Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4933/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı; iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iş üzrə (Açar sözlər: istifadə hüququna xitam verilməsi; mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X7 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair”, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə tələbinə dair” iddiası barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-527/2023 nömrəli 23 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.1994-cü ildə nikah bağlanmış, birgə nikahdan xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 doğulmuşdur.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2004-cü il tarixli qətnaməsi ilə ondar arasında olan nikah pozulmuşdur. Lakin nikahın pozulmasına baxmayaraq onlar barışmış və xx.xx.2008-ci il tarixdə qızları Nigar doğulmuşdur.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 9 iyun 2004-cü il tarixli, 2-1074/200 nömrəli qətnaməsi ilə Cavabdeh2 ünvan 1 ünvanına istifadə hüququnun tanınmasına dair iddia tələbi təmin edilmişdir. Cavabdeh1 xx.xx.1999-cu ildən, Cavabdeh2 həmin mənzilində xx.xx.2004-cü ildən və X6 xx.xx.2008-ci il tarixdən qeydiyyatda olmuşlar.
4. Mübahisəli mənzil İddiaçı anası X2 mülkiyyətində olmuş, o, 22 oktyabr 2005-ci il tarixdə vəfat etmiş, vəfatından sonra mənzil İddiaçı mülkiyyətinə “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında keçmişdir. İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18 iyul 2006-ci il tarixdə qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və X5 9.000 manat kompensasiya ödənilməsi müqabilində onların, mülkiyyətində olan mübaisəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Sonradan İddiaçı nümayəndəsi (vəkili) iddia tələbini dəqiqləşdirmiş, Cavabdeh1, Cavabdeh2 və X1 ödənilmədən onların mübahisəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini və dəqiqləşdirmə barədə ərizəsini belə əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 2013-cü ildən hazırki günədək tamamilə ayrı yaşamaqdadırlar. Ortaq övladları olan Cavabdeh1 və X6 anaları ilə birlikdə yaşamaqdadırlar. Cavabdehlər hazırda ünvan 2 ünvanında yaşasalar da, ona məxsus evdə qeydiyyatdadırlar. Cavabdehlərin onun evində qeydiyyatda olması mülkiyyət hüquqlarını pozmaqla yanaşı, öz hüquqlarından istədiyi kimi istifadə etmək imkanını da məhdudlaşdırır. Belə ki, yenidən ailə qurmuşdur və xx.xx.2016-cı il təvəllüdlü Cəmilə adlı bir qızı vardır. Cavabdeh2 "xxxx" MMMC tərəfindən tikilmiş mənzili vardır və onlar 2013-cü ilin mart ayından etibarən həmin mənzildə yaşayırlar. Hazırkı vəziyyətdə cavabdehlərin istifadə hüququna xitam verilməsi və mənzildən qeydiyyatdan çıxarılmaları onların hüquqlarına hər hansı bir zərər yetirməyəcəkdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 və Cavabdeh1 2013-cü ildən etibarən Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 92 saylı evin 26 saylı mənzilində yaşamadıqlarını etiraf etmiş, Cavabdeh2 həmçinin bildirmişdir ki, Xətai rayonu, M.Hadi küçəsi ev 76, giriş 4B ünvanında yerləşən 13 saylı mənzil ona məxsusdur və qohumu tərəfindən hədiyyə edilmişdir. Sonrakı məhkəmə iclaslarında da cavabdehlərin həmin mənzildə uzun müddətdir (2013-cü ildən etibarən) yaşamaması faktı öz təsdiqini tapmışdır. Cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 92 saylı evin 26 saylı mənzildə yaşamamalarına dair etirafı məhz onların həmin yaşayış sahəsinə olan ehtiyacının olmaması mənasına gəlməkdədir. Həmçinin Cavabdeh2 özünə məxsus mənzilinin də olması onu göstərir ki, onun Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 92 saylı evin 26 saylı mənzilində yaşamağa ehtiyacı yoxdur.
8. Eyni zamanda Cavabdeh1 İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki 92 saylı evin 26-cı mənzilindən istifadəsinə yaradılan maneələrin qanunsuz hesab edilməklə həmin mənzilə köçürülməsi, mənzildən maneəsiz və sərbəst istifadə etməsi üçün mənzilin giriş qapısının açarlarının verilməsinin (və ya sürət çıxarılması üçün təqdim edilməsinin) İddiaçı həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Cavabdeh1 iddiasını onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki 92 saylı evin 26-cı mənzili atası İddiaçı mülkiyyətindədir. xx.xx.1995-ci il tarixdə anadan olandan həmin mənzildə qeydiyyatda olmaqla son vaxtlaradək orada yaşamışdır. Hazırda atası onu mənzilə buraxmır. Dəfələrlə həmin mənzilə köçüb yaşamağa cəhd etsə də, atası buna imkan vermir. Atasının qanunsuz hərəkətləri ucbatından o, yaşadığı mənzildən istifadə edə bilmir və hüquqlarından məhrum olunmuşdur. İddiaçı uzun müddət yaşayaraq qeydiyyatda olduğu mənzilə onu buraxmayaraq orada yaşamasına imkan vermədiyinə görə həmin hallar aradan qaldırılmalı və mənzilə məhkəmə qaydasında köçürülməlidir.
10. Birinci instansiya məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərardadı ilə sözügedən iddia tələblərinin bir icraatda birləşdirilməsinə və onlara bir icraatda baxılmasına qərar verilmişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-527/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 və X4 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi, ünvan 3 ünvanında yerləşən mənzilin giriş açarlarının (və ya surətinin) Cavabdeh1 təhvil verilməsi qət olunmuşdur.
12. Məhkəmə hesab etmişdir ki, hazırki mübahisənin həlli əvvəlki 1964-cü ildən 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin, habelə 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir.
13. Belə ki, Cavabdeh2 və X6 artıq uzun müddətdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 76, giriş 4”B”, 13 saylı mənzildə yaşadıqları üçün onların mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 və X4 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməlidir.
14. Bununla yanaşı məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 mübahisəli yaşayış sahəsində istifadə hüququna malik olan şəxs olaraq hazırda yaşayış sahəsinə ehtiyacı olduğu üçün onun istifadə hüququna yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. Bununla bağlı olaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, ilkin iddia tələbi Cavabdeh1 qarşı təmin edilməməli, qarşılıqlı iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməli, mənzilin giriş açarları (və ya surəti) Cavabdeh1 təhvil verilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152-ci, 228.2-ci və 228.5-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin 60cı, 123-cü maddələrinə, 1999-cu il tarixədək qüvvədə olan Mülki Məcəlləyə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən İddiaçı nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən – təmsil etdiyi şəxsin iddia tələbinin təmin olunmaması, habelə qarşılıqlı iddianın təmin edilməsi ilə bağlı hissələrdə ləğv olunmasını və İddiaçı iddia tələbinin tam təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti müvafiq iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normasını düzgün tətbiq etmədiyini, Cavabdeh1 10 ildən artıq müddətdir mübahisəsi gedən mənzildə yaşamadığının müəyyən edildiyini nəzərə almadığını, onun yaşayış sahəsinə ehtiyacının olmasının sübuta yetirilmədiyini, yeni qurduğu ailəsi ilə Rüfətin birlikdə yaşamasının mümkün olmadığını irəli sürmüşdür.
b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1127/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-527/2023 saylı iş üzrə 23 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər X8 (sədrlik edən və məruzəçi), X12 və X10).
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 1998-ci ildən 2013cü ilin mart ayına qədər həmin mənzildə yaşamış, bundan sonra atası və anasının ailə münasibətlərinin pozulması səbəbindən anası ilə birlikdə mənzili tərk edib getmişdir. Beləliklə, kollegiya hesab etmişdir ki, Cavabdeh1 mübahisəsi gedən mənzilə, mənzil nənəsinin, daha sonra atasının mülkiyyətində olduğu dövrdə onların ailə üzvü olaraq mənzildə nənəsi və atası ilə birgə yaşadığı zaman yaranmış istifadə hüququnun itirildiyi qənaətinə gəlmək mümkün deyildir.
20. Bundan əlavə, Cavabdeh1 mübahisəsi gedən yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı sübuta yetirilməmişdir və onun, yaşayış sahəsinə olan ehtiyacını məhz atasının mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olduğu nəticəsinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Başqa sözlə, Cavabdeh1 mübahisəsi gedən mənzilə yaranmış istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Nəzərə alınmalıdır ki, yaşayış sahəsindən istifadə hüququ vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəlir və bu hüquqa xitam verilməsi zamanı kompensasiya o halda ödənilir ki, hüquq sahibinin mülkiyyətçinin hesabına müəyyən müddət daxilində başqa yerdə, istifadə hüququ olan mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən yerdə yaşamağa ehtiyacı olsun.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 43cü, Mülki Məcəllənin 152.1, 152.4, 152.5, 228.2, 228.5-ci, 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.3, 60, 87, 123-cü və 01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü və Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Kassasiya instansiya məhkəməsində icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2024/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər – V.Həsənov (məruzəçi), Ə.Əhmədov və İ.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1127/2023 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərtnaməsi ilk iddianın rədd olunan və qarşılıqlı iddianın təmin olunan hissələrində ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
23. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Baxılan iş üzrə də qarşılıqlı iddiaçının mənzildən istifadə hüququnun yaranmasına əsas verən hüquqi faktların mövcud olub-olmaması müəyyən edilməlidir. Qeyd edilməlidir ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Bu baxımdan qarşılıqlı iddiaçı sözügedən yaşayış sahəsindən istifadə hüququ əldə etmiş (o, vərəsəlik açılmazdan əvvəl mülkiyyətçi olmuş nənəsinin, sonra isə atası ilə mübahisəli mənzildə birlikdə yaşaymışdır.) Lakin hazırkı vəziyyətdə araşıdırmalı olan məsələ onun mübahisəli mənzilə münasibətdə əldə etmiş olduğu istifadə hüququnu saxlayıb saxlamamasının müəyyən edilməsi ilə bağlıdır. Baxılan işin halları baxımından ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi ilə bağlı nəticəyə o zamanı gəlmək mümkündür ki, qarşılıqlı iddiaçının sözügedən yaşayış sahəsinə ehtiyacının olması müəyyən olunsun. Məhkəmə tərkibi qeyd edir ki, yuxarıda müəyyən edilmiş hallar və əvvəlkli Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri baxımından, qarşılıqlı iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaranıb.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mu baxımdan mübahisənin həlli üçün əhəmiyyətli olan işin halları ilə qarşılıqlı iddiaçının mübahisəli mənzildən 2013-cü ildə çıxdığı müəyyən olunur. Bu fakt tərəflərin hər birinin izahatı ilə təsdiq olunur. Birinci instansiya məhkəməsində müəyyən olunmuş işin hallarından aşkar olur ki, həmin vaxtdan qarşılıqlı iddiaçı anası Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yaşayır. Qarşılıqlı iddiaçının mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilib-edilməməsini müəyyən etmək üçün bu məlumatlar əhəmiyyətli idi, lakin birinci instansiya məhkəməsi məhz bu halları müəyyən etsə də, hazırda qarşılıqlı iddiaçının kirayədə yaşadığını və mübahisəli yaşayış sahəsinə ehtiyacı olmasına əsaslanmaqla onun istifadə hüququnun qalmaqda davam etməsi, yalnız kompensasiya verilməklə bu hüquqa xitam verilə biləcəyi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, qarşılıqlı iddiaçı hazırda kirayədə yaşadığını, mübahisəli mənzilə ehtiyacının olmasını göstərsə də bununla bağlı hər hansı sübuta istinad etməmişdir. Apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddiaçının mübahisəli evdən istifadə hüquqları müəyyən edildiyi halda, ilk iddiaçının da yuxarıda qeyd edilən dəlillərini tam və hərtərəfli şəkildə araşdırlmalı, nəticəsindən asılı olaraq qarşılıqlı iddiaçının mübahisəli yaşayış sahəsindən iddia etdiyi hüquqlarının başqa yaşayış yeri olması səbəbindən aradan qalxıb-qalxmadığına hüquqi qiymət verilməli idi, lakin bununla bağlı dəlillər üzrə hər hansı araşdırma aparmamış, yalnız birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamışdır
c) Proses iştirakçılarının izahatı
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.
26. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
27. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
28. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
29. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
30. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
31. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 12 mart 1999-cu il tarixli qərarı: «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
39. Qətnamə İddiaçı iddia tələbinin rədd olunan və Cavabdeh1 iddiasının təmin olunan hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
41. İşin mübahisəsiz olaraq müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.1994-cü ildə nikah bağlanmış, birgə nikahdan xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2004-cü il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. Lakin nikahın pozulmasına baxmayaraq onlar barışmış və xx.xx.2008-ci il tarixdə qızları Nigar doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 9 iyun 2004-cü il tarixli, 2- 1074/200 nömrəli qətnaməsi ilə Cavabdeh2 ünvan 3 istifadə hüququnun tanınmasına dair iddia tələbi təmin edilmişdir. Cavabdeh1 xx.xx.1999-cu ildən qeydiyyatda olmuşdur.
42. Mübahisəli mənzil İddiaçı anası X2 mülkiyyətində olmuş, o, 22 oktyabr 2005-ci il tarixdə vəfat etmiş, vəfatından sonra mənzil İddiaçı mülkiyyətinə “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında keçmişdir. İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18 iyul 2006-ci il tarixdə qeydiyyata alınmışdır.
43. Müəyyən edilmişdir ki, cavabdehlər 1995-2013-cü illər ərzində mübahisəli mənzildə, 2013-cü ilin mart ayından ünvan 5 ünvanında yerləşən Cavabdeh2 məxsus olan mənzilə köçmüşlər. Hazırda həmin mənzildə Cavabdeh2 övladı X6 ilə birlikdə yaşayır.
44. Cavabdeh1 ilə isə anası ilə münasibətləri yaxşı olmadığına görə kirayədə qaldığını bildirmişdir.
45. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Bu baxımdan, Cavabdeh1 bildirdiyi faktiki hallara əsasən iddia tələbi 01 oktyabr 2009cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.
47. Göründüyü kimi, Cavabdeh1 2013-cü ilə qədər mübahisəli mənzildə yaşamış, sözügedən yaşayış sahəsindən istifadə hüququ əldə etmişdir (o, vərəsəlik açılmazdan əvvəl mülkiyyətçi olmuş nənəsinin, sonra isə atası ilə mübahisəli mənzildə birlikdə yaşamışdır).
48. Lakin onun mübahisəli mənzildən 2013-cü ildə çıxdığı mübahisəsizdir. Bu fakt tərəflərin hər birinin izahatı ilə təsdiq olunur.
49. Qanunvericiliyin tələbinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
50. İşin faktiki hallarından Cavabdeh1 mübahisəli mənzildən daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsi halı təsdiq edilir. Onun mübahisəli mənzilə qeydiyyatı formal xarakter daşıyır. Bu hal isə iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən haqlı olaraq Cavabdeh1 da mənzildən istifadə hüququna xitam verilməsini tələb etmişdir.
51. Odur ki, ona aid hissədə də iddiaçının tələbi təmin edilməlidir.
52. Cavabdeh1 iddia tələbinə münasibətdə Kollegiya qeyd edir ki, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququ itirildiyindən onun həmin mənzilə köçürülməsinə dair tələbi də əsassız hesab edilir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-527/2023 nömrəli iş 23 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən – iddianın rədd olunan hissəsi və qarşılıqlı iddiaya aid hissədə ləğv edilsin. İddiaçı iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilsin və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.