Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-488/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "X1 "xxxx" ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 Xidməti, "Dövlət Sosial Müdafiə Fondu" X14 və Dövlət Vergi Xidməti işə cəlb edilməklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “sosial sığorta haqqının ödənilməsi tələbi, iddia müddətinin tətbiqi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Sosial Sığorta Və X15 Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "X1 "xxxx" ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 Xidməti, "Dövlət Sosial Müdafiə Fondu" X14 və Dövlət Vergi Xidməti işə cəlb edilməklə) qarşı “əmək haqqının, gecikməyə görə faizin, sosial sığorta haqqının və məzuniyyət pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1619/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı əmək kitabçasının surətinə və sosial arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" ASC-də (indiki "xxxx" ASC), xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək “X10” MMC-də, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" ASC-də (indiki "xxxx" ASC), xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək X2 "xxxx" ASC- də, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “X4” MMC-də, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X2 "xxxx" ASCdə işləmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1162/2021 saylı qərarından müəyyən olunur ki, X8 Xidməti Bakı şəhər İdarəsinin 21 aprel 2021- ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Avro- X7 "xxxx" ASC-də İddiaçı əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində qanun pozuntusuna yol verildiyinə görə Cəmiyyətin vəzifəli şəxsi Nümayəndə1 Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.4-cü madəsi ilə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan H.Həmzəyev tərəfindən verilmiş şikayət təmin edilməmişdir.
3. "xxxx" ASC-nin Bakı Apelyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 353/23 saylı məktubundan və həmin məktuba əlavə ödəniş tapşırığının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İddiaçı cavabdeh X2 "xxxx" ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə xx.xx.2022-ci il tarixli 2(103)-5835/2022 nömrəli qətnaməsinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə İddiaçı 2020-ci ilin avqust, sentyabr, oktyabr və dekabr ayları üçün cəmi 1435,01 manat məbləğində əmək haqqı hesablanmış və ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "X1 "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 "xxxx" ASC tərəfindən 2020-ci ilin iyun və noyabr aylarına olan əmək haqlarının ödənilməsi, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə hər gecikdirilmiş gün üçün əmək haqqının on faiz məbləğində ödəncin verilməsi, X2 "xxxx" ASC-dən 2009-2020-ci illərin dövlət sosial sığorta haqlarının tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi, 2020-ci il üçün məzuniyyət pulunun alınması, mediasiya üçün ödənilmiş 50 manat rüsumun alınması, qeyd etdikləri bütün əmək haqlarının əmək müqaviləsində göstərilən, yəni 599 manat məbləğində deyil, bank çıxarışlarında göstərilən kimi 1000 manat məbləğində hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "Azərkörpü” ASC-nin xx.xx.2009-cu il tarixli əmri ilə qazma maşınlarının elektriki vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2010-cu il tarixində qazma işləri sahəsinin adı dəyişdirilərək "X10” MMC adı ilə yeni müəssisə yaradıldığından iddiaçının həmin vəzifəyə yenidən əmri verilmişdir. xx.xx.2013-cü il tarixdən isə işlədiyi təşkilat X2 "EVRASCON” Açıq Səhmdar Cəmiyyəti adlanır. Cəmiyyətdə işlədiyi müddətdə əmək müqaviləsində əmək haqqının 599 manat göstərilməsinə baxmayaraq, 1000 manat əmək haqqı almışdır. Beləliklə, iddiaçı cəmiyyətdə elektromexanik vəzifəsində işinin davam etdirilməsi üçün məcbur olub təklif edilən müqavilələri imzalamalı olmuşdur. Bunun da nəticəsi olaraq, xx.xx.2020-ci il tarixdə, guya, iddiaçının öz xahişi ilə işdən azad edilməyinə dair yeni əmr yazılıb elə həmin günə başqa əmrlə işə qəbul edilərək xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin "b” bəndinə əsasən işdən çıxarılmasını rəsmiləşdirmişdirlər. Beləlikə, iddiaçı 2009-cu ildən işləsə də, 2020-ci ildə tamamilə qanunsuz sənədləşmə aparılaraq müqavilə ilə formal iş üsuluna keçilmişdir. Bununla belə, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında iddiaçıya əmək haqqı verilməmişdir. Dəfələrlə rəhbərliyə müraciət edib kirayədə yaşamağını, oğlunun ön cəbhədə olmasını bildirsə də, məhəl qoyan olmamışdır. Xüsusən, sahə rəisinin mövqeyi sərt olmuşdur. İddiaçıda olan məlumata görə, sahə rəisi ağır cinayət törətmiş, anlaqsız ruhi-xəstə olduğu üçün məsuliyyətdən azad olunmuşdur. Belə bir adamın sahə rəisi işləməsi qanunsuzluqlar üçün zəmin yaratmışdır. İddiaçının iş yeri olduğundan pandemiya ilə əlaqədar hər ay verilən 190 manat yardımı ala bilməmişdir. İddiaçı 2020-ci il dekabr ayının 1-də teleqram almışdır ki, guya bir neçə dəfə onu işə çağırmışdırlar, lakin o işləmək istəməmişdir. Beləliklə, işdən azad edilməyi barədə əmrin ləğv edilməsi və 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarında iddiaçıya ödənilməli olan əmək haqqının verilməsi üçün o, Bakı şəhər Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı birinci dəfə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edəndə əmək haqqı ala bilmədiyi 2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları qeyd olunmuşdur. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsi iddia ərizəsini geri qaytararaq işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verilməsini bildirmişdir. İkinci dəfə iddia ərizəsi tərtib olunarkən əmək haqqı ala bilmədiyi 2020-ci ilin müvafiq ayları qeyd olunarkən, yalnışlıqla 2020-ci ilin iyun və noyabr ayları qeyd edilməmişdir. İddia rədd edilmiş və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 5835/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları üzrə əmək haqlarının iddiaçıya ödənilməsi müəyyən edilmişdir. İddiaçı X2 "EVRASCON” Açıq Səhmdar Cəmiyyətində işlədiyi son 2020-ci ilin məzuniyyət hüququndan istifadə etməmiş, buna baxmayaraq müavinət və digər xərcləri almamışdır. X2 "EVRASCON” Açıq Səhmdar Cəmiyyəti 2009- 2020-ci illərin dövlət sosial sığorta haqlarını ödəməmişdir. İddiaçı 17 dekabr tarixində müqavilə başa çatdıqda işdən çıxarılmışdır. O, 15 dekabr tarixində bunun yalan və əsassız olmasına rəhbərliyə ərizə yazsa da, bu günədək cavab ala bilməmişdir. Nə qədər müraciət etsə də, iddiaçıya əmrin və müqavilənin surətini verməmişdirlər. İddiaçı məcbur olub məsələnin araşdırılması üçün X8 Xidmətinə 15 yanvar 2021-ci il tarixində ərizə yazmışdır. Oradan iddiaçıya Bakı İdarəsinin rəisinin imzası ilə göndərilən 22 aprel 2021-ci il tarixli, **********7 saylı məktubda qeyd edilir ki, ƏM-nin 68-ci maddəsinin "a” bəndinə əsasən işdən çıxarılmışdır və haqq hesab ödənilməsində qanun pozuntusuna yol verdiklərindən vəzifəli şəxslər İXM-nin 192.4-cü bəndi ilə məsuliyyətə cəlb edilmişlər. Haqq-hesabın qanunvericiliyə uyğun hesablanıb ödənilməsinə dair məktub yazılmışdır. Bununla belə hələ ki, nəticə yoxdu.
6. Cavabdeh iddiaya etiraz edərək və iddia müddətinin tətbiqi haqqında ərizə verərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1619/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X5)
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, məhkəmə hesab etmişdir ki, sosial sığorta haqqlarının tutulması işəgötürənin vəzifəsi olduğundan, xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətlərdə isə iddiaçı cavabdeh X2 "EVRASCON” ASC-də işləmədiyindən (həmin müddətlərdə müvafiq olaraq "X10” MMC-də, "X4” MMC-də işlədiyindən), yəni həmin müddət üçün "EVRASCON” ASC cavabdeh olmadığından iddia həmin müddətlər üçün sosial sığorta haqqlarının tələbi hissəsində rədd edilməlidir. Bundan əlavə məhkəmə hesab etmişdir ki, iddia eyni əsasla 2020-ci ilin iyun ayı üçün əmək haqqı, 2020-ci ilin aprel, may, iyun, iyul ayları üçün əmək haqqının on faizi məbləğində ödəncin verilməsi, 2020-ci il üçün yanvar ayından iyul ayı daxil olmaqla olan müddət üçün məzuniyyət pulunun alınması hissəsində rədd edilməlidir. Bundan əlavə yuxarıda qeyd olunduğu kimi iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X2 "EVRASCON” ASC-də işləmiş, xx.xx.2020-ci il tarixdə onun hüquqlarının pozulmasını, yəni ona 2020-ci ilin noyabr ayının əmək haqqısının, işlədiyi müddət üçün məzuniyyət pullarının və müvafiq olaraq sosial sığorta haqqlarının ödənilməməsini bildiyi halda hazırkı mübahisənin (əmək haqqı, əmək haqqının vaxtında verilməməsinə görə ödənc tələbi, məzuniyyət və sosial sığorta haqları tələbi) həlli ilə bağlı mediasiyaya xx.xx.2022-ci il tarixdə müraciət etmiş, mediasiyadan "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixdə arayış almış və məhkəməyə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə qanunla müəyyən edilmiş bir illik iddia müddəti ötürülməklə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin tələblərə iddia müddəti tətbiq edilməklə iddia həmin hissədə də rədd edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü, 172-ci, 175-ci, 296-cı, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə iclasında şahid qismində, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi, "Dövlət Sosial Müdafiə Fondu" X12 nümayəndəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi dindirilməsinə baxmayaraq olların şahid ifadələrini məhkəmə nəzərə almamış və qətnamədə qeyd etməmişdir. Məhkəməyə yetərincə sübutlar təqdim olunmasına baxmayaraq heç biri nəzərə alınmamış və məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə cavabdeh və digər üçüncü şəxslər öz nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 175.1-ci maddəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. 175.2-ci maddəsinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
17. “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu bir sıra qərarlarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).
23. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı).
24. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
25. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarda Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə istinad edərək qeyd etmişdir ki, həmin maddədə göstərilən prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir..
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş "hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisələrinin yarandığı halada şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.
27. Hazırki halda, iş materiallarından göründüyü kimi, iddiaçı iddia tələbi ilə bağlı mediasiyaya xx.xx.2022-ci il tarixdə müraciət etmiş, mediasiyadan "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixdə arayış almış və məhkəməyə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və bununla da pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə qanunla müəyyən edilmiş bir illik iddia müddətini ötürmüşdür. Belə olan halda halda kollegiya hesab edir ki, qeyd edilən hissələrlə bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməməklə məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas la bilməz.
28. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin 2009- 2020-ci illərin dövlət sosial sığorta haqlarının tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi hissəsinin rədd olunmasına dair gəlmiş olduğu nəticə ilə razılaşmır.
29. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasiabtalıq ekspertizasının 05 aprel 2024-cü il tarixli, 9/1318 nömrəli ekspert rəyinə əsasən İddiaçı 2009-cu ilin yanvar ayından 2020-ci ilin dekabr ayı daxil olmaqla X2 "xxxx" ASC-də qazma maşınlarının elektriki, sonra isə elektromexanik vəzifəsində işlədiyi dövrdə hesablanmış əmək haqqı, dövlət sosial sığorta haqlarının hesablanması və ödənişlərində heç bir uyğunsuzluq olmadığı müəyyən edilir.
30. Lakin məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş sosial arayışa əsasən 2016-cı il və 2020-ci ilin aprel, may, sentyabr ayları üçün Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi nəzərdə tutulan sosial sığorta haqları ödənilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin həmçinin bu hissədə iddianın rədd edilməsi ilə bağlı məhz 2010- 2012, o cümlədən xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək iddiaçının X2 "xxxx" ASC-də işləməsi (yəni həmin müddətlərdə müvafiq olaraq "X4” MMC-də işləməsi) bağlı əsasına münasibətdə isə kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 "xxxx" ASC-nin Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi dair ərizəsi rədd edilmişdir Həmin qərardadda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli qətnaməsində hər hansı anlaşılmaz xüsusat yoxdur. Belə ki, "X4” MMC 2018-ci ildə X2 "xxxx" ASC-nin törəmə müəsssisələrindən biri olaraq təsis edilmişdir.
31. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1619/2023 nömrəli qətnaməsi qismən, "xxxx" ASC-dən 2009-2020-ci illərin dövlət sosial sığorta haqlarının tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməklə X2 "xxxx" ASCnin üzərinə İddiaçı münasibətdə 2016-cı il və 2020-ci ilin aprel, may, sentyabr ayları üçün sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi vəzifəsi qoyulmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1619/2023 nömrəli qətnaməsi qismən, "xxxx" ASC-dən 2009-2020-ci illərin dövlət sosial sığorta haqlarının tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsinin təmin edilməməsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. X2 "xxxx" ASC-nin üzərinə İddiaçı münasibətdə 2016-cı il və 2020-ci ilin aprel, may, sentyabr ayları üçün sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi vəzifəsi qoyulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manatın 50 manatı İddiaçı, 50 mamatı X2 "xxxx" ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.