Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4937/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada 6369 (altı min üç yüz altmış doqquz) manat məbləğində sığorta ödənişinin, 83.69 (səksən üç manat, altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat xidmət haqqı, cəmi 6453.09 (altı min dörd yüz əlli üç manat, 09 qəpik) manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3156/2023 saylı iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İlkin olaraq Cavabdeh2 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2024-cü il tarixli, 2(103)-1255/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra digər Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından məlum olur ki, Cavabdeh2 apellyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qətnaməsinin əsaslılığını bütövlükdə mübahisələndirmiş və qətnamənin ləğv olunmasını xahiş etmişdir. Həmin şikayət əsasında işə baxarkən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamış və qətnamənin əsaslı olduğu qənaətinə gələrək onu dəyişdirilmədən saxlamışdır. Belə olan halda, yəni Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2023cü il tarixli qətnaməsinin əsaslılığı bütünlüklə yoxlanılıb qiymət verildiyindən Cavabdeh1 həmin qətnamənin mübahisələndirmək imkanı tükənmişdir. MPM-ə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (maddə 372.6). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 04/2020 № li, 14 oktyabr 2020ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Kollegiya qeyd edir ki, verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhz göstərilən səbəbdən Cavabdeh1 birinci instansiya məhkəməsinin deyil, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında mübahisələndirmək hüququ olmuş, lakin o, bu hüququndan istifadə etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4937/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4937/2024
01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver