Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4975/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı maliyyə arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(004)- 2031/2022 saylı qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(004)- 2031/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 3166-cı məhəllədə tikilmiş 20 mərtəbəli A yaşayış binasında 5-ci blok 1-ci mərtəbədə ümumi sahəsi 75,4 kv.m olan Obyekt-1 saylı dəyərinin İddiaçı tərəfindən tam şəkildə ödənilməsi barədə maliyyə arayışının verilməsi vəzifəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh Mənzil Tikinti Kooperativi şikayət verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələblərinə əməl edilmədən verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin həmin maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə şikayət geri qaytarılmalıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdeh MTK-nın apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, şikayət elektron imza ilə yox, əl yazısı ilə imzalanmışdır. MPM-in 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Apellyasiya şikayətinə Arzuman Mustafayevin hal-hazırda Cavabdeh MTKnın direktoru olmaqla apellyasiya şikayətini imzalamağa səlahiyyətini təsdiq edən sənəd əlavə edilməmiş, iş materiallarında da bu barədə sənəd yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyatora izah olunmalıdır ki, qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 361, 363, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(004)- 2031/2022 saylı qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4975/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4975/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver