Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4921/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1046/2021 saylı işi üzrə 31.03.2021-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 oglu Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləgvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair verilmiş çıxarışın ləgv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 30.03.2021-ci il tarixdə iddiaçılar cavabdehlər Cavabdeh və “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək əvvəlki iddia tələbləri ilə bərabər “X1” MMC ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçıların nümayəndəsi və vəkili Bəhruz Bayramov eyni zamanda iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilin üzərinə həbs qoyulması və “X1” MMC-nin hər hansi söküntü işi aparılmasına qadağa qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 31.03.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 oglunun Cavabdeh və “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləgvi” tələbinə dair mülki iş üzrə iddiaçıların nümayəndəsi və vəkili Bəhruz Bayramovun iddianı təmin etmə tədbirinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1, 157.2, 158.1.1, 158.1.2, 158.1.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mülki işlə əlaqədar Cavabdeh ilə “X1” MMC aqrasında balanmış müqavilə iş materiallarına əlavə edilməmiş mənzilin (binanın) söküntüsünə dair sübutlar da mövcud deyil, iddianın təmin tədbirinin tətbiqi üçün əsaslar müəyyən edilmədiyindən ərizə təmin olunmamalıdır. İddiaçılar qərardaddan şikayət verərək onu ləğv edərək, ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 32.5, 267.1, 269.2, 269.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, çıxarılan qərar qanunsuz, əsassız və ədalətsizdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 15 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), 80, “X4 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 63-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 15, 77, 88, 157-164, 236, 371, 372, 386, 388; 397.2, 398-ci maddələrinə əsasən hesab edir ki, qərardad ləğv edilməli, bu və ya digər növdə iddia təmini tədbirinin mümkünlüyünün müzakirəsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericilik heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını ehtiva edir. Diqqətə çatdırılmalıdır ki, gələcəkdə iddia tələbinin təmin edilmədiyi təqdirdə şəxsin və digər şəxslərin hüquqlarının məhdudlaşmasına səbəb olan hallar və bu şəxslərin dairəsi müəyyən edilməlidir. Qeyd edilənlər nəzərə alınmaqla birinci instansiya məhkəməsi işin hallarını müvafiq araşdırmaqla ərizədə (şikayətdə) tələb edilən təminat tədbirlərinin (onun icrası) mümkünlüyünü müəyyən etməli, mülki icraatın vəzifələrinə zidd sui-istifadəyə və özbaşınalığa şəraitin yaranmasını istisna edən iddianı təmini tədbirin həyata keçirilməsi üçün ilk növbədə buna yönəlik mübahisə predmetinin statusunu sübut edən ilkin sənədlər tədqiq etməlidir. İş materiallarında ünvan 1 ünvanına dair çıxarışlar (iş.səh.8,9) təqdim edilsə də məhkəmə bunlara qiymət verməmiş, mahiyyəti üzrə iddia tələbinin əsaslılığına öncədən qiymət verərək müqavilələrin mövcud olmadığına istinad etmişdir. Kollegiya hesab edir ki, iddianın təmin edilməsi tədbirinin həyata keçirilməsi üçün (əşyanın mövcudluğunu müəyyən edən) ilkin sübutların mövcudluğu kifayətdir. Ona görə, qərardad ləğv edilməli və səlahiyyətləri daxilində iddiaçılara və onların hüquqlarına münasibətdə daşınmaz əşyaların mövcudluğu müstəvisində ərizəyə əsaslandırılmış qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 159, 263-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1046/2021 saylı işi üzrə 31.03.2021-ci il tarixli qərardadı ləğv edilsin və iddianı təmin tədbiri barədə iddiaçıların ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-4921/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4921/2021
17.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver