Məhkəmə qərarları › İş №2(103)-4992/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4992/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4992/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (X7 iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “lizinq müqaviləsi üzrə əsas məbləğin, cərimənin tutulması və lizinq obyektinin boşaldılaraq qaytarılması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: aiddiyat üzrə göndərilmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), X10 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İlkin iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3,ilkin iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi X11 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (X7 iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “lizinq müqaviləsi üzrə əsas məbləğin, cərimənin tutulması və lizinq obyektinin boşaldılaraq qaytarılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1086/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakların alğı satqı müqavilələrinə əsasən “Satıcı” Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, ev 17, 159 və 160 saylı mənzilləri “Alıcı” İddiaçı MMC-nın mülkiyyətinə verdi, “Alıcı” İddiaçı MMC həmin mənzilləri X6 (VÖEN **********) lizinqə vermək üçün aldı.

2. xx.xx.2021-ci il tarixli Daxili Lizinq müqavilələrinə əsasən mübahisə predmeti olan mənzillər X6 lizinqə verildi.

3. xx.xx.2021-ci il tarixdə lizinq müqaviləsi üzrə öhdəliklər X7 və Cavabdeh1 qarşılıqlı razılığı ilə, İddiaçı MMC-nin icazəsi ilə Cavabdeh1 ötürüldü.

4. Cavabdeh2 MMC lizinq müqaviləsi üzrə zamindir.

5. "xxxx" MMC-nin direktoru X18 ilə Cavabdeh1 arasında bağlanmış protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin direktoru X2 Elşad Aydın oğlundan gələcəkdə birgə sahibkarlıq fəaliyyət görmək üçün şahidlər X19 və X3 şahidliyi ilə 220000 AZN qəbul etdi.

6. Müqavilə tərəfi olmuş X7 və Cavabdeh1 fərdi sahibkardırlar.

İş üzrə qəbul olunmuş məhkəmə aktları

7. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada xx.xx.2021-ci il tarixli, D095 X16 üzrə 30 097 manat lizinq mükafatı və cərimə üzrə hesablanmış 17 280 manat olmaqla, cəmi 47 377 manat, xx.xx.2021-ci il tarixli, D096 saylı X16 üzrə isə 29 675 manat lizinq mükafatı və cərimə üzrə hesablanmış 17 064 manat olmaqla, cəmi 47 739 manat Lizinq borcunun, Ümumilikdə 59 972 manat lizinq mükafatı və 34 344 manat hesablanmış cərimə borcunun (Cəmi 94 116 manat), həmçinin ödənilmiş 372.40 manat dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulmasına, İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, ev 17 ünvanında yerləşən 159 və 160 nömrəli mənzillərin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki,lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Lakin, cavabdeh elə ilk aylardan başlayaraq müqavilə üzrə öhdəliklərini pozmuş, lizinq ödənişlərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsinə əsasən “Zamin” Lizinq alanın Lizinq verən qarşısında bağlanmış A673, D095 və D096 saylı Daxili lizinq müqavilələri üzrə Lizinq verənə olan borcu və ona hesablanmış faizlərin və borcun tutulması üzrə məhkəmə xərclərinin və Lizinq alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Lizinq verənə dəyən digər zərərin (komisyo, cərimə, məhkəmə xərcləri və. S) əvəzinin ödənilməsi də daxil olmaqla yaranan və yarana biləcək hər cür zərər üçün Lizinq alanla eyni həcmdə məsuliyyət daşıyır. Müqavilə şərtlərinə baxmayaraq cavabdehlər üzərlərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir.Odur ki, lizinq müqaviləsi ləğv edilməli, lizinq obyekti cavabdehlərin istifadəsindən geri alınmalı və lizinq üzrə ödənilməmiş lizinq məbləği, hesablanmış lizinq mükafatı və cərimə tutularaq İddiaçı MMC-yə ödənilməlidir.Sözügedən X16nin 3.1-ci bəndinə əsasən, lizinq ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Müqavilənin 4.2.5-ci bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini gecikdirməmək öhdəliyini üzərinə götürmüşdür. Həmin Müqavilənin 5.2- ci bəndinə əsasən isə, lizinq ödənişinin vaxtında edilməməsi üçün hər gecikdirilmiş gün üçün qalıq məbləğin 0.1 faizi məbləğində cərimə nəzərdə tutulmuşdur. Lizinq müqaviləsinin 6.1.4-cü maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödənişi ödəmə müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin lizinq obyektini mübahisəsiz qaydada geri almaq hüququ vardır.

9. Qarşılıqlı iddia üzrə Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı iddia tələbinin rədd edilməsi, Cavabdeh1 "xxxx" MMC arasında bağlanmış ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinin, ünvan 2 ünvanında yerləşən mənzilin alqısatqısına dair eyni tarixli, ******* saylı alqı-satqı müqaviləsinin, "xxxx" MMC ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli D095 və eyni tarixli D096 saylı daxili lizinq müqavilələrinin, "xxxx" MMC ilə X7 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli "D095 və D096 saylı daxili lizinq müqavilələri üzrə öhdəliklərin ötürülməsi barədə" müqavilələrin va "xxxx" MMC, Cavabdeh1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, işin həqiqi halları ondan ibarətdir ki, Cavabdeh1 "xxxx" MMC-nin direktoru X18 ilə birgə iş görmək üçün anlaşmışdır. Birgə fəaliyyətə maya qoyulması qərara alınmışdır. "xxxx" MMC-də "xxxx" MMC ilə anlaşaraq sonuncunun tikdiyi binada işlərin görülməsi ilə bağlı razılığa gəlmişdir. İşlərin görülməsi üçün "xxxx" MMC "xxxx" MMC-nin sahibinə qeyri-yaşayış obyekti vermişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən əmlakı 210 000 manata və eyni tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə ünvan 2 ünvanında yerləşən əmlak 210 000 manata "xxxx" MMC-yə satmışdır. "xxxx" MMC xx.xx.2021-ci il tarixli, ******* saylı və ******* saylı alqı-satqı müqavilələrinə əsasən qeyd olunan mənzillərin hər birini 210.000 manata qarşılıqlı iddia üzrə iddiaçıdan almış və xx.xx.2021-ci il tarixli, D095 və D096 saylı lizinq müqaviləsi ilə mənzilləri X6 lizinqə vermişdir. Daha sonra öhdəliklərin ötütrülməsinə dair xx.xx.2021-ci il tarixli müqavilələrə uyğun olaraq lizinq müqaviləsi üzrə öhdəliklər ilkin iddia üzrə Cavabdeh1 ötürülmüşdür. Bundan sonra da tərəflər "xxxx" MMC, Cavabdeh1 va "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Mənzillər "xxxx" MMC-nin təkidi ilə formal olaraq Cavabdeh1 tərəfindən onlara satılmışdır. Daha sonra "xxxx" MMC-nin direktoru X1 X6 formal olaraq lizinqə verilmişdir. "xxxx"MMC-nin sahibi qeyri-yaşayış əmlakının pul əvəzi olaraq Cavabdeh1 adına olan lizinq müqaviləsi üzrə borcu ödəmək öhdəliyini qəbul etmiş, nəticədə onu da ödəməmişdir. Şəxsin əvvəllər öz mülkiyyətində olmuş və sonradan satmış olduğu mənzilləri yenidən əldə etmək istəyi, həm də özünün deyil, digər şəxsin bu mənzillər qarşısında olan öhdəliklərini öz üzərinə götürmək niyyəti ağlabatan deyil. Və bir daha qeyd edilir ki, Cavabdeh1 elə bir niyyəti olmamış, digərləri tərəfindən aldadılaraq onun bu müqaviləyə imza etməsinə nail olunmuşdur.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1086/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış ünvan 3 ünvanında yerləşən mənzilə dair xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsi və ünvan 2 ünvanında yerləşən mənzilə dair xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh1 244.140 (iki yüz qırx dörd min, yüz qırx manat) manat məbləğində pul vəsaiti tutularaq cavabdeh "xxxx" MMC-yə ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 əvvəlcə satıcı, sonra lizinq alan olmuşdur. Belə ki, lizinq şirkəti bunu lizinq müqaviləsi üzrə öhdəliklərin ötürülməsi kimi və ya öhdəliyin üçüncü şəxs tərəfindən icrasına razılıq kimi qələmə verməyə çalışsa da, faktiki olaraq lizinq şirkəti ilə Cavabdeh1 arasında lizinq müqaviləsi bağlanmışdır. Hansı ki, iddiaçının təqdim etdiyi zaminlik müqavilələrində də Cavabdeh1 “lizinq alan” olaraq müqavilə tərəfi kimi çıxış etmişdir. Eyni zamanda öhdəliklərin ötürülməsi haqqında müqavilələrin 2-ci bəndində qeyd edilmişdir ki, lizinq müddəti bitdikdən sonra “öhdəlik götürən” üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququ lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərclərin “öhdəlik götürən” in ödəməsi şərtilə “öhdəlik götürən”ə keçir. 5 gün əvvəl mənzillərini satmaq niyyətində olan “satıcı”, hazırda lizinq müqaviləsi üzrə “lizinq alan” olmuşdur. Nəticədə alğı-satqı müqaviləsi üzrə lizinq şirkəti tərəfindən ödənilən 290.000 manat məbləğində pul vəsaiti lizinq predmetini təşkil etmişdir. Bu isə lizinq müqaviləsinin mahiyyətinə və onun hüquqi təbiətinə uyğun hesab edilə bilməz. Mənzillərini satmaq niyyəti olan satıcının sonradan mənzilləri yenidən qaytarmaq üçün borclu olması, üzərinə öhdəlik götürməsi lizinq münasibətlərinin mahiyyəti baxımından hər hansı məntiqə sığmır. Çünki, Lizinq şirkətinin Cavabdeh1 və Məmmədov Ələkbər(və ya sürücüsü olduğu "xxxx" MMC-nin direktoru R.Qocayevlə) arasında olan işgüzar münasibətlərdən xəbərdar olmaması indandırıcı deyil. Hansı ki, məhkəmə proseslərində dəfələrlə bu hal müzakirə olunmuş və lizinq şirkəti X4 həqiqətən müqavilə münasibətlərində formal iştirakı olmadığına dair hər hansı sübut təqdim etməmiş, ən azından izahatı ilə belə münasibət bildirilməmişdir. Lizinq şirkəti hər ay 27.704 manat lizinq ödənişi etməli olan lizinq alanın ən azından maliyyə imkanlarını (gəlirini, əmək haqqını və.s) təsbit etməli, ona lizinq verərkən riskləri qiymətləndirilməli olduğu halda bunu etməməsi o qənaətə gəlməyə əsas verir ki, borclunun etirazının dəlilləri daha inandırıcıdır. Məhkəmə qeyd edir ki, yalan əqd elə, müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Eyni zamanda borclunun tələbi ondan irəli gəlmişdir ki, ondan tələb edilən faiz məbləği həddindən artıq yüksəkdir, lizinq şirkəti yüksək həddə tələb etdiyi lizinq mükafatı və cərimələri tələb etməklə yanaşı faktiki sahibliyində və istifadəsində olan mənzilləri də ondan almaq istəyir. Eyni zamanda onda elə təəssürat yaranmışdır ki, lizinq şirkətinin ona məxsus olan mənzillərə dair tələb hüququ yoxdur, çünki lizinq predmetini pul vəsaiti təşkil etmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.5, 339, 340-342, 344 340.2, 404.2, 405.1, 417-420-ci, 747-1-ci, 747-1.3-cü, 747-1.5-ci, maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77, 81, 119.1, 217.4, 216-220, 358, 360, 362, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

14. İlkin iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında bildirdi ki, alğı-satqı müqaviləsinin etibarsızlığına münasibətdə məhkəmə hesab edir ki, bütün halların hamısını İddiaçı MMC təşkil edib. Halbuki, Cavabdeh1 evin alıcısını belə lizinq şirkətinə özü gətirdiyini demişdir. Cavabdeh1 evi satıb, onlar da yenidən evi alaraq lizinqə veriblər. Tərəflər arasında alğı-satqı müqaviləsi olub. Cavabdeh1 avtomobillərlə bağlı əvvəllər İddiaçı MMC ilə münasibətdə olub. Bir müddət sonra gəlib ki, o evlərini satmaq istəyir. "xxxx" MMC-də satılacaqsa evləri alacağını bildirib. E.X13 gətirib ki, bu adam evi almaq istəyir, amma maddi imkanı yetmir, lizinqlə evi ala bilər. Onlar da şirkət olaraq əmlakı alıb həmin şəxsə lizinqə veriblər. Üzərindən bir müddət keçdikdən sonra hər iki tərəf bildirmişdir ki, bu münasibətləri dayandırırlar, çünki, öhdəlikləri icra edə bilmirlər. Öhdəliklərini Cavabdeh1 ötüdüyünü bilmişdir. Onlar da tərəflərin vəziyyətinə baxıblar ki, vətəndaş gəlib və öhdəliklərini icra edə bilməyəcəyini deyirsə və Cavabdeh1 ödəyə biləcəyini bildirirsə buna etiraz etməzlər. Çünki, mənzillərə kifayət qədər pul xərclənib. Məmmədov Ələkbərin adına olan yüklülüklər ləğv edilib və Cavabdeh1 adına yeni yüklülüklər yazılıb. Bu müqavilə 5 gün sonra bağlanıb. Binəqədi Rayon Məhkəməsinin qətanaməsində qeyd edilmişdir ki, bütün bunların hamısını edən İddiaçı-dir və Cavabdeh1 məqsədindən guya onların xəbəri olub. Cavabdeh1 ilkin məqsədinin nə olduğunu bilə bilməzlər. Cavabdeh1 evləri satmaqda məqsədi “Həyat Grop”-la şərik olmaq olub. "Həyat Group" bina tikdiyinə görə Cavabdeh1 deyib ki, 400.000 manat pul ver, şərik olsunlar. Cavabdeh1 da evlərini Məmmədov Ələkbərə satıb və pulu götürüblər. Əvvəlcə Notariusdan götürdüyünü inkar edirdi, sonradan öz imzası ilə həmin o 400.000 manat pulu Notariusdan götürdüyü təsdiq edildi. Cavabdeh1 bildirirdi ki, o ümumiyyətlə Notarisusdan pul götürməyib. Halbuki, orada qəbz var ki, qəbzə imza ataraq pulu götürüb. Cavabdeh1 ilkin və ya sonrakı məqsədinin və ya evlərini kimə satmağının onlara heç bir aidiyyəti yoxdur. Onlar lizinq şirkətidir, onlara istənilən şəxs müraciət edir və deyir ki, o evi satmaq istəyir, bu şəxs də evi lizinqə satmaq istəyir. Qətnamədə 290.000 manatın onlara qaytarılması qeyd edilmişdir. Bəs şirkətə dəyən zərəri kim ödəməlidir. Cavabdeh1 290.000 manatı qaytarmaq iqtidarında olsa idi, bu günə qədər 290.000 manatı aparıb Binəqədi Rayon Məhkəməsinin depozitinə qoyardı. Onun bu pulu da vermək məqsədi yoxdur. Ümumiyyətlə, Cavabdeh1 pulu “Həyat Group”-dan pulu ala bilmədiyinə görə belə bir iddia qaldırıb. “Həyat Group” pulu alıb onu özünə şərik edəcəyini bildirib, 5 gündən sonra da pulu Cavabdeh2dan al deyib. Cavabdeh2un da Həyat Group-a borcu var. “Həyat Group” da Cavabdeh2-dan pulunu ala bilmədiyinə görə Cavabdeh1ı belə bir oyunun içərisinə salıblar. Cavabdeh1 da nə oradan, nə də buradan pulunu ala bilmədiyinə görə çıxılmaz vəziyyətdə qalıb, gəlib əsaslı yanılma nəticəsində belə bir müqavilə bağladığını və bunu anlamadığını bildirib. Halbuki,o öhdəlikləri üzərinə götürdükdən sonra 48000-50000 manat pul ödəyib. Bu da bir etirafdır. Alğı-satqı müqaviləsinin etibarsızlığında nəyi əsas götürüblər. Konstitusiya Məhkəməsinin Plenum qərarı var ki, kredit müqaviləsini lizinq müqaviləsi ilə pərdələmək olmaz. Hər bir müqavilənin predmenti ayrı-ayrıdır. Bu olduğu halda Binəqədi Rayon Məhkəməsi bütün qətnaməsini Konstitusiyanın qərarı üzərində qurub, sadəcə olaraq sonda Binəqədi Rayon Məhkəməsi başqa nəticəyə gəlib, Konstitusiya Məhkəməsi başqa bir nəticəyə gəlib. Məhkəmə əldə etdiyi sübutlara və tərəflərin verdiyi izahatlara tamam fərqli münasibət bildirib. Ona görə hesab edir ki, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə tamamilə qanunsuzdur və ləğv edilməlidir.Cavabdeh1 “Sabah” Tikintiyə qarşı iddia qaldırıb pulunu tələb edirsə, bu Cavabdeh1 evini satıb və onlardan aldığı pulu “Sabah” Tikintiyə verməsi deməkdir. Cavabdeh1 onlardan götürdüyü pul ilə “Sabah” Tikinti ilə iş birliyinə girib. 5 gün sonra "xxxx" onunla şərik olmadığını və verilən pulu gedib Cavabdeh2 MMC-dən almasını bildirib. Sonra da Cavabdeh2 MMC-yə zəng vurub ki, ona olan borcunu Cavabdeh1 verilməlidir. Cavabdeh2 MMC də bildirib ki, hal-hazırda pulu yoxdur. Cavabdeh1la Cavabdeh2 MMC "Faktor Lizinq” MMC-yə gəlir və Cavabdeh1 da bildirib ki, onun lizinq müqaviləsi üzrə götürdüyü öhdəlikləri Cavabdeh2 MMC icra edəcək. Onlar da öz təhlükəsizliyini qorumaq üçün zaminlik müqaviləsi imzalayırlar ki, sabah Cavabdeh1 pulu ödəməsə Cavabdeh2 MMC pulu ödəyəcək. Bu gündə nə Cavabdeh1, nə də Cavabdeh2 MMC zaminlik müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ona görə də onlar məhkəməyə müraciət ediblər. Məhkəmə prosesi gedəndə Cavabdeh1 bildirib ki, bunların heç birindən onun xəbəri olmayıb və alğı-satqı müqaviləsi bağlananda belə hal olacağını fikriləşməyib. Halbuki, Məmmədov Ələkbəri də özü lizinq şirkətinə gətirib ki, o evi satır, onlar da bu adama lizinqə versin. Məhkəmə düzgün qənaətə gəlməyib, məhkəmə prosesində araşdırmalar zamanı Cavabdeh2 MMC ilə "xxxx" MTK nümayəndələri bildirib ki, onların Cavabdeh1la olan münasibətlərinin İddiaçı MMC ilə Cavabdeh1 arasında olan münasibətə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq məhkəmə hallara düzgün qiymət verməyib. Onlar həm rayon məhkəməsində, həm də kommersiya məhkəməsində iddia qaldırıblar. Birinci aidiyyət məsələsi ilə bağlı iş Ali Məhkəməyə getdi. Vaxt itirməsinlər deyə onlar rayon məhkəməsində iddia qaldırdılar və icraata da götürüldü. Eyni zamanda da kommersiya məhkəməsində də cavabdeh tərəf gələrək bildirdi ki, iş kommersiya fəaliyyəti ilə bağlı olmayan bir işdir. İşgüzar münasibət iddiaçı ilə Cavabdeh1 arasında yox,Cavabdeh1la "xxxx" MTK arasında olub. İddiaçının sadəcə lizinq almaq məqsədi olub. Ödəniş ödənibsə deməli bu əqdin mövcudluğunu qəbul və təsdiq edilib. Qarşı tərəf ödənişlər edib, sonradan ödənişləri gecikdirməyə başlayıb. Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli Plenumunun qərarı da var, həmin qərarda qanunla qadağan olunmayan istənilən qanuni əməliyyat Mülki qanunvericiliyin prinsiplərinə zidd deyildirsə, mülki dövriyyədə tətbiq edilə bilər. Qadağan olunmayan əməliyyatı həyata keçirmişiksə, əqd nəyə görə etibarsız hesab olunmalıdır. Qətnamə Cavabdeh1 fikirlərinə əsasən yazılıb. Qətnamə qanuni və əsaslı olmalıdır. Aidiyyatla bağlı məsələ bir dəfə Kommersiya Məhkəməsinə də göndərilmişdir və həmin məhkəmə prosesində Cavabdeh1 da iştirak etmişdir. Orada bu işin kommersiya mübahisəsi olmaması müəyyən olunmuşdur. Cavabdeh1 bildirdi ki, bu onun kommersiya işi ilə bağlı deyil. Məhkəmə işə rayon məhkəməsində baxılması qərarına gəldi. Ərizəni geri götürdülər.

15. İlkin iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi X11 məhkəmə iclasında bildirdi ki, müştərinin ondan aldığı pulu hansı məqsədlə almasının fərqi yoxdur. Cavabdeh1 hər iki əmlakın satışını həyata keçirmiş şəxsdir. Onlar da onu qarşı tərəfə lizinqə veriblər. Bundan sonra öhdəliyin ötürülməsi müqaviləsini imzalayırlar, guya ki, həmin adam müqavilədən 5 gün sonra ödənişi geri qaytarmaq iqtidarında deyil. Onlar bu ötürməni ediblər və qarşı tərəf birinci instansiya məhkəməsində əqdin pərdələnməsi məsələsini qaldırdı. İddiaçı MMC-nin adına 28 dekabr 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarı var. Həmin qərarın qəbul edilməsinə qədər məhkəmələrin bu cür əqdlərə münasibəti fərqli idi. Orada da göstərildiyi kimi lizinq müqavilələri heç bir halda pərdələnmə şəklində göstərilə bilməz. Birinci instansiya məhkəməsi pərdələnmə kimi qiymətləndirərək yalnız ayrılmış olduqları vəsaitin ödənilməsini qət etdi. Şirkət kredit vəsaitləri hesabına işləyir, bu gün şirkətin yerli banklara 12.000.000 manata yaxın borcu var. Dövlət büdcəsinə ildə 500.000 manatdan çox vergi ödəyən bir şirkətdir, böyük bir riskə məruz qalacaqlar. Konstitusiya Məhkəməsinin Plenumunun qərarına istinad edilsin. Konstitusiya Məhkəməsinin Plenumunun qərardadı da mövcuddur. Azərbaycanın qanunvericiliyində olmasa da dünya qanunvericiliyində lizbək mövcüddur, yəni, şəxs öz əmlakını lizinqə satıb yenidən lizinqə götürə bilər. Qarşı tərəf öncədən mənzilini satmış insan sonradan gəlib alınmadığını, ərizə ilə müraciət edərək öhdəliyi yenidən götürəcəyini deyirsə və 3 nəfər buna razıdırsa, lizinq şirkətinin bir hüquq yoxdur ki, bildirsin ki, qarşı tərəfə bu edilən təqdirdə pərdələnmiş kimi görünəcəyi bildirilsin. Birinci instansiya məhkəməsinin qərarı tamamilə əsassızdır və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına tamamilə ziddir. Ödənişi ”Korkmaz Group”-un ödədiyini deyirlər, məhkəməyə ödənişi Cavabdeh1 etməsi ilə bağlı arayışı da təqdim edə bilər.

16. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında bildirdi ki, heç bir evin lizinq edilməsindən söhbət gedə bilməz. Cavabdeh1 orada yaşayırdı və evin boşaldılması ilə bağlı heç bir niyyət olmayıb. Yaşadığı ev olmuşdur. Burada əsas məsələ odur ki, lizinq şirkəti lisenziya ilə ona verilən fəaliyyət dairəsindən kənara çıxıb. Yəni, bağlanılmış müqavilə heç də lizinq xarakteri daşımır. Cavabdeh1 evi formal olaraq alıb “Sabah” Tikintinin sürücüsünə verib. 5 gün sonra lizinq alan kimi sənədləşdirilib. Onlar bundan narazıdırlar və hesab edir ki, bağlanan müqavilə etibarsızdır. Onlar “Sabah” Tikintiyə qarşı pul iddiası qaldırıblar. Onların evi satmaq fikri yox idi. Lizinq şirkətinə ilkin müraciət edən şəxs “Sabah” Tikintinin əməkdaşı X7 olub. “Sabah” Tikinti ilə Məmmədov Elşad arasında işgüzar münasibət olub. Pulun hamısı X5 verilib. Onların lizinq şirkətinə nə evi satmaq, nə də lizinq şirkətindən ev götürmək fikri olmayıb. Bu işdə Cavabdeh2 MMC və digər sürücüsü pulu ödəməlidir. Onlar da bir gün razılığa gəlirlər, sonra fikirlərini dəyişirlər. Yəni ki, iş materiallarında 2 barışıq sazişinin olmasının səbəbi budur. Ödənişləri onlar etməyiblər, Cavabdeh2 MMC-nin nümayəndəsi edib. Birinci instansiya məhkəməsində ”Korkmaz Group” MMC-nin nümayəndəsi ödənişləri onların etdiyini bildiirib. Qarşı tərəfin alğı-satqı müqaviləsi pərdələnmiş əqddir. Konstitusiya Məhkəməsinin lizinqbək haqqında qərardadı mövcud deyil. Qarşı tərəf lisenziyalarına uyğun hərəkət etməyib. Onlar pulu birinci götürmədiyinə görə kommersiya fəaliyyəti ilə bağlı olmadığını hesab edirlər. Hesab edir ki, müqavilə münasibətləri olduğuna görə aidiyyat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə aiddir.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq normaları:

18. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

19. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

20. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.

21. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, iddia ərizəsinin məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə icraata qəbul edildiyi nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir.

23. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə ilk dəfə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini geri qaytarmışdır. Qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsi baxmışdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi tərəfindən qəbul edilmiş e-2-2(102)- 841/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, qarışıq məhkəmə tərkibi vurğulayır ki, kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. Bu mübahisələr işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Beləliklə, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının aydınlaşdırılması üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia ərizəsinin geri qaytarılması barədə nəticəyə gələrkən mövqeyini belə əsaslandırmışdır ki, proses iştirakçıları olan iddiaçı və cavabdeh kommersiya hüquqi şəxsləri olsalar da, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmamışdır. Belə ki, hər iki lizinq müqaviləsi üzrə lizinq obyektlərini qeyri-yaşayış sahəsi deyil, mənzil təşkil etmiş, mənzil isə şəxsin və ya şəxslərin yaşaması üçün nəzərdə tutulan bir sahə olduğundan orada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi halı istisna olunmuşdur. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyinin aşağıda göstərilənlərə əsasən şübhəli olması və məhkəmə aidiyyətinin dəqiq müəyyən olunması üçün MPM-lə nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsinin zəruri olması qənaətinə gəlir. Belə ki, iş materiallarından göründüyü kimi lizinq verən İddiaçı MMC ilə lizinq alan X7 arasında 2021-ci il 17 noyabr tarixli, D095 saylı və D096 “Daxili maliyyə lizinq müqaviləsi“ bağlanmış, müqavilələrin 1.1-ci bəndinə əsasən, lizinq verən satıcıdan əldə edəcəyi ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakları lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilələrdə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdələrinə götürmüşlər. Bundan sonra “Öhdəliyin ötürülməsi barədə” 2021-ci il 22 noyabr tarixli müqavilərlə “öhdəlik ötürən” X7 lizinq verənin razılığı ilə D095 və D096 saylı X7 üzrə bütün hüquq və öhdəliklərini, borcunu “öhdəlik götürən” Cavabdeh1 vermiş, sonuncu isə qəbul etmişdir. Məhkəmə tərkibi həmçinin vurğulayır ki, X7 tərəfindən Faktor Lizinq MMC-nin direktoruna ünvanlanmış 2021-ci il 16 noyabr tarixli Ərizənin birində ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakı almaq üçün 145.000 manat vəsaitə ehtiyacı olduğunu, qeyd olunan əmlakı icarəyə vermək məqsədi ilə aldığını göstərmiş, digər ərizədə isə “ünvan ünvanında yerləşən daşınmaz əmlakı” almaq barədə satıcı ilə 210.000 manat qiymətinə razılaşdığını, bunun üçün 145.000 manat vəsaitə ehtiyacı olduğunu, qeyd olunan əmlakın icarəyə verilməsi məqsədi ilə aldığını göstərmişdir. Bundan başqa, 2021-ci il 5 yanvar tarixdə İddiaçı MMC ilə lizinq alan Cavabdeh1 və “Zamin” Cavabdeh2 MMC ilə A573, D095, D096 saylı Zaminlik müqaviləsi də bağlanmışdır. Göründüyü kimi, X16nin lizinq alan tərəfi olan Ə.Məmmədov daşınmaz əmlakın icarəyə verilməsi, yəni ondan istifadə nəticəsində gəlir götürülməsi məqsədi ilə əldə etmək istədiyi müəyyən olunur. Məhkəmə tərkibi hesab edir ki, belə olduqda hüquq münasibətinin xarakterinin və mübahisənin predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olub-olmadığının müəyyənləşdirilməsi üçün məhkəmənin prosessual qanunvericiliklə nəzərdə tutulmuş hazırlıq iclasları çərçivəsində iş üzrə Cavabdeh1 və X16 üzrə öhdəliklərini ona ötürmüş Ə.Məmmədovun iştirakını təmin etməklə onların bu məsələ ilə bağlı mövqeyini öyrənmək səlahiyyəti olduğu halda, iddianın mümkünlüyü məsələsi (həmçinin mübahisənin məhkəmə aidiyyəti) ilə bağlı qəti nəticəyə gəlmək üçün belə səlahiyyətindən istifadə olunmasının zəruriliyini nəzərdə qaçırmışdır. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə görə, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər (MPM-in 151.2-ci maddəsi). Belə ki, məhkəmənin hazırkı işlə bağlı gəldiyi qənaət faktiki olaraq mənzil kimi daşınmaz əmlakın sahibkarlıq fəaliyyəti zamanı mülki dövriyyənin obyekti olmasını istisna etmiş olardı.

25. Daha sonra iddiaçı tərəfindən iddia ərizəsinin geri götürülməsi əsası ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-674/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır.

26. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki tələbə ümumi, yoxsa kommersiya məhkəməsində baxılmalı olub-olmaması ilə bağlı yekun qərar verilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsini geri götürməsi əsası ilə məhkəmə iddia ərizəsini geri qaytarmışdır.

27. İlk növbədə qeyd edilməlidir ki, müqavilə üzrə tərəflər fərdi sahibkar və hüquqi şəxslərdir.

28. Bundan əlavə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki; "xxxx" MMC-nin direktoru X18 ilə birgə iş görmək üçün anlaşmışdır. Birgə fəaliyyətə maya qoyulması qərara alınmışdır. "xxxx" MMC-də "xxxx" MMC ilə anlaşaraq sonuncunun tikdiyi binada işlərin görülməsi ilə bağlı razılığa gəlmişdir. İşlərin görülməsi üçün "xxxx" MMC "xxxx" MMC-nin sahibinə qeyriyaşayış obyekti vermişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən əmlakı 210 000 manata və eyni tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə ünvan 2 ünvanında yerləşən əmlak 210 000 manata "xxxx" MMC-yə satmışdır. "xxxx" MMC xx.xx.2021-ci il tarixli, ******* saylı və ******* saylı alqı-satqı müqavilələrinə əsasən qeyd olunan mənzillərin hər birini 210.000 manata qarşılıqlı iddia üzrə iddiaçıdan almış və xx.xx.2021-ci il tarixli, D095 və D096 saylı lizinq müqaviləsi ilə mənzilləri X6 lizinqə vermişdir. Daha sonra öhdəliklərin ötütrülməsinə dair xx.xx.2021-ci il tarixli müqavilələrə uyğun olaraq lizinq müqaviləsi üzrə öhdəliklər ilkin iddia üzrə Cavabdeh1 ötürülmüşdür. Bundan sonra da tərəflər "xxxx" MMC, Cavabdeh1 va "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Mənzillər "xxxx" MMC-nin təkidi ilə formal olaraq Cavabdeh1 tərəfindən onlara satılmışdır. Daha sonra "xxxx" MMC-nin direktoru X1 X6 formal olaraq lizinqə verilmişdir. "xxxx"MMC-nin sahibi qeyri-yaşayış əmlakının pul əvəzi olaraq Cavabdeh1 adına olan lizinq müqaviləsi üzrə borcu ödəmək öhdəliyini qəbul etmiş, nəticədə onu da ödəməmişdir.

29. Qarşılıqlı iddia ərizəsində qeyd edilənləri, habelə xronoloji ardıcıllıqla işin hallarını təhlil etdikdə müəyyən olunur ki, Cavabdeh1 Sabah Tikinti MMC-nin direktoru ilə birgə iş görmək üçün maddi vəsait lazım olmuşdur. Bunun üçün Səfərov mülkiyyətində olan mənzilləri Faktor MMC-yə satmışdır ki, MMC də həmin mənzilləri Sabah Tikinti" MMC-nin direktoru X1 X6 lizinqə vermişdir. X7 mənzillərin dəyəri barədə satıcı ilə razılaşdığını və mənzilləri icarəyə vermək məqsədilə əldə etmək istəyi barədə ərizə vermişdir ( i.v. 174). 5 gündən sonra X7 müqavilə üzrə öhdəliklərini Cavabdeh1 ötürmüşdür. Habelə müəyyən olunur ki, öhdəlikləri Səfərova ötürdüyü gündən sonrakı gün "xxxx" MMC-nin direktoru X2 Elşad Aydın oğlundan gələcəkdə birgə sahibkarlıq fəaliyyət görmək üçün 220000 AZN qəbul etdikdə X9 şahid olaraq iştirak etmişdir.

30. Bundan əlavə, mübahisələndirilən qətnamədən müəyyən olunur ki, işə baxan məhkəmə “Cavabdeh1 və Məmmədov Ələkbər(və ya sürücüsü olduğu "xxxx" MMC-nin direktoru R.Qocayevlə) arasında işgüzar münasibətlərin olması, X4 həqiqətən müqavilə münasibətlərində formal iştirak etməsi” barədə qənaətə gəlmişdir. Lakin buna baxmayaraq, işə baxan məhkəmə aidiyyət qaydalarını pozmuşdur.

31. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 1086/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməklə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1086/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsi ləğv edilsin. İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (X7 iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “lizinq müqaviləsi üzrə əsas məbləğin, cərimənin tutulması və lizinq obyektinin boşaldılaraq qaytarılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş aidiyyətiüzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar