Məhkəmə qərarları › İş №2(103)-4916/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4916/2020

21.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4916/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh X5, Müstəqil tələb irəli sürən üçüncü şəxs BağırX2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1412/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi cavabdeh X3 qarşı (mübahisə predmeti üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs BağırX6 cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 77 saylı ünvanda heç bir icazə sənədi olmadan inşa etdiyi qanunsuz tikilinin sökülməsi və həmin ərazinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı üçüncü şəxs (iddiaçı) Bağır X6 cavabdeh X3 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh barəsində özbaşına tikili apardığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.1-ci maddəsi ilə cinayət işi qaldırılması, ona məxsus Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 48 saylı ünvanda yerləşən, çiy kərpicdən inşa edilən, ara hasarın üstündə cavabdeh X5 tərəfindən özbaşına ev tikintisi inşa etdiyi mənzilini öz vəsaiti hesabına sökdürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1412/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə hər iki iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış və əsassız qətnamə qəbul etmişdir. Bundan əlavə, o bildirmişdir ki, mübahisəli mənzil özəlləşdirilməmiş və iş üzrə cavabdeh və onun ailəsinin qanuni sahiblik və istifadəsindədir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Bağır X4 məxsus Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 48 saylı ünvanında yerləşən evin mübahisəli mənzilə aidiyyatı yoxdur. Belə ki, xx.xx.2018-ci il tarixdə Bakıda yağan güclü yağış nəticəsində onun evindəki dama baxan pəncərədən mənzilinə yağış suları axmışdır. Bundan sonra, o, yerli icra hakimiyyətinə və FHN-nin aidiyyatı qurumlarına müraciət etsə də, bir tədbir görülməmişdir. Belə olduqda, o, əvvəldən mövcud olan, lakin yararsız hala düşmüş talvarı yenisi ilə əvəz etmişdir. Bu işlərin görülməsi zamanı həmin dama pəncərələri açılan qonşuların razılığı alınmışdır ki, onlar da bununla razılaşmışlar. Talvar tikilərkən qonşu tərəfə, yəni C.Məmmədquluzadə küçəsi 48 ünvanındakı ev tərəfə dəmir barmaqlıqlar qoyulmuşdur. Buna səbəb tez-tez baş verən xırda oğurluqların qarşısını almaq olmuşdur. Həmin vaxt hazırkı iş üzrə üçüncü şəxs Maraqlı şəxs dəmir barmaqlılar qoyulan hissənin tam bağlanmasını, yəni hörülməsini tələb edib. Onun fikrincə, belə olduğu halda ona məxsus tikilinin üstünün də hörülməsinə imkan yaranacaq. Təbii ki, həmin tərəfə pəncərəsi açılan qonşular da, o da buna etiraz etmişlər. Belə olan halda isə Maraqlı şəxs talvarın quraşdırılmasına razı olmayacağını bildirdi və müxtəlif dövlət orqanlarına şikayət etməyə başladı. Bundan əlavə ekspert rəyi tikinti-texniki cəhətdən deyil, sənədləşdirmə cəhətdən qaydalara uyğunsuzluqdan bəhs etmişdir. Bu səbəbdən, iş üzrə əlavə ekspertiza keçirilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, rayon məhkəməsi qətnaməsinin ləğv edilərək, hər iki iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi N.Niftalıyev apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs A.Bağır Zadə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan Azərbaycan respublikası DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 48 saylı ünvanında yerləşən 5 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə 4 otaq y/s 48.3 kv.m, k/s 34.0 kv.m Bağır X2 adına daşınmaz əmlakın dövlət reyestrində 370 nömrəli reyestr kitabının 34650 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il 10320 nömrəli rəyindən görünür ki, tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 77 saylı ünvanda və Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 48 saylı ünvanda cavabdeh X5 tərəfindən aparılmış tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. aparılmış tədqiqatın dəyəri 100 (yüz) manatdır. Məhkəmə kollegiyası tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 77 saylı ünvan və Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 48 saylı ünvanında aparılmış yerli müayinə zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən mübahisəli mənzildə aparılmış tikinti işləri müstəqil tələb irəli sürən üçüncü şəxs A.Bağır Zadəyə məxsus Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 48 saylı ünvana yerləşən evə onun istifadə hüququnu hər hansı şəkildə məhdudlaşdırmır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda cavabdeh qətnaməni hər iki iddia tələbinə aid hissədə mübahisələndirdiyindən, Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıiş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən – müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, onun iddia tələbi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 10320 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 77 ünvanda və ünvan 3 saylı ünvanda cavabdeh X5 tərəfindən aparılmış tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Kollegiya bildirir ki, rayon məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsaslanmaqla, iddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdehə qarşı olan iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 77 saylı ünvanında cavabdeh tərəfindən tikilinin inşa edilməsi hazırkı işin mübahisəsiz halıdır. Eyni zamanda, cavabdeh tərəfindən tikilmiş tikilinin müstəqil tələb irəli sürən üçüncü şəxs A.Bağır Zadəyə məxsus Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 48 saylı ünvana yerləşən evə maneəçilik törədib-törətməməsini müəyyən etmək üçün məhkəmə kollegiyası yerində baxış təyin etmişdir. Məhkəmə kollegiyası tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 77 saylı ünvan və Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 48 saylı ünvanında aparılmış yerli müayinə zamanı müəyyən olunmuşdur ki, A.Bağır Zadə ilə Cavabdeh məxsus mənzil arasında olan divar ümumidir. Cavabdeh tərəfindən tikinti işləri həmin ümumi divarın Cavabdeh evinə baxan hissəsində aparılmışdır. Tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı Cavabdeh tərəfindən aparılmış tikinti işlərinin A.Bağır Zadənin evinə qaz, işıq, su verilməsinə hər hansı maneəçilik törədilib-törədilməməsi, ümumiyyətlə, onun öz mülkiyyətindən sərbəst istifadəsinə mane olub-olmaması barədə suallar verilmiş, A.Bağır Zadə həmin tikilinin ona mülkiyyətdən istifadəsinə bir maneəçilik törətmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair xx xxxx 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Beləliklə, cavabdeh tərəfindən aparılmış tikinti işlərinin müstəqil tələb irəli sürən üçüncü şəxs A.Bağır Zadəyə aid evə heç bir aidiyyəti olmadığı və onun mülkiyyət hüququna müdaxilə etmədiyi, eləcə də iddiaçının öz mülkiyyətindən sərbəst istifadəsinə müneəçilik törətmədiyi səbəbindən onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığı müəyyən edildiyindən üçüncü şəxs Maraqlı şəxs iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən – müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, onun iddia tələbi rədd edilməli, qətnamə qalan (mübahisləndirilən) hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmaldır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1412/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – müstəqil tələb irəli sürən üçüncü şəxs Bağır X2 iddia tələbi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. Üçüncü şəxs (iddiaçı) Bağır X6 cavabdeh X3 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə iddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdeh X3 qarşı Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 77 saylı ünvanda inşa edilən qanunsuz tikilinin sökülməsi tələbinin təmin edilməsinə dair hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar