Məhkəmə qərarları › İş №2(103)-4921/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4921/2022

06.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4921/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X11 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1802/2022 nömrəli iş üzrə qəbul etdiyi 06 iyun 2022-ci il tarixli qərardadından X7 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı1 və qeyriləri Cavabdeh2 və qeyrilərinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpası və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 miras qalmış (ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak olan torpaq sahəsi və fərdi yaşayış evində) miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddət bərpa edilməsi, iddiaçılar və cavabdehlərin sayına görə miras əmlakda paylar müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X7, X4 və X8 müstəqil tələb irəli sürən üçüncü şəxslər qismində iddia ərizəsi ilə cavabdeh İddiaçı2 və qeyrilərinə qarşı “pozulmuş vərəsəlik hüququnun müdafiə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və uşalarının cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı1, Cavabdeh1 və X12 tərəfindən pozulmuş vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilərək onların vərəsə kimi miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi (Qurbanov küçəsi 11 B saylı evə sahiblik və istifadə etməklərinə mane olan hərəktlərin onlara qadağan edilməsi və cavabdeh Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz. Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 934 saylı, xx.xx.2021-ci il tarixli məktubunda həyat yoldaşı X9 müraciəti əsasında atası X10 vərəsəsi olmasının qeyd edilməyərək gizlədilməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1802/2022 nömrəli iş üzrə qəbul etdiyi 19 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı1 və qeyrilərinin Cavabdeh2 və qeyrilərinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpası və s.” tələbinə dair mülki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər qismində X2, X1 və X3 cavabdeh İddiaçı2 və qeyrilərinə qarşı “pozulmuş vərəsəlik hüququnun müdafiə edilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılması qərara alınmış və X7, X4 və X8 tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxslər qismində verilmiş iddia ərizəsi ilə bağlı iddiaçılara hər bir tələb üzrə ayrılıqda tələblər irəli sürməklə müstəqil qaydada iddia vermək hüququna malik olduqları izah edilmişdir. Qərardad ilə razı olmayan X7 qərardaddan şikayət vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1802/2022 nömrəli iş üzrə qəbul etdiyi 26 may 2022-ci il tarixli qərardadı ilə şikayətin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Qərardad ilə razı olmayan X7 yenidən qərardaddan şikayət vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1802/2022 nömrəli iş üzrə qəbul etdiyi 06 iyun 2022-ci il tarixli qərardadı ilə yenidən şikayətin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. X7 08 iyun 2022-ci il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1802/2022 nömrəli iş üzrə qəbul etdiyi 06 iyun 2022ci il tarixli qərardadının ləğv edilməsini və qərardaddan verilmiş şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(010)-1802/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələblərinin yerinə yetirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi belə mövqeyə gəlmişdir ki, X7 tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə gələrkən şikayətdə məhz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavədə hansı tələblərin pozulduğunu dəqiq göstərməmişdir.Şikayətin forma və məzmunca tələblərə uyğun olduğu halda onun cədvəl içərisində təqdim edilməməsi səbəbindən geri qaytarılması Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2.-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır: Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1802/2022 nömrəli iş üzrə qəbul etdiyi 06 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin. Qərardadın əsaslandırıcı hissəsində göstərilən tələblərin yerinə yetirilməsi üçün iş materialları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar