Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4973/2020 05.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxxxxxx katibliyi ilə, İlkin iddia üzrə cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(004)-4822/2019 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göstərilmiş tibbi xidmətin qarşılığı olan 21000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 21030 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xəstə X4 valideynləri tərəfindən xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-yə müraciət etmişdir. Xəstəyə ilkin olaraq “Kəskin dessiminə Ensefalomielit” diaqnozu qoyulmuşdur. Xəstənin atası Cavabdeh2 ilə “Tibbi Xidmət Müqaviləsi” bağlanmışdır. Xəstə uzun müddət müalicə aldıqdan sonra xx.xx.2019-cu il tarixdə “yaxşılaşma” vəziyyətində xəstəxanadan ayrılmışdır. Göstərilmiş tibbi xidmətlərlə əlaqədar yaranmış borc məbləği ilə bağlı X2 anası Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə imzalanmış “Tibbi Xidmətin göstərilməsinə dair zaminlik Müqaviləsi”nə əsasən ona göstərilmiş tibbi xidmətə görə hesablanmış 21.000 manat məbləği xx.xx.2019-cu il tarixinə qədər İddiaçı MMC-nin xəzinədarlığına ödəməli idi. Lakin keçən müddət ərzində borc məbləği barəsində tərəflərindən edilən yazılı xəbərdarlıqlara baxmayaraq bu günə qədər cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçı MMC tibb müəssisəsi kimi “Tibbi Xidmət Müqaviləsi”ndə tibbi yqrdımın icrasını üzərinə bir öhdəlik kimi götürmüş və həmin öhdəliyi icra etmişdir. Ancaq cavabdehlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək üzərlərinə götürdükləri öhdəliyi icra etməmişlər. Ona görə də, cavabdehlər İddiaçı MMC qarşısında öhdəlik daşıyaraq 21.000 manat məbləğində pulu ödəməyə borcludurlar. Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia ərizəinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, “göstərilmiş tibbi xidmətin qarşılığı olan 21 000 manat məbləğində borc pulun ödənilməsinə dair ilk iddianın rədd edilməsi, cavabdehlər İddiaçı MMC və Səhiyyə Nazirliyindən 5 000 manat maddi, 50 000 manat mənəvi ziyanın Cavabdeh1 xeyrinə ödənilməsi haqda qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə, o cümlədən, Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 2-59/Q-1714 nömrəli məktubunun imzalanması və göndərilməsi ilə əlaqədar olan şəxslər barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(004)-4822/2019 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 21000 (iyirmi bir min) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən ikin iddia üzrə cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini göstərilmiş tibbi xidmətin qarşılığı olan 21 000 manat pulun ödənilməsinə dair ilk iddianin rədd edilməsi, o cümlədən cavabdehlər "İddiaçı" MMC və Səhiyyə Nazirliyindən 5 000 manat maddi, 50 000 manat mənəvi ziyanin Cavabdeh1 xeyrinə ödənilməsi haqda qarşılıqlı iddianin təmin edilməsi barədə yeni qətnamə, eyni zamanda Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 2-59/q-1714 nömrəli məktubunun imzalanması və göndərilməsi ilə əlaqədar olan şəxslərin barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə qarşı verilməli olduğundan, Səhiyyə Nazirliyi isə ilkin iddiaçı olmadığından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının Səhiyyə Nazirliyinə münasibətdə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmaqla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(004)-4822/2019 qətnaməsi ona aid hissədə ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.12, 391, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi qəraraaldı: İlkin iddia üzrə cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(004)-4822/2019 qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsinin Səhiyyə Nazirliyinə aid hissəsində ləğv edilsin və ona münasibətdə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan, şikayət verilə bilməz. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Akif İsgəndərov imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4973/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4973/2020
05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver