Məhkəmə qərarları › İş №2(103)-4918/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4918/2025

01.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4918/2025 01.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1530/2025 saylı, xx.xx.2025-ci il il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsi) ərizə və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə institutu tərəfindən 12 yanvar 2006-cı il tarixdə tesdiq olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-427, KOD 50113018 nömrəli Dövlət Aktının Ərizəçi münasibətdə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1530/2025 saylı, xx.xx.2025-ci il il tarixli qərardadı ilə işin icraatına xitam verilmişdir. Həmin qərardaddan ərizəçinin verdiyi şikayət təmin olunmamış, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2853/2025 nömrəli mülki iş üzrə 30 aprel 2025-ci il tarixli qərardadı ilə ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır (hakimlər Azad İmanov məruzəçi, Məmməd Məmmədov və Fuad Talışınski). Məhkəmələr isə iş üzrə icraata xitam verərkən mövqelərini belə əsaslandırmışlar ki, təqdim edilən sənəd ərizəçiyə deyil, vəfat etmiş X4 aid olmuşdur. Bu səbəbdən göstərilən hal işin xüsusi icraat qaydasında həllini mümkünsüz edir və məsələnin vərəsəlik qaydasında həll olunmasını tələb edir. Belə ki, hazırkı vəziyyət mülki hüquqi mübahisə yaradır, çünki torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Mərhumun mülkiyyətində olan əmlakın miras yolu ilə keçməsi üçün vərəsəlik proseduru həyata keçirilməlidir. Ərizəçinin həmin torpağa hüququnun yaranması üçün əvvəlcə onun vərəsə olması təsdiq olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2**6/2025 nömrəli mülki iş üzrə 02 iyul 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 aprel 2025-ci il tarixli, 2(103)- 2853/2025 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı, qərardad ləğv edilməli, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi ilə bağlı mövqeyi əsaslı olmamışdır. Belə ki, ərizəçinin xahişi vərəsəlik hüququ və ya vərəsəlik mübahisəsi ilə bağlı deyil. O bildirir ki, JN-427, KOD 50113018 nömrəli Dövlət Aktı üzrə əslində özü də X2 ümumi mülkiyyətçidir. Lakin sənəddə onun adı doğru yazılsa da, soyadı və ata adı düzgün qeyd edilməmişdir. Bu səbəbdən özünün mülkiyyət hüquqlarını həyata keçirmək üçün aktda göstərilən Sevinc adlı şəxslə özünün eyni şəxs olması faktının müəyyən olunmasına ehtiyac var. Məhkəmə həmçinin onu da nəzərə almamışdır ki, hətta xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə belə, hakim icraata xitam verilməsi haqqında yox, ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır (MPM-in 306.4-cü maddəsi). Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə ərizənin mahiyyətinə, qəbul etdiyi qərardad isə qanunvericiliyə uyğun olmamışdır. Ona görə də, qərardad ləğv edilməli və iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Qanunverici hüquqi əhəmiyyəti olan faktların məhkəmə tərəfindən müəyyən edilməsi imkanını təsbit etsə də, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, ərizəyə baxılarkən bu xüsusat da diqqətdə saxlanılmalı, ərizəçinin tanınmasını istədiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmək imkanında olub-olmaması yoxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1530/2025 saylı, xx.xx.2025-ci il il tarixli qərardadı ləğv edilsin. İş məhkəmə baxışının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar