Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4910/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X6 və Cavabdeh iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh qarşı “alqısatqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1136/20 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh oğlu arasında bağlanılmış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 43 ünvanında yerləşən, sahəsi 107,1 kv.m olan 38 saylı mağazanın alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 3427 müqavilə ləğv edilsin, 38 saylı mağazanın boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 39000 manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsindəƏmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3427 saylı "müəssisənin (obyektin) alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş surəti (iş.səh.7),Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişi (səh.10-11) təqdim edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1136/20 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 43 ünvanında yerləşən, sahəsi 107,1 kv.m olan 38 saylı mağazanın alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 3427 müqavilə ləğv edilməsi, 38 saylı mağazanın boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 6.2, 385.1, 386.1, 442, 567; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbi "tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin "müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 39000 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 43 ünvanında yerləşən, sahəsi 107,1 kv.m olan 38 saylı mağaza 80000 manata Cavabdeh satılmış, Cavabdeh həmin satış qiymətindən 39000 manat pul ödəmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edildiyi halda, cavabdeh tərəfindən ödənilmiş 39000 manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı həmin zərərin nədən ibarət olmasını öz iddia ərizəsində əsaslandırmamışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Nəsimi rayon Məhkəməsinin 2(006)-1136/2020 saylı mülki iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsinə və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 406, 414, 415, 421, 422, 423, 424, 427, 560, 567; MPM-in 14, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsində olunan hallara istinadən tələb irəli sürsə də, mülki hüquq normaları ilə bu qaydada əqdin ləğvi nəzərdə tutulmamışdır. Eyni zamanda, artıq əmlakın dəyərinin yarısından çoxu (50 %-dən artıq) ödənilmişdir. Məhkəməyə təqdim edilmiş işin nalları ilə qeyd olunduğu kimi, cavabdeh tərəfindən əmlakı müxtəlif üsullarla ələ keçirmək və sair niyyətlərinin gizli şəkildə yerinə yetirilməsi,eləcə də, faktiki hallan təhrif etməklə təqdim etdiyi sübutlara müxtəlif üsullarla hüquqi don geyindirmək cəhdi ilə işin obyektiv araşdırılmasından yayındırmaq niyyətini həyata keçirir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh işə aiddiyyəti üzrə kommersiya qaydasında baxılmasını xahiş etdiyini, VEÖN-ünün olmadığını, lakin həmin obyektdən əldə etdiyi gəlirdən 14 faiz vergi ödədiyini, apellyasiya şikayətini müdafiə edərək, borcun 50 faizdən çoxunu ödədiyini, hal-hazırkı vəziyyətlə bağlı borcun birdəfəlik ödənilməsinin onun üçün mümkün olmadığını, 5-6 ay güzəşt edildiyi təqdirdə borcun tam ödənilməsini həyata keçirə biləcəyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X6 ərizəyə etiraz edərək, işə kommersiya qaydasında baxılmasının mümkün olmadığını, çünki cavabdehin VEÖN-ünün olmadığını, bu səbəblə sahibkar kimi fəaliyyət göstərmədiyini, apellyasiya şikayətini qəbul etməyərək, 2017-ci il tarixli müqaviləyə əsasən borcu 2 ay ərzində ödəməli olduğunu, lakin artıq 3 il keçdiyini, öhdəliyin dərhal icra edilməsini tələb etdiklərini bildirmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 43 ünvanda yerləşən, sahəsi 107,1 kv. m. Olan 38 saylı mağaza satıcı ƏMDK ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 80000 AZN-ə Cavabdeh satılmış, müqavilənin 2.2.2-ci bəndinə əsasən alıcı müqavilə imzalandığı andan əmlakın tam dəyərini Azərbaycan Respublikası MB-nın tranzit hesabına köçürməyi öhdəsinə götürmüş, lakin vaxtında tam icra etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası MM-nin 152-158, 324, 385.1, 421-424, 431, 560; Azərbaycan Respublikası MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1136/20 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4910/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4910/2020
04.06.2020 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver