Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4889/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin mədən sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3816/2023 saylı 28 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şirkəti Cavabdeh qarşı “cavabdehin mədən sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3816/2023 nömrəli 7 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı Şirkətinin nümayəndəsi X4 tərəfindən 29 mart 2024-cü il tarixdə apellyasiya şikayəti verilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 2(001)- 3816/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və şirkətin iddiasının təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Eyni zamanda “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməmiş hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edilərək, buraxılmış müddətin ötürülməmiş hesab edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2(001)- 3816/2023 saylı qərardadına əsasən İddiaçı Şirkətinin nümayəndəsi X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7 avqust 2023-cü il tarixli 2(001)-3816/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı Şirkəti tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi və prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizənin təmin edilməsi, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının Binəqədi Rayon Məhkəməsinin 2(001)-3816/2023 saylı 7 avqust 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6 may 2024-cü il tarixli 2(001)- 3816/2023 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2(001)-3816/2023 saylı qərardadından İddiaçı şirkəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələbinə uyğun olaraq mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3630/2024 saylı 3 iyun 2024-cü il tarixli qərardadına əsasən İddiaçı şirkəti tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2(001)- 3816/2023 saylı qərardadının ləğv edilməsi və mülki işin, iddiaçı tərəfin apellyasiya şikayəti ilə bağlı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(001)- 3816/2023 saylı qərardadına əsasən İddiaçı Şirkətinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7 avqust 2023-cü il tarixli 2(001)-3816/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmış, iddiaçıya prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardaddan İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X5 tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi və prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizənin təmin edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı (bunda sonra “Şirkət”) Cavabdeh qarşı cavabdehin özbaşına tikilidən çıxarılması, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2(001)-3816/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə Şirkətin iddiası təmin edilməmişdir. Qeyd olunan xx.xx.2023-cü il tarixli qətnamə, məhkəmə tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə şəxsi kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirilsə də, Şirkət bu qətnaməni şəxsi kabinetdən xx.xx.2024-cü il tarixdə rəsmi olaraq əldə etmiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsi (hakim Pərviz Məmmədov) isə 2(001)-3816/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin ərizəni təmin etməmiş və apellyasiya şikayətini geri qaytarmışdır. Həmin qərardaddan Şirkət tərəfindən xx.xx.2024-cü il tarixdə şikayət verilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3816/2023 saylı, xx.xx.2024cü il tarixli qəradadın ləğv edilərək prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizənin təmin edilməsi və İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki filialının Binəqədi Rayon Məhkəməsinin 2(001)3816/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3630/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Şirkət tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3816/2023 saylı qərardadının ləğv edilməsi, mülki işin iddiaçı tərəfin apellyasiya şikayəti ilə bağlı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Daha sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Pərviz Məmmədov) 2(001)-3816/2023 saylı, xx.xx.2024-cü il tarixli qəradadı ilə İddiaçı Şirkətinin Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-3816/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin İddiaçı Şirkətinin nümayəndəsinin məhkəmə iclasında iştirak etməsinə, sözügedən məhkəmənin iddiaçının nümayəndəsinin iştirakı ilə elan edilməsinə və iddiaçının nümayəndəsi X6 qeyd olunan iş üzrə qətnamədən çıxarışı qəbul etməsinə əsaslanaraq apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürüldüyünü hesab etmiş və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Binəqədi Rayon Məhkəməsinin sözügedən qətnaməsi xx.xx.2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq, elektron məhkəmə informasiya sistemi vasitəsilə Şirkətin şəxsi kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, lakin Şirkətin ümumi serverində və internet şəbəkəsində yaranmış uzunmüddətli problemlə əlaqədar, Şirkət tərəfindən mütəmadi olaraq elektron informasiya sistemi vasitəsilə şəxsi kabinetə daxil olmaq və sənədləri nəzarətdə saxlamaq mümkün olmadığından Şirkət həmin qətnamə ilə tanış olmamış və rəsmi əldə edə bilməmişdir. Onlar hesab edirlər ki, İddiaçı Şirkətinin nümayəndəsi X6 iş üzrə qətnamədən çıxarışı qəbul etməsi apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülmüş hesab edilməsi kimi qiymətləndirilə bilməz. Qeyd olunan xx.xx.2023cü il tarixli qətnamə tam və əsaslandırılmış formada məhkəmə tərəfindən “elektron məhkəmə” informasiya sistemi vasitəsilə şəxsi kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirilsə də, Şirkət bu qətnaməni şəxsi kabinetdən xx.xx.2024-cü il tarixdə rəsmi olaraq əldə etmiş və qətnamədən narazı qaldığı üçün şikayət vermək qərarına gəlmişdir. Odur ki, göstərilənlərə əsasən hesab edirlər ki, şikayət verilməsi üçün nəzərədə tutulan prosessual müddət ötürülməmiş hesab edilməklə, Şirkətin xx.xx.2023-cü il tarixli qətnamədən verdiyi apellyasiya şikayəti icraata qəbul edilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3816/2023 saylı, 15 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Belə ki, mülki işin materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Şirkəti sözügedən məhkəmə işindən məlumatlı olmaqla yanaşı, 7 avqust 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmiş, həmin məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7 avqust 2023-cü il tarixli 2(001)-3816/2023 nömrəli qətnaməsi nümayəndəsinin iştirakı ilə elan edilmiş, bu tarixdə qətnamədən çıxarış iddiaçının nümayəndəsi X7 təqdim edilmiş və onun tərəfindən məhkəmə qəbzinə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. 26 avqust 2023-cü il tarixdə isə sözügedən qətnamə məhkəmə tərəfindən iddiaçıya məxsus elektron kabinetə yerləşdirilmiş, buna baxmayaraq, o, həmin qətnaməni mübahisələndirmək üçün apellyasiya şikayəti ilə 29 mart 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə müəyyən edilir ki, apellyasiya şikayəti verilən zaman həmin şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür. Lakin iddiaçı verdiyi apellyasiya şikayətinə müddətin bərpası barədə ərizə əlavə etməmişdir. Bu səbəbdən də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının birinci instansiya məhkəməsinin 7 avqust 2023-cü il tarixli 2(001)-3816/2023 nömrəli qətnaməsindən 29 mart 2024-cü il tarixdə apellyasiya şikayəti verərkən qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti buraxdığı işin mübahisəsiz halıdır və iddiaçı da bu halı görərək prosessual müddətin bərpa edilməsi barədə ərizə vermək əvəzinə, apelyasiya şikayəti ilə yanaşı prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair ərizə vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3630/2024 nömrəli iş üzrə 3 iyun 2024-cü il tarixli qərardadında əks olunan hüquqi mövqeyə baxmayaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7 avqust 2023-cü il tarixli 2(001)-3816/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması, iddiaçıya prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququnun izah olunması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(001)-3816/2023 saylı qərardadını mübahisələndirmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 7 avqust 2023-cü il tarixli 2(001)-3816/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi qənaəti düzgün olmuş, iddiaçı apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürmüşdür. Apellyasiya şikayətini verən iddiaçı tərəfindən prosessual müddətin bərpası barədə ərizə verilmədiyi üçün prosessual müddətin ötürülməsi halının üzrlü səbəbdən baş verib-vermədiyinə məhkəmə haqlı olaraq qiymət verməsini zəruri saymamışdır. Beləliklə yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3816/2023 saylı 28 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-4889/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4889/2024
13.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver