Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4984/2025 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Firması cəlb olunmaqla) mülki iş üzrə (açar sözlər: kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 İmran oğlunun, Cavabdeh cavabdeh1, Cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) vəkil1 Allahverdi oğlunun, Cavabdeh cavabdeh3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Firması cəlb olunmaqla) “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** saylı sərəncamının surətindən müəyyən olunur ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2000-ci il tarixli *** saylı məktubu nəzərə alınaraq Nəsimi rayonu S.Vurğun küçəsi 357 və 358-ci məhəllələrdə ofis və yüksəkmərtəbəli yaşayış binalarının layuhələndirilməsi və tikintisi üçün 1,29 ha torpaq sahəsi həmin firmanın istifadəsinə verilmiş, ayrılmış əraziyə düşən evlərin sökülməsi və həmin binalarda yaşayan sakinlərin köçürülməsi mövcud qaydalar əsasında sifarişçi təşkilata həvalə edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X30 Agentliyinin ## ####### 2007-ci il tarixli məktubundan görünür ki, sakinlərin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firması tərəfindən qanunsuz olaraq söküntü işlərinin aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanladıqları şikayət ərizəsi Agentliyin mütəxəssisi tərəfindən araşdırılmışdır. Müəyyən edilmişdir ki, mənzillər Bakı şəhər İcra Hakimiyyətinin ##.##.2000-ci il tarixli *** saylı sərəncamı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firmasına ayrılmış torpaq sahəsi daxilindədir. Araşdırma göstərir ki, həmin ünvanda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firması tərəfindən alınmış mənzillərdə söküntü işləri, həmin mənzillərin qonşuluğundakı sakinlər köçürülmədən aparıldığından, vətəndaşların həyatına təhlükə yaranmışdır. Təhlükənin reallığını nəzərə alaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firmasına tapşırılmışdır ki, mövcud qanunvericilikdə nəzərdə tutulan qaydada sakinlərin köçürülməsi tam başa çatdırılanadək söküntü işlərini dayandırsın. Əks təqdirdə baş verə biləcək hər hansı bədbəxt hadisəyə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı firmanın nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2008-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 6 ünvanda yerləşən **a saylı mənzilə dair hüquq subyekti İddiaçı adına texniki pasport tərtib edilmişdir. Texniki pasportdan görünür ki, qeyd edilən ərazidə 3 fərqli tikili mövcuddur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2008-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanda yerləşən **a saylı mənzili paylı mülkiyyət hüququ üzrə 1 otaq yaşayış sahəsi 12,0 kvadratmetr olan hissədə X3 adına, 4 otaq yaşayış sahəsi 75,08 kvadratmetr olan hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** saylı vərəqində qeydiyyata alınmışdır. Nikahın pozulması haqqında ##.##.2011-ci il tarixli AZ-İ seriyalı ****** saylı şəhadətnamədən görünür ki, X13 ilə cavabdeh1 arasında bağlanmış nikah ## #### 2011-ci il tarixdə ** saylı akt qeydi ilə pozulmuşdur. ** saylı MKİS tərəfindən verilmiş ## ###### 2011-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1987-ci il, Məmmədova Günay İlyas qızı 1991-ci il, Məmmədov Elnur İlyas oğlu 1992-ci il, X5 1995-ci il, X9 1996-cı il, X6 1996-cı il, X7 2003-cü il, X10 2003-cü il, X5 2006-cı il, X15 1998-ci il, cavabdeh1 2000-ci il, cavabdeh3 Abbasqulu qızı 2001-ci il, cavabdeh2 Abbasqulu oğlu 2001ci il, X11 2003-cü il, X1 2007-ci il tarixdən Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi ** saylı evin **a saylı mənzilində qeydiyyatdadırlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2011-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən görünür ki, cavabdeh1 İddiaçı və qeyrilərinə qarşı “mənzilə yaşayış hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilmiş, cavabdeh1 iki azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri S.Vurğun küçəsi ** saylı evin **a saylı mənzilindən istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülməsi qət edilmiş, iddia tələbi mənzildən istifadə qaydalarının müəyyən edilməsi hissəsində rədd edilmiş, İddiaçı cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X30 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun ünvan 10 ünvanında **a saylı mənzilin texniki vəziyyəti haqqında ##.##.2016-cı il tarixli rəyində göstərilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X30 Agentliyinin M/**** saylı ## #### 2016-cı il tarixli tapşırığına əsasən qeyd edilən **a saylı mənzilə (sakin cavabdeh1) vizual texniki baxış keçirilmişdir. Məlum olmuşdur ki, ortaq divarlarla ayrılmış bir neçə mənzildən ibarət olan ** saylı bina keçən əsrin əvvəllərində inşa edilmişdir. Bina 1 mərtəbəli olub zirzəmisiz və kürsüsüzdür. Əlavə olaraq qeyd edir ki, bir çox mənzillərdə yaşayış yoxdur (sakinlər köçürülmüşdür). Ətraf baxımsızlıq səbəbindən bərbad vəziyyətə düşmüşdür. Planda düzbucaqlı şəkilli, uzunluğu 10.0 metr, eni 4.0 metr olan **a saylı bir otaqlı və mətbəxdən ibarət olan mənzilin divarları but və kərpic daşlarından 0.50 və 0.20 metr qalınlığındadır, əhəng məhlulu ilə hörülmüşdür. Arakəsmələr ağac materialındandır. Döşəmə, qapı və pəncərələr taxta məmulatlarındandır. Damı yastı olub, atmosfer sularının qarşısının alınması məqsədilə asbestşiferlə örtülmüşdür. Texniki baxış zamanı mənzilin divar və arakəsmələrində, divar birləşmələrində bir və ikitərəfli çatlar (b=0.5-H).8sm), aralanmalar, qapıpəncərə boşluqları ətrafında çatların yaranması müşahidə olundu. 2011-ci ildə qoyulmuş kağız mayakda cırılma yaranmışdır. Qrunt üzərindəki döşəmə taxtalarında, qapı-pəncərələrdə çürümələr mövcuddur. Xaricdən və daxildən daş hörgülərdə aşınmalar əhəng hörgü materiallarının ovulub tökülməsi müşahidə olunmuşdur. Divarlarda nəmlik olması səbəbindən divar rənglənməsi tökülmüşdür. Fərdi yşayış evinin arxa tərəfində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Çoxmərtəbəli yaşayış binasının zirzəmisi və 2 mərtəbəli hissəsi ilə tərdi yaşayış evinin ara məsafəsi 3,30 metrdir. Fərdi yaşayış evinin döşəmə səviyyəsi 2 mərtəbəli binanın döşəmə səviyyəsindən 1,70 metr hündürlükdə yerləşir 2 mərtəbəli binanın bünövrə çalasının kənar sərhədi ilə fərdi yaşayış evinin ara məsafəsi 1 metr müəyyən olundu. Binalar arasındakı sahə inşaat və məişət tullantıları ilə doludur. Fərdi yaşayış evinə bitişik qonşu mənzillərin istismara yararsız olduğu müşahidə olundu. Yaşayış üçün təhlükəli vəziyyət yaranmışdır. Yaşayış evi fiziki və mənəvi cəhətdən köhnəlmişdir. Fərdi yaşayış evində çat və deformasiyaların yaranmasının səbəblərindən biri də yeni çoxmərtəbəli binanın yaxın məsafədə inşa edilməsidir. Fərdi yşayış evi texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yuxarda qeyd olunanları nəzərə alaraq fərdi yaşayış evində bərpa və gücləndirmə tədbirlərinin yerinə yetirilməsi səmərəsiz hesab edildiyindən sökülməsi məqsədəuyğundur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə və Nəsimi Rayon İcra Hakimiyətinə ünvanlanmış **/**-***** nömrəli ##.##.2016-cı il tarixli məktubun surətindən görünür ki, ünvan 16 ünvanda yaşayan cavabdeh1 yaşadığı ərazidə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firması tərəfindən aparılan söküntü işləri nəticəsində evin yararsız vəziyyətə düşməsi barədə Agentliyə ünvanladığı müraciət mütəxəssisləri tərəfindən yerində araşdırılmışdır. Baxış zamanı, mütəxəssislərin rəyinə əsasən şikayətçinin mənzilinin divar və arakəsmələrində, divar birləşmələrində bir və iki tərəfli çatlar, aralanmalar müşahidə olunmuşdur. Yaşayış üçün təhlükəli vəziyyət yaranmışdır. Fərdi yaşayış evində çat və deformasiyaların yaranmasının səbəblərindən biri də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firması tərəfindən yeni çoxmərtəbəli binanın yaxın məsafədə inşa edilməsidir. Bildirir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının ## ######## 2000-ci il tarixli *** saylı sərəncamı ilə Nəsimi rayonu, S.Vurğun küçəsi 357-ci və 388-ci məhəllələrdə yerləşən mövcud tikililərin sökülərək, ofis və yüksəkmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün 1,29 ha torpaq sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firmasının istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən əraziyə düşən yaşayış evlərinin sökülməsi və həmin binalarda yaşayan sakinlərin mövcud qaydalar əsasında firmanın vəsaiti hesabına, qarşılıqlı razılaşma əsasında köçürülməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firmasına tapşırılmışdır. Lakin, firma tərəfindən qanunvericiliyin, o cümlədən Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamının tələbləri yerinə yetirilmədən 2 girişli çoxmərtəbəli ofis və yaşayış binası inşa edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firmasına Agentlik tərəfindən sakinlərin köçürülməsi barədə məktublarla müraciət edilməsinə baxmayaraq bu günə kimi sakinlərin köçürülməsi tam həyata keçirilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamının 1.1-ci bəndinin tələblərinin qısa müddətə yerinə yetirilməsi, yaxın ətrafda yaşayan sakinlərin və tikililərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə aidiyyəti uzrə müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firmasının rəhbərliyinə ünvanlanmış **/**-***** nömrəli ##.##.2016-cı il tarixli məktubun surətindən görünür ki, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 58 ünvanda yaşayan cavabdeh1 tərəfindən yaşadığı ərazidə aparılan söküntü işlərindən evinin yararsız hala düşməsi barədə Agentliyə ## #### 2016cı il tarixdə ünvanladığı müraciət mütəxəssisləri tərəfindən yerində araşdırılmışdır. Baxış zamanı, mütəxəssislərin rəyinə əsasən şikayətçinin mənzilinin divar və arakəsmələrində, divar birləşmələrində bir və iki tərəfli çatlar, aralanmalar müşahidə olunmuşdur. Yaşayış üçün təhlükəli vəziyyət yaranmışdır. Fərdi yaşayış evində çat və deformasiyaların yaranmasının səbəblərindən biri də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firması tərəfindən yeni çoxmərtəbəli binanın yaxın məsafədə inşa edilməsidir. Bildirir ki, sözü gedən ərazidə Bakı Şəhər İcra Hakimiyyəti başçısının ## ######## 2000-ci il tarixli, *** saylı sərəncamı ilə Nəsimi rayonu, S.Vurğun küçəsi 357-ci və 358-ci məhəllələrdə yerləşən mövcud tikililərin sökülərək, ofis və yüksəkmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün 1,29 ha torpaq sahəsi “xxxx" firmasının istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən əraziyə düşən yaşayış evlərinin sökülməsi və həmin binalarda yaşayan sakinlərin mövcud qaydalar əsasında firmanın vəsaiti hesabına, qarşılıqlı razılaşma əsasında köçürülməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firmasına tapşırılmışdır. Lakin, firma tərəfindən qanunvericiliyin, o cümlədən Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamının tələbləri yerinə yetirilmədən 2 girişli çoxmərtəbəli ofis və yaşayış binası inşa edilmişdir. Firma tərəfindən bu günə kimi sakinlərin köçürülməsi tam həyata keçirilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamının 1.1-ci bəndinin tələblərinin qısa müddətə yerinə yetirilməsi, yaxın ətrafda yaşayan sakinlərin və tikililərin təhlükəsizliyinin təmin edilməsi firmanın rəhbərliyinə tapşırılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti MKTB-nin ##.##.2018-ci il tarixli */*** saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi ** saylı ünvanda yerləşən X3 məxsus yaşayış sahəsi 12 kvadratmetr olan 1 otaqlı **a saylı mənzilin sökülməsi və hazırda mövcud olmaması barədə arayış verilməsi ilə bağlı Nəsimi rayon MKTB-yə ünvanlanmış sorğuya baxılmışdır. Həmin əraziyə xidmət göstərən ** saylı MKİS-in təqdim etdiyi *** saylı ##.##.2018-ci il tarixli arayışa əsasən bildirilmişdir ki, vətəndaş X3 məxsus yaşayış sahəsi 12 kvadratmetr olan 1 otaqlı **a saylı mənzil sökülmüşdür və hal-hazırda mövcud deyildir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firmasının ## ######## 2018-ci il tarixli ** saylı məktubundan və ##.##.2007-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən **a saylı mənzil (mənzilin 12,0 kvadratmetr olan 1 otağı) X3 məxsus olmuş, ##.##.2017-ci il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firması tərəfindən AN- İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 83.853 manata alınmışdır. Həmin mənzil alındıqdan sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firması tərəfindən sökülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri haqqında ##.##.2024-cü il tarixli 7156331 №li arayışından görünür ki, X5 ##.##.2006-cı il, X16 ##.##.2018ci il, cavabdeh3 ##.##.1999-cu il, X11 ##.##.2003-cü il, X19 ##.##.2012-ci il, X1 ##.##.2007-ci il, cavabdeh2 ##.##.2001-ci il, Məmmədov Elnur İlyas oğlu ##.##.1992-ci il, X9 ##.##.1948-ci il, X7 ##.##.1974-cü il, cavabdeh1 ##.##.1976-cı il, Cabbarova Günay İlyas qızı ##.##.1991-ci il, X10 ##.##.1981-ci il, X6 ##.##.1968-ci il, X13 ##.##.1975-ci il təvəllüdlü olmaqla ünvan 11 ünvanında qeydiyyatdadırlar. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 7 ünvanda yerləşmiş, yaşayış sahəsi 87,08 kvadratmetr təşkil edən mənzilin ##.##.2024-cü il tarixə bazar dəyəri 900.000 manat təşkil edir. ünvan 7 ünvanda yerləşmiş, yaşayış sahəsi 87,08 kvadratmetr təşkil edən mənzilin ##.##.2024-cü il tarixə orta aylıq kirayə məbləği 800-900 manat təşkil edir. ##.##.2024-cü il tarixdə Bakı şəhəri üzrə daşınmaz əmlak agenti Qurban Məhərrəmov tərəfindən (VÖEN 7700822652) verilmiş arayışdan görünür ki, ünvan 4 ünvanda yerləşən, İddiaçı məxsus həyət tipli mənzilin yerləşmə yeri, təmiri, mənzilin ictimai nəqliyyata yaxınlığı və s. nəzərə alınmaqla aylıq kirayəsi 350-400 manat təşkil edir. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli CVN/D**-***/** saylı mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri ünvan 14 ünvanda yerləşmiş olan fərdi yaşayış evinin, İddiaçı məxsus olan 4 otaqdan ibarət, ümumi sahəsi 75,08 kvadratmetr təşkil edən hissəsinin ## ###### 2024-cü il tarixə bazar dəyəri 194.000 manat, kirayə dəyəri 500 manat /1 ay/ təşkil edir. “AİD Consulting” MMC-nin ##.##.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 7 ünvanda yerləşmiş, yaşayış sahəsi 75,08 kvadratmetr təşkil edən mənzilin ## ###### 2024cü il tarixə bazar dəyəri 203.000 manat təşkil edir. ünvan 7 ünvanda yerləşmiş, yaşayış sahəsi 75,08 kvadratmetr təşkil edən mənzilin ## ###### 2024-cü il tarixə orta aylıq kirayə məbləği 550 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025ci il tarixli */*** saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsinin 87,08 kvadratmetr olması və 5 otaqdan ibarət olmasının göstərildiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin nəzəri və analoji qaydada orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 210.700 manat (2420 x 87,08 m2) məbləğində müəyyən edilir. Ekspertiza təyini haqqında qərardadda qeyd edilən fərdi yaşayış evinin son üç il ərzində aylıq icarə haqqının orta bazar qiyməti barədə məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. “xxxx” MMC-nin ## ### 2025-ci il tarixli, MB**/**** saylı arayışından görünür ki, ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış təyinatlı məqsədi ilə istifadə edilmiş, hal-hazırda sökülmüş, yaşayış sahəsi 87,08 m2 olan 2 otaqlı **a saylı mənzilin aylıq icarə bazar dəyəri 1.100 manat təşkil edir. Yuxarıda göstərilən qiymət “xxxx” MMC qiymətləndirmə şirkətinin əmlak bazarında aylıq topladığı məlumat bazasına əsaslanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, 3-21-3-30/2-52756/2025 saylı məktubundan görünür ki, cavabdeh3, cavabdeh2 və cavabdeh1 adına daşınmaz əmlakın olub-olmaması, müsbət halda sənədlərin surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, sorğuda qeyd olunan şəxslərin adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Bürosunun ##.##.2026-cı il tarixli, MEBm***-**** saylı hesabatından görünür ki, Mərkəzi Ekspertiza Bürosunun qiymətləndiricimütəxəssisləri tərəfindən aparılmış hesablamalar və təhlillər nəticəsində aşağıdakılar müəyyən edilmişdir: 1) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH N ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan (hazırda sökülmüş) Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində istifadədə olan 0,0644 ha torpaq sahəsində yerləşən ** saylı, 01 mərtəbəli binada 75,08 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı mənzilin (yaşayışa yararlı və yarasız vəziyyətdə) hal-hazırda bazar qiyməti 227.000 (iki yüz iyirmi yeddi min) manat; 2) Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində istifadədə olan 0,0644 ha torpaq sahəsində 227.000 (iki yüz iyirmi yeddi min) manat; 3) Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində istifadədə olan 0,0644 ha torpaq sahəsində yerləşən ** saylı, 01 mərtəbəli binada 75,08 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı mənzilə uyğun mənzillərin hazırda kirayə aylıq haqqı 650 (altı yüz əlli) manat; 4) Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində inşa olunmuş yeni tikililərin 1 m2 hazırda bazar qiyməti 3.400 (üç min dörd yüz) manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 12.500 manat kompensasiya ödənilməsi şərtilə onların Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi ev 58 ünvanda yerləşən **a saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi ev 58 ünvanda yerləşən **a saylı mənzil mülkiyyət hüququ əsasında iddiaçı İddiaçı məxsusdur. Həmin mənzilin 12 kvadratmetr olan 1 otağı ##.##.1998-ci ildə bağlanılmış alqı-satqı müqaviləsi əsasında X3, həmin şəxs öz mülkiyyətində olan 1 otaqlı mənzili ##.##.2007-ci ildə bağlanılmış AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firmasına satmış, firma tərəfindən plana düşmüş həmin mənzil tamamilə sökülmüşdür. Bu fakt Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firmasının verdiyi ##.##.2018-ci il tarixli ** saylı və Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ##.##.2018-ci il tarixli arayışları ilə təsdiq olunur. İş üzrə cavabdeh cavabdeh1 İddiaçı və qeyrilərinə qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq, onun və azyaşlı uşaqlarının ünvan 13 ünvana yaşayış hüquqlarının tanınması, həmin mənzilə köçürülmələri və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Nəsimi Rayon Məhkəməsinin ## ###### 2011-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə qeyd olunan **a saylı mənzilə yaşayış sahəsindən istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülmələri təmin edilmiş, iddia tələbi mənzildən istifadə qaydalarının müəyyən edilməsi hissəsində rədd edilmişdir. Eləcə də, iddiaçının qardaşı X13 ilə cavabdeh1 arasındakı nikah ləğv edilmiş və Nəsimi rayon Qeydiyyat şöbəsində ##.##.2011-ci ildə 52 nömrəsi ilə qeydiyyat aparılmış, bu barədə həmin idarə tərəfindən ##.##.2011-ci ildə AZ-İ seriyalı ****** saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin ## ###### 2009-cu il tarixli qətnaməsi ilə X13 ilə cavabdeh1 arasındakı nikah ləğv edilmiş, birgə nikahdan doğulmuş ##.##.1999-cu il təvəllüdlü cavabdeh3 və ##.##.2001-ci il təvəllüdlü cavabdeh2 yetkinlik yaşına çatanadək analarının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödənilməsi qət edilmişdir. Qeyd olunan mənzil sahəsi Bakı şəhərinin abadlaşdırılması ilə əlaqədar söküntü zonasına düşmüş və artıq sökülmüşdür. İddia tələbi üzrə cavabdehlər mülkiyyətçinin qardaşı X14 həyat yoldaşı və iki övladıdır. Həmin şəxslər qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin mənzilə köçürülmüşlər. Lakin həmin ünvanda ümumiyyətlə yaşamamışlar. Belə ki, evdə azı 15-20 nəfər qeydiyyatda olmuş, orada iddiaçının ailə üzvləri yaşadığından digər şəxslərin də birgə yaşaması mümkün olmamışdır. Hazırda isə həmin yaşayış sahəsi söküntü zonasına düşmüş, lakin cavabdeh iki övladı ilə birlikdə pasport qeydiyyatında olduğuna, habelə evin satılması ilə kompensasiya ödənilməsi ilə bağlı razılıq vermədiyinə görə, iddiaçının mülkiyyət hüquqları kobudcasına pozulmuşdur. Göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddiaçının cavabdehlərə qarşı kompensasiya ödənilməklə mübahisəli evdən istifadə hüququna xitam verilməsi məqsədəmüvafiqdir. Həmin tikili qədimi olmaqla şəhərin ümumi görünüşünə xələl gətirdiyinə görə artıq sökülmüşdür. Hazırda həmin ərazi üzrə bu tip mənzildə aylıq kirayə haqqının məbləği 300-350 manat təşkil edir. Nəzərə almaq lazımdır ki, cavabdeh cavabdeh1 və iki övladından əlavə, həmin mənzildə azı 12 nəfər qeydiyyatdadır. Bu şəxslərin hər birinə müvafiq kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam veriləcəyi təqdirdə, mülkiyyətçi olaraq iddiaçıya cüzi məbləğ düşə bilər. Ona görə də, hesab edirlər ki, aylıq 350 manat kirayə haqqı nəzərə alınmaqla, 3 illik dövr üzrə cəmi 12.500 manat kompensasiya ödənilməklə, cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Digər tərəfdən, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə evdən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmayıb. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməyib. Eləcə də mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə də hər hansı norma yoxdur. Qanunvericilikdə, həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi nəzərdə tutulub. Qeyd edilmişdir ki, iddia ərizəsində sadalanan normaların mənasına görə, tərəflər arasında razılaşma olmadıqda yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam verilməsini tələb etmək hüququ yalnız mülkiyyətçiyə aid edilsə də, kompensasiyanın məbləğinin yetərli olub-olmamasını müəyyən etmək səlahiyyəti işə baxan məhkəmələrə verilib. Sonradan, ##.##.2024-cü il tarixdə iddiaçı İddiaçı Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 20.000 manat kompensasiya ödənilməsi şərtilə onların Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi ev 58 ünvanda yerləşən **a saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 25.000 manat kompensasiya ödənilməsi şərtilə onların Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi ev 58 ünvanda yerləşən **a saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) vəkil2 İmran oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi və öz izahatında bildirdi ki, tərəflərindən cavabdehlər cavabdeh1 və qeyrilərinə qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə mülki iş üzrə məhkəmə araşdırması davam edir. İş üzrə tərəflərindən bütün sübutlar məhkəməyə təqdim edilmiş, kifayət qədər məhkəmə araşdırması aparılmışdır. Bir daha nəzərə çatdırır ki, ümumi sahəsi 87 kv.m olan mənzilin 12 kv.m hissəsi digər paylı mülkiyyətçiyə məxsus olmuş, həmin sahə sonradan MTK-ya satılmaqla, hazırki iş üzrə tərəflərə heç bir aidiyyəti yoxdur. İddiaçının mülkiyyətində olmaqla qalan 75 kv.m-lik yaşayış sahəsi də sonradan Nəsimi Rayon İcra Hakimiyyəti və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK tərəfindən sökülməklə yararsız vəziyyətə salınmışdır. Hazırda həmin ünvanda heç bir ailə yaşamır və yaşayışa yararsızdır. İddiaçı mənzilin əvvəlki vəziyyətdə bərpası barədə qanunsuz müdaxilə edən şəxslərə qarşı məhkəmədə iddia qaldıracaqdır. İş üzrə cavabdehlər özləri də məhkəmə araşdırması zamanı azı 2013-2015-ci illərdən qeyd olunan ünvanda yaşamadıqlarını və Yasamal rayonu Statistika yaxınlığında 1 otaqlı mənzildə birgə kirayədə yaşamalarını etiraf etmişlər. Cavabdehlərdən başqa, həmin ünvanda, iddiaçının yaxın qohumları (bacı-qardaşları, anası və s.) qeydiyyatda olmaqla yaşamışlar və həmin şəxslərin də gələcəkdə kompensasiya almaq hüquqları vardır. İş üzrə cavabdeh cavabdeh1 keçmiş həyat yoldaşı Abasqulu Məmmədov da ikinci ailəsi ilə birlikdə həmin ünvanda pasport qeydiyyatında olmaqla başqa yaşayış yerləri yoxdur. İddiaçının və Abasqulunun iki ailəsindən başqa, həmin yaşayış sahəsində əlavə azı 15-20 nəfərdən ibarət 7-8 ailə qeydiyyatda olmaqla yaşamışlar. Cavabdehlərin bildirdikləri qayda ilə bu ailələrin hər birinə azı 40.000-50.000 manat kompensasiya ödənilərsə, yekunda iddiaçı satıb üstünə də əlavə 200.000-300.000 manat cibindən pul qoymaqla, hər bir mənzildən istifadə etmiş ailəyə pul ödəməlidir ki, bu hal sonda istifadəçi hüquqlarının bərpası, lakin mülkiyyətçi hüquqlarının isə kobud formada pozulması ilə nəticələnə bilər. Son olaraq iddiaçı hümanizm nümayiş etdirərək, iddia ərizəsi və əlavədə göstərilən kompensasiya məbləğini 20.000 manatdan 25.000 manata qaldırır və yekun olaraq hazırki iş üzrə cavabdehlərə 25.000 manat kompensasiya ödənilməsi şərtilə onların ünvan 9 ünvanda yerləşən **a saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izahatında bildirdi ki, həmin ünvana o, gəlin köçərək yaşamış, orada iki övladı dünyaya gəlmişdir. Lakin ailədaxili problemlərə görə nikahları pozulmuşdur. Bununla belə məhkəmə qətnaməsinə əsasən onun uşaqları ilə birlikdə həmin ünvanda yerləşən yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. Həmin ünvanda ev köhnə olduğundan Fövqəladə Hallar Nazirliyindən arayış verilmişdir ki, orada yaşamaq təhlükəlidir. Ona görə də məcbur qalıb illərdir ki, uşaqları ilə birlikdə kirayədə yaşayır. Keçmiş baldızı və digər ailə üzvləri danışıqları da belə olmuşdur ki, həmin yer söküləndə onun payı veriləcək. Arayışda göstərilən şəxslərin bəziləri ölüb, bəziləri ümumiyyətlə heç bir zaman orada yaşamayıb, hamısının ayrıca öz şəxsi evləri var, bəziləri isə sonradan ora formal qeydiyyata düşmüş şəxslərdir. Həmin ünvanda məhz o və iki uşağı davamlı yaşamışlar. Təqdim edilən kompensasiya ilə razı deyildir. Cavabdeh cavabdeh1 nümayəndəsi (vəkil) vəkil1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bildirdi ki, onlar anası, qardaşı və özü illərdir bir otaqlı mənzildə kirayədə yaşayırlar və hazırda hamısı yetkin insanlardır, təklif edilən kompensasiya ilə onlar özlərini mənzillə təmin edə bilməzlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, 50 (əlli) manat ekspertiza xərcinin iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X32, Kod: 21005, VÖEN:1401555071, müxbir hesab: AZ41NABZ01360100000000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: 1700326621, hesab: AZ34CTRE00000000000002088501) ödənilməsi hesabına keçirilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı - mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı hazırki iş üzrə cavabdeh cavabdeh1 keçmiş baldızıdır. Həmçinin müəyyən edilir ki, cavabdeh1, cavabdeh3 və cavabdeh2 mübahisəli yaşayış sahəsindən istifadə hüquqları İddiaçı mülkiyyətçi olmasından daha əvvəl yaranmışdır. Tərəflər arasında daha əvvəl olmuş məhkəmə mübahisəsinə əsasən hazırki iş üzrə cavabdeh cavabdeh1 iki azyaşlı uşağı ilə həmin ünvana istifadə hüququ tanınmaqla köçürülməsi qət edilmişdir. Hazırda tərəflər arasında qeyd edilən mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Lakin, mübahisəli yaşayış sahəsində yaşamaq tikinti-təhlükəsizlik normaları baxımından mümkün olmadığından və yaşayış sahəsi söküldüyündən cavabdehlər faktiki olaraq mübahisəli ünvanda yaşamaq imkanından məhrum olmuşlar. Hazırda iddiaçı cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına 25.000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsini tələb edir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehlərin onun ailə üzvləri olmamasına, habelə həmin ünvanda digər şəxslərin də qeydiyyatda olmaqla istifadə hüquqlarının olmasına və hər bir şəxsə münasibətdə kompensasiya verilməsi zərurəti yaranacağı təqdirdə onun da mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına səbəb olmasına dair dəlilləri əsassızdır. Belə ki, cavabdehlərin iddiaçının ailə üzvü olub-olmamasından asılı olmayaraq mübahisəli yaşayış sahəsindən istifadə hüququnun olması məhkəmə qətnaməsi əsasında öz təsdiqini tapır. İddiaçı - mülkiyyətçi ilə cavabdehlər arasında qohumluq münasibətlərinin dərəcələrinin əhəmiyyəti yoxdur. Habelə həmin ünvanda formal qeydiyyatı olan şəxslərin həmin ünvandan istifadə hüququnun olub-olmaması isə mübahisəlidir. Həmin şəxslərə kompensasiya verilməsi zərurəti ilə bağlı məsələ isə mülkiyyətçi ilə həmin tərəflər arasında razılığın və ya mübahisənin predmeti ola bilər ki, bunu hazırki iş üzrə cavabdehlərlə mübahisənin həllində arqument kimi nəzərə almaq ehtimal xarakteri daşıyır. Təqdim edilmiş qiymətləndirmə rəyləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin rəyi və iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis qiymətləndirmələri təxminən bir-birinə yaxın qiymətlərlə əmlakın dəyərini və aylıq kirayə haqqının məbləğini müəyyən etmişlər. Yalnız cavabdehin təqdim etdiyi qiymətləndirmə rəyində əmlakın dəyəri daha yüksək qeyd edilmişdir. Məhkəmə tərəflərin arqumentlərindən və təqdim edilmiş qiymətləndirmə rəylərindən başqa bir məsələni də diqqətə çatdırmaq istəyir ki, cavabdehlər bir ailənin üzvləri olsalar da, üç yetkin şəxsdirlər, iddia tələbinin həcmi, yəni 25.000 manat məbləğində kompensasiya isə hər üç şəxsə münasibətdə cəm şəklində təklif edilir. Cavabdehlərin əvvəllər yaşadıqları şəhərin kifayət qədər mərkəzi hissəsində yaşayış sahəsinin söküntüsü nəticəsində onlara özlərini yaşayış sahəsi ilə təmin etməyə imkan verən məbləğdə kompensasiya ödənilməsi gözləntisi olmuşdur. Beləliklə məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçının kompensasiya təklifi işin faktiki halları və mövcud reallıq nəzərə alınmaqla ağlabatan və ədalətli hesab edilə bilməz. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə qeyd edir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği bazar qiymətinə uyğun deyil. Həmin məbləğdən də artıq məbləğ təklif etmək üçün iddiaçının razılığı yoxdur. Məhkəmənin isə iddiaçının razılığı olmadığı təqdirdə müstəqil qiymət təyin etmək səlahiyyəti yoxdur. Əks təqdirdə, bu, mülkiyyətçi olan iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına yol açardı. Belə olduğu təqdirdə, iddianın təmin edilməsi mümkün deyil. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı «kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 158.1.2, 158.4, 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 82.3, 88, 217.1, 217.2, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair ##.##.2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013cü il tarixli Qərarına, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2016-cı il tarixli Qərarına, Broniovski Polşaya qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Böyük Palatasının 2004-cü il ## #### tarixli Qərarına, Skordino İtaliyaya qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Böyük Palatasının 2006-cı il ## #### tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 12.500 manat kompensasiya ödənilməsi şərtilə onların Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi ev 58 ünvanda yerləşən **a saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 25.000 manat kompensasiya ödənilməsi şərtilə onların Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi ev 58 ünvanda yerləşən **a saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi qeyd olunan maddəyə istinad etsə də, nəzərə almır ki, qeyd olunan mənzil sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və iddiaçı mülkiyətində olan mənzil üzərində sahiblik və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Cavabdehlərin formal olaraq həmin mənzildə qeydiyyatda qalmaları, həmin mənzil üzərində notarial qaydada hər hansı mülki əqd bağlanılmasına maneçilik törədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, qanunverciliyin tələbindən də göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Hazırki vəziyyətdə də, iddiaçı ailə üzvü sayılmayan, lakin məhkəmə qətnaməsi ilə əvvəlki dövr üzrə istifadə hüququ tanınmış, qardaşının keçmiş həyat yoldaşı və iki uşağına 3 il ərzində eyni növlü mənzildə yaşamasının təminatı olaraq 25.000 manat məbləğində kompensasiya təklif etmişdir ki, bu məbləğ ədalətli və real məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən bildirir ki, qanunverciliyin tələbindən də göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Hazırki vəziyyətdə isə, cavabdehlər iddiaçının ailə üzvü hesab edilmir və 2012-2014-cü illərdən həmin mənzildə yaşamırlar. Cavabdehlərin özləri isə 2015-2016-cı illərdən həmin mənzildə yaşamadıqlarını məhkəmə iclaslarında etiraf etmiş, bu halı mənzilin qəzalı vəziyyətdə olması ilə əlaqələndirmişlər. Bu zaman nəzərə almaq lazımdır ki, cavabdehlər mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı qardaşı Abasqulu Məmmədovun keçmiş həyat yoldaşı və iki uşağıdır. Abasqulu Məmmədovun özü də həmin mənzildə qeydiyyatda olmaqla ikinci dəfə ailə həyatı qurmuş və ikinci nikahından da iki övladı vardır. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız cavabdehin mövqeyini nəzərə almaqla qətnamə qəbul etmiş, bu zaman iddiaçının təqdim etdiyi sübutları araşdırmamışdır. Belə ki, iş materiallarında mübahisəli məzilin hazırkı vəziyyəti, real bazar qiyməti və digər hallar barədə kifayət qədər sübutlar toplanılmış, mənzildə yaşayan və qeydiyyatda olan şəxslərin dairəsi müəyyən edilmişdir. Cavabdeh və iki övladı bir ailə kimi həmin mənzilin bir otağında istifadəçi kimi müvəqqəti yaşamış, 10 ildən artıq müddətdir ki, həmin mənzildə faktiki yaşamır. Bu məhkəmə iclas protokolları ilə sübut olunur ki, bu halı əlavə sübut etməyə zərurət yoxdur. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf olaraq tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, cavabdeh tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, məhkəmə işdə olan materiallara istinad etmədən və işdə olan ekspert və mütəxəssis rəylərini tədqiq etmədən, əsassız qətnamə qəbul etmişdir. AR MPM-nin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməli olduğu halda, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutları nəzərə alınmamışdır. Məhkəmə yalnız 1 cümlə ilə qeyd etmişdir ki, ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia rədd edilməlidr. Qətnamə ilə tanış olanda isə əslində məlum olur ki, işə baxan hakim deyilənlərin heç birinə faktiki əməl etməmiş, çıxartdığı qətnamə ilə iddiaçının mülkiyyət hüquqlarını kobudcasına pozmuşdur. Məhkəmə tərəflərin təqdim etdikləri sübutları və qanunvericiliyin normalarını formal olaraq qətnamədə sadalamaqla öz işini bitmiş hesab edir. Halbuki, qanunvericiliyi sadalamaqla qətnaməni yazmaq işin ədalətli baxılmasına əsas vermir. İşə baxan məhkəmə olaraq normalarla təqdim edilən sübutların səbəbli-əlaqəsini araşdırmalı idi. Bundan başqa, məhkəmənin mövqeyinə görə hazırda tərəflər arasında qeyd edilən mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Lakin məhkəmə nəzərə almır ki, həmin qətnamə münasibətlərin olduğu dövrə aiddir. Yəni, cavabdehlər artıq özlərinin etirafı ilə 2015-2016-cı illərdən mübahisəli mnəzildə yaşamadıqlarını və Bakı şəhərinin Yasamal rayonu ərazisində kirayə 1 otaqlı mənzildə yaşamalarını etiraf etmişlər. Bundan əlavə, cavabdehlərin həmin mənzilə istifadə hüquqları dövlət qeydiyyatına alınmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, iş üzrə heç bir araşdırma aparmamış, yalnız sübutları sadalamaqla kifayətlənmiş, hansı sübutun sübut əhəmiyyət olmasını, hansı sübutun isə sübut sayılmamasını əsaslandıra bilməmiş, yada əsaslandırmağa marağı və ya həvəsi olmamışdır. Məhkəmə əsassız olaraq mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər bir ailənin üzvləri olsalar da, üç yetkin şəxsdirlər, iddia tələbinin həcmi, yəni 25.000 manat məbləğində kompensasiya isə hər üç şəxsə münasibətdə cəm şəklində təklif edilir. Cavabdehlərin əvvəllər yaşadıqları şəhərin kifayət qədər mərkəzi hissəsində yaşayış sahəsinin çöküntüsü nəticəsində onlara özlərini yaşayış sahəsi ilə təmin etməyə imkan verən məbləğdə kompensasiya ödənilməsi gözləntisi olmuşdur. Halbuki, cavabdehlərdən əlavə, qeyd olunan mənzildə azı 15 nəfər şəxsdən ibarət 5-6 ailə üzvləri də qeydiyyatdırlar ki, hər bir qeydiyyatda olan şəxsə ayrıca kompensasiya verilməsi üçün iddiaçı özünə məxsus mənzili satıb üzərinə də azı 200.000 manat pul qoymalıdır ki, qeydiyyatı olan şəxslər mənzildən məhkəmə qaydasında çıxarılsınlar. Halbuki, mənzilin dəyəri barədə işdə kifayət qədər sübutlar mövcuddur. İşə baxan məhkəmə həmin sübutları demək olar araşdırmamış və hüquqi qiymət verməmişdir. Cavabdeh cavabdeh1 və iki övladı bir ailə üzvü olduğuna və hazırda da birgə yaşadıqlarına görə, kompensasiyanı məbləği hər 3 cavabdehə şamil olunmalıdır. Məhkəmənin mövqeyini nəzər alsaq, dəyəri 180.000- 200.000 manat olan mənzilə görə qeydiyyatda olan 15 nəfərin hər birinə 25.000 manat ayrıca kompensasiya verilsə, onda 375.000 manat pul tələb olunur ki, bu gülünc və əsassız iddiadır. Birinci instansiya məhkəməsinin hazırkı qətnaməsində göstərilən nəticələr tamamilə işin hallarına uyğun gəlmir. Məhkəmə qeyd edir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği bazar qiymətinə uyğun deyil. Bu zaman əsaslandırmır ki, hansı bazar qiymətinə uyğun kompensasiya təklif edilməli idi ki, iddianı təmin etmək mümkün olsun. Hansı ki, bazar qiyməti və kirayə haqqı ilə bağlı iş materiallarında kifayət qədər sübutlar mövcuddur. Məhkəmə işdə olan sənədləri ardıcıllıqla qətnamədə sadalasa da, sonda qanunsuz və ədalətsiz qətnamə qəbul etməklə, iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını kobudcasına pozmuşdur. Cavabdeh cavabdeh1 özünə yeni mənzil alınması üçün azı 100.000 manat kompensasiya ödənilməsini istəyir ki, özünə iki otaqlı mənzil alsın. Hansı ki, cavabdeh bu məbləği yalnız öz keçmiş həyat yoldaşından tələb edə bilərdi ki, yaşayış səviyyəsi təmin edilsin. Məhkəmə nəzərə almır ki, cavabdehin keçmiş həyat yoldaşı Abasqulu Məmmədov ikinci dəfə də ailə qurub və iki azyaşlı uşağı və arvadı ilə birlikdə həmin mənzildə qeydiyyatdadır. Onların da, mənzildən çıxarılmaları üçün əlavə kompensasiya ödənilməsinə zərurət vardır. Beləliklə, iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 İmran oğlu məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, apellyasiya şikayətini müdafiə edir və əlavə olaraq bildirir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə cavabdeh1 İddiaçı qarşı “mənzilə sitifadə hüquqqunun tanınması” barədə iddiası təmin edilsə də, “mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə cavabdeh cavabdeh1 izahatından da müəyyən olunur ki, qətnamənin icrası ilə bağlı bir müddət mübahisəli mənzildə yaşamış, həmin mənzildə yaşayan keçmiş əri Abasqulu Məmmədovun ailə üzvləri ilə münasibətləri pis olduğuna və mənzilin qəzalı vəziyyətində olması ilə əlaqədar 2015-ci ildə mənzildən çıxmış və Yasamal rayonu ərazisində qızı və oğlu ilə birlikdə kirayədə yaşayır. Halbuki, cavabdehlər təxminən 2012-ci ildən bütün əmlaklarını da götürməklə mübahisəli mənzildən çıxıb getmiş və bir daha geri qayıtmamışlar. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə icarədar və onun ailə üzvləri başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanılır. Hər 3 cavabdeh isə birinci instansiya məhkəməsinin iclaslarında 2012-ci ildən deyil, 2015-ci ildən köçüb getmələrini təkrarən etiraf etmişlər. Belə olan vəziyyətdə azı 10 ildən artıq müddətdə yaşamadıqları, heç bir əmlaklarının olmadığı mənzildə hansı istifadə hüququnun olmasından söhbət gedə bilər. Buna baxmayaraq, iddiaçı İddiaçı humanistlik göstərərək, cavabdeh cavabdeh1 iki övladı ilə birlikdə mənzildən qeydiyyatdan çıxamsı üçün 25.000 manat kompensasiya təklif etmişdir ki, bu ədalətli və ağlabatan məbləğ hesab olunmalıdır. Eləcədə nəzərə almaq lazımdır ki, cavabdeh cavabdeh1 mübahisəli mənzilin mülkiyyətçisi İddiaçı qardaşı Abasqulu Məmmədovun keçmiş həyat yoldaşıdır, onların nikahlarına Nəsimi Rayon Məhkəməsinin ## ###### 2009-cu il tarixli qətnaməsi ilə xitam verilmiş, mübahisəli mənzildə qeydiyyatda olan Abasqulu Məmmədov ikinci dəfə digər şəxslə ailə qurub, ikinci nikahından da iki övladı vardır. Yəni, mülkiyyətçi İddiaçı ilə istifadəçi cavabdeh1 arasında hər hansı ailə bağları qalmamışdır. Bundan başqa, məhkəməyə təqdim etdiyi ##.##.2024-cü il tarixdə Bakı şəhəri üzrə daşınmaz əmlak agenti Qurban Məhərrəmov tərəfindən (VÖEN 7700822652) verilmiş arayışdan görünür ki, ünvan 4 ünvanda yerləşən, İddiaçı məxsus həyət tipli mənzilin yerləşmə yeri, təmiri, mənzilin ictimai nəqliyyata yaxınlığı və s. nəzərə alınmaqla aylıq kirayəsi 350-400 manat təşkil edir. Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasında qeydiyyatdan keçmiş «xxxx» MMC-nin ##.##.2024cü il tarixli CVN/D**-***/** saylı mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri ünvan 15 ünvanda yerləşmiş olan fərdi yaşayış evinin, İddiaçı məxsus olan 4 otaqdan ibarət, ümumi sahəsi 75,08 m2 təşkil edən hissəsinin ## ###### 2024cü il tarixə bazar dəyəri 194.000 manat, kirayə dəyəri 500 manat / 1 ay təşkil edir. Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasında qeydiyyatdan keçmiş «AİD Consulting» MMC-nin ##.##.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 7 ünvanda yerləşmiş, yaşayış sahəsi 75,08 m2 təşkil edən mənzilin ## ###### 2024-cü il tarixə bazar dəyəri 203.000 manat təşkil edir. ünvan 7 ünvanda yerləşmiş, yaşayış sahəsi 75,08 m2 təşkil edən mənzilin ## ###### 2024-cü il tarixə orta aylıq kirayə məbləği 550 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025-ci il tarixli */*** saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsinin 87,08 m2 olması və 5 otaqdan ibarət olmasının göstərildiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin nəzəri və analoji qaydada orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 210.700 manat (2420 x 87,08 m2) məbləğində müəyyən edilir. İş üzrə cavabdehlər isə həmin mübahisəli mənzilin nədənsə mənzil sahəsi kimi deyil, məhz qeyri-yaşayış sahəsi kimi qiymətləndirilməsi barədə rəy təqdim etmişlər ki, buda işin halları ilə tamamilə uyğun gəlmir. Habelə cavabdehlərin təqdim etdiyi rəylərdə, mənzil sahəsinin bir otağının digər şəxsin mülkiyyətində olması və sonradan MTK-ya satması ilə əlaqədar sökülməsi nəzərə alınmamışdır. Bu hala birinci instansiya məhkəməsi hüquqi qiymət verməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi qətnamədə göstərir ki, cavabdehlərin əvvəllər yaşadıqları şəhərin kifayət qədər mərkəzi hissəsində yaşayış sahəsinin söküntüsü nəticəsində onlara özlərini yaşayış sahəsi ilə təmin etməyə imkan verən məbləğdə kompensasiya ödənilməsi gözləntisi olmuşdur. Beləliklə məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçının kompensasiya təklifi işin faktiki halları və mövcud reallıq nəzərə alınmaqla ağlabatan və ədalətli hesab edilə bilməz. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında da qeyd edilmişdir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Hazırki vəziyyətdə isə qətnamədə yuxarıda sadalanan normalar ardıcıllıqla sadalansa da, təəsüflər olsun ki, işə baxan hakim tərəfindən müəyyənləşdirilən kompensasiya məbləğini ağlabatan və ədalətli hesab etmədiyinə görə iddianı rədd edərkən, özü kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməmiş, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığının olub-olmamasını nəzərə alaraq yekun məhkəmə aktı qəbul etməli olduğu halda belə etməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Ən gülünc hal ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qətnamədə göstərir ki, cavabdehlər bir ailənin üzvləri olsalar da, üç yetkin şəxsdirlər, iddia tələbinin həcmi, yəni 25.000 manat məbləğində kompensasiya isə hər üç şəxsə münasibətdə cəm şəklində təklif edilir. Hesab edirəm ki, bu hal iddianın rədd edilməsi üçün əsas ola bilməz. Ona görə ki, digər cavabdehlər Nərmin və cavabdeh2 bacı qardaş olmaqla, cavabdeh cavabdeh1 övladlarıdır və hər üçü bir ünvanda yaşayırlar. Onların üç yetkin şəxs olubolmamasının hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Bununla bağlı kifayət qədər analoji işlər üzrə məhkəmə aktları mövcuddur. Məhkəmələr mənzildə qeydiyyatda olan hər bir şəxsə ayrı-ayrılıqda kompensasiya verilməli olmasını müəyyən etsəydilər, bu zaman iddiaçının mülkiyyətində olan mübahisəli mənzildə azı 15 nəfər qeydiyyatda olan şəxs vardır ki, iddiaçı mülkiyyətində olan mənzili satdıqdan sonra üzərinə də əlavə olaraq 200.000 manat pul əlavə etməldir ki, qeydiyyatda olan şəxslərin hər birinə kompensasiya verməli olsun. Bu isə gülünc və absurd bir haldır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri haqqında ##.##.2024-cü il tarixli 7156331 №li arayışından görünür ki, X5 ##.##.2006-cı il, X16 ##.##.2018-ci il, cavabdeh3 ##.##.1999-cu il, X11 ##.##.2003-cü il, X19 ##.##.2012-ci il, X1 ##.##.2007-ci il, cavabdeh2 ##.##.2001-ci il, Məmmədov Elnur İlyas oğlu ##.##.1992-ci il, X9 ##.##.1948-ci il, X7 ##.##.1974-cü il, cavabdeh1 ##.##.1976-cı il, Cabbarova Günay İlyas qızı ##.##.1991-ci il, X10 ##.##.1981-ci il, X6 ##.##.1968-ci il, X13 ##.##.1975-ci il təvəllüdlü olmaqla ünvan 11 ünvanında qeydiyyatdadırlar. Hansı ki, qeydiyyatda olan digər şəxslər mülkiyyətçi İddiaçı bacı–qardaşları və onların ailə üzvləri hesab olunmaqla, Fatimə xanım mülkiyyətçi olmamışdan əvvəl həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Gələcəkdə həmin şəxslərə də qeydiyyatdan çıxma zamanı ən azından mülkiyyətçi tərəfindən kompensasiya verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Ona görə də iddiaçı, cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci və 228.5-ci maddələri təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına gətirib çıxarır. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin kifayət qədər qqərarları mövcuddur (2(102)-5911/2022, 2(102)-3209/2024, 2(102)-4125/204, 2(102)-656/25 və s). Odur ki, göstərilənləri nəzərə alaraq apellyasiya şikayətimizin təmin olunması barədə qanuni və ədalətli qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 İmran oğlu apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, əlavə olaraq izahatında göstərmişdir ki, iş üzrə müxtəlif mütəxəssis rəyləri verilmiş, cavabdeh tərəf 780 manat demişdi, bu 3 il üçün 28.080 manat təşkil edir. Sonuncu təklif olaraq iddiaçı cavabdehlərə 30.000 manat kompensasiya təklif edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firmasının nümayəndəsinin məhkəmə iclasında dediyi 515.000 manat həmin ünvanda olan üç tikili üçün təklif olunan məbləğdir. Həmin ünvanda sahəsi 40-50 kvadratmetr olan mağaza da vardır. Hər bir cavabdehə kompensasiya olaraq 25.000 manat təklif etmələri mümkün deyildir. Cavabdehlər iddiaçının ailə üzvləri sırasına daxil olan şəxslər deyildir, onun qardaşının ailəsidir. Bundan başqa orada istifadə hüququ olan və kompensasiya təklif edilməli başqa şəxslər də vardır. Cavabdeh özü etiraf edir ki, 10 ildən artıqdır bu ünvanda yaşamır, kirayədə yaşayır. Söküntü 2024-2025-ci illərdə olmuş, bir mərtəbəli evdə qəza olması mümkün deyildir. Cavabdehlər iddiaçının qardaşının ailəsidir. Qardaşı ikinci dəfə də ailə həyatı qurub. İddiaçının qanuna əsasən, hər birinə mənzil almaq öhdəliyi yoxdur. İddiaçının öhdəliyi qanuna uyğun kompensasiya verməkdən ibarətdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, məhkəmə tərəfindən cavabdehlərə verilməsi təklif olunan məbləğlə o, razı deyildir. 4 ailənin mübahisəli ünvandan istifadə hüququ vardır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firması ona istədiyi məbləği versəydi, o, da insafla o pulu hamısına verərdi. O, dəfələrlə razılaşmağı təklif etmişdir. Lakin heç biri razılaşmamışdır. Məhkəmə kollegiyasının iclaslarında cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş edərək əlavə olaraq izahatında göstərmişdir ki, sonuncu mütəxəssis rəyi ilə razı deyillər, həmin ünvanda kirayə haqqı bu gün 900-1000 manat təşkil edir. O, özünə məxsus Binəqədi qəsəbəsində yerləşən, sahəsi 81 kvadratmetr olan evi aylıq kirayə haqqı 1000 manat olmaqla kirayəyə verir, şəhərin mərkəzində 28 May ünvanında sahəsi 87 kvadratmetr olan, birinci mərtəbədə yerləşən evin kirayə haqqı 600 manat deyildir. Konstitusiya Məhkəməsinin qərarına görə 3-4 il ərzindəki analoji yerlərdəki kirayə haqqı nə qədərdirsə ona uyğun kompensasiya verilməlidir. Kirayə haqqı 1000 manatdan hesablanıb 4 il üçün 40.000 manat, 3 nəfəri də nəzərə alanda 120.000 manat təşkil edir. Cavabdehlər uşaq olsaydı onlarla bəlkə razılaşmaq olardı, amma bu gün onlar yetkinlik yaşına çatmış şəxslərdir. Cavabdehlər müstəqil olaraq istifadə hüququ əldə ediblər. Analoji olaraq Ülviyyə xanıma təklif olunan kompensasiya digər cavabdehlərə də təklif olunmalıdır. Sübutlar mötəbərliyinə görə qiymətləndirilir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firmasının nümayəndəsi Yalçın izahatında onların iddiaçı ilə 515.000 manata razılaşmalarını bildirmişdir. Səməd Vurğun küçəsində yola baxan hissədə hündürmərtəbəli binalar tikiləndə binanın birinci mərtəbəsi heç bir halda yaşayış sahəsi olmur, qeyri-yaşayış sahəsi olur və orada qiymətlər 10.000 manatdan aşağı deyildir. İddiaçı 1.000.000 manat istədiyi üçün firma ilə razılıq əldə olunmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayıb, izahatında göstərmişdir ki, kompensasiya məbləği olaraq əvvəl 150.000 manat tələb etsə də, hazırda 120.000 manatla da razılaşar, yeni tikili istəmir, heç olmasa köhnə tikilidən iki otaqlı mənzil ala bilsin. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh3 apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, o, 16 yaşından yəni, artıq 10 ildir ki, bir otaqlı evdə anası ilə birlikdə kirayədə yaşayır. Təklif olunan kompensasiya məbləği ilə razı deyildir. Kompensasiya məbləğini bir neçə il əvvəl iddiaçı 50.000 manat olaraq təklif etmişdi. Həmin məbləğə belə ev alınması mümkün deyildir. Məhkəmə kollegiyasının əvvəlki iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firmasının nümayəndəsi (direktoru) Qanuni nümayəndə izahatında göstərmişdir ki, o, iddiaçını və cavabdehləri tanıyır. Həmin ərazidə olan tikililəri il yarım əvvəl İcra Hakimiyyəti sökmüşdür. Həmin ərazidə olan torpaq sahəsi 2000-ci ildə tikinti işləri aparmaq üçün Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ayrılmışdır. Söküntünün səbəbi COP tədbiri ilə bağlı olmuşdur. Söküntüdən əvvəl həmin evdə yaşayış olmamışdır. İddiaçıya məxsus bir dükan iki evin cəmi sahəsi təxminən 60-70 m2 olmuşdur. İddiaçı tərəfindən danışıqlara Lətif və Abbas adlı şəxslər gəlmiş, danışıqlarda bəzən iddiaçı özü də iştirak etmişdir. İddiaçı ilə evlərin və mağazanın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satılması ilə bağlı danışıqlar bir il əvvəl aparılmışdır. İddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında qiymət 515.000 manat məbləğində danışılsa da, heç bir sənədləşmə aparılmamış, iddiaçı tərəf bu danışıqlardan sonra firmaya gəlməmişdir. İddiaçıya təklif olunan məbləğ həmin evdə qeydiyyatda olan şəxslərin sayı nəzərə alınmaqla müəyyən olunmuşdur. Həmin ərazidə hal-hazırda da tikinti işlərinə başlanılmamışdır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firmasına rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. III.Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 43.Mənzil hüququ İ.Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ İ.Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № *****/**, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair ## #### 2001-ci il tarixli Qərarı 1.2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## #### 2006cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2007-ci il tarixli Qərarı ...Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən “yaşayış sahəsi üzərindəki mülkiyyət hüququ” ilə “yaşayış sahəsindən istifadə hüququ” arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarı ...Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir.... Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər...” Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına təminat verilib. Həmçinin, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququnun ümumi müddəaları, sahiblik hüququ, mülkiyyət hüququnun əldə edilməsinə, həyata keçirilməsinə, məhdudlaşdırılmasına və itirilməsinə, habelə bu hüququn növlərinə dair müddəalar Mülki Məcəllə ilə tənzimlənir. Kollegiya eyni zamanda qeyd edir ki, mülki qanunvercilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü kimi, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Bu baxımdan Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Eyni hüquqi mövqe "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Hazırkı mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2011-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən cavabdeh1 İddiaçı və qeyrilərinə qarşı “mənzilə yaşayış hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilmiş, cavabdeh1 iki azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri S.Vurğun küçəsi ** saylı evin **a saylı mənzilindən istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülməsi qət edilmiş, iddia tələbi mənzildən istifadə qaydalarının müəyyən edilməsi hissəsində rədd edilmiş, İddiaçı cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. İstinad olunan məhkəmə aktı ilə müəyyən olunmuşdur ki, hazırkı iş üzrə cavabdeh cavabdeh1 1998-ci ildən Bakı şəhəri S.Vurğun küçəsi ** saylı evin **a saylı mənzilinə gəlin olaraq köçürülmüşdür. Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, cavabdehlərin yeganə yaşayış yeri olan Bakı şəhəri S.Vurğun küçəsi ** saylı evin **a saylı mənzili qəzalı vəziyyətdə olması səbəbindən yaşayış üçün təhlükəli olduğundan cavabdehlər həmin ünvandan çıxaraq kirayədə yaşamaq məcburiyyətində qalmış, daha sonra mənzil sökülmüş, mənzilin yerləşdiyi ünvan tikinti işləri aparılması üçün Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firmasına ayrılsa da, həmin ünvanda tikinti işlərinə başlanılmamış, mənzilin müıkiyyətçisi İddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firması arasında sökülmüş daşınmaz əmlakla bağlı kompensasiyanın verilməsinə dair danışıqlar nəticəsiz qalmışdır. Göründüyü kimi iddiaçının mənzilin mülkiyyətçisi olaraq, həmin mənzildən istifadə hüququna malik olan cavabdehlərə kompensasiya verilməsi yolu ilə onların mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı cavabdehlərlə aralarında hər hansı razılaşmanın olmadığını göstərib, cavabdehlərin bu hüququna 25.000 manat kompensasiya ödənilməklə xitam verilməsini iddia edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər isə onlara təklif olunan 25.000 manat kompensasiya məbləğinin iddiaçının hesabına onlara davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyini göstərib, kompensasiya məbləğinin ən azı 120.000 manat olmasını bildirib iddiaya etiraz edirlər. Birinci instansiya məhkəməsi də, cavabdehlərə mənzildə olan istifadə hüquqlarına xitam verilməsi üçün iddiaçının təklif etdiyi 25.000 manat kompensasiya məbləğini cavabdehlərin uzun müddət yaşadıqları, yeganə yaşayış yerləri olmuş mənzildə olan istifadə hüquqlarının əvəzinə adekvat kompensasiya məbləği olaraq qəbul etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşaraq qeyd edir ki, işin apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri S.Vurğun küçəsi ** saylı evin **a saylı mənzili sökülmüş, həmin ünvanda tikinti işlərinin aparılması, ayrılmış əraziyə düşən binalarda yaşayan sakinlərin köçürülməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs firmasına tapşırılmışdır. Bakı şəhəri S.Vurğun küçəsi ** saylı evin **a saylı mənzilinin dəyərinin, həmin mənzilə uyğun mənzillərin kirayə haqqının, mənzilin yerləşdiyi ünvanda yerləşən yeni tikililərin dəyərinin müəyyən edilməsi üçün bir neçə qiymətləndiriçinin, ekspertin mülki iş üzrə rəyləri alınmışdır. Kollegiya qeyd edir ki, tərəflər arasında razılıq olmadıqda cavabdehlərin istifadə hüququna xitam verilməsi üçün konkret yaşayış sahəsinə (fərdi yaşayış evinə, mənzilə) münasibətdə zəruri olan yetərli kompensasiyanın məbləğini məhkəmə müəyyən etməlidir. Məhkəmə tərəfindən yetərli kompensasiyanın məbləğinin müəyyən edilməsi, özlüyündə mülkiyyətçi tərəfindən həmin məbləğin ödənilməli olması barədə qərar qəbul etmək üçün əsas deyildir. Bu zaman mülkiyyətçinin məhkəmə tərəfindən müəyyən olunmuş kompensasiyanın ödənilməsi barədə razılığının olub-olmaması nəzərə alınmalıdır. İddiaçının həmin məbləği ödəməyə razılıq verməməsi, iddianın rədd edilməsi üçün əsas ola bilər. Kollegiya, iddiaçının mülkiyyətində olan mənzilin dəyərinin və kirayə haqqının iş üzrə rəyləri alınan qiymətləndiriçilər və ekspertlər tərəfindən fərqli qaydada qiymətləndirilməsini, tərəflərin kompensasiya məbləği ilə bağlı izahatlarında göstərdikləri halları, mənzildə istifadə hüquqları olan digər şəxslərində olmasını nəzərə alıb uzun müddət yeganə yaşayış yerləri olan, hazırda söküldüyü üçün kirayədə yaşamaq məcburiyyətində qalan cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına mülkiyyətçi tərəfindən təklif olunan kompensasiya ilə xitam verilməsini mümkün saymayaraq iddiaçıya cavabdehlərə təklif etdiyi kompensasiya məbləğinin yetərli olmadığından həmin məbləğin hər bir cavabdehə 25.000 manat olmaqla cəmi 75.000 manat həddində müəyyən edilməsini təklif etmiş, mülkiyyətçi tərəfindən bu təklif qəbul edilməmişdir. İddiaçının həmin məbləği ödəməyə razılıq verməməsi isə iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə # ### 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4984/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4984/2025
27.04.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver