Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4895/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-1764/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Rzayev X1 Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan əsassız olaraq tələb etdiyi 8461,03 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı əsl olmayan cavabdehin əvəz edilməsinə dair ərizə ilə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO “xxxx” ASC ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” ASC ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən 3500 manat kredit götürmüş, kredit ödənişləri olmadığı üçün ASC kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi haqqında məhkəməyə müraciət etmiş, lakin iddia müddəti konkret şəkildə ötürüldüyündən Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(007)2048/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 2(103)-4337/2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. ASC qanunvericiliyin tələblərini pozaraq onun yaranmış kredit borcunu silmir və ondan əsassız olaraq borcu tələb edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1764/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin LPO “xxxx” ASC-yə həvalə edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfdənapellyasiya şikayəti verilərək, onun ləğv edilməsi və iddianın rədd olunması xahiş edilmişdir. Şikayətə görə, qətnamə qanunsuz və əsassızdır, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. İddiaçının kredit müqaviləsi üzrə banka ödənilməmiş borcunun olduğu nəzərə alınmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(007)-2048/2018 saylı qətnaməsinə əsasən iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi haqqında” iddiası iddia müddəti keçməsi ilə əlaqədar rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4337/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-5710/2019 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli ST-19589 saylı Çıxarışının “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO “xxxx” ASC-yə xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən BİN **********5020000 kredit hesabı üzrə kreditin qalıq məbləği üzrə 3143,04 manat, faiz məbləği üzrə 4940,72 manat məbləğində borcu vardır. Göründüyü kimi bankın kredit müqaviləsi üzrə borcun qaytarılmasına dair iddia tələblərinin iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktlarının mövcudluğuna baxmayaraq, bank “xxxx” MMC-yə İddiaçı borcunun olmaması barədə məlumat verməmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi LPO “xxxx” ASC-nin “xxxx” MMC-yə iddiaçının borcunun olmaması barədə məlumatı verməməklə iddiaçının hüquqlarını pozması ilə bağlı nəticəyə gəlməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayəti əsassızdır, məhkəmə tərəfindən iddiaçının banka ödənilməmiş borcunun olmamasının nəzərə alınmadığı qeyd edilmişdir ki, iş materiallarından da görünür ki, həmin borcun ödənilməsi ilə bağlı bankın iddia tələbi iddia müddəti ötürüldüyündən rədd edilmişdir və bununla bağlı qanuni qüvvəyə minmiş qərar mövcuddur. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1764/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4895/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4895/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver