Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4990/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər: X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2601/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. 04.06.2023-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus Bakı, Binəqədi, Motodrom ərazisi **********0035 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 05/2020 tarixi üzrə 784,8 manat, 07/2020 tarixi üzrə 388,8 manat, 08/2020 tarixi üzrə 194,4 manat, 09/2020 tarixi üzrə 194,4 manat, 10/2020 tarixi üzrə 194,4 manat, 11/2020 tarixi üzrə 295,2 manat, 12/2020 tarixi üzrə 295,2 manat, 01/2021 və 02/2021 tarixləri üzrə 396 manat, 03/2021 tarixi üzrə 597,6 manat, 06/2021 tarixi üzrə 309,6 manat, 07/2021 və 08/2021 tarixləri üzrə 280,8 manat, 09/2021 tarixi üzrə 432 manat, 10/2021 tarixi üzrə 280,8 manat, 11/2021 və 12/2021 tarixləri üzrə 708,48 manat, 01/2022 tarixi üzrə 578,88 manat, 02/2022 tarixi üzrə 630,72 manat, 03/2022 tarixi üzrə 1944 manat, 06/2022 tarixi üzrə 336,96 manat borc yazılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq Binəqədi rayonu Biləcəri qəsəbəsi, Motodrom ərazisi ünvanına (abonent hesab nömrəsi: **********00035) əsassız borc kimi yazılmış 10228,32 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun abonent hesabına əsassız olaraq yazılmış 8228,32 manat borcun silinməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motodrom ərazisi (Abonent kodu: **********00035) ünvanında ailəsi ilə yaşayır. Azəriqaz istehsalat birliyi tərəfindən 30 iyun 2022-ci ildə akt tərtib edilib ki, sayğacsız təbii qazdan qeyri qanuni istifadə edilir, aktlara əsasən 10228.32 manat cərimə borcu yazıblar. O, bir otaqlı evdə yaşayır, bu qədər cərimənin yazılması onun hüquqlarını pozur, imkansız ailədir, yeməyə güclə çatdırır, hal hazırda həmin cərimə ondan çıxılır. Belə qərara gəlib ki, məhkəməyə müraciət edib öz haqqını müdafiə etsin, bir müddət qaz sayğacı olmadığından həmin dövrlər üçün yazılmış borcun bir hissəsinin saxlanılaraq qalan, 8228,32 manat borcun silinməsini xahiş edir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2601/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı **********00035 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 8228 (səkkiz min iki yüz iyirmi səkkiz) manat 32 (otuz iki) qəpik məbləğində borcun silinməsi, Cavabdehndən 102 (yüz iki) manat 28 (iyirmi səkkiz) qəpik dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Motodrom ərazisində yerləşən yaşayış evinə quraşdırılmış **********0035 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı təbii qazdan sayğacsız qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar olunması əsasları ilə aktlar tərtib olunmuş və həmin aktlar nəticəsində abonentin - iddiaçının **********0035 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 05/2020 tarixi üzrə 784,8 manat, 07/2020 tarixi üzrə 388,8 manat, 08/2020 tarixi üzrə 194,4 manat, 09/2020 tarixi üzrə 194,4 manat, 10/2020 tarixi üzrə 194,4 manat, 11/2020 tarixi üzrə 295,2 manat, 12/2020 tarixi üzrə 295,2 manat, 01/2021 və 02/2021 tarixləri üzrə 396 manat, 03/2021 tarixi üzrə 597,6 manat, 06/2021 tarixi üzrə 309,6 manat, 07/2021 və 08/2021 tarixləri üzrə 280,8 manat, 09/2021 tarixi üzrə 432 manat, 10/2021 tarixi üzrə 280,8 manat, 11/2021 və 12/2021 tarixləri üzrə 708,48 manat, 01/2022 tarixi üzrə 578,88 manat, 02/2022 tarixi üzrə 630,72 manat, 03/2022 tarixi üzrə 1944 manat, 06/2022 tarixi üzrə 336,96 manat borc olmaqla, ümumilikdə 10228,32 manat borc hesablanmışdır, iddiaçı isə 8228,32 manat məbləğində borcun silinməsini tələb edir. Bununla belə, Aktlar əsasında yazılmış borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar iş materiallarından görünmür və bu hallara dair cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, sayğaca qanunsuz qoşulma hallarında, qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla, qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla hesablanmalıdır. Bununla belə, cavabdeh tərəfindən hesablama bu şərtlərə əməl edilmədən aparılmış, qaz qurğularının orta günlük iş rejimi 24 saat kimi qəbul edilmiş, ilin mövsümü və əvvəlki dövrün orta gündəlik qaz sərfi nəzərə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının abonent koduna hesablanmış əsassız borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır, ikincisi, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı əsassız olaraq hesablanmış 8228,32 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********0035) itirilmiş qazın bərpası məqsədilə yazılmış 8228,32 manat məbləğində borc silinməlidir
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsi, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsi, 13-cü maddəsinin 8-1-ci bəndinə, 13-cü maddəsinin 9-cu bəndinə, 4.6-cı bəndinə, 4.7-ci bəndinə, 4.8-ci bəndinə, 4.9-cu bəndinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 18ci maddəsinin 1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024 tarixli 2(011)-2601/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qazxəttinə qoşulma mövcuddur. Tərəflərindən təqdim olunmuş sübutlara –,yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdiyi sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki, bu deyilən meyarlar araşdırlsa abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə mülki iş tədqiq edərkən iddiaçının istifadə edib ödəmədiyi borcu müəyyən etməsinə baxmayaraq tərtib edilmiş aktların heç birini tədqiq etməmişdir. Belə ki, məhkəmə ödənilməyən borcu müəyyən edərkən istifadə edilmiş qazın həcmini çoxluğunun qarşısın almaq məqsədi ilə iddiaçının təbii qazdan qeyri qanuni istifadə etmə hallarını müəyyən edə bilərdi. Habelə məhkəmə, istifadə edilmiş ödənilməmiş məbləğin səbəblərini müəyyən edərək yuxarıda qeyd etdiyi məqsədə nail ola bilərdi. Məhkəmə qətnaməsində, kənar xəttin qoşulması üçün şübhə doğuduğunu qeyd etsə də, obyektiv nəticəyə gəlmək üçün hər hansı hüquqi tədbir görməmiş qanunverciliyini yuxarıda qeyd edilən müddəasına zidd qətnamə qəbul etmişdir. Məhkəmədə iddiaçı qeydiyyatsız istifadə etdiyini qeyd etsə də, məhkəmə bu hallar qiymət verməyərək qanunvericiliyin tələblərinə uyğun olmayan qətnamə qəbul etmişdir. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə, qətnaməsində qeyd edilmiş borcun silinməsini təmin etsə də, amma buna əsas gətirməmişdir. Belə ki, tərtib edilmiş aktlar çəkilmiş fotoşəkillər tədqiq edilməmiş saldo isə araşdırılmamışdır. Belə ki, məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Məhkəmə qətnaməsi iddiaçının izahatına və məhkəmənin qanuna söykənməyən mülahizəsinə dayanmaqdadır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
11. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, 2019-cu ildə 1 otaqlı ev tikdilər, sentyabr ayında köçdülər. O zaman qazı yox idi. Evi balacadır. Qaz xəttinin çəkilməsi üçün müraciət edib, əməkdaşlar o zaman evin balaca olduğunu və necə vəziyyətdə yaşadığını gördülər. Qaz idarəsindin işçiləri ondan hər dəfə gələndə 20-30 manat pul alırdılar. Sayğac qoymamışdılar, sonra qoydular, o da sənədləri imzaladı. Ona dedilər ki, heç bir cərimə yoxdur. Amma sonradan öyrənib ki, 10.000 manatdan çox cərimə olunub. 2080 manat ödəyib. Onun balaca evində bu qədər çox borc yazıla bilməz. Evin üstündən qaz xətti keçir, baxan kimi görünür. Maddi imkanı aşağıdır, cəriməni ödəyə bilməz. Ödəniş kartladır və sayğac sonradan qoyulub.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdeh və üçüncü şəxsin nümayəndələrinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya) 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya)
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
20. Belə ki, İddiaçı 8228,32 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir.
21. 4 iyun 2023-cü il tarixli abonent saldosundan görünür ki, aktlar tərtib edilərək 2020ci il üzrə 2347.20 manat, 2021-ci il üzrə 4390.56 manat və 2022-ci il üzrə 3490.56 manat, ümumilikdə 10.228,32 manat borc hesablanmışdır. 22.İddiaçı da ilkin olaraq iddia tələbində 10228,32 manat məbləğində borcun silinməsini tələb etsə də sonradan iddia tələbini azaldaraq 8228,32 manat məbləğində borcun silinməsini tələb etmişdir.
23. İşə baxan məhkəmə iddianı təmin edərək borcu silmişdir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməlidir.
24. Məhkəmə kollegiyası isə birinci instansiya məhlkəməsinin əsaslandırması ilə razılaşmır. Çünki, iddiaçı özü məhkəmə iclasında izahatında qeyd etmişdir ki, bir müddət sayğac olmadan qazdan istifadə etmişdir.
25. Bundan əlavə birinci instansiya məhkəməsi aktların tərtib edildiyi illər üzrə də fərqləndirmə aparmadan 2022-ci ilin may ayından qüvvədə olan “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1 bəndinə istinad etməklə iddianı təmin etmişdir.
26. Məhkəmə kollegiyası isə hazırki iş üzrə mütəxəssis rəyi əldə etmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən təqdim edilmiş 03 sentyab 2024-cü il tarixli, 3-15-2-1/2-1819/2024 saylı mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı ilə əlaqə saxlanılmış, o bir otaqdan, bir mətbəxdən və bir hamam otağlndan ibarət fərdi yaşayış evində aşağıda göstərilən qaz qurğularından istifadə edildiyini bildirdi: - 1 ədəd PQ-3 tipli plitəsi, maksimal qaz sərfiyyatı 0,8 m3, - 1 ədəd qənaətli su qızdırıcısı, maksimal qaz sərfiyyatı 1.5 m3, 1 ədəd İran sobası, maksimal qaz sərfiyyatı 1.5 m3. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “Qazdan istifadə Qaydalaı”nın 6.5-cı, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saatdan çox olmayan işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (“Qazdan istifadə Qaydalarının 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir), analogiya üzrə oxşar yaşayış evlərində 1 ədəd qaz plitəsinin sutkada 3 saat, qənaətli su qızdırıcısının 4 saat, İran sobasının 12 saat işləməsi ehtimalını nəzərə almaqla, qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesabınması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda (0.8 m3 x 3 saat + 1.5 m3 x 12 saat) x 30 gün = 792 m3. Yay ayları üçün ayda (0.8 m3 x 3 saat = 1.5 m3 x 4 saat) 30 gün = 252 m3. 2020-cu ildə tərtib edilmiş 7 akt üzrə: 2 qış ayı x 792 m3 +5 yay ayı x 252 m3 = 2844 m3 dəyəri 2200 m3 0,1 manat + 644 m3 x 0.2 manat = 348,8 manat. 2021-ci ildə tərtib edilmiş 10 akt üzrə: 5 qış ayı x 792 m3 + 5 yay ayı x 252 m3 = 5220 m3. 2022-ci ildə tərtib edilmiş 4 ay üzrə: 3 qış ayı x 792 m3 + 1 yay ayı x 252 m3 = 2628 m3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3-dək hissəsi üçün hər 1 m3-i isə ).25 manat qiymət təyin edildiyini nəzərə alaraq, 2021-ci illərdə tərtib edilmiş aktar üzrə hesablanmış 5220 m3 qaz həcminin dəyəri (1200 m3 x 0.12 manat + 1300 m3 x 20 manat + 2720 m3 x 0,25 manat = 1084) 1084 manat: 2022-ci ildə hesablanmış 2628 m3 qaz həcminin dəyəri (1200 m3 x 0.12 manat + 1300 m3 x 20 manat + 128 m3 x 0,25 manat = 426) 436 manat:, cəmi 2020- 2022-ci illər üzrə tərtib edilmiş aktlar üzrə 348,8 + 1084 + 436 = 1868,8 manat təşkil edir. Abonentin qazdan qanunsuz istifadə etməsi halı nəzərə alınarsa, qaz paylayıcısına dəymiş zərərin məbləği cəmi 1868,8 manat müəyyən edilə bilər. Abonent saldosunun təhili, xx.xx.2024-cü il tarixə qədər qeyd edilən borcun 502.5 manatının ödənilməsini müəyyən etmişdir. Beləliklə, abonentə hesablanmış borcun 1868,7 manat təşkil edə biləcəyini və onun tərəfindən 502,5 manat ödənildiyini nəzərə almaqla, xx.xx.2024-cü il tarixinə İddiaçı borcu 1868,8 – 502,5 = 1366, manat təşkil edə bilər.
27. Rəydən müəyyən olunur ki, qanunsuz qoşulma olduğu halda 2020, 2021 və 2022-ci ilin ilk dörd ayı üzrə tərtib edilmiş aktlar təhlil edilərək 2020-ci il üzrə 348,8 manat, 2021-ci il üzrə 1084 manat və 2022-ci ilin ilk dörd ayı üzrə 436 manat, cəmi 1868,8 manat məbləğində borc təşkil etdiyi qeyd edilmişdir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərtəfindən 2020, 2021 və 2022-ci ilin ilk dörd ayı üzrə tərtib edilmiş aktlarda göstərilən borc məbləği şişirdilmiş və əsaslandırılmamış məbləğdir. Həmin dövr üzrə mütəxəssis rəyi əsas götürülməklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ödəməli olduğu məbləğ 1868,8 manat təşkil edir.
29. O cümlədən, xx.xx.2022-ci il tarixli akta münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin akt tərtib edilərkən artıq Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1 bəndi qüvvədə idi.
30. Həmin maddəyə əsasən əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.
32. Nəticədə, məhkəmə kollegiyası qeyd edir ki, abonent saldosundan müəyyən olunduğu kimi 2020 -2022 -ci illər üzrə cəmi 10.228,32 manat borc hesablanmışdır. Mütəxəssis rəyi əsas götürülməklə iddiaçının 2020, 2021 və 2022-ci ilin ilk dörd ayı üzrə tərtib edilmiş aktlar üzrə ödəməli olduğu məbləğ 1868,8 manat təşkil edir. Yəni 10.2228,32 -1868,8 = 8359.52 manat silinə bilən məbləğdir. Lakin iddiaçı tələbini azaldaraq 8228,32 manat məbləğində borcun silinməsini tələb etdiyindən Kollegiya qeyd edir ki, iddia tələbi həcmində də borc silinməlidir.
33. Mülki Prosesual Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
34. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
35. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2601/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, İddiaçı **********00035 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 8228 (səkkiz min iki yüz iyirmi səkkiz) manat 32 (otuz iki) qəpik məbləğində borc silinməli, iddia ərizəsinin verilməsinə görə 102,28 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət nəfinə ödənilməli, Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2601/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı **********00035 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 8228 (səkkiz min iki yüz iyirmi səkkiz) manat 32 (otuz iki) qəpik məbləğində borc silinsin. İddia ərizəsinin verilməsinə görə 102,28 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət nəfinə ödənilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev