Məhkəmə qərarları › İş №2(103)-4992/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4992/2021

03.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4992/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(011)-255/2021 saylı qətnaməsindən cavabdeh “Cavabdeh” İB tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(011)-255/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh “Cavabdeh” İB Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(011)-255/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə cavab vermədiyi üçün geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Xətai rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(011)-255/2021 saylı qətnaməsi cavabdeh “Cavabdeh” İB-nə göndərilmiş, qətnamə cavabdehə 23 fevral 2021-ci il tarixdə SS696631254AZ saylı sifarişli poçt qəbzi vasitəsi ilə verilmişdir. (i/v 59) İş materiallarından görünür ki, apellyasiya şikayəti 31 mart 2021-ci ildə məhkəməyə daxil olmuşdur. Kollegiya qeyd edir ki, cavabdeh “Cavabdeh” İB tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(011)-255/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin müddəti ötürülməklə verilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti 29 mart 2021-ci il tarixdə (qətnamə 23.02.2021-ci ildə poçt qəbzi ilə alınmışdır) verilməli olduğu halda, 31.03.2021-ci il tarixdə məhkəməyə verilmiş, bununla yanaşı ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(011)-255/2021 saylı qətnaməsindən cavabdeh “Cavabdeh” İB tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, yəni son şikayət vermə tarixi olaraq 29 mart 2021-ci il tarixdə verilməli olduğu halda, 31.03.2021-ci il tarixdə poçta verildiyindən, bununla da, apellyasiya şikayəti vermə müddəti ötürüldüyündən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 363, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(011)-255/2021 saylı qətnaməsindən cavabdeh “Cavabdeh” İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Xətai rayon Məhkəməsinə qaytarılsın. Cavabdeh tərəfə izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, ağlabatan müddətdə yenidən apellyasiya şikayəti ilə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar