Məhkəmə qərarları › İş №2(103)-4933/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4933/2022

19.07.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4933/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5006/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı “ödənilməmiş əmək haqqının, son haq-hesabın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətində çalışdığı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hesablanmış əmək haqqı məbləği və məzuniyyət hüququnundan irəli gələrək illər üzrə hesablanmış məzuniyyət haqqının o cümlədən mediasiya xidmət haqqının Cavabdeh-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin noyabr ayında Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətində satış təmsilçisi vəzifəsi üzə işə qəbul edilmişdir. Lakin əmək haqqının ödənilməsi üçün ona bank kartı təqdim edilsə də, bu illər ərzində yalnız 1 dəfə əmək haqqı ala bilmişdir. Şirkətin direktoru və təsisçisi Rüfət Əliyevə dəfələrlə bununla bağlı müraciət etsələr də, hər dəfə növbəti ay veriləcək deməklə vəzifəsini bitmiş hesab etmişdir. xx.xx.2021-ci il tarixdə X4 şikayət edən zaman məlum olmuşdur ki, şirkətdə 2019-cu ilin noyabr ayından müddətsiz əmək müqaviləsi üzrə çalışsa da, şirkət tərəfindən əmək müqaviləsi üzrə rəsmiləşdirmə xx.xx.2021-ci il tarixdən elektron rəsmiləşdirmə aparılmış və xx.xx.2021-ci il tarixdən əmək haqqılarının verilmədiyini görüb başqa işə keçmişdir. Cavabdeh tərəfindən onun əmək qanunvericiliyində nəzərdə tutulan hüquqları pozulmuşdur. Ona əmək haqqı ödənilməyib, məzuniyyət hüququ pozulub, eyni zamanda əmək haqqı üzrə sosial və vergi ödənişlərinin edilməməsi gələcəkdə yaranacaq sosial hüquqlarınında pozulması ilə nəticələnmişdir. Göründüyü kimi, onunla əmək müqaviləsi bağlanmış yəni, işəgötürən Cavabdeh ilə onun arasında əmək münasibətləri yaranmış olsa da, əmək münasibətlərindən doğan bütün hüquqları pozulmuşdur. Əmək müqaviləsinin surətini dəfələrlə tələb etsə də, əmək müqaviləsi ona təqdim edilməmişdir. Ona aylıq ilkin 500 manat sonra 700 manat məbləğində əmək haqqı təyin edilmiş və əmək haqqının ödənilməsi üçün bank kartı təqdim edilmişdir. Lakin çalışdığı müddət ərzində əmək haqqı köçürülməmişdir. Məzuniyyət hüququ ümumiyyətlə tanınmayıb. İşə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi üzrə işə başladığı tarixdən xx.xx.2021-ci il tarixədək hesablanmış əmək haqqı məbləği və məzuniyyət hüquqununda irəli gələrək illər üzrə hesablanmış məzuniyyət haqqının, o cümlədən 50 (əlli) manat mediasiya xidmət haqqının Cavabdeh-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5006/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 05 fevral 2020-ci il tarixdən 12 mart 2021-ci il tarixədək aylar üçün ödənilməmiş əmək haqqının və işdən çıxmağı ilə əlaqədar son haqq-hesabların (məzuniyyət və s) hesablanaraq İddiaçı ödənilməsi vəzifəsinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh-nin nümayəndəsi və vəkili X5 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməsi tərəfindən cavabdehə məhkəmədə baxılan iş barədə heç bir məlumat verilməmişdir. İddiaçı 2019-cu ilin noyabr ayından deyil xx.xx.2020-ci il tarixdən MMC-də satış təmsilçisi vəzifəsində işə başlamış və hər ay əmək haqqını əldə etmişdir. MMC rəhbərinin özünün və ailə üzvlərinin səhhətində olan problemlərlə əlaqədar şirkətin fəaliyyəti ilə müntəzəm maraqlanmadığını, MMC üzrə satışın həyata keçirilməsi və işçilərin əmək haqqılarının ödənilməsini digər satış nümayəndəsi Nurlanə Xuduyevaya tapşırdığını, sonuncu tərəfindən əmək haqqıların işçilərə əmək haqqı kartı vasitəsilə deyil nağd olaraq ödənildiyini, lakin buna dair cədvəl tutularaq imzalar etdirilmədiyi, bu səbəbdən də barəsində inzibati protokol tərtib edilərək cərimələndiyimizi bildirirlər. Şəxsin iki ilə yaxın müddət ərzində əmək haqqı almadan şirkətdə işləməsi, özünün məlumatı olmadan işdən azad olunması, işə bərpa olunmasını qeyd etməsi heç bir halda inandırıcı deyildir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5006/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinə baxılmasına xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, Cavabdeh-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdehnin nümayəndəsi və vəkili İlqar Rüstəmov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi, iddia ərizəsində və iddia tələbinin həcminin artırılmasına dair ərizədə göstərdiklərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5006/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda Cavabdeh-nin nümayəndəsi və vəkili İlqar Rüstəmov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinə baxılmasına xitam verilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2021ci il tarixli əmək müqaviləsi bildirişinin təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cavabdeh işəgötürən ilə İddiaçı-işçi arasında xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, İddiaçı satıcı vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqı 700 manat müəyyən edilmişdir.(İ.vər. 10) İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı 20 sentyabr 2021-ci il tarixli, **********4 saylı məktubundan görünür ki, onun Cavabdeh-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X6 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq araşdırılması ilə bağlı Sizə aid olan sənədlərin təqdim olunması məqsədi ilə Cavabdeh-nin rəhbərliyinə tərəfimizdən məktub rəsmi qaydada təqdim olunmuş, lakin bu günə qədər sənədlər təqdim edilməmişdir. Araşdırma zamanı X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyi izahat və müvafiq bank çıxarışlarından Cavabdeh-də çalışdığı dövrdə əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyi məlum olmuşdur. Bununla da müəssisə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozulduğundan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Eyni zamanda onlara aid olan sənədlərin təqdim olunmasında köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Bildirilir ki, sənədlər təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılacaqdır. Qeyd edilir ki, qeyd olunalarla razılaşmadığı halda məhkəməyə müraciət etmək hüququ vardır.(İ.vər. 35) İş materiallarında olan, "xxxx" MMC-nin 279 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-nin Satış Departamentində Satış üzrə nümayəndə vəzifəsində işləyir. İddiaçı aylıq əmək haqqı 400 manatdır.(İ.vər. 36) Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin 05 fevral 2020-ci il tarixdən 12 mart 2021-ci il tarixədək aylar üçün ödənilməmiş əmək haqqının və işdən çıxmağı ilə əlaqədar son haqq-hesabların (məzuniyyət və s) hesablanaraq İddiaçı ödənilməsi vəzifəsinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması hissəsində təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda; Həmin Məcəllənin 154-cü maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin Məcəllənin 172-ci maddəsinə əsasən; 1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 1.Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər; 4.İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə görə, tərəflər əmək haqqının ayda bir dəfə ödənilməsi ilə bağlı razılaşmışdırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən; 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırdmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi üzrə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydə alındığı tarixdən, yəni xx.xx.2020-ci ildən, bildirişin qüvvədə olduğu son tarixə, yəni xx.xx.2021-ci ilə kimi ödənilməli olan əmək haqqı və həmin illər üzrə hesablanmış son haqq-hesab ödənilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 05 fevral 2020-ci il tarixdən 12 mart 2021-ci il tarixədək əmək müqaviləsinə əsasən cavabdeh təşkilatda əmək funksiyalarını yerinə yetirmiş, cavabdeh isə müqaviləyə əsasən işçiyə icra etdiyi işin müqabilində müəyyən əmək haqqı ödənilməsi öhdəliyini icra etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh-nin nümayəndəsi və vəkili İlqar Rüstəmov apelyasiya şikayətində Cavabdeh üzrə satışın həyata keçirilməsi və işçilərin əmək haqqılarının ödənilməsini digər satış nümayəndəsi Nurlanə Xuduyevaya tapşırdığını, sonuncu tərəfindən əmək haqqıların işçilərə əmək haqqı kartı vasitəsilə deyil nağd olaraq ödənildiyini, lakin buna dair cədvəl tutularaq imzalar etdirilmədiyini göstərsə də, cavabdeh təşkilat tərəfindən həmin dəlilləri təsdiq edən sübutlar apelyasiya şikayətinə əlavə edilməmiş, nümayəndəsi məhkəmə iclasında iştirak edərək bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası Cavabdeh-nin nümayəndəsi və vəkili İlqar Rüstəmovun apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5006/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5006/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar