Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-496/2025 29.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı oğlunun, İddiaçı oğlunun vəkili Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh (Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı "qanunsuz inşa edilmiş qeyriyaşayış binasının sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-835/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 191 saylı sərancamının surətindən görünür ki, İddiaçı Xətai rayonu İnqilab İsmayılov küçəsində yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi və hüquqi qeydiyyata alınması, Şəhərsalma və Tikinti Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə əməl etməklə yaşayış evinin tikintisinin, layihə sənədlərinin tərtib edilməsinin İddiaçı hesabına aparılması, fərdi yaşayış evinin layihə sənədlərinin rayon memarı ilə razılaşdırılması qərara alınmışdır. ünvan 1 ünvanda yerləşən 26.3 kv.m qeyri-yaşayış binası (9 saylı emalatxana) 2647 nömrəli xx.xx.2013-cü il tarixli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2013-cü il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 280.4 kv.m torpaq sahəsi 4512 nömrəli xx.xx.2013-cü il tarixli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı- satqı müqaviləsinə əsasən, xx.xx.2013-cü il tarixdə vahid əmlak olmaqla X2 adına ilkin qeydiyyatdan keçmişdir. 4 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu B.M.Mehdiyev tərəfindən təsdiq edilmiş 4Ə-1185 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, sözügedən qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanının yanında General Mehmandarov küçəsi, 71b saylı ünvanda yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının onun hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında həyət evində yaşayır. X1, X6 və X5r. Həmin yoldan onlardan başqa Zığ yamacında məskunlaşmış 100-dən artıq ailə də istifadə edir. Əvvəllər iddiaçının yaşadığı evin yanında X4 məxsus kiçik bir dəmir qaraj var idi (təxminən 20 kv.mlik). Sonradan məlum olmuşdur ki, həmin qaraj və onun yerləşdiyi ərazi Məsumə Məhsumova tərəfindən özgəninkiləşdirilmiş, həmin qaraj və onun yerləşdiyi ərazi Cavabdeh satılmışdır. İddiaçı cavabdehin həmin ərazidə obyekt tikəcəyindən şübhələnərək, cavabdehə onların normal yaşamaqlarına mane ola biləcək bir obyekt tikməməsini xahiş etmişdir. Cavabdeh də burada belə bir obyekt tikməyəcəyinə dair söz vermiş və dəmir konstruksiyalardan böyük bir qeyri-yaşayış binası tikməyə başlamışdır. Hazırda məlum olmuşdur ki, Cavabdeh həmin qeyri-yaşayış binasını avtomobil təmiri sexinə çevirərək satmaq istəyir. Çünki hazırda binanın içərisində bokslar və avtomobil təmiri üçün digər avadanlıqlar quraşdırılır. Həmin obyekt avtomobil təmiri sexi kimi fəaliyyət göstərərsə, artıq ərazidə yaşamaq qeyri-mümkün olacaqdır. Çünki obyekt iddiaçının həyətinin hasarına bitişik vəziyyətdədir. Həmin təmir sexinə çoxsaylı maşınlar gəldikdə orada səs-küydən durmaq mümkün olmayacaqdır. Həmçinin həm onların evlərinin, həm də Zığ yamacında məskunlaşmış 100-dən artıq ailənin yolu bağlanacaqdır. Həmin əraziyə yük və yanğınsöndürən maşınların daxil olması da qeyri-mümkün olacaqdır. Bundan əlavə həmin sexdə qaynaq işləri də aparılacaqdır. Yaşayış evlərinin əhatəsində qaynaq işlərinin görülməsi özünün və ailə üzvlərinin həyatı üçün təhlükə təşkil edir. Müxtəlif dövlət orqanlarına, o cümlədən Bakı şəhəri, Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmələrinə baxmayaraq, indiyə kimi əsaslı tədbirlər görülməmişdir. Cavabdeh yaşadığı evə bitişik, eləcə də, qonşularının evlərinin yanında ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi, tikintiyə icazə verilməsi və şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması qaydalarını, habelə iddiaçının, ailəsinin və qonşularının təhlükəsiz şəraitdə yaşamaq hüququnu pozmaqla, onların həyatı və dincliyi üçün ciddi təhlükə təşkil edən içərisində avtomobil sexi olan qeyri-yaşayış sahəsi tikmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, iddia tələbi təmin edilməməlidir, belə ki, hazırkı iddia tələbi cavabdehin konstitusion hüquqlarını pozur. Həmin daşınmaz əmlaka dair cavabdehin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır, çıxarışı vardır, həmin torpaq sahəsində cavabdeh istədiyi fəaliyyətlə məşğul ola bilər. Bu halın üçüncü şəxslərin hüquqlarının pozulmasına hər hansı təsiri yoxdur. İddiaçının iddia tələbində göstərdiyi normalar pozulsaydı, müvafiq qurumlar bununla bağlı iddia qaldıra bilərdilər. İddiaçının özünün yaşadığı sahəyə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır, ona görə onun heç bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(011)-835/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim - İlahə Abbasova) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı "qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mövcudluğu ilə deyil, həmin qeyri-yaşayış sahəsində emalatxana fəaliyyətinin göstərilməsi ilə bağlı yaranmışdır. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, cavabdeh həmin ərazidə anbarın olacağını bildirmiş və bu barədə razılığa gəlmişlər, lakin cavabdeh sonradan həmin qeyriyaşayış sahəsində avtomobil təmiri sexi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. İddiaçı iddia ərizəsində və məhkəmə iclaslarında verdiyi izahatlarda cavabdehə məxsus qeyriyaşayış sahəsində aparılan qanunsuz fəaliyyət nəticəsində hüquqlarının pozulduğunu bildirsə də, tələbində həmin fəaliyyətin həyata keçirildiyi tikilinin sökülməsini tələb etmiş, iddia tələbinin predmeti dəfələrlə müzakirə olunsa da, məhkəmə gedişatı zamanı iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilməmişdir. Bununla yanaşı mülki işdə olan sübutlarla təsdiq edilmişdir ki, İddiaçı faktiki sahibliyində və istifadəsində olan daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmamaqla yanaşı, cavabdehin mülkiyyətində olan daşınmaz əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədləri təqdim etməmiş, həmin əmlakın mövcudluğunun onun hər hansı hüquqlarına toxunduğunu, hüquqlarını pozduğunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçı sökülməsini tələb etdiyi tikilinin onun hər hansı hüquqlarını pozduğunu sübuta yetirə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81-ci maddələrinə, "Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə hazırlıq icraatı mərhələsində iş üzrə obyektiv qərar qəbul edilməsi üçün əvvəllər 26,3 kv.m qeyri-yaşayış binasının (9 nömrəli emalatxananın) sonradan 280,4 kv.m torpaq sahəsi ilə birlikdə vahid əmlak olmaqla X2 adına ilkin qeydiyyatdan keçirilməsi üçün əsas olmuş ilkin sənədlərin təsdiq edilmiş surətlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 nömrəli Bakı Ərazi İdarəsindən tələb edilməsi barədə vəsatətin də "həmin məsələ inzibati məhkəmələrin səlahiyyətinə aid olması” əsası ilə təmin edilməmişdir. Məhkəmə baxışının sonunda verilən "iş üzrə obyektiv, tərəfsiz və qərəzsiz qərar qəbul edilməsi məqsədilə işə mahiyyəti üzrə baxmağın təzələnməsi barədə qərardad çıxarılması və işin mahiyyəti üzrə məqsədilə işə mahiyyəti üzrə baxmağın təzələnməsi barədə qərardad çıxarılması və işin mahiyyəti üzrə baxılmasını davam etdirilməsi barədə” vəsatət də təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 2(103)-2673/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, Cavabdeh mülkiyyətində olan, Xətai rayonu, General Mehmandarov küçəsi, 71b ünvanındakı 0,028040 ha torpaq sahəsində yerləşən, həmin torpaq sahəsinin perimetri boyu metal konstruksiyalardan və digər inşaat materiallarından inşa edilmiş tikilinin Cavabdeh hesabına sökülməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sökülməsi tələb olunan qeyri-yaşayış binası özbaşına tikintidir. Bu fakt mübahisə doğurmur, çünki lazımi icazələr alınmadan inşa edilib, icazələr barədə sübut məhkəməyə təqdim edilməyib. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin vəkili və nümayəndəsi də apellyasiya icraatı zamanı etiraf etmişdir ki, həmin tikinti torpaq sahəsinin perimetri boyu inşa edilib. O cümlədən Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin məktubunda həmin qeyri-yaşayış obyektinin sahəsinin 250 kv.m olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hüququn tətbiqi üçün ölçülərin dəqiqliyi əhəmiyyət daşımadığından mütəxəssis rəyinin alınmasına zərurət yoxdur. Kollegiya hesab etmişdir ki, iddiaçı özbaşına tikintinin sökülməsini tələb etmək hüququna malikdir. İddiaçının və onun ailə üzvlərinin təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi üçün özbaşına tikintinin sökülməsi zəruridir. Metal konstruksiyalardan inşa edilmiş, hündürlüyü təxminən 6 metr, sahəsi isə təxminən 250 kv.m olan özbaşına tikinti iddiaçının, onun ailə üzvlərinin, o cümlədən yaxınlıqda yaşayan və müxtəlif səbəblərdən yaxınlıqda olan hər bir şəxsin təhlükəsiz yaşamaq hüququnu pozur. Özbaşına tikinti iddiaçının yaşadığı evdən bir neçə santimetr aralı inşa edilmişdir, o cümlədən özbaşına tikinti iddiaçının yaşadığı evdən hündürdür. Metal konstruksiyaların hər hansı səbəbdən (küləyin təsirindən və s.) uçması, qopması və ya aşması insanların həyat və sağlamlığı üçün təhlükəlidir. Xüsusilə nəzərə alınmalıdır ki, həmin tikinti kommersiya məqsədləri üçün (avtoservis kimi) inşa edilib, orada göstərilən xidmətdən istifadə etmək üçün hər gün həmin tikintiyə onlarla şəxs və avtomobil gələ bilər. Kollegiya qeyd etmişdir ki, müvafiq icazələr olmadan belə bir tikintinin inşasının qarşısı səlahiyyətli dövlət qurumları tərəfindən vaxtında alınmalı idi, lakin alınmayıb, artıq həmin tikintidən insanlara xidmət göstərilməsi üçün istifadə olunur. Məhkəmə kollegiyası hesab etmişdir ki, özbaşına tikintinin cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşməsi iddianın rədd edilməsinə əsas ola bilməz. Cavabdeh özbaşına tikintiyə mülkiyyət hüququnun tanınması barədə iddia verməmişdir. Məhkəmə kommersiya məqsədilə özbaşına tikinti aparmış şəxsin əvəzinə, xüsusilə onun iddiası olmadığı halda, həmin tikintinin insanların həyat və sağlamlığı üçün təhlükəsiz olduğunu təsdiq edən sübutlar toplaya bilməz. Cavabdeh tərəf həmin tikintinin təhlükəsizlik qaydalarına uyğun inşa edildiyini, metal konstruksiyaların uçması, qopması və ya aşması təhlükəsinin olmadığını, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına əməl edildiyini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3, 180.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 180.4-cü maddəsinə istinad etməklə onun şərhini vermiş, lakin iddiaçının tələbinin qanuni əsası kimi bu normaya istinadın nədə ifadə olunduğunu vurğulamamışdır. Qeyd etdiyi mövqelər, yəni qeyri-yaşayış binasının metal konstruksiyalardan inşa edildiyi, iddiaçının (onun ailə üzvlərinin, o cümlədən yaxınlıqda yaşayan və müxtəlif səbəblərdən yaxınlıqda olan hər bir şəxsin) təhlükəsiz yaşamaq hüququnu pozduğu, qeyri-yaşayış binasının iddiaçının yaşadığı evdən bir neçə santimetr aralı inşa edildiyi və iddiaçının yaşadığı evdən hündür olduğu, həmçinin metal konstruksiyaların hər hansı səbəbdən (küləyin təsirindən və s.) uçması, qopması və ya aşmasının insanların həyat və sağlamlığı üçün təhlükəli olması barədə gəldiyi nəticələr işin hallarına uyğun olmamış, mötəbər sübutlarla təsdiqini tapmamışdır. Apellyasiya məhkəməsi iddiaçının tələbinin hüquqi əsasının tapılmasına yönəlməklə, cavabdehin hüquqlarının pozmuş və nəticədə iddiaçının mülkiyyət hüquqlarından suiistifadə etməsinə şərait yaratmışdır. Qeyd edilmişdir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmçinin, qeyd edilmişdir ki, iddiaçının qonşuluğunda yerləşən hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsində əvvəlki mülkiyyətçi tərəfindən də illərlə istifadə edilmiş qeyri-yaşayış binası (emalatxana) olmuşdur. İddiaçının hazırkı iddiasının qaldırmasına səbəb cavabdehlə aralarında yaranmış mübahisə, ədavət olmuşdur. Apellyasiya instansiyası məhkəməsi analoji mübahisələrdə əhəmiyyətli olan mötəbər sübut növü kimi ekspertiza rəyinin alınması yönündə təşəbbüs göstərməmişdir. Halbuki, qətnamədə gəldiyi nəticələr, qeyri-yaşayış binasının sökülməsi, metal konstruskiyalardan ibarət yenidən inşa edilməsi, sahəsi, tikilinin ekoloji vəziyyətlərdə yaradacağı problemlər və s. bu kimi hallar xüsusi biliyə malik olan şəxslər tərəfindən araşdırılaraq məhkəməyə təqdim edilməli olan rəy şəklində həyata keçirilməlidir. Apellyasiya məhkəməsi isə mübahisənin qanuni həlli yönündə prosessual qanunvericiliyin verdiyi imkanlardan tam istifadə etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə kassasiya şikayətinə qarşı etiraz göndərmişdir. Etirazda göstərilmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2673/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən iddiaçı özünə aid olmayan torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsini o halda tələb edə bilər ki, bu onun maraqlarına toxunsun. Yəni mübahisəli tikilinin qanunsuz tikili olması hər bir halda iddiaçıya onun sökülməsini tələb etmək üçün subyektiv hüquq vermir və qeyd edilən tikilinin iddiaçıya hansı maneələr yaratmaqla (giriş-çıxışa maneə, səs-küy və ya havalandırmaya məhdudiyyət və s.) hüququnu məhdudlaşdırdığı və ya pozduğu müəyyən olunmalıdır. Əks halda, qanunsuz tikililərin sökülməsini tələb etmək aidiyyəti dövlət qurumlarının səlahiyyətinə aid olacaqdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehin inşa etdiyi qeyri-yaşayış binasının avtomobil təmiri sexi kimi fəaliyyət göstərdiyinə görə yaranan səs-küyə, evinə gedən yolun bağlanmasına, yaşayış evlərinin əhatəsində qaynaq işlərinin görülməsinin özünün və ailə üzvlərinin həyatı üçün təhlükə təşkil etdiyinə istinad etməklə, cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi isə tikilinin metal konstruksiyalardan inşa edildiyini, iddiaçının, onun ailə üzvlərinin, o cümlədən yaxınlıqda yaşayan və müxtəlif səbəblərdən yaxınlıqda olan hər bir şəxsin təhlükəsiz yaşamaq hüququnu pozduğunu, özbaşına tikintinin iddiaçının yaşadığı evdən bir neçə santimetr aralı inşa edilməsi və iddiaçının yaşadığı evdən hündür olmasına görə metal konstruksiyaların hər hansı səbəbdən (küləyin təsirindən və s.) uçması, qopması və ya aşmasının insanların həyat və sağlamlığı üçün təhlükəli olmasını, kommersiya məqsədilə inşa edilmiş belə tikililərdə müxtəlif bədbəxt hadisələrin (yanğın, partlayış, tikintinin uçması və s.) baş verə biləcəyini göstərməklə iddianı təmin etmiş, lakin işdə olan hansı sübutlar əsasında bu qənaətə gəldiyini əsaslandırmamış, istinad etdiyi bu halların mövcudluğunun müəyyən edilməsi xüsusi bilik tələb edən elm sahəsinə aid olsa da, iş üzrə müvafiq ekspertiza təyin etməmiş, müvafiq mütəxəssis rəyi almamışdır. Halbuki Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdən görünür ki, iddiaçı qonşu torpaq sahəsində cavabdeh tərəfindən tikilinin inşasına etiraz etməmiş, həmin tikilinin anbar kimi işləyəcəyini güman etmiş, lakin həmin tikilinin avtomobil təmiri sexi kimi fəaliyyət göstərməsinin onun hüquqlarını pozduğunu iddia etmişdir. İşdən görünür ki, həmin torpaq sahəsində mövcud olan əvvəlki qeyriyaşayış sahəsi də emalatxana kimi fəaliyyət göstərmişdir. Məhkəmə qeyd edir ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsiz ki, qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılmaması cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Halbuki, «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı oğlunun vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25.Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Maddə 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Maddə 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; Maddə 92.2. Bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. Maddə 92.3. Sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. Maddə 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; 92.4.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; 92.4.4. bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda; 92.4.5. bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. Maddə 92.5. Tikinti işlərinin dayandırılması barədə qərarda onun qəbulunu şərtləndirən pozuntular (faktiki və hüquqi hallar) təsvir edilməli və həmin pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının izahlı göstərişi nəzərdə tutulmalıdır. Tikinti işlərinin dayandırılması barədə qərar 3 iş günü müddətində sifarişçiyə (podratçıya) təqdim olunur. Maddə 92.8. Sifarişçi (podratçı) bu Məcəllənin 92.5-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin yerinə yetirdiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuları aradan qaldırdığı barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat təqdim etməlidir. Belə məlumatın təqdim edildiyi gündən 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində göstərişlərin yerinə yetirilmədiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda bu haqda hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib olunur. Belə olduqda tikinti işlərinin dayandırılması haqqında qərar qüvvədə qalır və bu barədə müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) yazılı məlumat verir. Yoxlama nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən olunduğu təqdirdə müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verir və belə razılıq tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədən düşməsini ehtiva edir. Bu maddənin birinci cümləsində nəzərdə tutulmuş məlumatın təqdim edildiyi gündən 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən sifarişçiyə (podratçıya) tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədə qalması haqda yazılı məlumat və ya tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verilmədikdə tikinti işlərinin dayandırılması barədə qərar qüvvədən düşmüş hesab edilir. Maddə 92.10. Tikinti işlərinin dayandırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Maddə 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Maddə 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Maddə 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. Maddə 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. Maddə 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Bənd 4.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində, 58.2-ci maddəsinin ikinci cümləsində, 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə), 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir; Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-2467/2024 saylı qərarında şərh olunan göstərişlər nəzərə alınmaqla, bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, habelə hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(102)-2467/2025 saylı qərarında şərh olunan göstərişləri nəzərə alıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-835/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirlmədən saxlanmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-2467/2024 saylı qərarında şərh olunan göstərişlərin icrası ilə bağlı mülki iş üzrə alınan ekspert və mütəxəsis rəyləri ilə aşağıdakılar müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-16205/2025 saylı 24 aprel 2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, ünvana baxış keçirilmiş, İddiaçı təyin olunan vaxtda sözügedən ünvanda olsa da, Cavabdeh və nümayəndəsi iştirak etməmiş, iddiaçı tərəfindən göstərilən mübahisəli daşınmaz əmlaka vizual baxış keçirilmiş, obyektin qapısı bağlı olduğundan daxilinə girmək mümkün olmamış, çöl tərəfdən avtoservis kimi reklam lövhəsi mövcuddur. Sözügedən daşınmaz əmlak iddiaçının torpaq sahəsinə və fərdi yaşayış evinə bitişikdir. Daşınmaz əmlakın torpaq sahəsi binanın tikintialtı sahəsindən ibarətdir (246.2 kv.m təşkil edir). Sözügedən əmlaka və torpaq sahəsinə dair sənəd təqdim edilmədiyindən naturada mövqeyini təyin etmək mümkün olmadı. Faktiki olaraq daşınmaz əmlakın çöl ölçülərinə uyğun koordinatları əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən verilmiş koordinatlarla ərazidə “Avtotəmiri” yerləşdiyi torpaq sahəsinə dair Dövlət əmlakı kimi baza məlumatı var. Daşınmaz əmlak **********78-06301 reyestr nömrəsi ilə qeyriyaşayış binası kimi Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2025-ci il tarixli 10/110 nömrəli rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 24 aprel 2025 -ci il tarixli 3-21-3-30/2-16205/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Sözügedən daşınmaz əmlak iddiaçının torpaq sahəsinə və fərdi yaşayış evinə bitişikdir. Daşınmaz əmlakın torpaq sahəsi binanın tikintialtı sahəsindən ibarətdir (246.2 kv.metr təşkil edir). Vahid elektron kadastr baza məlumatlarına əsasən verilmiş koordinatlarla ərazidə “Avtotəmiri” yerləşdiyi torpaq sahəsinə dair Dövlət əmlakı kimi baza məlumatı var. Daşınmaz əmlak **********78-06301 reyestr nömrəsi ilə qeyri-yaşayış binası kimi Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69 saylı maddəsinin 69.5.1 bəndinin tələblərinə əsasən tədqiq olunan qeyri-yaşayış binası ilə sərhəd hasarı arasındakı məsafənin 4.0 metr (6.7 m x 0.6) olmalı olduğunu, faktiki olaraq isə həmin qeyri-yaşayış sahəsinin sərhəd hasarına bitişik inşa olunduğunu, eləcə də ara məsafəsi saxlanmadığını nəzərə alaraq Cavabdeh inşa etdiyi qeyri-yaşayış binasının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69 saylı maddəsinin 69.5.1-ci bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Cavabdeh inşa etdiyi qeyri-yaşayış binası İddiaçı yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin sərhəd hasarına bitişik inşa edildiyindən, eləcə də ara məsafəsi saxlanılmadığından, faktiki məsafənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olmdığı müəyyən edilmişdir. Cavabdeh inşa etdiyi qeyri-yaşayış binasının və həmin binadan avtomobil təmiri sexi kimi istifadə edilməsinin İddiaçı fərdi yaşayış evindən istifadə etməsi üçün nəzərdə tutulan yoldan istifadəyə manelər (yolun bağlanılması və s.) yarada bilib-bilməməsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyil. Cavabdeh inşa etdiyi qeyri-yaşayış binasının (tikilinin metal konstruksiyadan inşa edilməsi, tikilinin ümumi istifadədə olan yolu bağlaması, tikilinin ölçüləri, tikilinin dayanaqlığı, giriş-çıxışa maneə, səs-küy və ya havalandırmaya məhdudiyyət yaratması, təbii işığın qarşısının alınması və s. nəzərə alınmaqla) iddiaçı X8 evində təhlükəsiz yaşamasına və fərdi yaşayış evindən istifadə etməsinə hansı maneələr yaradıbyaratmamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyil. ünvan 1 ünvanında sahəsi 26.3 kv.m qeyri-yaşayış kv.m qeyri-yaşayış binası mövcud deyil. Tədqiq olunan qeyri-yaşayış binasının hündürlüyü 6.7 metr, ümumi sahəsi 246.2 təşkil etməklə, fasad divarı metal təbəqələrlə üzlənmişdir. Tədqiq olunan qeyri-yaşayış sahəsinin daxilində baxış keçirilməsi mümkün olmadığından divarlarının nədən inşa olunduğunu müəyyən etmək mümkün olmamışdır. Sözügedən qeyri-yaşayış binası ilə İddiaçı evi və hasarı arasında məsafə saxlanmamışdır. Sözügedən qeyri-yaşayış binasının ətrafında fərdi yaşayış evləri və küçə vardır. Sözügedən qeyri-yaşayış binasının qarşısında çoxsaylı maşınların saxlanılması oradan keçən yolun bağlanmasına səbəb olub-olmamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyil. Sözügedən qeyri-yaşayış binasının qarşısında çoxsaylı maşınların saxlanılması oradan keçən yola, habelə İddiaçı evinə və həmin əraziyə “yanğınsöndürmə” və “təcili yardım” maşınlarının daxil olmasına maneə törədə bilməsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyil. Sözügedən qeyri-yaşayış binasında təmir işlərinin (dəmirçi, çilingər və s. işlərin) aparılması ilə bağlı səs-küy ətrafda yaşayan insanların istirahətinə və normal yaşam şəraitinə mane ola bilməsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinin xx.xx.2025-ci il tarixli 3-14-25/2-215/2025 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, ünvan 4 ünvanında fəaliyyət göstərən avtoservisdə ölçmə işlərinin monitorinqi keçirilmişdir. Əraziyə baxış zamanı qeyri-yaşayış obyektində avtomobillərdə katalitik çeviricilərin təmiri işlərinin həyata keçirildiyi və qeyd olunan obyektin İddiaçı yaşayış evinə və hasarına bitişik yerləşdiyi müəyyən edilmişdir. Həmçinin qeyri-yaşayış binasının ətrafında fərdi yaşayış evlərinin, yol və iaşə obyektlərinin mövcud olduğu aşkar olunmuşdur. Monitorinqdə səs-küy çirklənməsinin səviyyəsini müəyyən etmək məqsədilə obyekt fəaliyyətdə olan zaman SVANTEK-977 cihazı vasitəsilə ölçmə-analiz işləri aparılmışdır. Ölçmələrin nəticəsinə əsasən səs-küy çirklənməsinin səviyyəsi 52.9 dBA (norma:60.0 dBA), təmir işləri (dəmirdöymə, çilingər fəaliyəti və s.) zamanı isə 57.3 dBA (norma:60.0 dBA) təşkil etmiş və qeyd olunan göstəricilərin ətraf mühit üçün yol verilən hədd norma daxilində olduğu müəyyən olunmuşdur. Səs-küy səviyyəsinin ölçmə işləri zamanı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 796 saylı Fərmanı əsas götürülmüşdür. Qeyd edilir ki, İddiaçı Xankəndi şəhərində olduğundan monitorinq araşdırmasında iştirak etməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-40494/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçıya aid daşınmaz əmlak obyekti Google Earth proqramında 2023-cü ildən müşahidə edilir. Arxiv məlumatlarına əsasən İddiaçı olğlunun adına ünvan 5 ünvanda fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Cavabdeh **********78-06301 reyestr nömrəsi ilə xüsusi mülkiyyətində olan ünvan 3 qeyri-yaşayış binası 1986-cı il tarixdə istismara verilmişdir. Mərkəzi Ekspertiza Bürosunun MEB-209-0625 nömrəli xx.xx.2025-ci il tarixli hesabatındanmüəyyən olunur ki, Cavabdeh inşa etdiyi qeyri-yaşayış binası onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 71b ünvanındakı 0,028040 ha torpaq sahəsinin sərhədləri daxilində inşa edilmişdir. Mülkiyyət sənədləri, kadastr planları və yerində aparılmış ölçü işləri göstərmişdir ki, binanın heç bir hissəsi qonşu sahələrə və ya dövlət mülkiyyətinə çıxmamış, koordinatlar kadastr planındakı məlumatlarla üst-üstə düşmüşdür. Cavabdeh inşa etdiyi qeyri-yaşayış binası Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğundur. Tikinti öz mülkiyyət sahəsi daxilində, sərhəd xətləri aşılmadan aparılmış, binanın hündürlüyü və konstruktiv göstəriciləri normativlərə cavab verir. Qonşu sərhəd ilə məsafənin dar olması iddiaçının hasara bitişik əlavə tikilisindən və torpaq ölçülərinin məhdudluğundan irəli gəlir. Cavabdeh qeyri-yaşayış binası ilə İddiaçı həyətində yerləşən əlavə tikili arasında məsafə təxminən 19 sm-dir. Bu dar məsafə yalnız əlavə tikilinin sərhədə bitişik yerləşməsi və torpaq sahəsinin ölçü məhdudiyyəti ilə əlaqədardır. Qeyri-yaşayış binanın hündürlüyü və konstruktiv göstəriciləri normativlərə uyğundur və fərdi yaşayış evinə birbaşa mənfi təsir göstərmir. Bu vəziyyət Məcəllədə nəzərdə tutulmuş istisna hallar çərçivəsində qanuni hesab olunur. Cavabdeh inşa etdiyi qeyri-yaşayış binasından avtomobil təmiri sexi kimi istifadə edilməsi İddiaçı fərdi yaşayış evinə aparan yola hər hansı maneə yaratmır. Vizual baxış, ölçmələr və servis fəaliyyəti üzrə məlumatlar göstərmişdir ki, yolun bağlanması və hərəkətin məhdudlaşdırılması ilə bağlı problem mövcud deyil. Avtomobillərin hərəkəti və dayanması üçün kifayət qədər sahə mövcuddur. Qeyri-yaşayış binası metal konstruksiyadan inşa edilmişdir, hündürlüyü 6-7 m təşkil edir və texniki norma və standartlara uyğundur. Tikili İddiaçı fərdi yaşayış evinə və həyətinə təhlükəsizlik, səs-küy, havalandırma, işıqlandırma və giriş-çıxış imkanlarına mənfi təsir göstərmir. Obyektin hündürlüyü, ölçüləri, dayanıqlığı və avtoservis fəaliyyəti nəzərə alınmaqla, istifadə üçün hər hansı məhdudiyyət yaratmır. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 71b ünvanında yerləşən əvvəlki 26.3 kv.m qeyri-yaşayış binası (9 saylı emalatxana) artıq mövcud deyil. Obyekt 2022-2023-cü illərdə restavrasiya edilmiş və ölçüləri artırılaraq 246.4 kv.m qeyri-yaşayış binası şəklində inşa olunmuşdur. Hazırda mövcud binanın sahəsi 246.4 kv.m-dir və əvvəlki ölçülərdəki 26.3 kv.m obyekt yerində yoxdur. Qeyri-yaşayış binası möhkəmləndirilmiş beton və metal konstruksiyalardan ibarətdir. Ölçüləri faktiki olaraq: uzunluğu *15,3 m, eni «13,9 m, hündürlüyü *6-7 m təşkil edir. Bünövrə dərinliyi layihəyə uyğun olaraq 1,40 m səviyyəsindədir. Layihə planı və faktiki ölçülər arasında fərqlər minimaldır və normativ çərçivədədir. Cavabdeh inşa etdiyi qeyri-yaşayış binası ilə İddiaçı həyətində mövcud əlavə tikili arasındakı məsafə təxminən 19 sm təşkil edir. Bu məsafə torpaq sahəsinin ölçü məhdudiyyəti və əlavə tikilinin sərhədə bitişik yerləşməsi ilə əlaqədardır. Bina evə birbaşa təsir göstərmir və normativlərə uyğundur. Qeyri-yaşayış binasının ətrafında fərdi yaşayış evləri, həyətyani sahələr və məhəllə yolu mövcuddur. Aparılmış müşahidələr göstərir ki, binanın qarşısında avtomobillərin saxlanması yolun bağlanmasına səbəb olmur. Yol hərəkəti, avtomobil dayanması və keçid tam təmin olunmuşdur. Qeyri-yaşayış binasının qarşısında avtomobillərin saxlanması yolun keçid qabiliyyətinə və İddiaçı evinə yanğınsöndürmə və təcili yardım maşınlarının daxil olmasına mane olmur. Yolun eni, dar keçid və servisin ayrılmış dayanacaq sahəsi normativ tələblərə uyğundur və hərəkətin tam təmin edildiyi təsdiq edilmişdir. Kollegiya qeyd edir ki, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan inşa edildikdə, tikintiyə dövlət nəzarəti çərçivəsində müvafiq icra hakimiyyəti orqanı müvafiq akt tərtib etməklə tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Tikinti işlərinin dayandırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunla müəyyən olunmuş hallar istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Tikinti obyektlərinin sökülməsi qaydaları da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”, Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 9.7.2, 97.3, 97.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında da sökülə bilər. Ona görə də, Məhkəmə kollegiyası hesab edir ki, ilk əvvəl hazırkı mülki iş üzrə iddianın söykəndiyi faktiki halların Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğun olub-olmadığı yoxlanılmalı və bu araşdırmanın nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verilməlidir. Belə ki, mübahisə predmetinin özbaşına tikili olması faktı özü-özlüyündə iddianın təmin edilməsi üçün yetərli deyil, bununla yanaşı həmin tikililərin söküntünü tələb edən tərəfin mənafeyini pozduğu və iddiaçının həqiqətən də maraqlı tərəf olduğu müəyyən edilməlidir. Bu zaman formal mülahizələrdən çıxış edilməməli, mənafenin konkret olaraq nədən ibarət olması göstərilməli, tikililərin bu mənafeyə hansı formada xələl gətirməsi, yəni iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət yaratması, real maneçilik törətməsi və s. sübuta yetirilməlidir. Belə ki, mübahisəli tikilinin qanunsuz tikili olaraq sökülməsini tələb edən iddiaçı bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmasını, yəni qeyd edilən tikilinin ona hansı maneələr yaratmaqla (giriş-çıxışa maneə, səs-küy və ya havalandırmaya məhdudiyyət və s.) hüququnu məhdudlaşdırdığını və ya pozduğunu sübut etməli və araşdırma zamanı bu hal müəyyən olunmalıdır. Əks halda, qanunsuz tikililərin sökülməsini tələb etmək aidiyyəti dövlət qurumlarının səlahiyyətinə aid olacaqdır. Araşdırma zamanı müəyyən olmuşdur ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 191 saylı sərancamına əsasən, İddiaçı Xətai rayonu İnqilab İsmayılov küçəsində yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi və hüquqi qeydiyyata alınması, Şəhərsalma və Tikinti Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə əməl etməklə yaşayış evinin tikintisinin, layihə sənədlərinin tərtib edilməsinin İddiaçı hesabına aparılması, fərdi yaşayış evinin layihə sənədlərinin rayon memarı ilə razılaşdırılması qərara alınsa da, arxiv məlumatlarına əsasən İddiaçı olğlunun adına ünvan 5 ünvanda fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən həmin ünvanda, Cavabdeh inşa etdiyi qeyri-yaşayış binası ilə 19 sm aralı məsafədə əlavə tikili inşa etmişdir. Cavabdeh **********78-06301 reyestr nömrəsi ilə xüsusi mülkiyyətində olan ünvan 3 qeyri-yaşayış binası 1986-cı il tarixdə istismara verilmişdir. İddiaçının tələblərindən, apellyasiya şikayətinin dəlillərindən və iş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehin inşa etdiyi qeyri-yaşayış binasının avtomobil təmiri sexi kimi fəaliyyət göstərdiyinə görə yaranan səs-küyə, evinə gedən yolun bağlanmasına, yaşayış evlərinin əhatəsində qaynaq işlərinin görülməsinin özünün və ailə üzvlərinin həyatı üçün təhlükə təşkil etdiyinə istinad etməklə, cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsini tələb edir. Mülki işdən daha sonra görünür ki, iddiaçı qonşu torpaq sahəsində cavabdeh tərəfindən tikilinin inşasına etiraz etməmiş, həmin tikilinin anbar kimi işləyəcəyini güman etmiş, lakin həmin tikilinin avtomobil təmiri sexi kimi fəaliyyət göstərməsinin onun hüquqlarını pozduğunu iddia etmişdir. İşdən görünür ki, həmin torpaq sahəsində mövcud olan əvvəlki qeyri-yaşayış sahəsi də emalatxana kimi fəaliyyət göstərmişdir. Kollegiya qeyd edir ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər. İşin təkrar apellyasiya icraatı zamanı iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən daşınmaz əmlak iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə və fərdi yaşayış evinə bitişikdir. Daşınmaz əmlakın torpaq sahəsi binanın tikintialtı sahəsindən ibarətdir (246.2 kv.m təşkil edir). Vahid elektron kadastr baza məlumatlarına əsasən verilmiş koordinatlarla ərazidə “Avtotəmiri” yerləşdiyi torpaq sahəsinə dair Dövlət əmlakı kimi baza məlumatı vardır. Daşınmaz əmlak **********78-06301 reyestr nömrəsi ilə qeyri-yaşayış binası kimi Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69 saylı maddəsinin 69.5.1 bəndinin tələblərinə əsasən tədqiq olunan qeyri-yaşayış binası ilə sərhəd hasarı arasındakı məsafənin 4.0 metr (6.7 m x 0.6) olmalı olduğunu, faktiki olaraq isə həmin qeyri-yaşayış sahəsinin sərhəd hasarına bitişik inşa olunduğunu, eləcə də ara məsafəsi saxlanmadığını nəzərə alaraq Cavabdeh inşa etdiyi qeyri-yaşayış binasının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69 saylı maddəsinin 69.5.1-ci bəndinin tələblərinə uyğun inşa olunmamışdır. Cavabdeh inşa etdiyi qeyri-yaşayış binası onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 71b ünvanındakı 0,028040 ha torpaq sahəsinin sərhədləri daxilində inşa edilmişdir. Mülkiyyət sənədləri, kadastr planları və yerində aparılmış ölçü işləri göstərmişdir ki, binanın heç bir hissəsi qonşu sahələrə və ya dövlət mülkiyyətinə çıxmamış, koordinatlar kadastr planındakı məlumatlarla üst-üstə düşmüşdür. Cavabdeh qeyri-yaşayış binası ilə İddiaçı həyətində yerləşən əlavə tikili arasında məsafə təxminən 19 sm-dir. Bu dar məsafə yalnız əlavə tikilinin sərhədə bitişik yerləşməsi və torpaq sahəsinin ölçü məhdudiyyəti ilə əlaqədardır. Qeyri-yaşayış binanın hündürlüyü və konstruktiv göstəriciləri normativlərə uyğundur və fərdi yaşayış evinə birbaşa mənfi təsir göstərmir. Cavabdeh inşa etdiyi qeyri-yaşayış binasından avtomobil təmiri sexi kimi istifadə edilməsi İddiaçı fərdi yaşayış evinə aparan yola hər hansı maneə yaratmır. Vizual baxış, ölçmələr və servis fəaliyyəti üzrə məlumatlar göstərmişdir ki, yolun bağlanması və hərəkətin məhdudlaşdırılması ilə bağlı problem mövcud deyil. Avtomobillərin hərəkəti və dayanması üçün kifayət qədər sahə mövcuddur. Qeyri-yaşayış binası metal konstruksiyadan inşa edilmişdir, hündürlüyü 6-7 m təşkil edir və texniki norma və standartlara uyğundur. Tikili İddiaçı fərdi yaşayış evinə və həyətinə təhlükəsizlik, səs-küy, havalandırma, işıqlandırma və giriş-çıxış imkanlarına mənfi təsir göstərmir. Obyektin hündürlüyü, ölçüləri, dayanıqlığı və avtoservis fəaliyyəti nəzərə alınmaqla, istifadə üçün hər hansı məhdudiyyət yaratmır. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 71b ünvanında yerləşən əvvəlki 26.3 kv.m qeyri-yaşayış binası (9 saylı emalatxana) artıq mövcud deyil. Obyekt 2022-2023-cü illərdə restavrasiya edilmiş və ölçüləri artırılaraq 246.4 kv.m qeyri-yaşayış binası şəklində inşa olunmuşdur. Hazırda mövcud binanın sahəsi 246.4 kv.m-dir və əvvəlki ölçülərdəki 26.3 kv.m obyekt yerində yoxdur. Qeyri-yaşayış binası möhkəmləndirilmiş beton və metal konstruksiyalardan ibarətdir. Ölçüləri faktiki olaraq: uzunluğu *15,3 m, eni «13,9 m, hündürlüyü *6-7 m təşkil edir. Bünövrə dərinliyi layihəyə uyğun olaraq 1,40 m səviyyəsindədir. Layihə planı və faktiki ölçülər arasında fərqlər minimaldır və normativ çərçivədədir. Cavabdeh inşa etdiyi qeyri-yaşayış binası ilə İddiaçı həyətində mövcud əlavə tikili arasındakı məsafə təxminən 19 sm təşkil edir. Bu məsafə torpaq sahəsinin ölçü məhdudiyyəti və əlavə tikilinin sərhədə bitişik yerləşməsi ilə əlaqədardır. Bina evə birbaşa təsir göstərmir və normativlərə uyğundur. Qeyri-yaşayış binasının ətrafında fərdi yaşayış evləri, həyətyani sahələr və məhəllə yolu mövcuddur. Aparılmış müşahidələr göstərir ki, binanın qarşısında avtomobillərin saxlanması yolun bağlanmasına səbəb olmur. Yol hərəkəti, avtomobil dayanması və keçid tam təmin olunmuşdur. Qeyri-yaşayış binasının qarşısında avtomobillərin saxlanması yolun keçid qabiliyyətinə və İddiaçı evinə yanğınsöndürmə və təcili yardım maşınlarının daxil olmasına mane olmur. Yolun eni, dar keçid və servisin ayrılmış dayanacaq sahəsi normativ tələblərə uyğundur və hərəkətin tam təmin edildiyi təsdiq edilmişdir. Araşdırma zamanı daha sonra ünvan 4 ünvanında fəaliyyət göstərən avtoservisdə ölçmə işlərinin monitorinqi keçirilərkən səs-küy çirklənməsinin səviyyəsini müəyyən etmək məqsədilə obyekt fəaliyyətdə olan zaman SVANTEK-977 cihazı vasitəsilə ölçmə-analiz işləri aparılması, ölçmələrin nəticəsinə əsasən səs-küy çirklənməsinin səviyyəsi 52.9 dBA (norma:60.0 dBA), təmir işləri (dəmirdöymə, çilingər fəaliyəti və s.) zamanı isə 57.3 dBA (norma:60.0 dBA) təşkil etmiş və qeyd olunan göstəricilərin ətraf mühit üçün yol verilən hədd norma daxilində olduğu müəyyən olunmuşdur. Kollegiya qeyd edir ki, «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların maraqlı tərəf olaraq sökülməsini tələb edən iddiaçı həmin bina və qurğuların ona öz fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə etməkdə maneçilik yaratmasını sübuta yetirmək vəzifəsi daşıyır. Belə məneələr iddiaçının hüquqlarını pozduğu halda o, maraqlı tərəf kimi özbaşına tikilinin sökülməsi barədə məhkəməyə müraciət etmək hüququna malik olur. İddiaçı iddia tələbinin, apellyasiya şikayətinin dəlillərini sübuta yetirə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim etməmiş, araşdırma zamanı isə cavabdeh tərəfindən öz mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi, iddia ərizəsində sökülməsi tələb olunan tikilinin (qeyri-yaşayış sahəsinin) iddiaçının istifadəsində olan torpaq sahəsindən, həmin sahədə yerləşən fərdi yaşayış evlərindən istifadəsinə əhəmiyyətli dərəcədə maneəçilik törətməsi ilə bağlı halların mövcud olması öz təsdiqini tapmamışdır. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi, iddia tələbində sökülməsi tələb olunan, tikilinin (qeyri-yaşayış sahəsinin) sökülməsini tələb edən iddiaçının mənafeyini pozmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir. Belə ki, özbaşına inşa edilən tikili maraqlı şəxsin təhlükəsiz yaşamaq, öz əşya hüquqlarını, təsərrüfat fəaliyyətini həyata keçirməsində və s. hallarda hüquqları pozulduğu halda sökülə bilər. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi isə yolverilməzdir.(MM-in 560.1-ci mad.) Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-835/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-496/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-496/2025
29.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver