Məhkəmə qərarları › İş №2(103)-4971/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4971/2020

11.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4971/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” X3rşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” X3rşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında quraşdırılmış, hal-hazırda “xxxxxxxx” ASC-nin balansında olan sayğacla bağlı qanunsuz hesablanmış 604 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildən o, ünvan 2 ünvanında faktiki olaraq yaşayır və bu fərdi yaşayış evinə həmin vaxt sayğac quraşdırılmışdır. 2008-ci ildə fərdi yaşayış evinə quraşdırılmış sayğac sökülmüş, yeni sayğac həyətdə küçə hissədə quraşdırılmışdır. xx xxxxxx 2019-cu il tarixdə fərdi yaşayış evinə quraşdırılmış sayğac sökülmüş və sayğacın sökülməsi və yeni sayğacın quraşdırılması haqqında akt tərtib edilmişdir. Aktda sökülmüş sayğacın alt qapağının möhürünün şübhəli olması göstərilmişdir. Həyat yoldaşına aktın mahiyyətini izah etmədən imza etdirmişlər. Həmçinin bunun əsasında xx xxxxxx 2019-cu il tarixdə protokol tərtib edilmiş və protokolda sayğacın alt qapağının seriya nömrəsinin kompyuter bazasında qeyd olunan nömrə ilə uyğun olmaması qeyd edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə onlara Binəqədi rayon enerji təchizatı və satışı idarəsi tərəfindən bildiriş göndərilmiş və 604 manat borcun olması bildirilmişdir. Hesab edir ki, ondan sayğaca görə 604 manat pul tələb edilməsi tamamilə əsassızdır, belə ki, o, enerji sərfiyyatı ilə bağlı hər ay ödəniş etmişdir. Sayğacın möhürünün nömrəsində uyğunsuzluq olması tamamilə cavabdeh tərəfin əməkdaşlarının səhlənkarlığı ucbatından baş vermişdir və bu onun cərimə edilməsi üçün əsas deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 1170/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sənədlərə düzgün hüquqi qiymət verməmiş, iş materiallarına əlavə edilmiş sənədlər təhrif edilmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşdə olan sübutlardan görünür ki, **********60000 nömrəli abunə hesabı ilə bağlı R №153735 nömrəli xx.xx.2019-cu il tarixli akta əsasən İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr. 3123-cü məhəllə 36 saylı fərdi yaşayış evinə xx.xx.2008-ci il tarixdə quraşdırılmış elektrik sayğacının alt qapaq möhürünün şübhəli olması səbəbi ilə 5451 kvts (VV = 2.2 kvts x 24 saat x 0.7 man. x 271 gün - 4566 kvts) itirilmiş elektrik enerjisinin əvəzi olaraq 599,61 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.17-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdirilməsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yetirilə bilər. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.13-cü bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə görə məsuliyyət daşıyır. Eyni Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparılır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə kollegiyası hesab edir ki, abonent İddiaçı mənzilinə quraşdırılmış elektrik sayğacının alt qapaq möhürünün şübhəli olması əsası ilə ona borc hesablanması qanunsuz olmuşdur. “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli aktda qeyd olunmuşdur ki, “Yoxlama zamanı məlum oldu ki, sayğacın alt qapaq möhürü şübhəlidir. Belə ki, yaşayış evini 2x6 mm kabel xətti qidalandırır.” Həmin tarixli “Sayğacların və cərəyan transformatorlarının yoxlanması protokolu”nda isə qeyd olunmuşdur ki, “Komissiyaya təqdim olunan ******* saylı sarı alt qapaq möhürü normaldır, lakin möhürün seriya nömrəsi kompyuter bazasında qeyd olunan nömrə ilə uyğun deyil. Sayğacın AZS möhürü normaldır. Sayğac normal buraxılan xəta ilə işləyir.” Cavabdeh təşkilat sayğacın alt qapaq möhürünün niyə şübhəli olmasını, möhürün seriya nömrəsinin kompyuter bazasında qeyd olunan nömrə ilə uyğun gəlməməsini əsaslandırmamış, uyğunsuzluğun abonentin, yoxsa cavabdeh təşkilatın əməkdaşlarının təqsiri üzündən baş verməsi müəyyən edilməmişdir. Yuxarıda qeyd olunan protokolda sarı alt qapaq möhürünün və sayğacın AZS möhürünün normal olması, sayğacın normal buraxılan xəta ilə işləməsi qeyd olunmuşdur. Belə olan halda, abonent tərəfindən “xxxxxxxx” ASC-yə hansı ziyanın vurulması anlaşılan deyil. Buna görə də birinci instansiya məhkəməsi abonentə əsassız hesablanmış borcun silinməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Lakin **********60000 nömrəli abunə hesabı ilə bağlı R №153735 nömrəli xx.xx.2019-cu il tarixli akta əsasən İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr. 3123-cü məhəllə 36 saylı fərdi yaşayış evinə xx.xx.2008ci il tarixdə quraşdırılmış elektrik sayğacının alt qapaq möhürünün şübhəli olması səbəbi ilə 5451 kvts (VV = 2.2 kvts x 24 saat x 0.7 man. x 271 gün - 4566 kvts) itirilmiş elektrik enerjisinin əvəzi olaraq 599,61 manat məbləğində borc hesablanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh “xxxxxxxx” ASC tərəfindən İddiaçı əsassız hesablanmış 604 manat yox, 599,61 manat məbləğində borc abonentin hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-1170/2020 saylı qətnaməsi silinməli borcun məbləği hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxxxxxx” ASC-nin apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 1170/2020 saylı qətnaməsi dəyişdirilsin. İddia qismən təmin olunsun. İddiaçı (Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ev 36) elektrik enerjisindən istifadəyə görə “xxxxxxxx” X8 tərəfindən hesablanmış 599,61 manat (beş yüz doxsan doqquz manat altmış bir qəpik) məbləğində borc silinsin. Apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul olunduğu andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar