Məhkəmə qərarları › İş №2(103)-4896/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4896/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4896/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 Zeynalabdin oğluna və Cavabdeh1 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Zeynalabdin oğluna və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1117/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 34-cü PŞ-nin rəisinə ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı ərizə ilə polis şöbəsinə müraciət edərək, Xətai rayonu, Babək prospektində yerləşən “Kleopatra” restoranın qarşısında təxminən 2019-cu ilin ortalarında tanıdığı Ağcabədi rayonu Aşağı Ovşar kənd sakini Cavabdeh1 müxtəlif vaxtlarda mal-qara, qoyun-quzu satdığını və bu günədək Vüsalın ona 26410 manat məbləğində borcu olduğunu, bundan başqa həmin restoranın müdiri Zülfüqar adlı şəxsdə ona 6000 manat pul borcu olduğunu bildirmiş, pulunun qaytarılmasına köməklik edilməsini xahiş etmişdir.

2. Cavabdeh1 Xətai RPİ 34-cü PŞ-nə xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Cavabdeh1 ona verilən suallara cavab olaraq bildirmişdir ki “Adını Güloğlan olaraq bildiyim İddiaçı adlı şəxslə şərik olaraq birgə Zülfüqar adlı şəxsin işlədiyi Kleopatra adlı restorana ət verirdik, onun miqdarında həmin restorana fərqli miqdarlarda depozit pul qoymuşdum, həmin restorandan 46000 manat pul alacaqdıq ikimizə bir yerdə. Həmin pulun ona düşən qismini yəni 22000 manat Zülfüqar özü ödəyəcəyini öhdəsinə götürmüşdür. Güloğlana ödəyəciyi 22000 manat Zülfüqarın ödədiyini bilirdim. Həmin şəxsə mənim heç bir borcum yoxdur, mənimlə bağlı verdiyi şikayət ərizəsi böhtan xarakterli yalan məlumatdır”.

3. Cavabdeh2 Xətai RPİ 34-cü PŞ-nə xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Cavabdeh1 ona verilən suallara cavab olaraq bildirmişdir ki “Babək prospektin yerləşən “Kleopatra” adlı restoranı işlədirəm, Vüsal və Güloğlan kimi tanıdığım şəxslər işlətdiyim restorana ət verirdilər. Vüsal fərqli miqdarlarda depozit pul qoymuşdur. Lakin Güloğlan kimi tanıdığım Ramiz adlı şəxsə 5-6 min borcum var. Onlar arasında olan pul borcundan heç bir məlumatım yoxdur özləri öz borclarını bilirlər. Mənim olan 5-6 min arası borcu isə toylar başlayan kimi ödəyəcəyimə söz verirəm”.

4. Xətai RPİ-nin 34-cü P.Ş-nin baş ə/m polis mayoru X3 görünür ki, araşdırılma zamanı həmin adları keçən Cavabdeh1 və Cavabdeh2 tərəfindən PŞnə dəvət olunmuş və izahatları alınmışdır. Cavabdeh2 ona 6000 manat borclu olduğunu və həmin borcu yaxın günlərdə ödəyəcəyini öz üzərinə öhdəlik götürmüşdür, lakin Cavabdeh1 borclu olduğu 26410 AZN pulu olmadığını və ödəməyəcəyini bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı

5. İddiaçı cavabdehlər Cavabdeh2 Zeynalabdin oğluna və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 32.410 manatın, dövlət rüsumu qismində ödənilmiş 188 manatın, vəkil xərcləri üçün ödənilmiş 400 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə Bakı şəhəri, Sabunçu rayonu ərazisində, 2595 nömrəli məhəllədə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilən, 8 nömrəli binanın, blok 1, ümumi sahəsi 67.2 kv.m olan 1 otaqlı, 137 nömrəli mənzilin alınması üçün 222 ay müddətinə 12 faiz dərəcəsi ilə 46.209,23 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı olaraq bank ilə "xxxx" ASC arasında xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Yuxarıda adı çəkilən xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli Kredit müqaviləsinə əsasən xx.xx.2022ci il tarixinə cavabdehin əsas borc üzrə 10.894.69 manat, faiz borcu üzrə 1484.96 manat, cəmi 12.379.65 manat borcu mövcuddur. Eyni zamanda, onlar tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 127,14 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə İbrahimova (Rəsulova) Səfiyyə Telman qızına və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə xx.xx.2022-ci il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.

7. Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı iddia müddətini ötürmüş və bu səbəbdən onun iddia tələbi rədd edilməlidir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 05.2023-cü il tarixli, 2(011)-1117/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 24500 (iyirmi dörd min beş yüz) manat, Cavabdeh2 6000 (altı min) manat alınaraq İddiaçı ödənilməsi, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğin 300 (üç yüz) manatının Cavabdeh1, 100 (yüz) manatının isə Cavabdeh2 aid edilməsi, həmin məbləğlərin onlardan alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, dövlət rüsumu qismində ödənilmiş 145 yüz qırx beş) manatın Cavabdeh1 və 36 (otuz altı) manatın Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X2)

9. Məhkəmə belə qənaətə gəlmişdir ki, pul məbləği barədə Cavabdeh1 tərəfindən imzalanmış qəbzin olması və bunun bilavasitə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsini, əldə edilmiş razılıq əsasında “Kleopatra” restoranına ət satışından əldə olunan vəsaitin Cavabdeh1 tərəfindən alınması hallarını və birgə fəaliyyətlərindən iddiaçının 22000 manat alacağının olması barədə Cavabdeh1 etirafını nəzərə alır. Məhkəmə qeyd edir ki, 24500 manat məbləğində borca dair qəbzin Cavabdeh1 tərəfindən imza edilməklə təsdiq edilməsi və bu qəbzin iddiaçı tərəfindən iş materiallarına əlavə olunması, nisyə ət satışından əldə edilmiş vəsaitin Cavabdeh1 tərəfindən toplanması barədə onun özünün etirafı, cavabdehdə həmin məbləğdən geri qaytarmalar və ya ödənişlərin aparılması, o cümlədən iddiaçı ilə aralarında yaranmış mülki hüquq münasibətləri üzrə qəbzin aidiyyətinə dair sübutetmə vəzifəsi yaradır. Belə olan halda məhkəmə hesab edir ki, qəbzin iddiaçıya aid olmaması və ümumiyyətlə borcunun olmaması barədə cavabdehin dəlilləri məhkəmə tərəfindən nəzərə alına bilməz və bu məzmunda izahat özünümüdafiə xarakteri daşıyır. Bu, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433.3-cü maddəsinin tələblərindən də irəli gəlir. Həmin maddəyə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Lakin iş materiallarına bununla bağlı sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 24500 manat alınaraq iddiaçıya ödənilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2-ci, 374.1-ci, 377.1-ci, 385.1-ci, 433.3-cü, 529.3-cü, 600.1-ci, 600.4-cü maddələrinə, Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 121.1-ci, 124.3-cü, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsini və iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

12. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı borcu yoxdur. Bu barədə polsdə verdiyi izahatında da bildirmişdir. Bundan əlavə iş materiallarında olan müxtəlif rəqəm və tarixlərin yazıldığı qaralama kağızın İddiaçı heç bir aidiyyəti yoxdur. İddiaçı bildirdiyi kimi həmin kağız Cavabdeh1 ona olan borcunu təsdiq edən sənəd olmuş olsa idi, onda iddiaçı polisə ərizə təqdim edərkən həmin kağızda yazılan 24500 manatı tələb edərdi. Lakin iddiaçı polisə ərizə təqdim edərkən cavabdehin ona 26410 manat borcu olduğunu bildirmişdir. Bu hal iş materiallarında olan müxtəlif rəqəm və tarixlərin yazıldığı qaralama kağızın İddiaçı heç bir aidiyyəti olmadığını bir daha təsdiq edir. Bbundan başqa belə bir hald olsaydı belə həmin kağızda sonuncu tarix xx.xx.2019-cu il kimi qeyd edilmişdir. İddia ərizəsi isə məhkəməyə 3 il keçdikdən sonra xx.xx.2022-ci il tarixində təqdim edilmişdir. Yəni həmin kağız borcun olduğunu təsdiq etmiş olsa belə məhkəmə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməli idi. Göründüyü kimi məhkəmə cavabdehin məhkəməyə təqdim etmiş olduğu iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək bildir ki, birinci instansiya məhkəməsi heç bir əsası olmayan qaralama kağızlara, ən əsası isə polisin verdiyi arayışa istinad etmişdir. Hansı ki, polisdə Vusal tərəfindən verilən izahat arayışda səhvən sanki Vusalın borcu varmış lakin pulu olmadığından ödəməyəcək kimi qeyd edilmişdir. Halbuki, izahatın əlyazmasına nəzər salınsa aydın olarki Vüsal iddiaçıya hər hansı bəmləğdə borcunun olmamasını və bunun şər böhtan xarakteri daşımasını bildirmişdir. Belə olan halda hər hansı bir borcun olması sübuta yetməməklə təmsil etdiyi şəxsdən tutulması qanunsuz və əsassızdır. Bu baxımdan məhkəmənin qətnaməsinin Vusal Cəfərova aid hissədə ləğv edilməklə həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

15. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin Cavabdeh1 dair hissədə ləğv olunaraq, həmin hissədə iddianın təmin edilməməsi xahiş olunduğundan qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 dair hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı və Cavabdeh1 eyni kənddən olmaqla tanışdırlar, hər ikisi ət məhsullarının satışı ilə məşğuldur, onlar 2019-cu ildən etibarən ət məhsullarının satışı üzrə müştərək fəaliyyət göstərirlər, bu vaxta qədər İddiaçı “Kleopatra” adlı restorana depozit qoymaqla oranı ət məhsulları ilə təmin etmişlər. İddiaçı Cavabdeh1 ilə birlikdə 4 il ərzində şərik olmaqla bir sıra ictimai iaşə obyektlərinə ət (malqara və s.) məhsulları satmışlar. “Kleopatra” restoranında ət məhsulları bilavasitə Cavabdeh2 özü və ya onun göstərişi əsasında digər əməkdaşlar tərəfindən qəbul olunmuşdur. İddiaçının bildirməsinə görə onunla Cavabdeh1 arasında əldə olunmuş razılıq əsasında satılmış məhsulun pulu Cavabdeh1 tərəfindən alınmışdır. Lakin işdə olan polis orqanlarında Zülfüqarında verdiyi izahatdan görünür ki, restorana ət qəbulu ilə bağlı həm Vüsal həm də Ramiz (Güloğlan kimi tanıdığı) ikisi trəfindən ət verilmişdir. Yəni, Vüsalın əli pul göndərdiyini qeyd etmir. Eyni zamanda özünün də şəxsən əlaqədə olduğu şəxs kimi Ramizə 5000-6000 borcunun olmasını və ödəyəcəyini bildirmişdir. Yəni, qeyd edilən izahatda da restoran işlədn şəxs də izahatında pulların məhz Vüsal tərəfindən alındığını və ya ona verdiyini qeyd etməmişdir.

23. Cavabdeh1 da Xətai RPİ 34-cü PŞ-nə xx.xx.2022-ci il tarixli izahatında qeyd edilir ki, “Adını Güloğlan olaraq bildiyim İddiaçı adlı şəxslə şərik olaraq birgə Zülfüqar adlı şəxsin işlədiyi Kleopatra adlı restorana ət verirdik, onun miqdarında həmin restorana fərqli miqdarlarda depozit pul qoymuşdum, həmin restorandan 46000 manat pul alacaqdıq ikimizə bir yerdə. Pulun Ramizə düşən hissəsini də yəni 22000 manat Zülfüqar özü ödəyəcəyini öhdəsinə götürmüşdür. Güloğlana ödəyəciyi 22000 manat Zülfüqarın ödədiyini bilirdim. Həmin şəxsə mənim heç bir borcum yoxdur, mənimlə bağlı verdiyi şikayət ərizəsi böhtan xarakterli yalan məlumatdır”.

24. Birinci instansiya məhkəməsi isə Cavabdeh1 aid hissədə sonuncunun polis orqanında verdiyi izahatını deyil, Xətai RPİ-nin 34-cü P.Ş-nin baş ə/m polis mayoru Səfər Səfərovun arayışında Cavabdeh1 borclu olduğu 26410 AZN pulu olmadığı və ödəməyəcəyi bildirmişdir kimi qeydini əsas götürmüşdür. Halbuki, yuxarıda qeyd edilə izahatdan da göründüyü kimi Cavabdeh1 polis orqanında verdiyi izahatda isə onun iddiaçıya hər hansı bir borcu olmaması və onunla bağlı verilən şikayət ərizəsi isə böhtan xarakterli yalan məlumat olması qeyd edilmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilənlər Cavabdeh1 tərəfindən iddiaçı qarşısında hər hansı bir öhdəliyinin olması kimi qiymətləndirilə bilməz və ondan iddiada qeyd edilən məbləğin tutulması üçün əsas ola bilməz.

25. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş birinci instansiya məhkəməsi tərəfindən pul məbləği barədə Cavabdeh1 tərəfindən imzalanmış qəbz kimi qəbul edilən bir neçə qaimə və əlyazma kağız mötəbər sübut kimi qiymətləndirilə, o cümlədən sonuncunun iddiaçı qarşısında restorana verilmiş ət məhsullarına görə hər hansı öhdəliyinin yaranması kimi qəbul edilə bilməz. Bu da öz növbəsində bu cavabdehə qarşı irəli sürülmüş iddianın əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 dair hissədə təmin etməkdə haqlı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 05.2023-cü il tarixli, 2(011)- 1117/2023 nömrəli qətnaməsi qismən “Cavabdeh1 24500 (iyirmi dörd min beş yüz) manatın İddiaçı xeyrinə tutulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh1 ödənilməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-385-ci, 392-ci, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1117/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh1 24500 manatın alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 94 manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh1 ödənilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar