Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4940/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “torpaq sahəsinin ona məxsusluğu barədə faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi arasında ərazi aidiyyətinə dair fikir ayrılığı məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi, arxiv arayışında torpaq sahəsi ayrılmış şəxslər siyahısında 0,08 ha torpaq sahəsinin ayrılması barədə 216 sıra nömrəsi ilə qeyd edilmiş torpaq sahəsinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmiş, Qaradağ Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadı ilə isə ərazi aiddiyyətinin müəyyən edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi, məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş Qaradağ Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Qaradağ Rayon Məhkəməsi ərizəyə Abşeron Rayon Məhkəməsində baxılmalı olması barədə qərardadını onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, ərizəçinin iddia tələbi torpaq sahəsinin ona məxsus olması halının müəyyən edilməsi tələbindən ibarətdir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən isə torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və ya sahiblik faktının müəyyən edilməsinə dair işlərə məhz həmin torpaq sahəsinin olduğu yerdə baxılır. Hazırkı iddia tələbinin predmeti qimsində çıxış edən torpaq sahəsi isə Abşeron rayonu ərazisində yerləşdiyindən, məhkəmə hesab etmişdir ki, ərizəçinin həmin torpaq sahəsinin ona məxsus olması halının müəyyən edilməsinə dair iddia tələbi müstəsna aidiyyət qaydalarına uyğun baxılmalıdır. Kollegiya, bu mövqe ilə razılaşmır, ona görə ki, Mülki Prosessual Məcəllənin 309.1ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə hazırkı ərizəyə ərizəçinin yaşadığı yerin məhkəməsində baxılmalıdır. Ərizəçi isə ərizəsində faktiki olaraq ünvan 1 ünvanında yaşdığını göstərsə də, iş materiallarından “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsindən irəli gələn tələblərə əməl edilməsi müəyyən olunmur. Bu halda isə, onun hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə ərazi aidiyyətinə əsasən qeydiyyatda olduğu ünvan üzrə (Bakı şəhəri, Müşfiqabad qəsəbəsi, yataqxana 1) Qaradağ Rrayon Məhkəməsində baxılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, mülki iş ərazi aidiyyəti qaydalarına əsasən sonrakı prosessual hərəkətlərin aparılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “torpaq sahəsinin ona məxsusluğu barədə faktın müəyyən edilməsi” tələbinə dair mülki iş sonrakı prosessual hərəkətlərin aparılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4940/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4940/2021
26.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver