Məhkəmə qərarları › İş №2(103)-4923/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4923/2024

29.07.2024 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4923/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Məmməd Allahverdi oğlu Məmmədovdan və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə Babayev X1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1-nə və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənişlərin qaytarılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *2 avqust 2*1*-cu il tarixdə qəbul etdiyi qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *2 avqust 2*1*-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1-nin direktoru Cavabdeh2 və Babayev X2 arasında bağlanmış 14.*7.2**7-ci il tarixli 83, 84, 88 saylı müqavilələrin, Cavabdeh2 və İddiaçı3 arasında bağlanmış 14.*7.2**7-ci il tarixli 87 saylı müqavilənin, Cavabdeh2 və İddiaçı2 arasında bağlanmış 14.*7.2**7-ci il tarixli 86 saylı müqavilənin, Cavabdeh2 və İddiaçı4 arasında bağlanmış 14.*7.2**7-ci il tarixli 85 saylı müqavilənin ləğv olunması, Cavabdeh2 Babayev X1 xeyrinə 241 92* manatın, İddiaçı2 xeyrinə 111 92* manatın, İddiaçı3 xeyrinə 116 96* manatın, İddiaçı4 xeyrinə 116 96* manatın tutulması qət edilmişdir. Həmin qətnamədən *8 iyul 2*24-cü il tarixdə apellyasiya şikayəti verən Cavabdeh2 onun qismən – ondan Babayev X1 xeyrinə 241 92* manatın, İddiaçı2 xeyrinə 111 92* manatın, İddiaçı3 xeyrinə 116 96* manatın, İddiaçı4 xeyrinə 116 96* manatın tutulması hissəsində ləğv edilməsini xahiş etmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36*-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən iddia ərizəsi həmin dövrdə Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh2 təqdim olunması üçün təcridxanaya göndərilmiş, təcridxana rəhbərinin məhkəməyə ünvanladığı *9.*7.2*1*-cu il tarixli məktubda iddia ərizəsinin Cavabdeh2 təqdim edildiyi, lakin onun iddiaya münasibət bildirməkdən imtina etdiyi bildirilmiş, *2.*8.2*2*-cu il tarixdə çıxarılan qətnamə *4.*8.2*2*-cu il tarixdə Cavabdeh2 çatdırılması üçün Bakı İstintaq Təcridxanasına göndərilmiş və təcridxana tərəfindən qəbul olunmuş, *6 sentyabr 2*2*-cu il tarixdə isə qətnamə icraya yönəldilmişdir. İş materiallarında qətnamənin Cavabdeh2 tərəfindən həmin dövrdə alındığına dair hər hansı sübut mövcud olmasa da, kollegiya hesab edir ki, adı çəkilən şəxsin saxlanıldığı Bakı İstintaq Təcridxanasına göndərilmiş qətnamənin ona çatdırılmış olub-olmadığı araşdırılmadan və şikayət vermə müddətinin ötürülüb-ötürülmədiyinə münasibət bildirilmədən, qətnamənin qəbulundan 14 ildən artıq müddət keçdikdən sonra onun verdiyi şikayətə baxılması qanunvericiliyin mənasına uyğun deyildir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, iş materiallarından, qətnamənin icraya yönəldilməsindən sonra icra məmurunun icraata başlama haqqında qərarının Bakı İstintaq Təcridxanasına göndərildiyi, Cavabdeh2 18.12.2*19-cu il tarixdə cəzadan vaxtından əvvəl azad olunmasından sonra isə onun cəza çəkdiyi 13 saylı Cəzaçıkmə Müəssisəsi tərəfindən icra sənədinin Yasamal rayon İcra şöbəsinə göndərildiyi aydın olur – bu xüsusat da cəza çəkdiyi dövrdə Cavabdeh2 qətnamə barədə məlumatlı olub-olmadığının araşdırılmasını zəruri edir. Mülki Prosessual Məcəllənin 13*.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Babayev X1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1-nə və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənişlərin qaytarılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *2 avqust 2*1*-cu il tarixdə qəbul etdiyi qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi (araşdırılması) üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Məmməd Məmmədov Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar