Məhkəmə qərarları › İş №2(103)-4971/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4971/2024

02.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4971/2024 02.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 MTK-ya və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 MTK-ya, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı (Bakı şəhəri 32 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2, Cavabdeh2 vəkili Vəkil2, Cavabdeh4 MTK-nın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 MTK-ya və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 MTK-ya, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı (Bakı şəhəri 32 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-936/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanının dövlət reyestrində hüquqi qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İdarənin arxivində Bakı şəhəri, Yasamal rayonu, 10 Xrebtovı, 235 saylı fərdi yaşayış evinə aid X3 adına 1962-ci il tarixdə hazırlanmış texniki pasport mövcuddur. 2 X8 xx.xx.2004-ci il tarixdə vəfat etmişdir.

3. X17 ilə X9 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 852 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Həbibova soyadı verilmişdir.

4. X17 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.

5. X10 ilə X11 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 118 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Şahbudaqova soyadı verilmişdir.

6. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı 29 iyun 2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır.

7. Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh2 (ikinci tərəf) ilə Cavabdeh4 MTK (birinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1894 reyestr nömrəli müqaviləyə əsasən ikinci tərəf bu müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sökülmək üçün Cavabdeh4 MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Tikinti şirkəti ünvan 4 ünvanında yerləşən ikinci tərəfin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə, Bakı şəhəri, Yasamal rayonu, X25 və Xıdır Mustafayev küçələrinin əhatəsində inşa ediləcək 1 bloklu 15 mərtəbəli yaşayış binasından 1-ci blok, 7-ci mərtəbə, 115 kv.m, təmirsiz 25 saylı mənzili ikinci tərəfə təmirsiz geri qaytarmağı öhdəsinə götürmüşdür.

8. Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh3 (ikinci tərəf) ilə Cavabdeh4 MTK (birinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-2235 reyestr nömrəli müqaviləyə əsasən ikinci tərəf bu müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sökülmək üçün Cavabdeh4 MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Tikinti şirkəti ünvan 4 ünvanında yerləşən ikinci tərəfin istifadəsində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə, Bakı şəhəri, Yasamal rayonu, X25 və Xıdır Mustafayev küçələrinin əhatəsində inşa ediləcək 1 bloklu 15 mərtəbəli yaşayış binasından 1-ci blok, 3-ci mərtəbə, 105 kv.m, təmirsiz 2 saylı mənzili ikinci tərəfə təmirsiz geri qaytarmağı öhdəsinə götürmüşdür.

9. Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh8 (ikinci tərəf) ilə Cavabdeh4 MTK (birinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M2055 reyestr nömrəli müqaviləyə əsasən ikinci tərəf bu müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sökülmək üçün Cavabdeh4 MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Tikinti şirkəti ünvan 4 ünvanında yerləşən ikinci tərəfin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə, Bakı şəhəri, Yasamal rayonu, X25 və Xıdır Mustafayev küçələrinin əhatəsində inşa ediləcək 1 bloklu 15 mərtəbəli yaşayış binasından 1-ci blok, 6-cı mərtəbə, 115 kv.m, təmirli 19 saylı mənzili ikinci tərəfə təmirli geri qaytarmağı öhdəsinə götürmüşdür.

10. Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh5 (ikinci tərəf) ilə Cavabdeh4 MTK (birinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1885 reyestr nömrəli müqaviləyə əsasən ikinci tərəf bu müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sökülmək üçün Cavabdeh4 MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Tikinti şirkəti ünvan 4 ünvanında yerləşən ikinci tərəfin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə, Bakı şəhəri, Yasamal rayonu, X25 və Xıdır Mustafayev küçələrinin əhatəsində inşa ediləcək 1 bloklu 15 mərtəbəli yaşayış binasından 1-ci blok, 4-cü mərtəbə, 105 kv.m, təmirli 8 saylı və 1-ci blok, 3-cü mərtəbə, 78 kv.m, təmirli 5 saylı mənzilləri ikinci tərəfə təmirli geri qaytarmağı öhdəsinə götürmüşdür.

11. Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh7 (ikinci tərəf) ilə Cavabdeh4 MTK (birinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M1887 reyestr nömrəli müqaviləyə əsasən ikinci tərəf bu müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sökülmək üçün Cavabdeh4 MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Tikinti şirkəti ünvan 4 ünvanında yerləşən ikinci tərəfin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə, Bakı şəhəri, Yasamal rayonu, X25 və Xıdır Mustafayev küçələrinin əhatəsində inşa ediləcək 1 bloklu 15 mərtəbəli yaşayış binasından 1-ci blok, 3-cü mərtəbə, 115 kv.m, təmirli 1 saylı mənzili ikinci tərəfə təmirli geri qaytarmağı öhdəsinə götürmüşdür.

12. Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh6 (ikinci tərəf) ilə Cavabdeh4 MTK (birinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1859 reyestr nömrəli müqaviləyə əsasən birinci tərəf ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evininin sökülməsi müqabilində 100000 manat məbləğində kompensasiya ödəməyi, ikinci tərəf isə birinci tərəfə qarşı heç bir iddia, maddi və mənəvi tələbinin olmamasını bəyan etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

13. İlkin olaraq İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MTK-ya və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı (Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh4 MTK arasında bağlanmış 3M-1894 reyestr nömrəli xx.xx.2023-cü il tarixli müqavilənin və Cavabdeh3 ilə Cavabdeh4 MTK arasında bağlanmış 3M-2235 reyestr nömrəli xx.xx.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 da cavabdeh qismində qeyd edərək, Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh5 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1885 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh6 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1859 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh8 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-2055 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh7 Ələsgər oğlu ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1887 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8, Cavabdeh4 MTK, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyini cavabdeh qismində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edərək, Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh5 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1885 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh6 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M1859 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh8 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-2055 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh7 Ələsgər oğlu ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1887 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh2 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1894 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh3 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-2235 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin siyahısı Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş Forma-2 saylı arayışla saxtalaşdırılaraq yəni, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı həmin ünvanda qeydiyyatda olduğu təqdirdə vəzifəli şəxs tərəfindən X2 həmin ünvanda qeydiyyatda olmadığı barədə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil etməsini, onun adını gizlətmək yolu ilə və nəticə etibarı ilə İddiaçı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi olmadan və onun iradə ifadəsinə zidd olaraq Cavabdeh2 və Cavabdeh3 Cavabdeh4 MTK ilə qabaqcadan razılaşma əsnasında fərdi yaşayış evi ilə bağlı alqı-satqı müqaviləsini icra etmişlər. Sözügedən fərdi yaşayış evi 2004-cü il tarixdə Bakı şəhərində vəfat etmiş mərhum babası X3 mülkiyyətində olmuşdur. Ancaq Cavabdeh2 Bakı şəhəri 32 saylı Notariat Ofisində Cavabdeh4 MTK ilə 3M-1894 reyestr nömrəli xx.xx.2023-cü il tarixdə tərtib və təsdiq edilmiş müqavilənin 1.1.2-ci bəndində ünvan 4 ünvanının mülkiyyətçisi kimi özünü təqdim edərək həmin mənzil üzərində subyektiv mülkiyyət hüququnu təsdiq edəcək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarış təqdim etmədən həmin ərazidə Bakı şəhəri, Yasamal rayonu, X25 və Xıdır Mustafayev küçələrinin kəsişməsində inşa ediləcək 1 bloklu 15 mərtəbəli yaşayış binasından 1-ci blok, 7-ci mərtəbə, 115 kv.m təmirsiz 25 saylı mənzil və 53350 manat məbləğində pul vəsaiti əldə etməklə və həmçinin Cavabdeh3 da əsassız varlanmalarına səbəb olmuşdur.

17. Daha sonra, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 MTK-ya, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı (Bakı şəhəri 32 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh5 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M1885 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh6 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1859 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh8 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-2055 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh7 Ələsgər oğlu ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1887 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh2 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1894 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh3 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-2235 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin siyahısı Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş Forma-2 saylı arayışla saxtalaşdırılaraq yəni, ünvan 2 ünvanında qeydiyyatda olan X12 həmin ünvanda qeydiyyatda olduğu təqdirdə vəzifəli şəxs tərəfindən X4 həmin ünvanda qeydiyyatda olmadığı barədə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil etməsini, onun adını gizlətmək yolu ilə və nəticə etibarı ilə Elmira Həbibovaya məxsus fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi olmadan və onun iradə ifadəsinə zidd olaraq Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 ünvan 5 ünvanında yerləşən mülkiyyət hüquqları ilə mərhum atası X6 məxsus fərdi yaşayış evini və fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tikililəri Cavabdeh4 MTK ilə qabaqcadan razılaşaraq sökülməsinə razılıq verilməsi müqabilində alqı-satqı yolu ilə həmin ünvanda inşa ediləcək hündürmərtəbəli yaşayış binasından ayrı-ayrılıqda mənzillərin, kompensasiya məbləğlərinin və binanın tikilib yekunlaşacağı tarixə qədər hər ay yaşamaları üçün ***-**** manat məbləğində kirayə haqqının ödənilməsi barədə müqavilələr bağlamaqla razılıq əldə etmişlər. Sözügedən fərdi yaşayış evi 2004-cü il tarixdə Bakı şəhərində vəfat etmiş mərhum atası X3 mülkiyyətində olmuşdur.

19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-936/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 MTK-ya və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 MTK-ya, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı (Bakı şəhəri 32 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh4 MTK Bakı şəhəri, Yasamal rayonu, X25 və Xıdır Mustafayev küçələrinin əhatəsində 1 bloklu 15 mərtəbəli yaşayış binasının inşa etmək üçün hazırda həm İddiaçı iddiası üzrə, həm də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiası üzrə cavabdehlər kimi qeyd edilmiş Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evlərinin sökülməsi, fərdi yaşayış evinin sökülməsinə görə kompensasiya ödənilməsi və s. ilə bağlı cavabdehlərlə hazırda iddia tələblərində etibarsız hesab edilməsi xahiş olunan müqavilələri bağlamışdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Belə ki, iş materialarında olan sənədlərdən, iddiaçının iddia ərizəsindən də aydın olur ki, iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbdə nəzərdə tutulmuş müqavilələrin etibarsız hesab edilməsi tələbini irəli sürməsinə səbəb müqavilənin etibarsızlığına səbəb olan qanunvericilikdə nəzərdə tutulan yuxarıdakı əsaslar deyildir. İddiaçı və mübahisə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs sözügedən müqavilələrin etibarsız hesab edilməsi əsası kimi həmin müqavilə bağlanan zaman onların ünvan 4 ünvanda qeydiyyatda olmalarına baxmayaraq onların razılığının alınmamasına istinad etmişlər. Tərəflərin tələblərinin əsası kimi istinad etdikləri bu dəlilə münasibət bildirərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı və onun anası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 formal olaraq həmin ünvanda qeydiyyatda olmuşlar, həmin ünvanda yaşamırlar və həmin ünvandakı fərdi yaşayış evindən istifadə etmirlər. İddiaçı ailə həyatı qurduqdan sonra başqa ünvana köçmüşdür. Həmin şəxslərin həmin ünvanda qeydiyyatda olmaları və daşınmaz əmlakın satılması zamanı onların razılığının alınmaması mülkiyyətçilərin öz mülkiyyətlərində olan daşınmaz əmlakı satmalarına maneə deyildir. Odur ki, Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh5 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M1885 reyestr nömrəli müqavilə, Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh6 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1859 reyestr nömrəli müqavilə, Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh8 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-2055 reyestr nömrəli müqavilə, Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh7 Ələsgər oğlu ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1887 reyestr nömrəli müqavilə, Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh2 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1894 reyestr nömrəli müqavilə, Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh3 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-2235 reyestr nömrəli müqavilələr Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, müqavilənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1,337.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2,77.1,119.1,216-220,227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-936/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətində göstərilmişdir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin siyahısı Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş Forma-2 saylı arayışla saxtalaşdırılmışdır. Belə ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı həmin ünvanda qeydiyyatda olduğu təqdirdə vəzifəli şəxs tərəfindən İddiaçı həmin ünvanda qeydiyyatda olmadığı barədə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil etməsini, onun adını gizlətmək yolu ilə və nəticə etibarı ilə İddiaçı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi olmadan və onun iradə ifadəsinə zidd olaraq Cavabdeh2 və Cavabdeh3 Cavabdeh4 MTK ilə qabaqcadan razılaşma əsnasında fərdi yaşayış evi ilə bağlı alqı-satqı müqaviləsini icra etmişlər. Sözügedən fərdi yaşayış evi 2004-cü il tarixdə Bakı şəhərində vəfat etmiş mərhum babası X3 mülkiyyətində olmuşdur. Ancaq Cavabdeh2 Bakı şəhəri 32 saylı Notariat Ofisində Cavabdeh4 MTK ilə 3M-1894 reyestr nömrəli xx.xx.2023-cü il tarixdə tərtib və təsdiq edilmiş müqavilənin 1.1.2-ci bəndində ünvan 4 ünvanının mülkiyyətçisi kimi özünü təqdim edərək həmin mənzil üzərində subyektiv mülkiyyət hüququnu təsdiq edəcək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarış təqdim etmədən həmin ərazidə Bakı şəhəri, Yasamal rayonu, X25 və Xıdır Mustafayev küçələrinin kəsişməsində inşa ediləcək 1 bloklu 15 mərtəbəli yaşayış binasından 1-ci blok, 7-ci mərtəbə, 115 kv.m təmirsiz 25 saylı mənzil və 53350 manat məbləğində pul vəsaiti əldə etməklə və həmçinin Cavabdeh3 da əsassız varlanmalarına səbəb olmuşdur. İddiaçı ilə bərabər, həmçinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 da qeyd olunan ünvanda qeydiyyatda olsa da yuxarıda qeyd olunan qanunsuzluqlar və özbaşınalıqlar ona qarşı da törədilmişdir. Məhkəmə, qətnaməni formal əsaslandıraraq həm iddiaçının, həm də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin qeyd olunan ünvanda qeydiyyatda olmalarına baxmayaraq uzun müddət ərzində həmin ünvanda yaşamadıqları, bununla da onların istifadə hüquqlarının olmadıqları üçün müqavilələrin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlandığını, müqavilənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsasların mövcud olmadığını qeyd etmişdir. Məhkəmə yekun qərar qəbul edərkən həm iddiaçının, həm də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin qeyd olunan ünvanda qeydiyyatda olmamaları və həmin ünvanda istifadə etməmələrini qeyd etməklə qətnaməni əsaslandırmağa çalışmış, lakin onların eyni zamanda qanun üzrə vərəsələr olduğunu isə unutmuş, ümumiyyətlə bu məsələyə toxunmayaraq hüquqi qiymət verməkdən yayınmışdır. Qeyd olunanlarla yanaşı bildirilir ki , iddia ərizəsində qeyd edilən müqavilələr bağlanarkən, 32 saylı Notariat ofisi qeydiyyatda olan şəxsləri düzgün araşdırmamışdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”da göstərilir ki, notariat ofislərinin müxtəlif sistemlərə qoşulması təmin edilmişdir. Belə ki, onlar həmin sistemlərə inteqrasiya edərək, həmin ünvanda qeydiyyatda olan şəxslər barədə məlumatları əldə edə bilərdi. Bundan başqa iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs həmin evin sahibi olmuş X3 vərəsələridir. Bununla bağlı Bakı şəhəri 32 saylı Notariat Ofisinə müraciət edilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs həmin ünvanda qeydiyyatdadırlar. Lakin cavabdehlər saxtakarlığa yol verərək öz qanunsuz əməllərini həyata keçirmək üçün Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı MKİS-i ilə əlbir olub saxta arayışlar almaqla həm iddiaçının, həm də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin həmin ünvanda qeydiyyatda olmalarını gizlətmiş, daha sonra qeyd olunan arayışlar 32 saylı Notariat ofisinə təqdim edilməklə müvafiq müqavilələr bağlanmışdır. Göründüyü kimi 32 saylı Notariat ofisi də cavabdehlərin öz qanunsuz əməllərini həyata keçirməkdə məmnuniyyətlə iştirak edərək həm iddiaçının, həm də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin qanun üzrə vərəsələr olmasına baxmayaraq onların razılığının alınmasına heç bir lüzum görməmişdir. Cavabdehlərin yuxarıda qeyd olunan qanunsuz əməlləri məhkəmə iclasında ətraflı şəkildə qeyd edilərək sübut olunsa da, məhkəmə bütün qeyd olunan qanunsuzluqlara göz yumaraq cavabdehlərin qanunauyğun hərəkət etdiklərini qeyd edərək onların əməllərinə bəraət qazandırmağa çalışmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a) Proses iştirakçılarının izahatı

25. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirdi ki, məhkəmə qanunsuz əməllərə qiymət verməyib. Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş Forma-2 saylı arayış saxtalaşdırılıb.MTK-nın nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, Forma-2 saylı arayışı o almışdır. Həmin formal verilmiş arayışı notariat ofisi təsdiq etmişdir. İddiaçının pay hüququ danılmazdır. Məhkəmə qətnaməni formal əsaslandırmışdır. Məhkəmə iddiaçının həmin ünvana qeydiyyatı olsa da uzun müddət yaşamadığı üçün istifadə hüququnun olmadığını bildirmişdir. Buna görə də müqavilələrin qanunvericiliyin tələbinə uyğun bağlandığını qeyd edib. MTK-nın nümayəndəsi Forma-2 saylı arayışı ala bilməzdi, qanunsuzluq edilib. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlara düzgün qiymət vermədən qətnamə qəbul edib. Cavabdehlər Mənzil Kommunal İstismar Sahəsi ilə əlbir olublar, saxta arayışlar tərtib edilib, iddiaçının orada qeydiyyatda olduğu gizlədilib. 32 saylı Notariat ofisi də iddiaçının qanun üzrə vərəsə olmasını və iddiaçının razılığın olmamasına əhəmiyyət verməyib.Notariat ofisi qeydiyyatda olanları sistemdən yoxlamalı idi. İddiaçının razılığı olmadan özgəninkiləşdirilmə həyata keçirilə bilməzdi.Vərəsəliklə bağlı notariat ofisinə müraciet edilib. İddiaçının subyektiv hüququ tanınıb. İddiaçının vərəsə olduğu danılmazdır.

26. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, nümayəndəsi və vəkililinin izahatına əlavəsi yoxdur. Qohumlarından bəzilərinin məsələn, bibisi oğlunun razılığı olmadan ev satılmadı. Amma, onda belə olmadı.Orada yaşamamışdır, birinci növbə vərəsə kimi tanınmamışdır. Amma, bununla bağlı müraciət edilmişdir.Ev babanın adına olub. Natavan özü danışıb ki, o orada yaşamır.Natavanın yaşadığı evdən pay istəmir.Həytədəki iki mərtəbəli evdən biraz kənarda başqa ev olub.

27. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil2 çıxış edərək bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır. Cavabdeh2 ünvan 4 ünvanda qeydiyyatda olmuş və orada yaşamışdır. İddiaçı 2005-ci ildə ailə qurub və başqa ünvana köçüb, yaşayıb. 2009-cu ildə Cavabdeh2 iki mərtəbəli evdən çıxıb həyətdəki qarajı düzəldib yaşamışdır. Daha sonra ona bitişik 3 otaqlı ev tikmiş, orada yaşamışdır. İddiaçının həmin evə hüququ yoxdur, ailə qurandan sonra köçmüşdür. Həmçinin, cavabdeh tərəfindən tikilən birmərtəbəli ev iddiaçı artıq ailə qurduqdan sonra olmuşdur. MTK ilə müqavilənin mətnindən görünür ki, iddiaçı evin boşaldılması ilə bağlı öhdəlik götürüb. İstifadəsində olan əmlakı MTK-ya verib. Belə olan halda iddiaçının razılığı tələb olunmur,çünki alğı-satqı müqaviləsi olmayıb. Digər ev sonradan tikilib, iddiaçı orada yaşamayıb. İddiaçı birinci növbə vərəsə kimi də tanınmayıb .İstifadəsində olanların razılığı alınıb və ev boşaldılıb. Alğı-satqı olsa idi qeydiyyatda olanların razılığı mütləq olmalı idi. Hazirkı işdə isə alğı-satqı yoxdur.

28. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, həyətdə hamı birlikdə yaşayırdı.İddiaçı orada payının olmağını bildirməli idi. MTK dəfələrlə həmin həyətə gedib-gəlib, iddiaçı bilirdi ki, ev satılır. O zaman fikirini bildirməli idi. Onun yoldaşı xəstə idi, onlar qaraja köçdü. Çünki, qayınanası onları nəvəsinə görə evdən çıxardı. İddiaçı heç atası xəstə olanda gəlmədi.İddiaçının qardaşı bildirməli idi, ev plana düşüb.

29. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 MTK-nın nümayəndəsi Nümayəndə2 çıxış edərək bildirmişdir ki, Forma-2 saylı arayışı aldığını deməmişdir. İddiaçının həmin ünvanda qeydiyyatının olub-olmamasını yoxlamaq onun səlahiyyəti daxilində deyil. O, dövlət orqanına müvafiq sənədləri almaq üçün müraciət etmişdir, əgər hər hansısa problem varsa notariat ofisi o zaman bildirməli idi ki, saxtakarlıq olub. ünvan 4 ünvanda kimlər yaşayırdısa, onlarla da müqavilə bağlamışdırlar. İddiaçının hazırda istifadə hüququ mövcud deyil. Ona görə də müqavilələrin etibarsızlığını mübahisələndirməsi əsassızdır.

Tətbiq edilən hüquq normaları:

30. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını iddiaçıya münasibətdə tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

36. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan müqavilələrin bağlanılması zamanı onun razılığının alınmaması əsası ilə həmin müqavilələrin etibarsız hesab edilməsini tələb edir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan müqavilələr ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlıdır.

38. İşin halları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid X3 adına 1962-ci il tarixdə hazırlanmış texniki pasport mövcud olmuşdur.

39. X8 xx.xx.2004-ci il tarixdə vəfat etmişdir. İddiaçının atası X1 Əsgər Cəbrayıl oğlunun övladıdır. X17 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.2007-ci il tarixdə nikaha daxil olduqdan sonra mübahisə predmeti olan evdən ər evinə köçmüşdür.

40. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh4 MTK- ilə məhz orada yaşayanlar arasında müqavilələr bağlanmışdır.

41. Hazırkı işin hallarından göründüyü kimi, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X3 adına olması ilə bağlı texniki pasport mövcuddur. X8 2004-cü ildə vəfat etmişdir. İddiaçının atası isə 2017-ci ildə vəfat etmişdir. İddiaçının atası vəfat etdiyi dövrdə və ondan sonra iddiaçı həmin evdə yaşamamışdır. Çünki iddiaçı 2007ci ildən ər evinə gəlin olaraq köçmüşdür.

42. İddiaçı atasından miras qalan əmlakı qəbul etməsi ilə bağlı müraciət etməmiş, mirası qəbul etməsinə dair məhkəməyə sübut təqdim etməmişdir.

43. Mülki Məcəllənin 1243.1-ci maddəsində qeyd edilir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsində qeyd edilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

44. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-936/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-936/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyşdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar