Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4984/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Ağakərim oğluna və Cavabdeh6 qarşı müqavilənin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-660/2020 saylı 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və digərlərinə qarşı müqavilənin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi qismən, yəni mənzillərin qanunsuz satılması nəticəsində dəymiş maddi zərərə görə Cavabdeh1 266.000 manat pulun tutulub iddiaçıya ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə iddianın təmin edilərək Cavabdeh1 266.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Eyni zamanda Mülki Kollegiyanın 26 avqust 2020-ci il tarixli qərardadı ilə mülki işə baxılarkən Cavabdeh1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin əlamətləri aşkara edildiyindən iş üzrə xüsusi qərardad çıxarılmaqla Bakı Şəhər Prokurorluğuna məlumat verilib. Cavabdeh1 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1744/2021 saylı 02.03.2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2(103)-5571/2020 saylı qətnaməsi qismən, Cavabdeh1 dəymiş maddi zərərə görə 266.000 manat pulun tutulub İddiaçı verilməsi hissəsində ləğv edilərək, mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İşə apellyasiya şikayətinə baxılarkən İddiaçı səlahiyətli nümayəndəsi-vəkili Vəkil1 ərizə təqdim edərək, hazırkı iş üzrə iddiaçının iddiasından imtina etdiyini, imtinanın nəticələrinin onlara aydın olduğunu və imtinanın qəbul edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iddiaçı tərəfindən hazırkı iddiadan imtina ərizəsinin qəbul edilməsi və mülki iş üzrə icraata xitam verilməsinə etirazın olmadığını bildirmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Ağakərim oğlu və Cavabdeh6 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, İddiaçı iddia tələblərindən imtina ərizəsi qəbul edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 191.2, 263, 264, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l d ı: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı müqavilənin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı səlahiyətli nümayəndəsi-vəkili Vəkil1 iddia tələblərindən imtina edilməsinə dair ərizəsi qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Hazırkı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4984/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4984/2021
22.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver