Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4955/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X6 və X5 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-613/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehndən istehsalat təcrübəsi zamanı ödənilməli olan 1800 manat əmək haqqının, əmək haqqı vaxtında ödənilmədiyinə görə yaranmış 3.600 manat peniyanın və vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunda nəzərdə tutulmuş şəxslərin təsir dairəsinə düşür. O, Cavabdeh tələbəsidir. xx xxxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçmişdir. Cavabdeh ona istehsalat təcrübəsi zamanı ödənilməli olan əmək haqqını-pulu ödəməkdən imtina edir. İddiaçı qanunvericilikdə bunun həlli ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etmişdir. Ədliyyə Nazirliyinin cavabları aşağıdakı kimidir: “Sizin müraciətinizə cavab olaraq bildiririk ki, Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə"nin 4.3-cü bəndinə görə təcrübə müddətində tələbələrə əmək haqqı mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Sözügedən Əsasnamənin 4.2-ci bəndinə görə isə dövlət ali təhsili müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsait hesabına həyata keçirirlər. Göründüyü kimi, təcrübə müddətində əmək haqqı istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında, belə müqavilə olmadıqda isə dövlət ali təhsili müəssisələri tərəfindən Əsasnamənin 4.2-ci bəndində nəzərdə tutulan qaydada ödənilməlidir. Bununla bağlı qeyd edirik ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunun 5-ci maddəsinin ikinci hissəsinə görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Göstərilənləri nəzərə alaraq bildiririk ki, Sizə istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı Cavabdeh tərəfindən ödənilməlidir.” İddiaçı ona ödənilməli olan əmək haqqının ödənilməməsi ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etmişdir. Cavabdehin mövqeyi aşağıdakı kimi olmuşdur:“Təhsil Nazirliyindən daxil olmuş xx.xx.2019-cu il tarixli C-LL005/11-24 nömrəli məktuba cavab olaraq İddiaçı təkrar müraciətinə UNEC-də aidiyyəti üzrə baxılmışdır.Bildiririk ki, İddiaçı "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü hissəsində qeyd edilən "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir" bəndinə istinad edərək 2019-cu ilin 18 fevral-24 may tarixləri arasında UNEC-in İV kurs tələbəsi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində təcrübə keçdiyinə görə ona yüz faiz əmək haqqı ödənilməsini tələb edir. Halbuki, İddiaçı şikayətində qeyd edilən Qanuna istinad etsə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı- müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetimıək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Belə olduğu halda, əmək haqqı işçi və işəgötürən arasında bağlanmış əmək müqaviləsi əsasında olan ödənişlərdir. İstehsalat təcrübəsinə göndərilən tələbə ilə universitet arasında işçi-işəgötürən münasibəti mövcud deyildir. Buna görə də, iİstehsalat təcrübəsi keçən tələbəyə əmək haqqının verilməsi onunla təcrübə keçdiyi müəssisə arasında bağlanılmış əmək müqaviləsinə əsasən ödənilməlidir. AR İqtisadiyyat Nazirliyi ilə bağlanmış müqavilədə də istehsalat təcrübəsi keçən tələbələrə əmək haqqının verilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. İddiaçı şikayətində həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 2008-ci il tarixli 222 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə"yə istinad edir. Əsasnamənin 4.2-ci bəndində qeyd olunur ki, dövlət ali (orta ixtisas) təhsil müəssisələri istehsalat təcrübəsi keçən tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsaitlər hesabına həyata keçirirlər. Qeyridövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər. Əsasnamənin bu bəndindən göründüyü kimi, təhsil müəssisəsi yalnız istehsalat təcrübəsinin təşkilini öz vəsaiti hesabına həyata keçirməlidir. Həmin Əsasnamənin 4.3-cü bəndində isə qeyd olunur ki, təcrübə müddətində tələbələrə əmək haqqı mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən əmək haqqı yalnız əmək müqaviləsi ilə müəyyənləşdirilir. Konkret halda isə tələbələrə əmək haqqının istehsalat və təhsil müəssisələri arasında bağlanılmış müqavilə əsasında ödənilməsi nəzərdə tutulur. Belə olduğu halda isə sözügedən müqavilədə əmək haqqının verilməsi nəzərdə tutulmamışdır. Bütün bunları qeyd edərək bildiririk ki, "Valideynlərini itimıiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilməsinin nəzərdə tutulmasına baxmayaraq, həmin statusa malik şəxslərin istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilməsinin kimin tərəfindən, hansı vəsait hesabına və hansı qaydada ödənilməsi mexanizmi, habelə bu məbləğin istehsalat təcrübəsi keçirilən müəssisənin hansı işçisinin əmək haqqına münasibətdə hesablanıb tələbəyə ödənilməsi ilə bağlı qanunvericilik normaları mövcud deyildir.” İddiaçı hesab edir ki, cavabdehin imtinası qanuna əsaslanmır və bu səbəbdən həmin pul məbləği cavabdehdən tutulmalıdır. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4. maddəsinə əsasən əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar nağdsız qaydada həyata keçirilir. Göründüyü kimi, yuxarıda sadalanan qanunvericilik normalarına görə cavabdeh istehsalat təcrübəsi zamanı əmək haqqını iddiaçıya ödəməli olduğu halda bundan israrla imtina edir. Bu səbəbdən həmin pul məbləği cavabdehdən tutulmalıdır. Eyni zamanda cavabdehin hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntılara məruz qalmışdır və bunun qismən aradan qaldırılması üçün cavabdehdən 10000 manat mənəvi zərər tutulmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-613/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı «əmək haqqı, mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X4 iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh İddiaçı ünvanladığı 010-037-8xx/xx/2019 nömrəli, xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, ərizəçi UNEC rektorunun xx.xx.2019-cu il tarixli, 32/4/2019 saylı əmri ilə istehsalat təcrübəsi keçmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilmisdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 2008-ci il tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında» Əsasnamənin 4.3-cü maddəsində nəzərdə tutulduğu kimi UNEC ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında istehsalat təcrübəsinin təşkili barədə 142/033 nömrəli müqavilə ilə tənzimlənir. Həmin müqavilənin 1.9-cu maddəsində göstərildiyi kimi təcrübə müddətində təhsilalanlara ödəniş həyata keçirilmir və yalnız əmək müqaviləsi əsasında əməkhaqqı ödənilməsi istisna hal kimi nəzərdə tutulur. İstehsalat təcrübəsi dövründə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə ərizəçi arasında əmək müqaviləsinin bağlanması və əməkhaqqı ödənişinin həyata keçirilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh İnzibati və təşkilati məsələlər üzrə prorektoru Ş.Əsgərova ünvanladığı xx.xx.2019-cu il tarixli, 11-11-812/15 saylı məktubdan görünür ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, istehsalat təhsili və istehsalat təcrübəsi dövrünsə yüz faiz əmək haqqı verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 2008-ci il tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə»nin 4.2-ci və 4.3-cü bəndlərinə əsasən dövlət ali (orta ixtisas) təhsili müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsait hesabına həyata keçirirlər. Təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, 3/2366-07 nömrəli cavab məktubundan görünür ki, Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamənin 4.3-cü bəndinə görə təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Sözügedən Əsasnamənin 4.2-ci bəndinə görə isə dövlət ali təhsili müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri bülcədənkənar vəsait hesabına həyata keçirirlər. Göründüyü kimi, təcrübə müddətində əmək haqqı istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında, belə müqavilə olmadıqda isə dövlət ali təhsili müəssisələri tərəfindən Əsasnamənin 4.2-ci bəndində nəzərdə tutulan qaydada ödənilməlidir. Bununla bağlı qeyd edir ki, «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Qanunun 5-ci maddəsinin ikinci hissəsinə görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasında olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Göstərilənləri nəzərə alaraq bildirir ki, ərizəçiyə istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı Cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, 010-036-16xx/xx/2019 nömrəli cavab məktubundan görünür ki, istehsalat təcrübəsi keçən tələbəyə əməkhaqqının verilməsi onunla təcrübə keçdiyi müəssisə arasında bağlanılmış əmək müqaviləsinə əsasən ödənilə bilər. Sözügedən əmək müqaviləsi Əsasnamənin 4.3-cü bəndinə uyğun olaraq istehsalat və təhsil müəssisəsi arasında bağlanmış müqavilə əsasında bağlanıla bilər. Cavabdeh ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında istehsalat təcrübəsinin təşkili barədə 142/033 nömrəli müqavilənin 1.9-cu bəndində nəzərdə tutulmuşdur ki, «təcrübə müddətində istehsalat müəssisəsi tərəfindən tələbələrə heç bir ödəniş həyata keçirilmir (istehsalat müəssisəsi tərəfindən əmək müqaviləsi bağlanmış tələbələrə əmək haqqı ödənilməsi istisna olmaqla)». İstehsalat təcrübəsi dövründə Azərbaycane Respublikasının İqtisadiyyat Nazirliyi ilə ərizəçi arasında əmək müqaviləsi bağlanması və əməkhaqqı ödənişinin həyata keçirilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 010-011- 19xx/xx/2019 saylı məktubdan görünür ki, İddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü hissəsində qeyd edilən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əməkhaqqı verilir” bəndinə istinad edərək 2019- cu ilin 18 fevral - 24 may tarixləri arasında UNEC-in İV kurs tələbəsi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində təcrübə keçdiyinə görə ona yüz faiz əməkhaqqı ödənilməsini tələb edir. Halbubuki, İddiaçı şikayətində qeyd edilən Qanuna istinad etsə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən “Əməkhaqqı müvavafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur”. Belə olduğu halda, əməkhaqqı işçi və işəgötürən arasında bağlanmış əmək müqaviləsi əsasında olan ödənişlərdir. İstehsalat təcrübəsinə göndərilən tələbə ilə universitet arasında işçi- işəgötürən münasibəti mövcud deyildir. Buna görə də istehsalat təcrübəsi keçən tələbəyə əməkhaqqının verilməsi onunla təcrübə keçdiyi müəssisə arasında bağlanılmış əmək müqaviləsinə əsasən ödənilməlidir. AR İqtisadiyyat Nazirliyi ilə bağlanmış müqavilədə də istehsalat təcrübəsi keçən tələbələrə əməkhaqqının verilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. İddiaçı şikayətində həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 2008-ci il tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali Orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”yə istinad edir. Əsasnamənin 4.2-ci bəndində qeyd olunur ki, dövlət ali (orta ixtisas) təhsil müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsaitlər hesabına həyata keçirirlər. Qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər. Əsasnamənin bu bəndindən göründüyü kimi, təhsil müəssisəsi yalnız istehsalat təcrübəsinin təşkilini öz vəsaiti hesabına həyata keçirməlidir. Həmin Əsasnamənin 4.3-cü bəndində isə qeyd olunur ki, təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən əməkhaqqı yalnız əmək müqaviləsi ilə müəyyənləşdirilir. Konkret halda isə tələbələrə əməkhaqqının istehsalat və təhsil müəssisələri arasında bağlanılmış müqavilə əsasında ödənilməsi nəzərdə tutulur. Belə olduğu halda isə sözügedən müqavilədə əməkhaqqının verilməsi nəzərdə tutlmamışdır. Bütün bunları qeyd edərək bildirir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əməkhaqqı verilməsinin nəzərdə tutulmasına baxmayaraq, həmin statusa malik şəxslərin istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əməkhaqqı verilməsinin kimin tərəfindən, hansı vəsait hesabına və hansı qaydada ödənilməsi mexanizmi, habelə bu məbləğin istehsalat təcrübəsi keçirilən müəssisənin hansı işçisinin əməkhaqqına münasibətdə hesablanıb tələbəyə ödənilməsi ilə bağlı qanunvericilik normaları mövcud deyildir. Cavabdeh ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi arasında bağlanmış İstehsalat təcrübəsinin təşkili haqqında 142/033 Müqavilədən görünür ki, müəssisə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi) təqdim olunan tədris planına əsasən 60 nəfər tələbənin xx.xx.2019- cu ildən xx.xx.2019-cu ilədək istehsalat təcrübəsi keçmələri üçün şərait yaradır. Müqavilənin 1.9-cu bəndinə əsasən təcrübə müddətində istehsalat müəssisəsi tərəfindən tələbələrə heç bir ödəniş həyata keçirilmir (istehsalat müəssisəsi tərəfindən əmək müqaviləsi bağlanmış tələbələrə əmək haqqı ödənilməsi istisna olmaqla). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Cavabdehnə ünvanladığı xx.xx.2019-cu il tarixli, 3/3015-04 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 2008-ci il tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”yə istinad edir. Əsasnamənin 4.2-ci bəndinə görə dövlət ali təhsili müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsaitlər hesabına həyata keçirirlər. Əsasnamənin 4.3-cü bəndinə görə təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Bununla bağlı bildirilir ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4. maddəsinə əsasən əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada həyata keçirilir. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü hissəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindon az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 2008-ci il tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin 2.3-cü bəndinə əsasən istehsalat (pedaqoji) təcrübəsi bir qayda olaraq, peşə hazırlığı və diplomqabağı təcrübədən, magistr pilləsində isə elmi tədqiqat və elmi pedaqoji mərhələlərdən ibarət olur. Diplomqabağı təcrübə təlimin yekun mərhələsi olmaqla, bütün nəzəri dərslər və digər təcrübə növləri başa çatdıqdan sonra həyata keçirilir. Həmin Əsasnamənin 3.2-ci bəndinə əsasən istehsalat (pedaqoji) təcrübəsi təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasındahəyata keçirilir. Həmin müqavilələrə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat müəssisələri dövlət və qeyri-dövlət ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin təcrübə keçmələri üçün təcrübə yerləri ayırmalıdırlar. “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin 4.2-ci bəndinə əsasən dövlət ali (orta ixtisas) təhsil müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsaitlər hesabına həyata keçirirlər. Qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər. Həmin Əsasnamənin 4.3-cü bəndinə əsasən təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq, Cavabdeh 60 nəfər tələbənin (o cümlədən İddiaçı) xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək istehsalat təcrübəsi keçmələri üçün şərait yaradılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə İstehsalat təcrübəsinin təşkili haqqında 142/033 Müqavilə imzalamışdır. Müqavilənin 1.9cu bəndinə əsasən istehsalat müəssisəsi tərəfindən əmək müqaviləsi bağlanmış tələbələrə əmək haqqı ödənilməsi istisna olmaqla, təcrübə müddətində istehsalat müəssisəsi tərəfindən tələbələrə hər hansı ödənişin həyata keçirilməyəcəyi göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddənin 1-ci bəndinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 1-ci instansiya məhkəməsi işin qeyd edilən faktiki hallarına və yuxarıda sadalanan hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, qanunvericiliyin tələbinə əsasən əmək haqqı yalnız əmək müqaviləsi ilə müəyyənləşdirilir. Konkret halda isə tələbələrə əmək haqqının istehsalat və təhsil müəssisələri arasında bağlanılmış müqavilə əsasında ödənilməsi nəzərdə tutulur. Belə olduğu halda isə sözügedən müqavilədə əmək haqqının verilməsi nəzərdə tutlmamışdır. Kollegiya qeyd edir ki, İddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, mülki prossesual qanunvericiliyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.3-cü maddələri). Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 2008-ci il tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin4.3-cü bəndinə əsasən təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq, Cavabdeh 60 nəfər tələbənin (o cümlədən İddiaçı) xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək istehsalat təcrübəsi keçmələri üçün şərait yaradılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə İstehsalat təcrübəsinin təşkili haqqında 142/033 Müqavilə imzalamışdır. Müqavilənin 1.9-cu bəndinə əsasən istehsalat müəssisəsi tərəfindən əmək müqaviləsi bağlanmış tələbələrə əmək haqqı ödənilməsi istisna olmaqla, təcrübə müddətində istehsalat müəssisəsi tərəfindən tələbələrə hər hansı ödənişin həyata keçirilməyəcəyi göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2019-cu il tarixində “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Qərar (bundan sonra: Qərar) qəbul etmişdir. Qərarda məhkəmənin işə hansı çərçivədə baxması, ələxüsus işə baxılarkən məhkəmə tərəfindən obyektiv, yoxsa formal həqiqətin müəyyən edilməli olduğu məsələsinə aydınlıq gətirilmişdir. Konstitusiya Məhkəməsi öz qərarında göstərmişdir ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, ədalət mühakiməsi zamanı, çəkişmə prinsipi ilə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilən məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi prinsipi qarşılıqlı tətbiq edilməlidir. Qərara əsasən, hakimlər məhkəmə mübahisələrinə baxarkən çəkişmə prinsipini təmin etməli, yalnız tərəflərin topladığı sübutlar və faktiki hallar çərçivəsində işə baxmalı və həmin sübutlara müvafiq olaraq nəticəyə gəlməlidir. Beləliklə, mülki məhkəmə icraatı zamanı məhkəmə tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həqiqəti müəyyən etməlidir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Yuxarıda gəldiyi qənaətə uyğun olaraq məhkəmə kollegiyası, 1-ci instansiya məhkəməsinin iddiaçının mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi qənaəti ilə də razılaşır.Belə ki, cavabdeh təşkilat tərəfindən iddiaçının hüquqlarının pozulmadığı və ona qarşı qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğundan, iddiaçının mənəvi zərərin ödənilməsi tələbini də əsassız hesab edir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-613/2020 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4955/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4955/2020
18.06.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver