Məhkəmə qərarları › İş №2(103)-4882/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4882/2025

15.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4882/2025 15.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-261/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: xx.xx.2002-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqaviləyə əsasən, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 1 saylı Bakı Ərazi İdarəsinin istifadəsində olan ünvan 5 binanı su ilə təchiz edilmişdir. Hazırda iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 1 saylı Bakı Ərazi İdarəsi ünvana dair 090438 abonent kodu üzrə hesablanmış 43.482,49 manat məbləğində borcun bina balansa götürülməmişdən əvvəl yarandığını, həmçinin iddia müddətinin ötürüldüyünü bildirərək silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin (indiki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8) Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən hesablanmış 43.482,49 manat (qırx üç min dörd yüz səksən iki manat qırx doqquz qəpik) məbləğində borcun silinməsi öhdəliyi "xxxx" ASC (indiki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8) və "xxxx" ASC-nin (indiki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8) Nərimanov Rayon Sukanal İdarəsinə həvalə edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nərimanov Rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 498407 nömrəli xəbərdarlıq məktubuna əsasən xx.xx.2024-cü il tarixinə 1 saylı Bakı Ərazi İdarəsinin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə 43482,49 manat son ödəmə tarixi keçmiş ödənilməmiş borcu yaranmışdır. Həmin borcun 7 iş günü müddətində ödənilməsi tələb olunur. Əks təqdirdə göstərilən xidmət dayandırılacaq, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin 1 saylı Bakı Ərazi İdarəsindən tutulması təmin ediləcəkdir. Bununla əlaqədar olaraq bildirirlər ki, cavabdehin tələb etdiyi borc ünvan 2 ünvanında yerləşən inzibati binanın İdarənin balansına verilməmişdən öncə yaranmışdır. Belə ki, xx.xx.2009-cu il tarixli təhvil-qəbul aktına əsasən inzibati bina idarənin hüquqi varisi olduğu Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin balansına qəbul edilmişdir. Həmin tarixə qədər İdarə qeyd olunan ünvanda yerləşən inzibati binada fəaliyyət göstərməmişdir. Belə ki, idarə tərəfindən istifadə edilməmiş su təchizatı xidmətlərinə görə yaranmış borca görə məsuliyyət daşımır. "xxxx" ASC tərəfindən təqdim edilmiş “Abonent haqqında məlumat cədvəli”ndən görünür ki, cavabdehin tələb etdiyi borc məbləği 2009-cu ilə qədər yaranmış borcdur. xx.xx.2009-cu il tarixli təhvil-qəbul aktı əsasında İdarənin balansına verilmiş binada istifadə edilən əvvəllər yaranmış su təchizatı borcuna görə İdarə məsuliyyət daşıya bilməz. Bu borcun tələb edilməsi isə qanunsuz və əsassızdır. Həmçinin cavabdeh mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətini də ötürmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-261/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 8.4-cü bəndinə əsasən, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Göründüyü kimi, sudan istifadə Qaydalarının tələblərinə əsasən mülkiyyətçi (istifadəçisi) dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək vəzifəsini əvvəlki mülkiyyətçinin üzərinə qoymuşdur. Həmin Qaydalarda əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Lakin hazırki iş üzrə əvvəlki mülkiyyətçi – abonent sudan istifadəyə görə olan borcu ödəməmiş, iddiaçı isə ünvan üzrə borcu (090438 abonent kodu) xx.xx.2015-ci il tarixli üzləşmə aktına əsasən qəbul etmişdir. Məhkəmə iddiaçının mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin ötürülməsi və borcun əvvəlki illərə məxsus olmasına dair dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, hazırki iş üzrə yaranmış borcun və ya zərərin istehlakçıdan tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 aid olduğundan, belə tələblər üzrə iddia müddəti ötürüldüyü halda həmin işdə potensial cavabdeh olan şəxsin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın həmin əsasla rədd edilməsi mümkündür. Yəni, qeyd olunan hal yalnız “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 1 saylı Bakı Ərazi İdarəsinə qarşı borcun ödənilməsi barədə tələb irəli sürdüyü zaman sonuncunun ərizəsinə əsasən mümkün ola bilərdi ki, hazırda da belə bir bir hal mövcud deyil. Belə ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 belə iddia tələbi ilə məhkəməyə müraciət etmədən, həmin borcu iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 1 saylı Bakı Ərazi İdarəsindən məhkəmədənkənar qaydada tələb etdiyinə görə, iddiaçı qeyd olunan borcun silinməsi, yəni borcunun olmadığını təsbit etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçının iddia müddətinin keçməsi əsasına görə borcun silinməsini tələb etmək hüququ yoxdur. Çünki tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz. Məhkəmə onu da qeyd etmişdir ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinə yönəlmişdir. Bu baxımdan, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən, müəyyən halın mövcud olub-olmadığını təsbit etməyi tələb etmək səlahiyyətinə malik şəxslərə çevrilirlər. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının iddia müddətinin ötürülməsi barədə dəlilləri əsassız olduğundan, məhkəmə tərəfindən nəzərə alına bilməz. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunduğu kimi idarə bu hal üzrə cavabdeh olmadığı üçün hazırki iş üzrə cavabdeh tərəfindən borc tələb edilə bilməz. Lakin mütəmadi olaraq Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən idarəyə borcun ödənilməsi barədə xəbərdalıq bildirişləri göndərilir. Bu da İdarənin inzibati binasına verilmiş su təchizatının dayandırılmasına səbəb ola bilər. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2009-cu il tarixli təhvil-qəbul aktına əsasən müvafiq ünvanda yerləşən inzibati bina idarəyə həmin tarixdə təhvil verilmişdir. Cavabdeh tərəfindən hesablanmış borc məbləği isə həmin tarixə qədər hesablanmış borcdur. Bu isə o deməkdir ki, İdarə həmin yaranmış borca görə öhdəlik daşımır. İş üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixində məhkəmənin icraatına daxil olmuşdur. Lakin iş üzrə məhkəmə aktı xx.xx.2025ci il tarixində qəbul edilmişdir. Bu isə lüzumsuz yerə məhkəmə mübahisəsinin uzanmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinin tələbinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydalarının": 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayma uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. 7.20-ci bəndinə əsasən STKM suölçən cihaz quraşdırılmış hər bir istehlakçının adına, müqavilə bağlanıldığı gündən fərdi hesab açır. 7.21-ci bəndinə əsasən, istehlakçı ödəyicinin adı, hüquqi ünvanı, fəaliyyət növü, təsisçisi (təsisçiləri) dəyişdikdə, STKM-i yazılı xəbərdar etməli və zərurət yarandıqda, STKM ilə qarşılıqlı hesablaşmalarda dəyişiklik olan tarixə üzləşmə aktının tərtib edilməsi barədə müraciət etməlidir. 8.3-cü maddəsinə əsasən, istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. 8.4-cü maddəsinə əsasən, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasinin Qanununun: 30.2-ci maddəsinə görə Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ünvan 3 ünvanında 090438 abonent kodu üzrə borc cəmi 43482,49 manat təşkil edir. 17 sentyabr 2009-cu il tarixli təhvil-qəbul aktının surətindən görünür ki, 5 mərtəbəli inzibati bina digər maddi qiymətlilər ilə birlikdə İstehsalat və Xidmət Müəssislərinin İdarəetmə Mərkəzinin (İXMİM) balansından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı şəhər Ərazi İdarəsinin balansına verilmişdir. 20 may 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cəmiyyət tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 1 saylı Bakı Ərazi İdarəsinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi ilə xəbərdarlıq göndərilmiş və yaranmış borcun 7 iş günü ərzində ödəməyi tələb olunmuşdur. "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X8 Nərimanov rayon Sukanal İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış bildirişlə müəyyən olunur ki, ünvan 5 ünvan üzrə xx/xx/2025-ci il tarixə qalıq borc 43482,49 manat təşkil edir. Məhkəmə Kollegiyası qeyd edir ki, sudan istifadə qaydalarının tələblərinə əsasən mülkiyyətçi (istifadəçisi) dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək vəzifəsini əvvəlki mülkiyyətçinin üzərinə qoymuşdur. Həmin qaydalarda əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən ( su təchizatı və kanalizasiya müəssisəsi) borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Lakin hazırki iş üzrə əvvəlki mülkiyyətçi – abonent sudan istifadəyə görə olan borcu ödəməmiş, iddiaçı isə ünvan üzrə borcu (090438 abonent kodu) xx.xx.2015-ci il tarixli üzləşmə aktına əsasən qəbul etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2009-cu il tarixli təhvil-qəbul aktına əsasən müvafiq ünvanda yerləşən inzibati bina idarəyə həmin tarixdə təhvil verilmişdir, cavabdeh tərəfindən hesablanmış borc məbləği həmin tarixə qədər hesablanmış borcdur. Bu isə o deməkdir ki, idarə həmin yaranmış borca görə öhdəlik daşımır. Məhkəmə Kollegiyası iddiaçının dəlilləri ilə razılaşmır və qeyd edir ki, iddiaçı xx.xx.2015-ci il tarixli üzləşmə aktına əsasən ünvan üzrə borcu qəbul etmişdir və bununla da həmin borcu ödəmək öhdəliyi yaranmışdır ki, həmin öhdəlikdən azad edilməsinə dair iş materiallarında hər hansı mötəbər sübut olmamışdır. Digər tərəfdən hazırki iş üzrə yaranmış borcun və ya zərərin istehlakçıdan tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 aid olduğundan, belə tələblər üzrə iddia müddəti ötürüldüyü halda həmin işdə potensial cavabdeh olan şəxsin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın həmin əsasla rədd edilməsi mümkündür. Yəni, qeyd olunan hal yalnız “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 1 saylı Bakı Ərazi İdarəsinə qarşı borcun ödənilməsi barədə tələb irəli sürdüyü zaman sonuncunun ərizəsinə əsasən mümkün ola bilərdi ki, hazırda da belə bir bir hal mövcud deyil. Belə ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 belə iddia tələbi ilə məhkəməyə müraciət etmədən, həmin borcu iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 1 saylı Bakı Ərazi İdarəsindən məhkəmədənkənar qaydada tələb etdiyinə görə, iddiaçı qeyd olunan borcun silinməsi, yəni borcunun olmadığını təsbit etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının iddia müddətinin keçməsi əsasına görə borcun silinməsini tələb etmək hüququ yoxdur. Çünki tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının iddia müddətinin ötürülməsi barədə dəlilləri əsassız olduğundan, məhkəmə tərəfindən nəzərə alına bilməz. Bundan başqa Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mütəmadi olaraq Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən idarəyə borcun ödənilməsi barədə xəbərdalıq bildirişləri göndərilməsi hazırki iddia tələbinin təmin edilməsinə əsas ola bilməz, çünki hər bir halda börcun ödənilməsini tələb etmək kreditorun hüququdur. Apellyasiya şikayətində iddiaçı həmçinin qeyd etmişdir ki, iş üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixində məhkəmənin icraatına daxil olmuşdur. Lakin iş üzrə məhkəmə aktı xx.xx.2025-ci il tarixində qəbul edilmişdir. Bu isə lüzumsuz yerə məhkəmə mübahisəsinin uzanmasına gətirib çıxarmışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, həmin hal qanuni və əsaslı qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-261/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar