Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4905/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə notariat ofisinə qarşı “miras əmlak üzərində payın müəyyən edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3503/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə notariat ofisinə qarşı “miras əmlak üzərində payın müəyyən edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 3503/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə notariat ofisinə qarşı “miras əmlak üzərində payın müəyyən edilməsi və sair” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə şikayət göndərərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-3503/2024 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3434/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3503/2024 nömrəli 08 aprel 2024-cü il tarixli qərardadının ləğv edilməsi və İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə notariat ofisinə qarşı “miras əmlak üzərində payın müəyyən edilməsi və s. tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3503/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin qəbul olunmasından imtina edilmiş, hazırkı tələblə bağlı müvafiq notariusa və yaxud məhkəməyə müraciət edə bilməsinin iddiaçıya izah edilməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilən mövqe əsasında baxılmalı, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməli olduğundan, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi notariusun səlahiyyətlərinə aid olduğundan hazırkı iddia tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir, hazırkı tələb üzrə iddiaçı notariusa müraciət etməlidir. İddiaçıya izah edilməlidir ki, əks halda qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxıldığından bununla bağlı ümumi məhkəməyə müraciət edə bilər. Qərardaddan iddiaçı şikayət verərək, onun ləğv edilməsini, işin məhkəmə icraatına qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, tərəflərindən 4 saylı Bakı Asan Xidmət mərkəzində Notariat Ofisinə müraciət olunmuş və Notariat Ofisi tərəfindən imtina edilmişdir. Notariusun imtina məktubu iddia sənədlərinə əlavə edilmişdir. Məhkəmə öz qəraradadı ilə öz dediklərini inkar edir. Qərardadda qeyd edir ki, “ ....qanunvericilikdə müvafiq tənzimləlmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.” Sonuncu abzasda isə qeyd edir ki, notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərlə bağlı ümumi məhkəməyə şikayət edə bilər. Məhkəmə iddiaçı tərəfindən notariusa müraciət olunduğunu və imtina aldığını qərardadında qeyd etmir və onlara notariusa müraciət etməli olduqlarını bildirir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3503/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi öz qərardadını əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarını əsas götürmüş və həmin qərara görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsənin mirası qəbul etmiş vərəsə hesab edilməli olması və vərəsələr arasında miras əmlakın bölüşdürülməsinin Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməsi öz təsbitini tapmışdır. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iddia tələbi ilə bağlı sırf vərəsəlik hüququna dair normalarla bağlı hər hansı mübahisə mövcud deyildir və iddiaçı hazırki tələblə notariusa müraciət etməlidir. Lakin birinci instansiya məhkəməsi iddia ərizəsinin mümkünlüyünü araşdırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının həmihn müddəaların hansı dövrü əhatə edən vərəsəlik hüquq münasibətlərinə aid edilməsi ilə bağlı bəndini nəzərə almamışdır. Belə ki, həmin qərarda qeyd edilir ki, “Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır”. Göründüyü kimi, Konstitusiya Məhkəməsi birinci instansiya məhkəməsinin də əsaslandığı qərarındakı mövqenin tətbiqi üçün həmin qərarın qanuni qüvvəyə minməsindən sonra vərəsəlik hüquq münasibətlərinin yaranmasını əsas götürmüşdür. Hazırki iş üzrə iddia ərizəsinin mahiyyətinə baxdıqda isə görünür ki, iddiaçının atası xx.xx.2003-cü il tarixdə, anası isə xx.xx.2023-cü il tarixdə vəfat etmişlər və miras əmlak onların paylı mülkiyyətində olmuş, vəfat etmələri ilə açılmış və iddiaçı tərəfindən faktiki istifadə edildiyi bildirilmişdir. Bu da o deməkdir ki, hər bir halda vərəsəlik münasibətlərinin yaranması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən 26 dekabr 2023-cü il tarixli Qərarından öncəyə təsadüf etmişdir. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin kökündə duran münasibətlərin yaranma dövrü və bununla bağlı Konstitusiya Məhkəməsinin müvafiq qərarında qeyd edilən mövqenin tətbiq edilmə şərtləri lazımi qaydada aydınlaşdırılmadığından iddianın mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3503/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-4905/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4905/2024
07.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver