Məhkəmə qərarları › İş №2(103)-4912/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4912/2022

06.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4912/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(003)-151/2022 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Əliyeva Fəridə XXX qızının xx.xx.2001-ci il tarixdə doğulması faktının, onun anasının X1 olması faktının və Əliyeva Fəridə XXX qızının doğulduğu gündən bugünədək Ərizəçi öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(003)-3613/2021 saylı qərardadı ilə ərizənin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi, ərizəçiyə ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olmasının izah edilməsi haqqında qərar qəbul olunmuşdur. Ərizəçi qərardan apelyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-10401/2021 saylı qərardadı ilə şikayətin qismən təmin olunması, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının doğum faktına aid hissədə ləğv edilməsi və həmin hissədə iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan zaman ərizəçi məhkəməyə müraciət edərək, hazırki mülki işi baxılmamış saxlayaraq ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(003)-151/2022 saylı qərardadı ilə Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hakim belə işin praktikasında birinci dəfə olduğunu, işin həll edilməsi yolunu axtardığını, yuxarı instansiya məhkəmələri ilə məsləhətləşəcəyini, eyni zamanda işə baxılma müddətinin artıq bitdiyini, bu səbəbdən də işin baxılmamış saxlanılması barədə ərizənin yazılmalı olduğunu bildirmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, qərardad ləğv olanaraq, iş materialları baxıması üçün rayon məhkəməsinə göndərilməlidir. Kollegiya qeyd edir ki, ərizəçinin tələbi ilə bağlı yuxarı instansiya məhkəməsi tərəfindən rayon məhkəməsinin qərardadı ləğv olunduqdan sonra, rayon məhkəməsi tərəfindən bir neçə dəfə işə baxılması ərizəçinin onun tələbinə baxılaraq yekun qərar qəbul edilməsində israrlı olması qənaətinə gəlməyə əsas verir. Buna görə də, hazırkı halda ərizəçinin ərizəsinin baxılmamış saxlanılması, sona nəticədə ərizənin verildiyi 24 avqust 2021-ci il tarixdən bu günədək davam edən müddət ərzində onun müdafiə hüququnun pozulması ilə nəticələnməkdədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, işə yenidən baxılması üçün mülki iş rayon məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(003)- 151/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları yenidən baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar