Məhkəmə qərarları › İş №2(103)-4920/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4920/2024

29.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4920/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Axundova Ülkər Səfər qızının katibliyi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(006)-2861/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" X3 Səhmdar Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Avid oğlu və Cavabdeh5 qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 fevral 2015-ci il tarixli, 099UGİ/15-2 saylı ipoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(006)-2861/2024 saylı qərardadına əsasən iş üzrə icraata xitam verilmişdir. Hazırda İddiaçı şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərardadının ləğv olunmasını və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Həmin Məcələnin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. İş materiallarından aydın olur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə qərardaddan şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. İşdə olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan məlum olur ki, qərardadın surəti xx.xx.2024-cü il tarixdə iddiaçının məhkəmə elektron kabinetinə yerləşdirilmişdir. Lakin şikayət məhkəməyə xx.xx.2024-cü il tarixdə, qanunla müəyyən edilmiş 10 günlük prosessual müddəti ötürməklə daxil olmuşdur. Beləliklə, şikayət qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilmiş, şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Yaranmış vəziyyət isə şikayətə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən verilmiş şikayət qeyri-mümkün hesab edilərək, mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(006)-2861/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar