Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4902/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(006)-174/2023 saylı qərardadından İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Maraqlı şəxs olmaqla Cavabdeh qarşı «kompensasiya verilməklə özbaşına tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 38000 manat kompensasiya ödənilməklə, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında cavabdeh tərəfindən tikilmiş ümumisahəsi 19.00 kv.metrdən ibarət olan özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-174/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən Cavabdeh məxsus ümumi sahəsi 39,3 kv.metrdən ibarət olan tikilinin sökülməsinə görə 43300 manat məbləğində kompensasiyanın İddiaçı MMCdən tutularaq Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7366/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-174/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdehə 43300 manat məbləğində kompensasiya verilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh sökülmüş ümumi sahəsi 39,3 kv.m-dən ibarət olan tikilinin əvəzi olaraq, həmin yerdə inşa olunan yeni yaşayış binasından 39,3 kv.m və əlavə 20% olmaqla, ümumilikdə 47,16 kv.m sahəsi olan təmirli yaşayış sahəsi iddiaçı "xxxx" MMC tərəfindən təhvil verilməsi qət edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə qətnaməyə izah verilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, qətnamənin nəticə hissəsində sökülmüş özbaşına tikili sahəsinin 39.3 kv.metrdən ibarət olduğu qeyd edilmişdir. Halbuki, məhkəmə qətnaməsinin 3-cü səhifə, 3-cü abzasında göstərilmişdir ki, sökülmüş mənzilin sahəsi cəmi 22.11 kv.m olmuşdur. Bu fakt ekspert rəyi və ekspertin məhkəmədə verdiyi ifasi əsasında qətnamədə yazılmışdır. Belə vəziyyətdə qətnamənin nəticə hissəsində 22.11 kv.m əvəzinə, 39.3 kv.m yazılmışdır. O, məhkəmədən sökülmüş tikinti sahəsinin qətnamənin əsaslandırıcı hissəsində 22.11 kv.m olduğunun müəyyən edilməsinə baxmayaraq, qətnamənin nəticə hissəsində nə səbəbə sökülmüş özbaşına tikilinin 39.3 kv.m olduğunun qeyd edilməsinə izah verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-174/2023 nömrəli 04 iyun 2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən veriliş ərizə təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-174/2023 nömrəli 04 iyun 2024-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət həmin məhkəmənin 27 iyun 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərin düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinin tələbinə görə işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişmədən izah etməyə haqlıdır. Göründüyü kimi, bu maddədə qanunvericinin müəyyən etdiyi yeganə şərti qətnamənin ləğv olunmamasıdır. Başqa sözlə, qanunun tələbinə əsasən, qətnamə ləğv olunmamışdırsa, hakim həmin qətnaməyə izah verə bilər. Bu maddədə qətnamənin dəyişdirilməsi nəzərdə tutulmamışdır. Qeyd olunan Məcəllənin 230.2-ci maddəsinə görə birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Qanunun tələbinə əsasən, qətnamə dəyişdirildikdə, dəyişdirilmiş hissədə izah verilməsi son qətnaməni çıxarmış məhkəmənin səlahiyyətinə aid edilmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, onun qəbul etdiyi qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmişdir. Belə halda, birinci instansiya məhkəməsinin öz qətnaməsinə izah vermək səlahiyyəti istisna olunmur. Ləğv edilməyən məhkəmə qətnaməsi dəyişdirilmişdir. Bu səbəbdən,tərəfindən həmin qətnamənin dəyişdirildiyi hissədə deyil, ilkin mətninin izah edilməsi ilə bağlı məhz birinci instansiya məhkəməsinə müraciət edilmiş və birinci instansiya məhkəməsi də öz qəbul etdiyi və ləğv edilməmiş qətnaməsinə izah vermək səlahiyyətinə malik olmuşdur. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-174/2023 nömrəli xx.xx.2024-cü il tarixi qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Məhkəmə kollegiyası izah verilməsi xahiş edilən Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 174/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7366/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilməsini nəzərə alaraq hesab edir ki, ərizə düzgün olaraq təmin edilməmişdir. Belə ki, MPM-in 230.2-ci maddəsindən göründüyü kimi dəyişdirilmiş qətnamə üzrə izahı yalnız həmin dəyişikliyi edən məhkəmə verə bilər. “Qətnamə dəyişdirildikdə, dəyişdirilmiş hissədə izah verilməsinin son qətnaməni çıxarmış məhkəmənin səlahiyyətinə aid edilməsi” ilə bağlı şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, MPM-in 230.2-ci maddəsində birmənalı olaraq göstərilmişdir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(006)- 174/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-4902/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4902/2024
07.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver