Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4933/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı (üçüncü şəxs: ASC “Xalq” Bank, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 54 saylı Notariat Kontoru) iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 nümayəndələri (vəkili) Vəkil2 və X4, 3-cü şəxs ASC “Xalq” Bank-ın nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2023-cüil tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı1 xx.xx.2013-cü il tarixdə 30 il müddətinə, İddiaçı2 isə xx.xx.2015-ci il tarixdə 50 il müddətinə Cavabdeh2 etibarnamələr verərək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı və digər hərəkətləri etməyi etibar etmişlər. Həmin etibarnamələrdə verilmiş səlahiyyətlərin başqa şəxslərə verilə bilməsi qeyd edilmişdir. Hazırda etibarnamələr qüvvədədir. Bundan sonra Cavabdeh2 həmin etibarnaməyə istinad etməklə xx.xx.2020-ci il tarixdə Xəqani Əzimova 6 ay müddətinə etibarnamə vermişdir. Etibar edilmişi başqasına etibar etmə qaydasında verilən bu etibarnamədə Cavabdeh2 Xəqani Əzimova DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İddiaçı1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair arayış forma 1 almağı, mülkiyyət üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, ərizə verməyi və bu tapşırıqların həyata keçirilməsi ilə əlaqədar digər zəruri hərəkətləri etməyi etibar etmişdir. Xəqani Əzimov bu etibarnamədən istifadə edərək İddiaçı1 məxsus olan ünvan 1həsi 131.2 kv.m olan və 596.4 kv.m olan qeyri-yaşayış sahələrini Cavabdeh3 MMC-yə 131200 manat və 596400 manat qiymətinə satmış və bununla bağlı tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsini imzalamışdır. Cavabdeh2 İddiaçı2 əvəzinə xx.xx.2020-ci il tarixdə notariat ofisinə ərizələr ünvanlayaraq ünvan 1həsi 596.4 kv.m və 131.2 kv.m olan qeyri-yaşayış sahələrinin satılmasına etiraz etmədiyini və razı olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixdə etibarnamə üzrə çıxış edən X7 ilə Cavabdeh3 MMC arasında xx.xx.2020-ci il tarixli, 4Ə/532 reyestr nömrəli və 4Ə/533 reyestr nömrəli alqı-satqı müqavilələrinin ləğvinə dair sazişlər bağlanmışdır. Sazişlərə görə tərəflərin ümumi razılığına əsasən Bakı şəhəri 54 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli, 4Ə/532 reyestr nömrəli və 4Ə/533 reyestr nömrə ilə təsdiq olunmuş alqı-satqı müqavilələrinə xitam verilmiş, alqı-satqı müqavilələrinə əsasən müqavilə məbləği notariusun bankda açdığı depozit hesabı vasitəsilə geri qaytarılmış, MMC isə qəbul etmişdir. Müqavilələr ləğv edildikdən sonra Bakı şəhəri 54 saylı Notariat Ofisinin müraciətinə əsasən Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 131.20 kv.m və 597.40 kv.m olan qeyri-yaşayış sahələrinə dair İddiaçı1 adına yeni çıxarışlar verilmişdir. Yəni, 131.20 kv.m və 597.40 kv.m olan qeyri-yaşayış sahələri üzərində İddiaçı1 mülkiyyət hüququ bərpa olunmuşdur. Bundan sonra xx.xx.2020-ci il tarixli etibarnamə üzrə çıxış edən Xəqani Əzimov xx.xx.2020-ci il tarixdə mübahisəli qeyri-yaşayış sahələrinin alqı-satqısına dair Cavabdeh1 ilə AN-İ № ******* nömrəli və ******* nömrəli müqavilələr bağlayaraq qeyri-yaşayış sahələrini 131200 manat və 596400 manat qiymətinə sonuncuya satmışdır. ünvan 2 ünvanında yerləşən 131.20 kv.m və 597.40 kv.m olan qeyri-yaşayış sahələrinə dair Cavabdeh1 adına çıxarışlar verilmişdir. X7 vəfat etmişdir.
2. ASC “Xalq” Bank ilə "xxxx" MMC (direktoru Cavabdeh1) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, DKM/025N16L01687222 saylı kredit xətti müqaviləsi ilə MMC-yə 36 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmış, kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixli, DKM/025N16L01687222/İM saylı ipoteka müqaviləsi üzrə ünvan 1həsi 131.2 kv.m olan və 596.4 kv.m olan qeyri-yaşayış sahələrinin bazar qiyməti 262000 manat və ******* manat olaraq müəyyən edilmişdir. Bu zaman həmin əmlaklar birgə nikah dövründə əldə edildiyi üçün Cavabdeh1 həyat yoldaşı X5 razılıq ərizəsi alınmışdır. Mübahisəli qeyri-yaşayış sahələrindən başqa da Cavabdeh3 MMC tərəfindən ASC “Xalq” Banka başqa əmlaklar ipotakaya qoyulmuşdur.
3. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin vəzifələri şəxsləri barəsində istintaq aparılan zamanı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin direktoru Rəsul Əhmədov ərizə ilə müraciət edərək MMC tərəfindən inşa olunan ünvan 3 ünvanında tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında yerləşən MMC-nin təsisçisi Cavabdeh2 atası İddiaçı1 xüsusi mülkiyyətində olan 596.4 və 131.2 kvadratmetr olan qeyri-yaşayış sahələrinin Cavabdeh1 tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini və sonuncunun adına hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarış verildiyini bildirmişdir. Müraciətdə göstərilən xüsusatlar cinayət işinin istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmaqla qanuna müvafiq qərar qəbul ediləcəkdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Ədalət” Vəkil Bürosuna ünvanlandığı və apellyasiya baxışı zamanı işə baxan məhkəməyə təqdim olunan məktubdan görünür ki, İddiaçı1 xüsusi mülkiyyətində olan 596.4 və 131.2 kvadratmetr qeyri-yaşayış sahələrinin Cavabdeh1 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi faktı müəyyən olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı (üçüncü şəxslər: ASC “Xalq” Bank, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 54 saylı Notariat Kontoru) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 adından Cavabdeh3 MMC ilə bağlanılmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqavilələrinin, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, 4Ə/532 nömrəli alqı-satqı müqavilələrinin ləğvinə dair və xx.xx.2020-ci il tarixdə 20 noyabr 2020-ci il tarixli, 4Ə/533 nömrəli alqı-satqı müqavilələrinin ləğvinə dair sazişlərin və İddiaçı1 adından Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, bu hərəkətlərdən irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, ünvan 1həsi 596.4 kv.m və 131.2 kv.m olan qeyriyaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar oğulları Cavabdeh2 özlərinə məxsus olan daşınmaz əmlakla bağlı bank məsələlərinin həyata keçirilməsi üçün etibarnamə vermişlər. Onların xəbəri olmadan, eyni zamanda, qanuni maraq və mənafelərinə zidd olaraq oğulları Əliyev X9 Əzimova etibarnamə vermiş və sonuncu onların birgə mülkiyyətində olan ümumi sahəsi 596.4 kv.m və 131.2 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanda qeyri-yaşayış sahəsini xx.xx.2020ci il tarixində alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 MMC-yə satmışdır. xx.xx.2020-ci il tarixdə isə Xəqani Əzimov etibarnamədən təkrarən istifadə edərək xx.xx.2020-ci il tarixli, 4Ə/532 nömrəli alqı-satqı müqaviləsinin ləğvinə dair saziş bağlamışlar. Daha sonra xx.xx.2020-ci il tarixdə X1 Əliyevin adından tanımadıqları Cavabdeh1 ilə hər iki qeyriyaşayış sahəsini alqı-satqı müqaviləsi ilə rəsmiləşdirərək öz adına keçirmişdir. Oğulları Cavabdeh2 verdikləri etibarnamədən istifadə edilərək tanımadıqları şəxslər vasitəsi ilə əmlaklarının başqa şəxsə satılması yolverilməzdir. Bu məsələnin mövcudluğundan xəbər tutan kimi araşdırma aparmış və məlum məsələni aşkara çıxarmışlar. Daha sonra Notariat Ofisinə müraciət etdikdən sonra sənədlərlə tanış olunmuşdur. Cavabdeh2 verilmiş etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamışdır. Həmin etibarnamədə və bu etibarnamə əsasında baş tutmuş hüquq münasibətində (ipoteka müqaviləsinin bağlanmasında) təmsil edilən şəxs kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 iradə və maraqları müəyyən şəkildə ifadə olunmamışdır. Ümumiyyətlə, Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanında yerləşən qeyri-yaşayış sahələrinə dair etibarnamə verilən zaman təmsil edilən şəxs İddiaçı1 və İddiaçı2 təmsilçi Cavabdeh2 bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Cavabdeh2 özünün maraqları daxilində deyil, İddiaçı1 və İddiaçı2 maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi, xx.xx.2020-ci il tarixdə isə alqı-satqı müqaviləsinin ləğvinə dair saziş və xx.xx.2020-ci il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi iddiaçıların maraqlarına zidd olaraq bağlanmışdır. Yəni, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanında yerləşən qeyriyaşayış sahələrinə dair (öhdəliyi təmin edən) alqı-satqı müqavilələri onun etibarnaməsi əsasında Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında kənar şəxsin öhdəliklərinin təmin olunması üçün bağlanmışdır.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-949/2023 saylı, 16 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia rədd edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, ünvan 2 ünvanında yerləşən 131.20 kv.m və 597.40 kv.m olan qeyri-yaşayış sahələrinə dair alqı-satqı müqavilələri və sazişlər 2020-ci il tarixdə bağlanmış, lakin iddiaçılar hazırkı tələblə məhkəmədə həmin tarixdən 2 ildən artıq müddət keçdikdən sonra, yəni, xx.xx.2023-cü il tarixdə iddia qaldırmışlar. Məhkəmə tələbə mahiyyəti üzrə də qiymət verərək belə nətcəyə gəlmişdir ki, alqı-satqı müqavilələri bağlanan vaxt, yəni 2020-ci il tarixdə etibarnamə qüvvədə olmuş və etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmamışdır. İddiaçılar tərəfindən verilmiş etibarnamələrdə bütün əmlakları öz mülahizələrinə görə almaq, satmaq, onun adından ərizə vermək, imza etmək, işləri aparmaq və digər hərəkətləri etmək etibar edilmiş, Cavabdeh2 da İddiaçı1 adından etibarnamə əsasında verilmiş hüquqlar əsasında alqı-satqı müqavilələri bağlamış, İddiaçı2 adından mübahisəli əmlakların satılmasına etiraz etməməsi barədə ərizə verilmiş, İddiaçı1 ona vermiş olduğu etibarnaməsinə əsasən başqa şəxsə etibarnamə vermişdir. Göründüyü kimi, müqavilə və sazişlər rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh2 və Cavabdeh1 barəsində də cinayət işi yekunlaşmamış və onların əməllərinin qanunsuz olması barədə rəsmi qərar mövcud deyildir. Beləliklə, şifahi olaraq məhkəmə iclaslarında bildirilənlər qeyd olunan müqavilələrin etibarsız hesab olunmasına dəlalət etmir. Hansıki, məhkəmə iclasında mübahisəli əqdlərin Cavabdeh2 Cavabdeh1 olan borclarını pərdələmək məqsədilə və ya Cavabdeh2 onun tərəfindən hüquqi şəxsdə təsisçi və ya onun idarə edilməsində iştirak etmək üçün bağlanması bildirilsə də, qeyd olunan hallar məhkəmə araşdırılması zamanı sübuta yetirilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Cavabdeh1 "xxxx" MMC-nin hazırkı qanuni təmsilçisi olması və MMC-nin xx.xx.2018-ci il tarixdə qeydiyyata alınması müəyyən olunmuşdur. İş üzrə cavabdeh qismində cəlb olunmamış "xxxx" MMC tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs ASC “Xalq” Bankdan götürülmüş kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 mübahisəli əmlakları ipotekaya qoymuşdur. Göründüyü kimi, iş üzrə Cavabdeh3 MMC ilə "xxxx" MMC eyni hüquqi şəxslər olmamışdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359, 362.1, 366.2-ci maddələrinə, “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarı, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçılar apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişlər.
10. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, iddiaçılar təsadüfən bu yaxınlarda qeyri-yaşayış sahəsinin yanından keçəndə oranı “Araz market”in işlətdiyini görmüşlər. Daha sonra araşdırıb əmlaklarının satıldığını ortaya çıxarmışlar. Mübahisəli məsələ ilə bağlı Korrupsiyaya qarşı mübarizə üzrə Baş İdarəsində araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh1 ilə yanaşı mərhum Xəqaninin oğlu X6 da dəvət olunmuşdur. Görünən odur ki, Cavabdeh2, dolayı yolla isə İddiaçı1 aldadılıb. Hamıya məlumdur ki, Nizami rayon ərazisində olan qeyriyaşayış sahəsinin məbləği bu deyildir. Alqı-satqı məbləği formal məbləğdir. Hesab edir ki, həqiqətən Cavabdeh1 həmin əmlakı banka girov qoymaqla nə qədər pul götürdüyü müəyyən edilməlidir. Burada İddiaçı1 əmlakı əldən çıxmışdır. Bu onun hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına gətirib çıxarır. Cavabdeh1 isə alqısatqımüqaviləsini əsas gətirir. Lakin O, notariat hərəkətlərinin aparılmasından xəbərdardır. Belə ki, alqı-satqı müqaviləsi bağlanan zaman notariat kontorunda depozit hesabına pul qoyulmalıdır. Amma qoyulan pul əmlakın faktiki dəyərində olmamışdır. Çox təəssüf ki, alqısatqı müqaviləsi bağlanarkən müqavilənin ləğvi nəzərdə tutulmamışdır. Nəticə etibarilə Nizami Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə iddiaçıların hüquqlarını pozaraq, mülki dövriyyədə onların qanunla qorunan mənafelərinə də zərər yetirir. Buna görə də, həmin qətnamə tamamilə əsassız və qanunsuzdur. Tamara xanım isə başqa bir işlə bağlı razılıq vermiş, verdiyi razılıq ərizəsini də həmin işdən çıxarıb bu işin içinə qoymuşlar. Qarşı tərəf bildirmişdir ki, əmlak ona 500.000 manata satılmışdır. Lakin maraqlısı ondadır ki, həqiqətən də qarşı tərəfin dediyi kimi olmuşdursa, nə üçün Bilal 500000 manat ödəyib əmlak alsa da, bu qədər vəsait verdiyi əmlakın sahibi Rəhimin kim olması və əmlakla bağlı onun iradə ifadəsinin olub-olmaması barədə maraqlanmamışdır. Eyni zamanda nəyə görə Cavabdeh3 MMC-yə satılmalı olan əmlakı Bilala satmışlar və Cavabdeh3 MMC ilə bağlanan müqavilə ləğv edilmişdir? Cavabdeh1 İddiaçı1 adına olan əmlaka görə nə üçün Xəqani Əzimova pul ödəyir? Buradan da görünür ki, alqı-satqı formal olmuş, ortada yarım milyon vəsait olmamışdır. Bundan başqa Xəqani Əzimovun adına heç avtomobil belə yoxdur, onun evinin qiyməti 30-40 min manat olmuşdur. Beləliklə, o, yarım milyonluq əmlakı ala bilməzdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçıların nümayəndəsi Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
13. Cavabdehin nümayəndələri Vəkil2 və Cavabdeh1, eləcə də 3-cü şəxs ASC “Xalq” Bank-ın nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
16. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
17. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. İşdən göründüyü kimi, mübahisə predmeti iddiaçıların ümumi birgə mülkiyyətində olan, lakin daşınmaz əmlakın dövlət reyestrində onlardan birinin – İddiaçı1 adına qeydiyyatdan keçmiş ünvan 1həsi 596.4 kv.m və 131.2 kv.m olan qeyri-yaşayış sahələridir. Həmin qeyri-yaşayış sahələri etibar edilmişi başqasına etibar etmə qaydasında verilən etibarnamə üzrə çıxış edən Xəqani Əzimov tərəfindən ilkin olaraq xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli və AN-İ № ******* nömrəli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh3 MMC-yə satılmış, lakin sonradan xx.xx.2020-ci il tarixli sazişlərə əsasən həmin alqı-satqı müqavilələri ləğv edilmiş, İddiaçı1 qeyri-yaşayış sahələri üzrərində mülkiyyət hüququ bərpa olunmaqla ona daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarış verilmiş, bundan sonra xx.xx.2020-ci il tarixdə qeyri-yaşayış sahələrinin alqı-satqısına dair X14 Hacıyev arasında yeni müqavilə bağlanmış, Cavabdeh1 əmlaklar üzərində mülkiyyət hüququ qeydə alındıqdan sonra sonuncu tərəfindən ASC “Xalq” Bank ilə "xxxx" MMC (direktoru Cavabdeh1) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq eyni tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə MMC-yə 36 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit verilmişdir. Mübahisəli qeyri-yaşayış sahələri ilə yanaşı Cavabdeh1 məxsus daha üç daşınmaz əmlak da kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.
21. Mübahisəli qeyri-yaşayış sahələrinin ilkin mülkiyyətçiləri olan iddiaçılar alqısatqı müqavilələrinin və sazişin onların iradə ifadəsini əks etdirmədiyini, mülkiyyət hüquqlarını pozduğunu, Cavabdeh2 Xəqani Əzimova verdiyi xx.xx.2020-ci il tarixli etibarnamənin onların maraqlarına zidd olmaqla səlahiyyət həddini aşdığını, mübahisəli qeyri-yaşayış sahələrinə dair belə bir etibarnamə vermədiklərini bildirərək Cavabdeh3 MMC ilə bağlanılmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinin, həmin alqı-satqı müqavilələrinin ləğvinə dair xx.xx.2020-ci il tarixli sazişlərin, Cavabdeh1lə bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, bu hərəkətlərdən irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçılara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
22. Birinci instansiya məhkəməsi istər etibar edilmişi başqasına etibaretmə qaydasında verilən xx.xx.2020-ci il tarixli etibarnamə, istərsə də Xəqani Əzimovun həmin etibarnamədən istifadə etməklə bağladığı alqı-satqı müqavilələri və saziş, eləcə də ipoteka müqaviləsi rəsmiləşdirilərkən qanunvericiliyin tələblərinin pozulmadığı, iddiaçılar tərəfindən əqdlərin etibarsızlığı barədə iddia qaldırmaq üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətin buraxıldığı qənaətinə gələrək iddianı rədd etmişdir.
23. Qətnamədən narazı qalan iddiaçıların apellyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, mübahisəli qeyri-yaşayış sahələrinin iddiaçıların iradəsi ziddinə özgəninkiləşdirilməsi, nəticədə iddiaçıların hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının pozulmasına qiymət verilməməsi və s. barədədir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı saymır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli qeyri-yaşayış sahələrinin səlahiyyəti olmayan şəxs tərəfindən iddiaçıların iradəsi ziddinə özgəninkiləşdirilməsi ilə bağlı dəlilləri üzrə aşağıdakıları qeyd edir.
26. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, İddiaçı1 xx.xx.2013-cü ildə və İddiaçı2 xx.xx.2015-ci ildə öz oğulları Cavabdeh2 etibarnamə verərkən mübahisəli qeyri-yaşayış sahələri üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində hələ qeydə alınmamışdı və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə qeydə alınmışdır. İddiaçı1 Cavabdeh2 verdiyi xx.xx.2013-cü il tarixli etibarnamədə xx.xx.2019-cu ildə yaranmış mülkiyyət hüququna dair sərəncam verilməsinə dair səlahiyyət təbii ki nəzərdə tutula bilməzdi. Lakin həmin etibarnamənin məzmunundan göründüyü kimi, İddiaçı1 Cavabdeh2 ona məxsus bütün əmlaklar üzərində sərəncam verilməsi ilə bağlı ümumi səlahiyyət vermişdir. Cavabdeh2 bu etibarnamədən istifadə edərək mübahisəli qeyri-yaşayış sahələri üzərində sərəncam verilməsi ilə bağlı Xəqani Əzimova etibar edilmişi başqasına etibar etmə qaydasında etibarnamə vermiş və nəticədə mübahisələndirilən alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilələr bağlanarkən etibarnamələr ləğv edilməmiş, qüvvədə olmuşdur. Məhkəmə kollegiyası etibar edilmişi başqasına etibar etmə qaydasında verilmiş xx.xx.2020-ci il tarixli etibarnaməni nəzərdən keçirərkən müəyyən etdi ki, həmin etibarnamədə Cavabdeh2 Xəqani Əzimova DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli (**********42-05301-083001 reystr nömrəli, qeydiyyat **********) çıxarışa əsasən İddiaçı1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair arayış forma 1 almağı, mülkiyyət üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, ərizə verməyi və bu tapşırıqların həyata keçirilməsi ilə əlaqədar digər zəruri hərəkətləri etməyi etibar etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2020ci il tarixli alqı-satqı müqaviləsi ləğv edildikdən sonra İddiaçı1 adına xx.xx.2020-ci ildə yeni çıxarış verilmişdir və xx.xx.2019-cu il tarixli çıxarış artıq qüvvədə olmamışdır. xx.xx.2020-ci ildə Cavabdeh1lə alqı-satqı müqaviləsi bağlanarkən bu çıxarış qüvvəsini itirmiş olmuşdur.
27. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən əqdlərin rəsmiləşdirilməsi zamanı müəyyən pozuntulara yol verilmiş olsa da, iddiaçılar tərəfindən həmin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddət buraxıldığından bu pozuntular əsas götürülməklə onların iddiası təmin oluna bilməz. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.