Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-49/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (Səbail rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs olan) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-49/2023 Açar sözlər: (şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi),X11 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, Ərizəçi, onun vəkili Vəkil2 Zirəddəin oğlunun, Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X4, onun nümayəndəsi və vəkili Vəkil1, Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X18 ekspert həkim-psixiatrı X3 iştirakları ilə, Bakı şəhəri SəbailRayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(009)-700/2021 saylı qətnaməsindən Ərizəçitərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X10 Ərizəçi qardaşıdır. 2.Ərizəçi qardaşı X4 psixi xəstə olması, özünə və ya ətrafdakılara qarşı təcavüzkar hərəkətlər edə bilməsinə görə, sonuncunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.Ərizəçi (Səbail rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs olan) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X10 xx.xx.1972-ci il təvəllüdlüdür. O, uşaqlıqdan isteriya nevrozundan və epilepsiyadan əziyyət çəkir. Bundan başqa Yalçın 1990-cı il tarixdən uzun gedişli orta dərəcəli, isteriya nevrozu, anamnezində funksional tutmalar və baş travması diaqnozu ilə psixiatrik qeydiyyatdadır. Yalçın uzun müddətdir ki psixi xəstədir. Belə olduğu halda o özünə və ya ətrafdakılara qarşı təcavüzkar hərəkətlər edə bilər. Onun qeyd olunan psixi pozuntuları ərizəçini və ailəsini normal yaşamağa qoymur. Odur ki, iddianın təmin olunması xahiş olunur. 5.Məhkəmə iclasında iştirak etmiş Yalçın Məmmədovun nümayəndəsi və vəkili Vəkil1 ərizə təqdim edərək, məhkəmə iclasının haqqında işinə baxılan şəxsin iştirakı olmadan keçirilməsini və ərizəçinin ərizəsini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, Y.Məmmədov barəsində 2011-ci il tarixdə Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən ekspertiza keçirilmiş və ekspert rəyi ilə Y.Məmmədovun öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olması və onun məcburi müalicəyə ehtiyacı olmaması müəyyən edilmişdir. Bundan başqa AR Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin arayışı ilə müəyyən edilir ki, Y.Məmmədovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün heç bir əsas mövcud deyildir. Ərizəçinin bu ərizə ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi Y.Məmmədovunəsassız olaraq fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə nail olmaq və nəticədə onun əmlaklarını mənimsəməkdir. 6.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 mart 2021-ci il tarixli, 2(009)-700/2021 saylı qətnaməsi ilə(sədrlik edən-İlkin Rüstəmli) ərizənin təmin edilməməsi, Ərizəçi bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün ərizə ilə məhkəməyə müraciət etdiyindən 50 manat məbləğində cərimə edilməsi qət edilmişdir. 7.İş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2011-ci il tarixli 1102 saylı rəyində qeyd edilir ki, X5 X12 Pozuntusu qeyd olunur. Düçüncəsi aydındır. Öz şəxsiyyətinə, zamana və məkana bələdliyi saxlanılıb. Söz ünsiyyətinə sərbəst daxil olur. Mühakimələri kifayət qədər məntiqlidir. Buna görə də X10 anlaqlı hesab olunmalıdır. 8.AR Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin xx.xx.2020-ci il tarixli arayışında qeyd olunur ki, X10 psixiatriya yardımı almaq üçün müraciət etməyib və bu şəxsə psixiatriya dispanser müşahidəsi aparılmayıb. 9.1 saylı şəhər poliklinikasının psixiatriya kabinetinin xx.xx.2020-ci il tarixli arayışında qeyd edilir ki, X10 uzun gedişli orta dərəcəli isteriya nevrozu diaqnozu ilə 1990-cı ildən psixiatrik qeydiyyatdadır. 10.Məhkəmə müəyyən etmişdir ki, X10 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün heç bir əsas mövcud deyildir. 11.Məhkəmə belə qənaətə gəlmişdir ki, iş üzrə toplanmış sübutlar X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı barədə nəticəyə gəlməyə əsas vermir.Ona görə də ərizə təmin edilməməlidir. 12.Bundan başqa işdə olan materialları ərizəçinin ərizəsində qeyd etdikləri ilə yanaşı yoxlayaraq məhkəmə hesab etmişdir ki, ərizəçi bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün ərizə ilə məhkəməyə müraciət etdiyindən qanunvericiliyin tələbinə uyğun olaraq 50 manat məbləğində cərimə edilməlidir. 13.Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1, 28.8, 33.1ci;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3, 317.2,321.2, 320.3, 216-220, 321.1 və 360-cı maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 14.Ərizəçiapellyasiya şikayəti verərək, qətnamənin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini və mülki işə münasibətdə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 2 sənədə əsasən ərizəni təmin etməmişdir. 1. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2011-ci il tarixli 1102 saylı rəyi. 2. AR Səhiyyə Nazirliyi Psixi Sağlamlı Mərkəzi PHŞ-nin xx.xx.2020-ci il tarixli arayışı. 1-ci rəyi Məmmədov Yalçının cinayət işi üzrə təqsirli bilinməsi zamanı olmuşdur. Həmin müddətdən idiyədək Məmmədov Yalçın psixiatriya yardımı almaq üçün müraciət etməyib və bu şəxsə psixiatriya dispanser müşahidəsi aparılmayıb. Bunu məhkəmə materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlı Mərkəzi PHŞ-nin xx.xx.2020-ci il tarixli arayışı da təsdiq edir. Bundan başqa Məmmədov Yalçının isteriya və epilepsiya xəstəliklərdən əziyyət çəkdiyini və bu xəstəliklərin müalicə olunmaz olduğunu, nəzarətsiz qaldığı halda daha da kəskinləşə biləcəyini qeyd etmişdir. Qeyd olunan hallara və təqdim olunan sənədlərə əsasən iş üzrə hakim Məmmədov Yalçına münasibətdə onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin etməli idi. Buna baxmayaraq hakim ekspert rəyi olmadan Məmmədov Yalçının xəstə olmadığı qənaətinə gəlmişdir.Bundan başqa məhkəmə işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hesab edir ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı haqqında işə baxılan şəxs X10 tərəfindən etiraz daxil olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkmə kollegiyasının iclasında Ərizəçi və vəkili Vəkil2 Zirəddəin oğlu apellyasiyaşikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək, şikayətin və ərizənin təmin edilməsini xahiş etdilər. 18.Məhkəmə kollegiyasının iclasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X10, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədilər, izahatlarında qeyd etdilər ki, ərizəçi qəsdən X7 psixi pəstə adı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istəyir ki, əmlaklarını ələ keçirsin. Yalçın Məmmədov barəsində 2011-ci il tarixdə Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən ekspertiza keçirilmiş və ekspert rəyi ilə Y.Məmmədovun öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olması və onun məcburi müalicəyə ehtiyacı olmaması müəyyən edilmişdir. Bundan başqa AR Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin arayışı ilə müəyyən edilir ki, Yalçın Məmmədovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün heç bir əsas mövcud deyildir. X16 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X18 direktoru, tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən 27 yanvar 2023-cü ildə müayinə olunmuşdur. Müayinənin nəticəsi olaraq diaqnoz olaraq hal-hazırda psixi pozuntunun aşkarlanmadığı qeyd olunmuşdur. Həmçinin hazırda məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X18 ekspert həkim-psixiatrı X3 fikirləri ilə tam razıdırlar. Xahiş etdilər ki, qətnamə dəyişdirilmədən saxlanılsın. 19.Məhkəmə kollegiyasını iclasında maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 izazatında qeyd etdi ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X10 məhkəmədə sərbəst izahat verir. İş materiallarında olan sənədlər və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X18 ekspert həkim-psixiatrı X3 fikirləri onu deməyə əsas verir ki, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsas müəyyən olunmur. Buna görə də, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(009)-700/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 20.Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X18 ekspert həkim-psixiatrı X9 xeyli vaxt ərzinə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X10 ilə fərdi qaydada apardığı danışıqlar və sorğu-sualları, işdə olan sənədlər əsasında bildirdi ki, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəliklər şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verən psixi xəstəliklərdir. Tibbi sənədlərdən şəxsin 1990-cı ildən “isterik nevroz” diaqnozlu xəstəlik ilə qeydiyyatda olduğu görünür. İsterik tip şəxsiyyət pozuntusu (xəstəliklərin beynəlxalq təsnifatında F 60.4) isə yuxarıda qeyd etdiyi xəstəliklər qrupuna aid deyil. Ümumiyyətlə, şəxsiyyət pozuntuları psixi xəstəliklərin və ya baş-beynin zədələnmələrinin birbaşa nəticəsi olmadan fərdin davranışında kənaraçıxmalarla özünü göstərir. Şəxsiyyət pozuntuları uşaqlıq və yeniyetmə yaşlarında meydana gəlir, bütün həyat boyu davam edir və medikamentoz (dərman müalicəsinə) müalicəyə ehtiyac olmur. İsterik tip şəxsiyyət pozuntusu zamanı mnestik, koqnitiv və intellektual funksiyalarda pozulma qeyd edilmir. İsterik tip şəxsiyyət pozuntusu əhvaliruhiyyənin dəyişkən olması, emosional sferanın qeyri-stabil olması, teatral və nümayişkarənə davranışın müşayiət edilməsi, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, xarici qıcıqlara qarşı həssas olması, funksional qıcolma tutmaları ilə özünü göstərə bilər. Qıcolma tutmalarının müşahidə edilməsi şəxsin epilepsiya xəstəsi olduğunu, eləcə də, qıcolma tutmalarının hər hansı bir psixi xəstəliyin əlaməti olduğunu söyləməyə əsas vermir. Şəxsiyyət pozuntularının gedişində dekompensasiya vəziyyəti qeyd edilərsə, yəni, narahat olması, xarici qıcıqlara həssaslığın artması və subyektiv şikayətlərinin olması zamanı Azərbaycan Respublikasının Psixiatriya yardımı haqqında Qanunun 5-ci maddəsinə əsasən yalnız könüllü hospitalizasiya məsləhət görülə bilər. Şəxsdə isterik tip şəxsiyyət pozuntusunun müəyyən edilməsi onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vermir. Bu pozuntu zamanı şəxs öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olur. Şəxsiyyət pozuntusu diaqnozu şəxsi hətta cinayət törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Buna görə də, şəxsiyyət pozuntusu olan biri hər hansı əməl törətdiyi zaman törətdiyi əməl barəsində anlaqlı hesab edilir. Bundan əlavə qeyd etmək lazımdır ki, şəxs 2023-cü ildə professor Fuad İsmayılov tərəfindən müayinə edilmiş və onda “Hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir” qeyd edilmişdir. Bu arayış Respublikanın baş psixiatrı professor Fuad İsmayılov tərəfindən verilmiş və əsaslı tibbi sənəddir. Qərardad olmadan və müəssimizdən kənarda şəxsi müayinə edib rəy vermək ixtiyarları yoxdur. Rəy verilməsi üçün şəxs müəssisəyə gələrək qərardad əsasında ekspertizadan keçə bilər. Həmçinin məhkəmə zalı ilə müəssisənin müayinə şəraiti eyni deyil, belə ki, məhkəmənin gərginliyi şəxsə və davranışlarına öz təsirini göstərə bilər. Hazırkı vəziyyətdə ancaq tibbi sənədlərə əsasən, eləcə də şəxsin davranışına əsasən ümumi fikirlərimi bildirə bilər. Qeyd etmək istəyir ki, təqdim edilmiş tibbi sənədlərə və şəxsin hazırki adekvat davranışlarına görə məhkəmə psixiatrik ekspertizasının təyin edilməsini ehtiyac görmür. Həmçinin qeyd etmək lazımdır ki, şəxs barəsində təqdim edilmiş sonuncu arayışda onda “hər hansı psixi xəstəlik aşkar edilmir” qeyd edilmiş, eləcə də əvvəllər təyin edilmiş “İsterik tip şəxsiyyət pozuntusu” diaqnozu belə onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vermir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.Maddə28.8.Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 22.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 23.Maddə 305.1.3. Məhkəmə xüsusi icraatqaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya məhdud fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 24.Maddə 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyətqabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılıolmayaraq,qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyətiorqanının (yerli icra hakimiyyəti orqanları), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 25.Maddə 317.3.Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyətiolmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxspsixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerinməhkəməsinə verilir. 26.Maddə 319.Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 27.Maddə 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 28.Maddə 320.3.Məhkəmə, ərizə vermiş şəxslərin bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və yüz onmanatadək cərimə edir. 29.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 30.Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Apellyasiya baxışının hədləri 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 32.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 33.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 34.Belə ki, iş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2011-ci il tarixli, 1102 saylı rəyində qeyd edilir ki, X5 X12 Pozuntusu qeyd olunur. Rəydə həmçinin, düşüncəsinin aydın olduğu, öz şəxsiyyətinə zamana və məkana bələdliyinin saxlanıldığı, söz ünsiyyətinə sərbəst daxil olması, mühakimələrinin kifayət qədər məntiqli olması və buna görə də Məmmədov Yalçının anlaqlı hesab oldunduğu və məcburi müalicəyə ehtiyacı olmadığı da qeyd olunmuşdur. 35.Ekspert rəyinə əsasən X6 hər hansı xroniki psixi xəstəliyin əlamətləri, kəskin produktiv psixopataloji əlamətlərin (sayıqlama fikirləri, qavrama pozuntuları və s.) aşkar olunmadığı, bilik ehityyatının aldığı təhsilə və sürdüyü həyat tərzinə uyğunluğu qeyd olunmuş, qeyd olunan halların onu anlaqısız hesab edilməsinə əsas vermədiyi, öz hərəkətlərini ölçüb-biçmək, və onları idarə etmək iqtidarında olduğu qənaətinə gəlinmişdir. 36.AR Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin xx.xx.2020-ci il tarixli arayışında qeyd olunur ki, X10 psixiatriya yardımı almaq üçün müraciət etməyib və bu şəxsə psixiatriya dispanser müşahidəsi aparılmayıb. 37.1 saylı şəhər poliklinikasının psixiatriya kabinetinin xx.xx.2020-ci il tarixli arayışında qeyd edilir ki, X10 uzun gedişli orta dərəcəli isteriya nevrozu diaqnozu ilə 1990-cı ildən psixiatrik qeydiyyatdadır. 38.Kollegiya qeyd edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X10 əvvəlki məhkəmə iclasında iştirak etmədiyi üçün, ərizəçinin qismən təmin edilən vəsatəti əsasında ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X10 ekspertizaya getmədiyi üçün, mülki iş materialları geri qaytarılmışdır. 39.Kollegiya bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X18 ekspertinin iştirakı ilə işə baxaraq, ekspertizanın təyin edilməsinə zərurətin olub-olmaması məsələsinə aydınlıq gətirilməsi istiqamətində araşdırma aparmışdır. 40.Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X18 ekspert həkim-psixiatrı X9 xeyli vaxt ərzində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X10 ilə fərdi qaydada apardığı danışıqlar və sorğu-sualları, işdə olan sənədlər əsasında bildirdi ki, İsterik tip şəxsiyyət pozuntusu (xəstəliklərin beynəlxalq təsnifatında F 60.4) isə yuxarıda qeyd etdiyi xəstəliklər qrupuna aid deyil. Şəxsdə isterik tip şəxsiyyət pozuntusunun müəyyən edilməsi onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vermir. Bu pozuntu zamanı şəxs öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olur. Təqdim edilmiş tibbi sənədlərə və şəxsin hazırkı adekvat davranışlarına görə məhkəmə psixiatrik ekspertizasının təyin edilməsinə ehtiyac görmür. Həmçinin şəxs barəsində təqdim edilmiş sonuncu arayışda onda “hər hansı psixi xəstəlik aşkar edilmir” qeyd edilmiş, eləcə də əvvəllər təyin edilmiş “İsterik tip şəxsiyyət pozuntusu” diaqnozu belə onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vermir. 41.Kollegiya iş materiallarını, ekspert həkim-psixiatrın fikirlərini nəzərə alıb, hesab edir ki, X5 şəxsin öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum edəcək hər hansı bir psixi xəstəlik aşkar olunmadığından, onda olan xəstəlik-X12 Pozuntusu şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün nəzərdə tutulan xəstəliklər siyahısına daxil olmadığından, X10 məhkəmədə normal davranışa malik olmaqla, ona verilən suallara adekvat cavablar verdiyindən, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır. 42.Kollegiya həmçinin hesab edir ki, Ərizəçi bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün ərizə ilə məhkəməyə müraciət etdiyindən 50 manat məbləğində cərimə edilməsi qət edilmişdir. 43.Kollegiya apellyatorun ərizəçinin iştirakı olmadan işə baxılması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, ərizəçi 05 mart 2021-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş, sonra həmin gün saat 16-00-da davam edən məhkəmə iclası barədə məlumatlı olsa da, iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 44.Kollegiya apellyatorun maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, maraqlı şəxsin nümayəndəsi əvvəlki məhkəmə iclasında iştirak etmişdir. 45.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 40.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, ərizə təmin edilməməlidir. 46.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 47.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 48.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(009)-700/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-49/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-49/2023
31.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver