Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-495/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizmalı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh3 vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2, Cavabdeh3 və mübshisə predimeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6586/2019 nömrəli mülki iş üzrə 04 dekabr 2019-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "Şahdağ Plyus” MTK, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 126 nömrəli evin 20 nömrəli mənzilinə dair "Şahdağ Plyus” MTK ilə Cavabdeh3 arasında bağlanmış 15.10.2012-ci il tarixli müqavilənin və onun hüquqi nəticəsi olaraq - həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş 20.07.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instaniya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 20.07.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 126 nömrəli evin, ümumi sahəsi 127,7 kv.m. olan 20 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestri ndə 2898 nömrəli reyestr kitabının 270377 nömrəli vərəqində 20.07.2018-ci il tarixdə qeydiyyata alınmışdır; Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli 2(004)-6594/2018 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh2 arasında nikah pozulmuşdur; Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi 04.11.2019-cu il tarixli **********68 nömrəli məktubla məhkəmənin 24.10.2019-cu il tarixli sorğusuna cavab verərək bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 126 nömrəli evin 20 nömrəli mənzili "Şahdağ Plyus” MTK-nın 20.04.2018-ci il tarixli 1 saylı Protokoldan çıxarışına, 20.04.2018-ci il tarixli 31 nömrəli maliyyə arayışına və 20 nömrəli mənzilin planına əsasən Cavabdeh3 adına 20.07.2018-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Podratçı "Şahdağ Plyus” MTK ilə sifarişçi Cavabdeh3 arasında bağlanmış "çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 15.10.2012-ci il tarixli fərdi müqaviləyə əsasən "Şahdağ Plyus” MTK sifarişçi Cavabdeh3 sifarişi əsasında Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsində tikilməkdə olan 126 nömrəli evin 1-ci blokunda, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 136,84 kv.m olan 3 otaqlı 20 nömrəli mənzilin tikintisini ödəsinə götürmüşdür. Sifarişçi Cavabdeh3 isə müqavilə imzalanarkən mənzilin tam dəyərini 53448 manatı "Şahdağ Plyus” MTK-ya ödəməyi öhdəsinə götürmüşdür; "Şahdağ Plyus” MTK tərəfindən verilmiş 15.10.2012-ci il tarixli 72 nömrəli maliyyə arayışından müəyyən edilir ki, payçı Cavabdeh3 Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsində tikilməkdə olan 126 nömrəli evin 1-ci blokunda, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 136,84 kv.m olan 3 otaqlı 20 nömrəli mənzilinin pay dəyərini tam şəkildə "Şahdağ Plyus” MTK-ya ödəmiş Cavabdeh3 "Şahdağ Plyus” MTK-ya borcu yoxdur (l.cild.səh.13, 17, 42, 86,89) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6586/2019 nömrəli 04 dekabr 2019-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13,29; Mülki Prosesual Məcəllənin 119, 216-220, 227, 233, 357, 360, 362 maddələrinə istinadən qeyd edimişdir ki, İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 126 nömrəli evin 20 nömrəli mənzilini keçmiş əri Cavabdeh2 ilə birgə nikah dövründə və birgə vəsait hesabına "Şahdağ Plyus” MTK ilə Cavabdeh2 arasında bağlanmış müqavilə əsasında əldə etdiklərini, sonradan saxta sənədlər əsasında həmin mənzilin onun qaynı Cavabdeh3 adına sənədləşdirildiyini iddia etsə də, Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 126 nömrəli evin 20 nömrəli mənzilinə "Şahdağ Plyus” MTK ilə Cavabdeh2 arasında bağlandığını iddia etdiyi müqaviləni, maliyyə arayışını və ya digər hüquq verən yazılı rəsmi sənədləri məhkəməyə təqdim edə bilməmiş və belə sənədlərin onda mövcud olmadığını izahatında bildirmişdir. İddiaçı həmin mənzil üzərində hər hansı bir hüququ mövcud olmadığına görə, onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmaışdır. Bu səbəbdən cavabdeh (payçı) Cavabdeh3 dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ pozulmaqdan müdafiə edilməli və iddia tələbi əsassız olduğundan rədd edilməlidir . Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3549/2020 saylı işi üzrə 29.10.2020-cı il tarixli qətnaməsi ilə Apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6586/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3260/21 saylı işi üzrə 03.08.2021-ci il tarixli qərarı ilə İddiaçı kasasiya şikayətinin təmin edilməsi və İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(103)-3549/2020 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2 və 77.1; Mənzil Məcəllənin 113.1; Azərbaycan Respublikası Mülki Məcəllənin 88, 178.1, 178.2, 337, 418.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin mübahisə olunmayan həqiqi hallarına görə, 31 avqust 2002-ci il tarixdə Cavabdeh2 nikahlarını rəsmi qaydada qeydə aldırmaqla İddiaçı ilə ailə qurub və onların birgə nikahından 21 oktyabr 2003-cü ildə Hüseyn, 05 oktyabr 2004-cü ildə Nigar və 25 dekabr 2014-cü ildə Zülfüqar adlı üç uşaqları doğulub. Sonradan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2la İddiaçı arasında bağlanmış nikah pozulub və onların birgə nikahından doğulmuş hər üç uşaq anaları İddiaçı yanında saxlanılıb. Hazırda İddiaçı, mübahisəli mənzili keçmiş əri Cavabdeh2la birgə nikahları müddətində, ümumi gəlirləri hesabına əldə etdiklərini, 2010 və ya 2011 -ci ildə mənzilə dair əri Cavabdeh2la "Şahdag-Plyus” MTK arasında müqavilə bağlandığını, faktiki ayrıldıqdan və nikahları pozulduqdan sonra onun razılığı olmadan Cavabdeh2 "Şahdağ-Plyus” MTK vəzifəli şəxsləri ilə cinayət əlaqəsinə girərək müqaviləni ləğv etdirdiyini, mənzilə dair qardaşı Cavabdeh3la yeni müqavilə bağlanmasına nail olduğunu, sonuncunun həmin müqaviləyə əsasən mənzilə dair mülkiyyət hüququ barədə Çıxarış aldığını və bundan sonra ona qarşı mənzildən çıxarılma barədə məhkəmədə iddia qaldırdığını göstərib, mənzilə dair "Şahdağ Plyus” MTK ilə Cavabdeh3 arasında bağlanmış 15 oktyabr 2012-ci il tarixli müqavilənin və onun hüquqi nəticəsi olaraq Reyestr Xidməti tərəfindən Cavabdeh3 adına verilmiş 20 iyul 2018-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsini iddia edir. Cavabdeh3 və Cavabdeh2 isə sözügedən mənzilin Cavabdeh3 məxsus olduğunu, sonuncunun həmin mənzili "Şahdağ Plyus” MTK ilə müqavilə bağlayaraq 53448 manata satın aldığını, sonuncu tərəfindən mənzilin pay haqqının tam məbləğdə ödənilməsinə dair Cavabdeh3 adına maliyyə arayışı verildiyini, sonuncunun razılığı ilə mənzildə qardaşı Cavabdeh2 arvadı İddiaçı və uşaqları ilə birlikdə yaşadığını, mənzilin qanuni əsaslarla mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alındığını və bu barədə sonuncunun adına Çıxarış verildiyini və beləliklə də mənzilə dair "Şahdağ Plyus” MTK ilə Cavabdeh3 arasında bağlanmış qeyd olunan müqavilənin və onun hüquqi nəticəsi olaraq Çıxarışın etibarsız hesab edilməsi üçün əsasların olmadığını göstərib, iddiaya etiraz edirlər. Əvvəla, apelyasiya instansiyası məhkəməsi, Cavabdeh3la "Şahdağ Plyus” MTK arasında bağlanmış 15 oktyabr 2012-ci il tarixli müqaviləyə, sonuncu tərəfindən Cavabdeh3 adına verilmiş eyni tarixli maliyyə arayışına və onun adına verilmiş 20 iyul 2018-ci il tarixli Çıxarışa istinad edib, sonuncunun Bakı Şəhəri, Yasamal Rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 126 saylı evin ümumi sahəsi 127,7 kv.metr olan 20 saylı mənzili üzərində qanuni əsaslarla mülkiyyət hüququ əldə etməsi qənaətinə gələrkən, sözügedən müqavilənin etibarlılığını Mülki Məcəllənin 178.8-ci maddənin tələbləri baxımından kifayət qədər araşdırmayıb. Belə ki, İddiaçı iddia ərizəsində, izahatında ilk gündən mübahisəli mənzilə dair 2010 və ya 2011-ci ildə əvvəl əri Cavabdeh2la müqavilə bağlandığını, sonuncu ilə ər-arvad münasibətləri pozulduqdan sonra onun "Şahdağ Plyus” MTK vəzifəli şəxsləri ilə əlaqəyə girərək müqaviləni ləğv edib, qardaşı Cavabdeh3la yeni müqavilə bağlanmasına nail olduğunu iddia edir. Apelyasiya instansiyası məhkəməsi, mənzilə dair əvvəl "Şahdağ Plyus” MTK ilə Cavabdeh2 arasında müqavilənin bağlanıbbağlanmamasını lazımi qaydada araşdırmadan, bunun üçün "Şahdağ Plyus” MTK ümumiyyətlə müqavilələrin müvafiq reyestrinin aparılıb-aparılmadığını, bu barədə hər hansı qeydiyyatın olub-olmadığını aydınlaşdırmadan, həmin qeydiyyatın aparılmasını özündə ehtiva edən sənədləri, jurnalları məhkəməyə təqdim etməyi "Şahdağ Plyus” MTK təklif etmədən, yalnız sonuncunun təqdim etdiyi sübutlarla kifayətlənərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Digər tərəfdən, 15 oktyabr 2012-ci il tarixli müqavilədə, eyni tarixli maliyyə arayışında mübahisəli mənzilin 15 oktyabr 2012-ci ildə 53448 manat pay haqqı ödənilməklə Cavabdeh3 satıldığı qeyd edilsə də, sonuncu Kooperativin üzvlüyünə ümumi yığıncağın 19 aprel 2018-ci il tarixli, 01 saylı protokolqərarı ilə 6 ildən sonra qəbul edilərək o, mənzilin payçısı kimi təsdiq edilib.Mənzilə müqavilə bağlandığı iddia edilən tarixdə Mülki Məcəllənin qüvvədə olmuş 178.8-ci maddəsində göstərilərdi ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Apelyasiya instansiyası məhkəməsi, qeyd olunan hallara diqqət yetirmədən, sözügedən müqavilədə göstərilən 53448 manat pay haqının nə vaxt, kimin tərəfindən "Şahdağ Plyus” MTK ödənilməsini, ödənişin hansı formada (nağd və ya köçürmə yolu ilə) aparılmasını, həmin məbləğin vergiyə cəlb edilib-edilməməsini araşdırmadan, habelə 15 oktyabr 2012-ci il tarixə aid mühasibatlıq sənədlərini məhkəməyə təqdim etməyi "Şahdağ Plyus” MTK təklif etmədən, müqavilə bağlandıqdan 6 il sonra Cavabdeh3 nəyə görə "Şahdağ Plyus” MTK təkrar üzv qəbul edilməsi və mənzilin payçısı kimi təsdiq edilməsinin səbəblərini aydınlaşdırmadan, həmçinin sözügedən müqavilənin etibarlılığını açıq-aşkar şübhə altına alan işə əlavə edilmiş çoxsaylı sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət vermədən, İddiaçı apelyasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gəlmişdir. Halbuki, "Şahdağ Plyus” MTK müxtəlif qurumlara göndərdiyi payçıların siyahısında, çoxsaylı müraciətlərində mənzilin payçısı kimi Cavabdeh3 deyil, Cavabdeh2 qeyd edib. İşin bu halları 2012-ci ildən başlayaraq mənzilə verilən su, işıq, qaz və sair xidmətlərə görə "Şahdağ Plyus” MTK tərtib edib göndərdiyi siyahılara əsasən Cavabdeh2la bağlanmış müqavilələrin, habelə mənzil kommunal xidmətlərinin ödənilməsinə dair çoxsaylı qəbzlərin surətləri ilə də təsdiq olunur. Göründüyü kimi müqaviləyə əsasən 15 oktyabr 2012-ci il tarixdən sözügedən mənzilin payçısı Cavabdeh3 olduğu halda, sonrakı tarixlərdə "Şahdağ Plyus” MTK tərtib etdiyi və ayrı-ayrı qurumlara göndərdiyi siyahılarda və müxtəlif xidmət növlərinə dair bağlanmış müqavilələrdə həmin mənzilin payçısı kimi məhz Cavabdeh2 göstərilməsi başa düşülən deyil. Bu baxımdan kasasiya instansiyası məhkəməsi İddiaçı kasasiya şikayətinin dəlillərini əsaslı sayır və işin yuxarıda göstərilən hallarını nəzərə alıb hesab edir ki, İddiaçı iddia tələbləri açıq-aşkar əsassız deyil və işə əlavə edilmiş sübutlar onun hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmaması qənaətinə gəlməyi əsas vermir. Bundan başqa, digər icraatda işə baxılarkən İddiaçı mübahisəli mənzilə deyil, Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi, 1 saylı evin 18- saylı mənzilinə köçürülməsi barədə tələb irəli sürməsi və iddia ərizəsində həmin mənzilin qaynı Cavabdeh3 mülkiyyətində olmasını göstərməsi, cavabdehləri İddiaçı hazırki tələblərini əsaslandırdığı faktları sübut etmə vəzifəsindən azad etmir. Çünki hazırki işdə cavabdehlərin etirazlarının əsaslandırdıqları faktları İddiaçı nəinki etiraf, əksinə qəti şəkildə rədd edir. Digər tərəfdən, İddiaçı izahatında göstərib ki, iddia ərizəsi onun tərəfindən deyil, vəkil tərəfindən tərtib edilib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Koolegiyasının 2(103)-9532/2021 saylı işi üzrə 04.10.2021-ci il tarixli qərardadı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9532/2021 saylı mülki iş üzrə mühasibatlıq ekspertizası təyin edilməsi və ekspertiza tədqiqatının aparılmasının Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilməsi qərara alınmışdır. “X17” MMC-nin 28.12.2021-ci il tarixli rəyində qeyd edilmişdir ki: "xxxx" MTK üzrə müqavilələrin qeydiyyat jurnalı və reyestri aparılmamış, hər bir mənzil payçısı üzrə müqavilə, maliyyə arayışı və digər sənədlər payçıların şəxsi qovluqlarında saxlanılır. Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşenli küçəsində tikilməkdə olan 126 saylı yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində 3 otaqlı, 136,84 kv.m ümumi sahəsi olan 20 nömrəli mənzil üçün ayrılan şəxsi qovluqda Cavabdeh2 deyil, Cavabdeh3 adına sənədlər vardır. 15 oktyabr 2012-ci il tarixdə "Podratçı" "xxxx" MTK ilə "Sifarişçi" Cavabdeh3 arasında tərtib edilmiş "Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi Müqavilə"nin şərtlərinə əsasən "Podratçı" Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşenli küçəsində tikilməkdə olan 126 saylı yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində 3 otaqlı, 136,84 kv.m ümumi sahəsi olan 20 saylı mənzilin tikintisini, "Sifarişçi" isə müqavilə imzalanarkən həmin mənzilin ümumi dəyəri 53448 manat məbləğində vəsaiti tam ödəməyi öz üzərinə götürmüşdür. Qeyd edilən mənzilin ümumi dəyəri 53448 manat, Cavabdeh3 adından ciddi hesabat blankı olan X16 ilə (seriya FTO, No 123376) 15 oktyabr 2012-ci il tarixdə ödənilməsi sənədləşdirilmişdir. Həmin dövrə aid "xxxx"na (28.01.2012-ci il tarixdən 28.12.2012-ci il tarixədək olan dövr üçün) baxış keçirildi, məlum oldu ki, Cavabdeh3 adından Şirkətin xəzinəsinə nağd ödənilən 53448 manat, "xxxx"nın 10-cu səhifəsində qeyd edilməklə həmin "xxxx" 28.01.2012-ci il tarixdə Şirkətin rəhbəri və baş mühasibi tərəfindən səhifələnmiş, qaytanlanmış, imza və möhürlə təsdiqlənmişdir. "xxxx" MTK üzvlərinin (müvəkkillərin) 20 aprel 2018-ci il tarixli 01 saylı protokol-qərarı ilə Cavabdeh3, "xxxx" MTK-nə üzv qəbul olunmaqla Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşenli küçəsində tikilməkdə olan 126 saylı yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində 3 otaqlı, 136,84 kv.m ümumi sahəsi olan 20 saylı mənzilin payçısı kimi təsdiq edilmişdir. Payçı kimi qəbul edildikdən sonra Cavabdeh3 borcunun qalmadığı barədə 20 aprel 2018ci il tarixdə 31 saylı Maliyyə arayışı təqdim edilmiş, həmin Maliyyə arayışının Blankı və blankdakı möhür "xxxx" MTK-nə məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşenli küçəsində tikilməkdə olan 126 saylı yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində 3 otaqlı, 136,84 kv.m ümumi sahəsi olan 20 saylı mənzili, "xxxx" MTK üzvlərinin (müvəkkillərin) 20 aprel 2018-ci il tarixli 01 saylı protokol-qərarına, 20 aprel 2018-ci il tarixdə 31 saylı Maliyyə arayışına və 20 saylı mənzilin planına əsasən Cavabdeh3 adına 20 iyul 2018-ci il tarixində qeydiyyatdan keçirməklə mülkiyyətinə vermişdir. Nəticədə, Cavabdeh3 "xxxx" MTK-nə üzv qəbul olunması tarixi ilə vəsaitin ödənilməsi tarixi arasında yaranmış nüansla bağlı bildiririk ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşenli küçəsində tikilməkdə olan 126 saylı yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində 3 otaqlı, 136,84 kv.m ümumi sahəsi olan 20 saylı mənzilin istismara qəbul aktı 2018-ci ilin əvvəlində mümkün olmuş, bundan sonra mənzillərə çıxarışların alınması prosesi başlamış, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı razi İdarəsinin tələbi əsasında maliyyə arayışları, protokolqərarlar yeni tarixlərdə tələb edilmişdir. MTK-nın digər əksər payçılarının sənədlərinin tərtibi, yuxarıda qeyd edilən nüansla eynilik təşkil edir. Təqdim edilən sənədlərə əsasən, 20 saylı mənzilin 53448 manat məbləğində dəyəri Cavabdeh3 adından ciddi hesabat blankı olan X16 ilə (seriya FTO, N°123376) 15 oktyabr 2012-ci il tarixdə ödənilməsi sənədləşdirilmişdir. Həmin dövrə aid "xxxx"na (28.01.2012-ci il tarixdən 28.12.2012-ci il tarixədək olan dövr üçün) baxış keçirildi, məlum oldu ki, Cavabdeh3 adından Şirkətin xəzinəsinə nağd ödənilən 53448 manat, "xxxx"nın 10-cu səhifəsində qeyd edilməklə həmin "xxxx" 28.01.2012-ci il tarixdə Şirkətin rəhbəri və baş mühasibi tərəfindən səhifələnmiş, qaytanlanmış, imza və möhürlə təsdiqlənmişdir. "xxxx"nın tərtibi, mövcud qanunvericilik aktının tələblərinə uyğundur. MTK üzrə 2012-ci ilə dair maliyyə-mühasibat hesabatları saxlanmadığından (qanunla son 5 ilədək saxlanılmalıdır) həmin məbləğin vergiyə cəlb edilib-edilməməsinin yoxlanılması, qanunvericilik baxımından mümkün olmadı. "xxxx" MTK üzrə maliyyə arayışlarının ayrıca reyestri aparılmasa da, “Umumi qeydiyyat” kitabında uçotu aparılmış, kitabda 15 oktyabr 2012-ci il tarixdə verilən maliyyə arayışından başqa həmin mənzil üçün digər arayışlar qeyd edilməmişdir. “Ümumi qeydiyyat” kitabında Cavabdeh2 və onun ailə üzvlərinə verilən arayışlarda onların payçı və ya mülkiyyətçi olmasına dair arayış verməmişdir, yalnız Cavabdeh2 və onun ailə üzvlərinin faktiki həmin mənzildə yaşadığları üçün onlara "xxxx" verilmişdir. MTK üzrə kommunal xidmət haqqının ödənişlərində Cavabdeh2 ilə istehlakçı kimi müqavilələr bağlanmış, xidmətdən istifadə edən şəxs olaraq etdiyi ödənişlərin müqabilində onun adına müvafiq qəbzər yazılmışdlr. Belə müqavilələr müvəqqəti xarakterli olmaqla kommersiya tiplidir, mülkiyyət hüququ ilə bağlılığı yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, audit rəyi ilə razı olmadığını, Cavabdeh3 adına olan müqavilədən əvvəl mənzildə su, qaz sayğaclarının Cavabdeh2 adına olduğunu, Cavabdeh3 adına olan müqavilənin nikahın pozulmasına dair məhkəmə iclası olduqdan sonra ortaya çıxdığını, 2009-cu ildə Nəsimi rayonu ərazisində yaşadıqları mənzili sataraq, mübahisəli mənzili təmir etdirdiklərini, 2005-ci ildən isə həmin binanın tikintisi davam etdiyi vaxtda binaya ödəniş etdiklərini, 2012-ci ildə isə Cavabdeh2la mübahisə edərək mənzili tərk etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili X2 apellyasiya şikayətini qəbul etməyərək, audit rəyi ilə razı olduqlarını, kommunal ödənişlərin Cavabdeh2 tərəfindən edilməsi və ya su, qaz müqavilələrinin Cavabdeh2 adına olmasının mənzilin mülkiyyətçisi olduğu mənasına gəlmədiyini, iddiaçının mənzilə dair mülkiyyət hüququnun olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, 2010-cu ildə Nəsimi rayonu ərazisində olan mənzili satdıqlarını, 2010- 2011-ci il tədris ili ilə bağlı uşaqları təhsildən geri qalmasın deyə həmin Nəsimi rayon ərazisində kirayə yaşadıqlarını, 2012-ci ildə mübahisəli mənzilin yaxınlığında olan digər bir mənzildə kirayə yaşadıqlarını, 2012-ci ilin dekabr ayında mübahisəli mənzilə köçdüklərini, həmin mənzildə qaz olmadığından yaşamaqda problem yaşadıqlarını, 2013-cü ilin aprel ayından həmin mənzildə faktiki olaraq yaşamağa başladıqlarını, 2014-cü ildə isə iddiaçı ilə aralarında mübahisə baş verdiyindən evi tərk etdiyini, 2013-cü ildə qaz sayğacına dair müqavilənin onun adına bağlanıldığını, bu dövrə qədər qaz sayğacı və ya digər bir müqavilənin onun adına olmadığını, bu işdən öncə iddiaçının əmlak bölgüsü üzrə bir neçə tələbi olduğu və həmin tələblə bağlı əmlak bölgüsünün olduğunu, hazırki iş üzrə barışıqla mübahisələri həll etmək üçün cəhdlərinə baxmayaraq qarşı tərəfin buna razı olmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh1 MTK-nın iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə və kassasiya instansiya məhkəməsinin göstərişlırinə müvafiq yenidən araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 24(İİİ), 29, 33, 43, 80, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-158, 178-179, 337-354, 388-390, 560; Ailə Məcəlləsinin 32-37; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 76.1, 77.1, 80-82, 119, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390, 420-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmış, apellyasiya şikayətinin (yalnız şəxsi mülahizələrdən ibarət olan) və biləvasitə sübutedici əsasları olmayan dəlilləri birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İşin hallarına və kassasiya instansiya məhkəməsinin təhlilinə müvafiq diqqətə çatdırılmalıdır ki, İddiaçı mübahisəli mənzili keçmiş əri Cavabdeh2la birgə nikahları müddətində, ümumi gəlirləri hesabına əldə etdiklərini, mənzilə dair əri Cavabdeh2la "Şahdag-Plyus” MTK arasında müqavilə bağlandığını, faktiki ayrıldıqdan və nikahları pozulduqdan sonra onun razılığı olmadan Cavabdeh2 "Şahdağ-Plyus” MTK-nın vəzifəli şəxsləri ilə cinayət əlaqəsinə girərək müqaviləni ləğv etdirdiyini, mənzilə dair qardaşı Cavabdeh3la yeni müqavilə bağlanmasına nail olduğunu müəyyən edən dəlillər irəli sürmüşdür. Kassasiya instansiya məhkəməsinin qərarı ilə müqavilədə göstərilən 53448 manat pay haqının nə vaxt, kimin tərəfindən "Şahdağ Plyus” MTK ödənilməsini, ödənişin hansı formada (nağd və ya köçürmə yolu ilə) aparılmasını, həmin məbləğin vergiyə cəlb edilibedilməməsini, habelə müqavilə bağlandıqdan 6 il sonra Cavabdeh3 nəyə görə "Şahdağ Plyus” MTK-ya təkrar üzv qəbul edilməsi və mənzilin payçısı kimi təsdiq edilməsinin səbəblərini aydınlaşdırmaq, həmçinin sözügedən müqavilənin etibarlılığını açıq-aşkar şübhə altına alan işə əlavə edilmiş çoxsaylı sübutlar - 2012-ci ildən başlayaraq mənzilə verilən su, işıq, qaz və sair xidmətlərə görə "Şahdağ Plyus” MTK tərtib edib göndərdiyi siyahılara əsasən Cavabdeh2la bağlanmış müqavilələrin, habelə mənzil kommunal xidmətlərinin ödənilməsinə dair çoxsaylı qəbzlərin surətləri ilə, mənzilin payçısı Cavabdeh3 olduğu halda, "Şahdağ Plyus” MTK tərtib etdiyi və ayrı-ayrı qurumlara göndərdiyi siyahılarda və müxtəlif xidmət növlərinə dair bağlanmış müqavilələrdə həmin mənzilin payçısı kimi məhz Cavabdeh2 göstərilməsinin araşdrılması zərurəti müəyyən edilmişdir. İş materiallarına Şahdağ Plus MTK-nın 010 saylı 22.10.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh2 10 ildən artıqdır ki, tanıyır. 2012-ci ilin may ayında qardaşı Cavabdeh3 ilə gələrək, İ.Qutqaşınlı küçəsi ev 126 ünvanında inşa etdikləri binanın, 1-ci girişinin 9-cu mərtəbəsində yerləşən, 137 m2 sahəsi olan 20 saylı, 3 otaqlı mənzili almaq arzusunda olduqlarını, Qardaşı Cavabdeh3 1000 manat beh verərək, həmin vaxt mənzilin dəyərini tam ödəyə bilmədiyi üçün ona 3-4 ay vaxt verməklərini, müqavilə şərtlərinin başqa cür olduğunu onlara xatırladaraq 4 ay ərzində mənzilin dəyərini tam ödəniş edə bilmədikləri halda, mənzili digər şəxslərə satacağını, müqavilənin tarixi (15 oktyabr 2012 ci il) mənzilin dəyərinin tam ödənilərək, maliyyə arayışının verildiyi gün qeyd olunmuşdur. Mənzilin dəyərinin ödənildiyi gün, ödəniş Cavabdeh3 tərəfindən edildi. Müqavilənin və maliyyə arayışının bir nüsxəsi Cavabdeh3 təqdim olundu. 09 iyul 2012 ci il tarixli Bakı Elektrik Şəbəkəsi ASC-yə payçıların siyahısını təqdim edən zaman Cavabdeh3 müqaviləsi olmadığına görə, tanıdıqları şəxsin Cavabdeh2 adı qeyd edilmişdir. Cavabdeh1 MTK-nin fəaliyyəti dövründə qeydiyyat kitabı olmamışdır. Hər bir mənzil payçısının müqavilə, maliyyə arayışları və digər sənədləri payçıların şəxsi qovluqlarında saxlanılır. Yasamal Rayon Məhkəməsinin 2(004)-6587/2018 saylı işi üzrə 20.09.2018-ci il tarixli qətnaməsi ilə, İddiaçı iddiası təmin edilərək, İddiaçı, yetkinlik yaşına çatmayan uşaqlar X9, X10, X5 ilə birlikdə, Bakı şəhəri, Yasamal rayonu, M.H.Naxçıvani küçəsi, 1 saylı evin 18 saylı mənzilinə köçürülməsi qət edilmiş və iş üzrə İddiaçı bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin cavabdehin mülkiyyətində olduğunu, cavabdehin onları həmin mənzildə yaşamağa mane olduğunu və əvəzində cavabdehin deyil, qardaşı Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, məhəllə 586, bina 126, mənzil 20-də yerləşdirmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli 2(004)-6594/2018 nömrəli qətnaməsi ilə, 21,10.2003-cü il təvəllüdlü X7, 05.10.2004 təvəllüdllü X8 və 25.12.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh2 hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi,alimentin tutulmasının başlanğıcı 25 iyul 2018-ci il tarixdən müəyyən edilməsi,qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi,Cavabdeh2 ilə İddiaçı arasında 31.08.2002 tarixdə Hacıqabul rayon WADQ şöbəsində bağlanmış və 226 nömrə ilə qeydə alınmış pozulması,boşanmadan sonra 21.10.2003-cü il təvəllüdlü X13 05.10.2004-cü il təvəllüdllü X8 və 25.12.2014-cü il təvə X3 anaları İddiaçı yanında qal müəyyən edilməsi qət edilmişdir. İş üzrə iddiaçı dörd ildən artıq olaraq cavabdehlə ayrı yaşadığını bildirmişdir. 17.07.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv olunması barədə qərara əsasən, Fətiyeva (Bağırova) Könül Aydın qızının müraciəti əsasında Yasamal rayon prokurorluğunda toplanmış 486-C-19 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 fevral 2020-ci il tarixli qərar əsassız olduğundan ləğv edilməsi,material əlavə araşdırma aparılması üçün Yasamal rayon prokurorluğuna qaytarılması qərara alınmışdır.13.02.2020-ci il tarixli cinayət işinin başlanılması rədd edilməsi haqqında qərara əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 4S6-C-19 nömrəli toplanmış materialda cinayət tərkibi olmadığından və məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduğundan material üzrə cinayət işinin başlanması rədd edilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. (İİ cild 18 g, 53, 58, 64,67). Prosessual qanunvericiliyin sübutetməyə aid tələblərinə və kassasiya məhkəməsinin müəyyən etdiyi şübhələrə dair məhkəmə kollegiyası tərəfindən təyin edilən mühasibatlıq ekspertizasının nəticələri qeyd edilən məsələlərə aydınlıq gətirilmişdir. Müəyyən edilmişdir ki, "xxxx" MTK üzrə müqavilələrin qeydiyyat jurnalı və reyestri aparılmamış, hər bir mənzil payçısı üzrə müqavilə, maliyyə arayışı və digər sənədlər payçıların şəxsi qovluqlarında saxlanılır. Mübahisəli mənzil üçün ayrılan şəxsi qovluqda Cavabdeh2 deyil, Cavabdeh3 adına sənədlər vardır və mənzilin ümumi dəyəri 53448 manat, Cavabdeh3 adından ciddi hesabat blankı olan X16 ilə (seriya FTO, No 123376) 15 oktyabr 2012-ci il tarixdə ödənilməsi sənədləşdirilmişdir. "xxxx" MTK üzvlərinin (müvəkkillərin) 20 aprel 2018-ci il tarixli 01 saylı protokol-qərarı ilə Cavabdeh3, "xxxx" MTK-nə üzv qəbul olunmaqla mənzilin payçısı kimi təsdiq edilmişdir. Payçı kimi qəbul edildikdən sonra Cavabdeh3 borcunun qalmadığı barədə 20 aprel 2018-ci il tarixdə 31 saylı Maliyyə arayışı təqdim edilmişdir. "xxxx"mövcud qanunvericilik aktının tələblərinə uyğun tərib edilmiş. MTK üzrə 2012-ci ilə dair maliyyə-mühasibat hesabatları saxlanmadığından (qanunla son 5 ilədək saxlanılmalıdır) həmin məbləğin vergiyə cəlb edilib-edilməməsinin yoxlanılması, qanunvericilik baxımından mümkün olmamışdır. "xxxx" MTK üzrə maliyyə arayışlarının ayrıca reyestri aparılmasa da, “Umumi qeydiyyat” kitabında uçotu aparılmış, kitabda 15 oktyabr 2012-ci il tarixdə verilən maliyyə arayışından başqa həmin mənzil üçün digər arayışlar qeyd edilməmişdir. İstismara qəbul aktı 2018-ci ilin əvvəlində mümkün olmuş, bundan sonra mənzillərə çıxarışların alınması prosesi başlamış, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin tələbi əsasında maliyyə arayışları, protokol-qərarlar yeni tarixlərdə tələb edilmişdir. “Ümumi qeydiyyat” kitabında Cavabdeh2 və onun ailə üzvlərinə verilən arayışlarda onların payçı və ya mülkiyyətçi olmasına dair arayış verməmişdir, yalnız Cavabdeh2 və onun ailə üzvlərinin faktiki həmin mənzildə yaşadığları üçün onlara "xxxx" verilmişdir. MTK üzrə kommunal xidmət haqqının ödənişlərində Cavabdeh2 ilə istehlakçı kimi müqavilələr bağlanmış, xidmətdən istifadə edən şəxs olaraq etdiyi ödənişlərin müqabilində onun adına müvafiq qəbzər yazılmışdlr. Belə müqavilələr müvəqqəti xarakterli olmaqla kommersiya tiplidir, mülkiyyət hüququ ilə bağlılığı yoxdur. Beləliklə, iddianın qayyəsini və mülki hüquqi cəhətdən subyektiv amillərini birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaka mülkiyyət hüquqlarının müdafiəsi və Cavabdeh2la "Şahdag-Plyus” MTK arasında bağlanmış müqavilənin nikah münasibətləri pozululduqdan sonra razılıq olmadan dəyişdirilərək Cavabdeh3la yeni müqavilə bağlanması təşkil etsə də, mülki və ailə qanunvericiliyi baxımından bunu müəyyən edə biləcək hüquqi və faktiki əsaslar təsdiq edilməmişdir. Kommunal və müxtəlif xidmət müqavilələrin bağlanması, habelə ödənişlərin aparılması isə yaşayış sahəsindən istifadə edən şəxsin mütləq mənada həmin yaşayış sahəsinə mülkiyyət (əmlak) hüquqlarına malik olmasını təsdiq edən amil deyildir, habelə daşınmaz əmlakla bağlı müqavilənin məhz Cavabdeh2la bağlanması və sonradan Cavabdeh3 adına rəsmiləşdirilməsinə dair təkzibedilməz sübutlar müəyyən edilmir. Kassasiya instansiya məhkəməsinin mövqeyi üzrə iddiaçının subyektiv hüquqlarıın mümkünlüyü nəzərə alındığı halda belə iddia edilən dəlillər sübuta yetirilməmiş, məhkəmənin sübutlar əldə etmək vəzifəsinə rəğmən, ekspertiza təyin edilməsindən başqa, işin araşdırılmasına dair prosessual imkanlar tükənmiş, (ekspertiza keçirilən zaman) kifayət qədər imkanları olan iddiaçı əlavə sübutlar təqdim etməmişdir. Diqqətə çatdırılmalıdır ki, mübahisə edilən əqdin etibarsızlığının hüquqi əsasların dəqiq təsvir etməyən iddiaçının 2014-cu ildən Cavabdeh2la ayrı yaşadığı, 20.09.2018- tarixədək artıq mənzilin Cavabdeh3 mülkiyyətində olduğunun özü tərəfindən bildirildiyi qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə sübuta yetirilmişdir. İddiaçı iddianı 11.10.2019-ci il tarixdə versədə hüquqlarının pozulduğunu bilməli olduğu vaxta dair və qanunla müəyyən edilmiş müddətin ötürülməsinə dair hər hansı üzrlü səbəblər müzakirəyə təqdim etməmişdir. Mülki qanunvericiliyin tələblərinə görə: əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il. tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402- 406-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6586/2019 nömrəli mülki iş üzrə 04 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-495/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-495/2022
02.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver