 2-də daş yolun kənarında inşa olunan fərdi yaşayış evinin dəmir yolu xəttinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Cavabdeh tərəfindən “xxxx” QSC-nin balansında olan Biləcəri- Xırdalan mənzillərin 3-cü km pk 2-də daş yolun kənarında inşa edilmiş fərdi yaşayış evinin hasarından 22,0 m, fərdi yaşayış evindən 27,0 m ara məsafəsində dəmir yolu xəttinin keçdiyi müəyyən edilir.
6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
7. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində araşdırma zamanı ekspertiza tədqiqatı aparılan zaman ekspert tərəfindən qanunsuz tikilinin yerinin ölçüləri müəyyən edilərkən həmin ölçülərin hansı nöqtədən və dəmir yolunun hansı xəttindən götürülməsi ekspert rəyində göstərilməmişdir. Hesab edir ki, dəmir yolu zolağının başlanğıc nöqtəsi düzgün müəyyən edilməmişdir və bu da ölçmələrin dəqiqliyinə təsir göstərmişdir. Bu isə bilavasitə ekspertiza tədqiqatına və sonradan ekspertiza rəyinin nəticəsinə təsir göstərib. Tədqiqat plan sənədlərinə əsaslanmadan, sadəcə yerində aparılmış ölçmələrlə nəticələnmişdir. Bundan əlavə, ekspert rəyində ciddi texniki və metodoloji uyğunsuzluqlar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin tələblərinə əsasən ekspert rəyi əsaslandırılmış, elmi - texniki cəhətdən dəqiq və obyektiv olmalıdır. Lakin təqdim olunmuş rəy bu meyarlara cavab vermir. Xüsusilə vurğulamaq istəyir ki, ekspert mühafizə zolağının ölçülərini müəyyən edərkən, dəmir yolu xəttinin hansı elementindən (relsin kənarından, yanlama nöqtəsindən və s.) ölçmə apardığını göstərməmişdir. Yəni, ölçmələr mövcud sxematik plan və digər texniki sənədlər əsasında deyil, subyektiv, gözəyarı yanaşma ilə aparılmışdır. Belə qaydada ekspertiza tədqiqatının aparılması ekspertiza nəticələrinin obyektiv və etibarlı olması ilə bağlı ciddi şübhələr doğurur. Buna baxmayaraq, məhkəmə tərəfindən bu qeyri-dəqiq və şübhə doğuran ekspert rəyi mötəbər sübut kimi qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki, ##.##.2025-ci il tarixli ekspert rəyində qeyd edilmiş, 22,0 metr ara məsafəsi dəmir yolunun xətti hissəsindən fərdi yaşayış evinin hasarınadək, 27,0 metr ara məsafəsi fərdi yaşayış evindən dəmiryolunun xətti hissəsinədək hesablanmışdır. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş sxematik plan 6-cı B/post- Qaradağ mənzili 8km pk 7-də yerləşən ərazi üzrə tərtib olunduğunu və faktiki olaraq tədqiq olunan «xxxx» QSC-nin balansında olan Biləcəri- Xırdalan mənzillərin 3-cü kmpk 2-də daş yolun kənarı ünvanı üzrə sxematik plan tərtib olunmadığından sxematik planda qeyd olunan 21 metrlik mühafizə zonasının başlanğıcının dəmir yolunun hansı hissəsindən başlandığını müəyyən etmək mümkün olmamışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə yenidən iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, **/*** nömrəli məlumatına əsasən iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, cavabdeh Cavabdeh tərəfindən “xxxx" QSC-nin balansında olan Biləcəri- Xırdalan mənzilinin 3-cü km pk 2-də baş yolun kənarında inşa edilmiş fərdi yaşayış evi və hasar dəmir yolu xəttinin torpaq yatağının ətəyinin və eləcə də yaşayış evinə və hasara olan məsafə ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində ətraflı göstərilmişdir. Qeyd olunur ki, mülki iş materiallarına tədqiq olunan əraziyə dair sxematik plan əlavə olunmadığından qərarddada qoyulmuş suallar üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Eyni zamanda qeyd olunur ki, həmin ərazidə dəmir yolu xəttinin torpaq yatağının eninin müəyyən olunması xüsusi bilik tələb etmir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 259.0.12. Ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Maddə 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
18. İşdən görünür ki, iddiaçının cavabdehə qarşı tələbi Biləcəri - Xırdalan mənzilinin 3-cü km pk 2-də baş yolun kənarında dəmir yolunun təhkim zonasının 14 metrliyində inşa edilmiş qanunsuz tikilinin sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması ilə bağlıdır.
19. Apellyasiya araşdırılması zamanı tərəflərin izahatı, ekspert rəyi və ekspertin məhkəmə iclasında bildirdiklərinə əsasən müəyyən edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdə əks olunan yarımçıq tikili cavabdehə məxsus deyil.
20. İddia ərizəsinə əlavə edilmiş sxematik plan isə B/post-Qaradağ mənzili 8km pk7-də yerləşən qanunsuz tikili ilə bağlıdır, halbuki iddiaçı cavabdeh tərəfindən Biləcəri - Xırdalan mənzilinin 3-cü km pk 2-də inşa edilmiş tikiliyə istinad edir.
21. Göründüyü kimi, iddiaçı iddia ərizəsini məhkəməyə təqdim edərkən iddia tələbi ilə bağlılığı olmayan sənədlərə istinad etmiş, birinci instansiya məhkəməsi isə bunu nəzərdən qaçıraraq işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı “xxxx” QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin və iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş tikinti-texniki ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat məbləğində vəsait cavabdeh “xxxx” QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova