Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-493/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkil X6, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2nun iştirakları ilə, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh2na və Bakı şəhəri İcra Hakimiyyəti və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə ilkin iddia tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2nun cavabdeh İddiaçı qarşı qeyri-qanuni özbaşına tikintinin sökülməsi barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-381/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdehlər Cavabdeh2, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İlk iddia üzrə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 və 140 saylı binaların yaxınlığında yerləşən torpaq sahəsinə dair xx xxx 2017-ci il tarixli, 1325 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı qeyri-qanuni özbaşına tikintinin sökülməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 140 saylı binanın 1 saylı ''mövcud" qapının qarşısında X4 tərəfindən tambur quraşdırılmasına dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2010-cu il tarixli, 18/03-8/2119 saylı razılıq məktubu qüvvədən düşdüyündən və X4 - heç bir göstərişə məhəl qoymadan - hətta quraşdırılma əvəzinəözbaşına tikinti aparmış, yüzlərlə insanın yaşadığı giriş və çıxışı daraltdığı üçün - həmin özbaşına tikintinin sökülməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə qarşılıqlı iddia üzrə iddiaçı iddiasına əlavə ilə müraciət edərək X2 18/03/8-2119 saylı razılıq məktubu hüquqi qüvvəsini itirdiyindən nə səbəbdənsə 291 saylı sərəncam indiyə qədər heçbir hüquqi qüvvəyə malik olmadığından Yasamal RİH-nin 291 saylı sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-381/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddiaya əlavəyə, yəni Yasaml rayon İcra Hakimiyyətinin 291 saylı Sərəncamının ləğv edilməsi hissəsinə xitam verilmişdir. Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2nun şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-381/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 140 saylı qapı 1 ünvanında olan qeyri yaşayış sahəsi xx.xx.2018-ci il tarixdən Daşınmaz Əmlakın Dövlət Reyesterində İddiaçı tam mülkiyyət hüququ ilə qeydə alınmışdır (İ cild, səh.10); Bakı şəhəri, İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 1325 saylı X11nə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 və 140 saylı binaların yaxınlığında yerləşən 51 kv.m olan torpaq sahəsinə 49 il müddətinə icarə müqaviləsi bağlanır. Torpaq sahəsi qeyri- yaşayış binasının tikintisi üçün verilmişdir (İ cild, səh.24); Oktyabr rayonu İH-nin Başçısının xx.xx.1992-ci il tarixli 69/3 №li sərəncamı ilə AFA assosiasiyasına Şərifzadə küçəsi 134 və 140-ın kəsişdiyi yerdəki boş sahədə meyvə tərəvəz, ət və ət məhsullarının satılması üçün pavilyon quraşdırılmasına icazə verilmişdir (İ cild, səh.61); Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2011 -ci il tarixli 4377 saylı arayışına əsasən, Yasamal rayon İHB-nın xx.xx.1992-ci il tarixli 69\3 saylı sərəncamının ləğv olması haqqında Dövlət arxivinin Bakı filialında heç bir məlumat yoxdur (İ cild, səh.59); Bakı şəhəri, İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Cavabdeh2 ünvanladığı xx.xx.2018-ci il tarixli 18/03-8/632 saylı məktubundan görünür ki, Vətəndaş X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 140 saylı evin, 1 saylı mənzilinin mövcud qapısının qarşısında tambur quraşdırılmasına dair Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2010-cu il tarixli, 18/03-8/2119 nömrəli razılıq məktubunun və Yasamal Rayon icra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 291 nömrəli sərəncamının ləğv edilməsi barədə daxil olmuş xx.xx.2018-ci il tarixli ərizəyə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində baxılmış və bildirilmişdir ki, sakinlərin çoxsaylı şikayətlərini nəzərə alaraq yuxarıda qeyd olunan ünvanda tambur quraşdırılmasına icazə verilməsi barədə vətəndaş A.A.Qubatova dair Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2010-cu il tarixli, 18/03-8/2119 nömrəli razılıq məktubu xx.xx.2010-cu il tarixli, 18/03-8/2278 nömrəli məktubla qüvvədən düşmüş hesab edilmiş, həmin vətəndaşa dair Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 291 nömrəli sərəncamının ləğv edilməsi və ərazinin nəzarətdə saxlanılması məqsədilə Yasamal Rayon icra Hakimiyyətinə müvafiq məktub göndərilmişdir (İ cild, səh.129); xx xxxxx 2019-cu il tarixli 926 saylı Məhkəmə Ekspertizası Mərkəzinin rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışa əsasən xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alındığını, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən həmin qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixli texniki pasport tərtib olunduğunu, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2010- cu il tarixli, 291 saylı sərəncamına əsasən, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 140 ünvanda yerləşən vətəndaş A.Qubatova məxsus 1 saylı mənzilin mövcud qapısının qarşısında təqdim olunmuş eskiz layihəsinə uyğun tambur quraşdırılmasına icazə verildiyini, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən layihə sənədlərinin razılaşdırıldığını, mövcud tikilinin layihəyə uyğun inşa edildiyini nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 140 qapı 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin tikinti norma və qaydalarına uyğun inşa edildiyi müəyyən olunur. Tədqiq olunan tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000- ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun inşa edildiyi nəzərə alınaraq bu sual üzrə tədqiqt aparılmamışdır. Rəydə daha sonra göstərilmişdir ki, iş üzrə Cavabdeh2 qeyri-aşayış sahəsinin tikintisi üçün icarəyə verilmiş torpaq sahəsinin birbaşa iddiaçıya məxsus qeyri-yaşayış obyektinin (mağazanın) qarşısında yerləşdiyini, mağazaya giriş qapısının A.M.Şərifzadə küçəsi tərəfdən olduğunu nəzərə alaraq, icarəyə verilmiş torpaq sahəsində hər hansı bir obyektin (qeyri-yaşayış sahəsinin) tikiləcəyi təqdirdə, həmin tikilinin İddiaçı məxsus qeyri-yaşayış sahəsinə giriş-çıxışa və mağaza tikilisinin ümumi görünüşünə məhdudiyyət yaradaçağı müəyyən edilir (İ cild, səh.209). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-381/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 və 140 saylı binaların yaxınlığında yerləşən torpaq sahəsinə dair xx xxx 2017-ci il tarixli, 1325 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2nun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qeyri-qanuni özbaşına tikintinin sökülməsi barədə qarşılıqlı iddia tələbi rədd edilmiş, iş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Cavabdeh2ndan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İlkin iddia üzrə Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-381/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsini ləğv edib, 291 saylı inzibati aktın razlıq məktubu bu günəədk bərpa olunmadığından, 291 saylı inzibati aktı “İnzibati icraat haqqında” Qanunun 67.2 maddəsinə əsas götürərək ləğv olunması və tikintinin özbaşına tikili olması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-381/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsini ləğv edilərək ilkin iddia üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2019-cu il tarixli iclasında iştirak edən cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndəsi X13 İddiaçı mərhum ərinin qeyd edilən ünvanda yerləşən mənzilin qapısı qarşısında tamburun quraşdırılmasına icazə verilməsinə dair müraciətinə razılıq verilməsi barədə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2010-cu il tarixli razılıq məktubu həmin idarənin xx.xx.2010-cu il tarixli məktubu ilə qüvvədən düşmüş hesab edildiyini, hal-hazırda heç bir tikinti olmadığını, İddiaçı əvvəlki sərəncamla ev tikərək çıxarış aldığını ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının torpaq sahəsinə 2018-ci il tarixdə çıxarış aldıqlarını bilmədiyini, iddiaçının ona qarşı iddia qaldırmasının səbəbini bilmədiyini, hal-hazırda həmin ərazidə heç bir maneə törədəcək hərəkət etmədiyini bildirmiş, öz apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkil X10 apellyasiya şikayətlərini qəbul etmədiyini, qarşılıqlı iddia ilə ilkin iddia ərizəsinin heç bir əlaqəsinin olmadığını, Cavabdeh2 icarə müqaviləsini on bir aydan uzun müddətə bağladığını və həmin müqavilənin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığını, cavabdehin icarəyə götürdüyü torpaq sahəsinin iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin bilavasitə qarşısında olan ərazi olduğunu bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7206/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli məlumata əsasən, məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir (səh.188). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7206/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyinə əsasən, ünvan 6 qapı 1 ünvanının İddiaçı RX- ******* saylı caxarışa əsasən məxsus olan qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti, ölçüləri, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunur. Bakı şəhər icra Hakimiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 1325 nömrəli, xx xxx 2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh2 icarəsinə verilmiş sahə faktiki olaraq, iddiaçıya məxsus qeyri-yaşayış tikilisinin qarşısında yerləşir və baxış zamanı həmin sahənin sərhədlərinin açıq şəkilə olduğu və mübahisəli sahadə hər hansı tikili olmadığı müəyyən edilmişdir. Cavabdeh2 qeyri-aşayış sahəsinin tikintisi üçün icarəyə verilmiş torpaq sahəsinin birbaşa iddiaçıya məxsus qeyri-yaşayış obyektinin (mağazanın) qarşısında yerləşdiyini, mağazaya giriş qapısının A.M.Şərifzadə küçəsi tərəfdən olduğunu nəzərə alaraq, icarəyə verilmiş torpaq sahəsində hər hansı bir obyektin (qeyri-yaşayış sahəsinin) tikiləcəyi təqdirdə, həmin tikilinin İddiaçı məxsus qeyriyaşayış sahəsinə giriş-çıxışa maneə yaradaçağı müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir; Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 226 nömrəli Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən sorğu üzrə tələb olunan məlumatların (sənədlərin) təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir(İİ cild, səh.86); Yasamal Rayon Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, A.M.Şərifzadə 140. qapı 1-də xüsusi mülkiyyətçi kimi X5 adına xx.xx.20018-ci il tarixli RX seriyalı 121872 saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışı vardır və Yasamal Bələdiyyəsində əmlak vergi ödəyicisi kimi qeydiyyatdadır. Cavabdeh2 ilə Yasamal Bələdiyyəsi arasında A.M.Şərifzadə küçəsi ev 134 və 140 saylı binaların yaxınlığında yerləşən torpaq sahəsi üzərində hec bir X11 bağlanmamışdır və vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. Həmin ərazi ümumi istifadədə olan torpaq sahəsinə aiddir (İİ cild, səh.88);Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 və 140 sayli binaların yaxınlığında yerləşən torpaq sahəsinin X12iuna icarəyə verilməsi barədə 1325 saylı, xx.xx.2017-ci il tarixli X11 barədə məlumat Xidmətin 1 saylı Bakı Ərazi İdarəsində aşkarlanmamışdır. Sözügedən binaların yaxınlığında yerləşən torpaq sahələrinə dair daha ətraflı və dəqiq məlumat (sahə, koordinat göstəriciləri və s.) təqdim edildiyi halda sorğuya yenidən baxıla bilər (İİ cild, səh.99); Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəllənin (MM) in 139, 152-158, 324, 337-354, 700-cü və MPM-in 14.2, 76.1, 77.1, 80, 81, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390, 420-cı maddələrinə istinadən hesab edir ki, qətnamə qismən (ilk iddianın təmin edilən hissədə) əsassızdır. Belə ki, ünvan 6 qapı 1 ünvanının İddiaçı RX- ******* saylı caxarışa əsasən məxsus olan qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti, ölçüləri, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğun olduğu, habelə Cavabdeh2 qeyri-yaşayış sahəsinin tikintisi üçün icarəyə verilmiş torpaq sahəsinin birbaşa iddiaçıya məxsus qeyri-yaşayış obyektinin (mağazanın) qarşısında yerləşdiyini, mağazaya giriş qapısının A.M.Şərifzadə küçəsi tərəfdən olduğunu nəzərə alaraq, icarəyə verilmiş torpaq sahəsində hər hansı bir obyektin (qeyri-yaşayış sahəsinin) tikiləcəyi təqdirdə, həmin tikilinin İddiaçı məxsus qeyriyaşayış sahəsinə giriş-çıxışa maneə yaradaçağı müəyyən edilmişdir. Hazırda cavabdeh tərəfindən tikintinin aparılmasına dair təsdiq edilmiş sənədlər (inşaat-tikinti lahiyə və s.) təqdim edilməmiş, real olaraq tikintinin aparılması müəyyən edilməmiş, ehtimallar (gələcəkdə yarana biləcək münasibtələr) əsasında mülki hüquqlarının təsdiqi və ya pozulmuş hüquqıarın müdafiəsi üçün əsaslar müəyyən edilmir. İnzibati münasibətlərdən irəli gələn qarşılıqlı tələbin isə təmin edilməsi üçün, yönələn cavabdehə münasibətdə əsaslar müəyyən edilmədiyindən, tələbin yönəldiyi subyektiv tərkib və məhkəmə aidiyyəti səciyyəsinin mülki icraat həddində araşdırmanın yolverilməzliyi baxımından əsaslar müəyyən edilmir. Ona görə tələblərin təmin edilməsinə maddi və prosessual əsaslar müəyyən edilmədiyindən, Bakı şəhəri İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməli, Cavabdeh2nun apellyasiya şikayəti qismən təmin edilməli, ilk iddianın təmin edilən hissəsində qətnamə ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMnin 118-119-cu maddəsinə əsasən apellyasiya şikayətinin üçün ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməli, ekspertiza xərci isə tərəflərdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti təmin edilsin. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)Cavabdeh2nun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-381/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsiqismən (ilk iddia ərizəsinin təmin edilən hissəsində) ləğv edilsin, ilk iddia ərizəsi təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərcləri olan 100 (bir yüz) manat məbləğdə pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına tərəflərdən tutularaq ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-493/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-493/2020
14.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver