Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4922/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh “X3 Azərbaycan” QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı oglunun “xxxx” MMC-yə, Cavabdeh2nə, Nizami Rayon icra və probasiya şöbəsinə və “X3 Azərbaycan” QSC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021ci il tarixli qərardadından “X3 Azərbaycan” QSC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı oglu “xxxx” MMC-yə (MMC), Cavabdeh2nə, Nizami Rayon icra və probasiya şöbəsinə və “X3 Azərbaycan” QSC-yə (bank) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200.3 kv.m, yaşayış sahəsi 76.7 kv.m, yardımçı sahəsi 123.6 kv.m olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə dair MMC tərəfindən hərracın yekunları barədə tərtib olunmuş 28 oktyabr 2020-cu il tarixli 33/06 nömrəli protokolun və MMC ilə bank arasında mənzilin alqı-salqısına dair imzalanmış 28.10.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 18.01.2021-ci il tarixli çıxarışın ləğv edilməsi, həmin əmlakların ipoteka yükliilüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə də əlavə edən iddiaçı, işə mahiyyəti üzrə baxılanadək 18.01.2021-ci il tarixli çıxarış əsasında “X3 Azərbaycan” QSC-nin mülkiyyətinə verilmiş Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0673 ha torpaq sahəsinin, ümumi sahəsi 200.3 kv.m, yaşayış sahəsi 76.7 kv.m, yardımçı sahəsi 123.6 kv.m olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin üzərinə həbs qoyulması, həmin əmlakların satılmasının və özgəninkiləşdirilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, Cavabdeh2 icraatında olan 2(103)-9181/2019-cu il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərardad qəbul olunmasını istəmiş, birinci instansiya məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin olunaraq sözügedən əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan “X3 Azərbaycan” QSC-nin nümayəndəsinin verdiyi şikayət birinci instansiya məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti müdafiə edən bankın nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddələrinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Bu mənada nəzərə almaq lazımdır ki, hazırkı məhkəmə icraatı iddiaçının ona məxsus əmlaklar barəsində keçirilmiş hərracın və onun yekunları üzrə bağlanmış müqavilələrin etibarsızlığı tələbini ehtiva etməklə o, həmin əmlakların özgəninkiləşdirilməməsi məqsədilə iddiasının təmini üsulu kimi (gələcəkdə lehinə çıxarılacağını ehtimal etdiyi qətnamənin icrasının təmini məqsədilə) qorunmasını xahiş etmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə həmin əmlaklara münasibətdə Mülki Prosessual Məcəllənin 158-ci maddəsinin dispozitiv şərtləri mövcuddur və iddianı təmin etmə tədbirinə dair ərizəni qismən təmin etdiyi zaman birinci instansiya məhkəməsinin əsaslandığı hallar bu institutun mahiyyətinə uyğun olmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, mübahisələndirilən hərrac faktiki olaraq keçirilmiş və qanuni qüvvədə olan məhkəmə aktına əsasən verilmiş icra sənədinin icrası artıq başa çatdırılmışdır; bu isə o deməkdir ki, iddiaçının ərizəsinin qismən təmin olunması müvafiq icra icraatının dayandırılması mahiyyəti daşımır. Əksinə, iddia təmin olunacağı təqdirdə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədinə nail olmaq, eləcə də əmlakların özgəninkiləşdirilməsinin qarşısının alınması üçün tələb olunan iddianı təmin tədbirinin görülməsi mümkün və zəruridir. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olmaqla onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan iddianı təmin etmə institutunun mahiyyətinə və məqsədlərinə uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2251/2021 saylı iş üzrə 02 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4922/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4922/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver