Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4982/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Bəhrəmzadənin sədrliyi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-431/2023 saylı, 30 may 2023-cü il tarixli qərardadından Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvana Cavabdeh tərəfindən ona (abonent kodu: **********10000) əsassız hesablanmış 3244,2 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-431/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********10000) hesablanmış 3098,2 manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-431/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsini və qətnamədən verilmiş apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilk məhkəmə iclasında nümyəndə kimi elektron kabinetə daxil edilməmişdir. Sonradan əlavə edilsə də, kabinetdə iş görünmədiyindən tərəflərindən adı çəkilən qətnamə kağız formasında xx.xx.2023-cü il tarixdə əldə edilmişdir. Bundan sonra qanunla müəyyən edilmiş müddət ötürülmədən qətnamədən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-431/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-431/2023 saylı, 30 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. İşdən müyən edilir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-431/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydiyyatda olan elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-431/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi rəsmi qaydada xx.xx.2023-cü il tarixdə cavabdehə təqdim edilmiş, apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olduğundan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Eyni zamanda onun tərəfindən prosessual müddətin bərpa olunması barədə vəsatət də verilməmişdir Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, vəkil tərəfindən verilmiş hazırki apellyasiya şikayəti qətnamə onun elektron kabinetinə yerləşdirildiyi tarixdən 1 ay 7 gün sonra, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət 7 gün müddətində buraxılmaqla verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-295/2022 saylı, 09 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-431/2023 saylı, 30 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4982/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4982/2023
28.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver