Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4944/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh X1, onun nümayəndəsi və vəkili X10 iştirakları ilə SOCAR-ın İddiaçıt Birliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmişapellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı SOCAR-ın İddiaçıt Birliyi Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı SOCAR-ın İddiaçıt Birliyinin balansında olan torpaq sahəsində və 2417 nömrəli neft quyusunun mühafizə zolağında ünvan 1 ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin “Azneft”İstehsalat Birliyinin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin (26 Bakı Komitssarları adına NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X8 İcraiyyə Komitəsi) xx xxx 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə torpaq sahələri ayrılmış və o Səbail rayonu ərazisində ən azı 1962-ci ildən fəaliyyət göstərərək neft-qaz hasilatını həyata keçirir. Neftqaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi Birliyi Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən ərazi (40o20,22.95”C; 49o49,13.62”B koordinatlarda) cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Neft-qaz əməliyyatlarının aparılması üçün Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində Cavabdeh təxminən 100 kv.m. torpaq sahəsi zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Dəfələrlə cavabdehdən özbaşına tikinti işlərinin dayandırılması və ərazinin boşaldılması tələb olunsa da, o, tikinti işlərini davam etdirmişdir. Cavabdeh tərəfindən tikinti işləri aparılan torpaq sahəsi SOCAR-ın neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə verilmiş torpaq sahələrinin hüdudlarından kənarda yerləşsə də, sözügedən tikilinin mühafizə zolağında 2417 nömrəli neft quyusu mövcuddur. Aparılan bu tikinti işləri nəticəsində texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları kobud surətdə pozulmuşdur. Neft quyularında hər hansı bir qaz çızması baş verərsə bu da həmin evdə və ətrafda yaşayan sakinlərin həyatı üçün təhlükəlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən özbaşına tikilinin Cavabdeh vəsaiti hesabına sökülməsi, həmin ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin İddiaçıt Birliyinin istifadəsinə qaytarılması. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi İddiaçıt Birliyinin xeyrinə 10 manat məbləğində pulun tutulması, Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 50 manat məbləğində pulun tutulmsaı, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin (“xxxxxxxxxxxx” ASC-nin Xətai filialı, kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, müxbir hesab: AZ37NABZ********************, Hesab: AZ23AİİB********************, VÖEN: **********) xeyrinə keçirilmiş mütəxəssis rəyinin verilməsinə dair ekspertiza xərcinin əvəzi kimi 65,74 manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin qətnamədən Laləzar Allahverdiya apellyasiya şikayəti verərək onun ləöv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə verilmiş ekspert rəyində məhkəmə tərfindən qoyulmuş üçüncü suala cavab verilməmiş, üçüncü sual üzrə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidməti yer quruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi R.Heydərov tərfindən üçüncü sualın cavablandırılmasının Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidmətinin səlahiyyətləri xaricində olması qeyd edilmişdir. Məhkəmə isə buna münasibət bildirərkən mülki iş materiallarında Cavabdeh istifadəsində olan tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd olmadığına görə üçüncü sual üzrə tədqiqat aparılmadığını qeyd edir. Halbuki həmin əmlakın onun xüsusi mülkiyyətində olması ilə bağlı məlumatlar Daşınmaz Əmlakın Dövlət Reyestrində arxiv məlumatlar və hazırki günə olan sənədlər mövcuddur. Belə ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Teniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş ÖM 230836 saylı qeydiyyat vərəqəsinə əsasən ünvan 1 xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Eyni zamanda şikayətə əlavə edilmiş sənədlərdən də görünür ki, həmin mənzilin tikilmə tarixi 1920-ci ildir. İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya baxışının həddi və MPM-in 376.2-ci maddəsinin tələbləri nəzərə alınaraq işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən X1, onun nümayəndəsi və vəkili apellayasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş üzrə xx.xx.2019-cu il tarixli akta əsasən Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəh.X8 İcraiyyə Komitəsi) xx.xx.1962-ci il tarixli, 27/919 saylı qərarı ilə “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsində 3 saylı NQÇS-nin ərazisində, ünvan 2 ünvanında vətəndaş Laləzar Allahverdiyeva tərəfindən ərazisinin böyük bir hissəsi zəbt edilərək orada özbaşına tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. İş üzrə “Bibiheybətneft” NQÇİ tərəfindən verilmiş arayışına (bildiriş 21) əsasən Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, dalan 1-də X5 tərəfindən tikinti aparılan torpaq sahəsi “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir. Torpaq sahəsinin koordinatları: 40o20,22.95”C; 49o49,13.62”B. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən cavabdeh X2 istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybətneft” NQÇİ ərazisində yerləşir. Cavabdeh X2 istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 28617 saylı rəyinə əsasən 1-ci sual üzrə: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin yerlquruluşu, torpaq kadastı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi R.Heydərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybət” NQÇİ ərazisində yerləşir; - 2-ci sual üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi R.Heydərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir; - 3-cü sual üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi R.Heydərov tərəfindən 3-cü sualın cavablandırılmasının Daşınmaz Əmlakın Kadastı və Ünvan Reyestri Xidmətinin səlahiyyətləri xaricində olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlətin obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət zolaqlarının, mühüm meliorasiya və su təsərrüfat obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçrilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə görə isə, Azərbaycan Respublikası torpaqlarının özbaşına tutulması qanunla qadağan olunur. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçrilir. Özbaşına tutulmuş torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin həmin normasına görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.1-180.3). Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Teniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş ÖM 230836 saylı qeydiyyat vərəqəsinə əsasən ünvan 1 xüsusi mülkiyyət kimi X4 adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddiaçı, cavabdehin qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş və xüsusi mülkiyyət kimi qeydiyyata alınmış tikilinin özbaşına tikili hesab edilərək sökülməsini tələb edir – halbuki, həmin tikili qanunsuz tikili hesab oluna bilməz. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ərizəçinin tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin, məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci istansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbləri təmin edilməməlidir. Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. SOCAR-ın İddiaçıt Birliyinin iddiasının təmin edilməməli olduğu qənaətinə gəldiyi üçün kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin iddia üzrə ödənilmiş rüsumun və ekspertiza xərclərinin X3 tutulması hissəsində də ləğv edilməli və həmin məhkəmə xərcləri SOCARın İddiaçıt Birliyinə aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu isə SOCAR-ın İddiaçıt Birliyindən tutularaq apellyatora ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: X4 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-214/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. SOCAR-ın İddiaçıt Birliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin verilməsi ilə əlaqədar SOCAR-ın İddiaçıt Birliyi tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat SOCAR-ın İddiaçıt Birliyindən tutularaq VÖEN **********, m/h: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün. SOCAR-ın İddiaçıt Birliyindən“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin (“xxxxxxxxxxxx” ASC-nin Xətai filialı, kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, müxbir hesab: AZ37NABZ********************, Hesab: AZ23AİİB********************, VÖEN: **********) xeyrinə keçirilmiş mütəxəssis rəyinin verilməsinə dair ekspertiza xərcinin əvəzi kimi 65,74 (altmış beş manat yetmiş dörd qəpik) manat məbləğində pul tutulsun. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 10 (on) manat dövlət rüsumu SOCAR-ın İddiaçıt Birliyindən tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Valeh Ağayev Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4944/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4944/2020
29.07.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver