Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4994/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun yaranması, istifadə hüququ olmayan şəxsin mənzildən çıxarılması, əmlaka payların müəyyənləşdirilməsi, istifadə hüququ olan şəxsə kompensasiya təklifi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma” barədə ilkin, Cavabdeh1 İddiaçı qarşı “ümumi mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. 1956-cı il təvəllüdlü kiçik çavuş X4 xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmiş, N saylı hərbi hissə komandirinin N nömrəli xx.xx.2001-ci il tarixli əmri əsasında ehtiyata buraxılmışdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən Mənzil Komissiyasına ünvanlanmış xx.xx.1993-cü il tarixli məktubda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil bölüşdürülməsi üçün mənzil fonduna ayrılır.
3. ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil xx.xx.2001-ci il tarixli 002967 nömrəli xidməti order əsasında daimi yaşamaq üçün İddiaçı verilmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən 1 saylı Evlər İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2004-cü il tarixli məktubda göstərilmişdir ki, “Qırmızı Şərq küçəsi ev 289 ünvanında yerləşən 7 saylı mənzilə verilmiş xidməti orderin daimi orderlə əvəz olunması Azərbaycan Respublikası Prezidenti ilə görüş zamanı Bakı şəhəri İcra Başçısına tapşırılmışdır. Ona görə də mənzilin orderi Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə dəyişdirilmişdir. Prezidentin göstərişi ilə order dəyişdirildiyi üçün mənzilin orderinin qəbul olunması qanuna uyğundur”.
5. ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin verdiyi 08 iyun 2004-cü il tarixli 030795 nömrəli order əsasında daimi olaraq İddiaçı verilmiş, orderdə onun özü, oğlu Hacıyev S.M, qızı Hacıyeva S.M göstərilmişdir.
6. İddiaçı X2 anasıdır.
7. X7 ilə X3 arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanmış, nikahdan sonra arvada “Hacıyeva” soyadı verilmiş, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə gəlin köçüb orada yaşamağa başlamış, nikahlarından xx.xx.2004-cü il tarixdə Elmin, xx.xx.2008-ci il tarixdə Səid, xx.xx.2016-cı il tarixdə Aydın adını verdikləri uşaqları dünyaya gəlmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikahın pozulması, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X8 Cavabdeh1 yanında qalmaları və onların saxlanması üçün hər ay hər birinə 100 manat olmaqla, ümumilikdə 300 manat alimentin X1 tutulub Cavabdeh1 verilməsi qət edilmişdir.
9. ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil xx.xx.2004-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.
10. ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildə İddiaçı 2001-ci ildən, Cavabdeh1 2004-cü ildən, xx.xx.2016-cı il təvəllüdlü X10 2016-cı ildən, xx.xx.2008-ci il təvəllüdlü X12 2008-ci ildən, Cavabdeh2 2004-cü ildən qeydiyyatdadırlar.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh1 xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X12 ilə birlikdə, həmçinin Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildən çıxarılması, onların mənzilə istifadə hüququna 7200 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Sonradan İddiaçı iddia tələbini dəqiqləşdirmiş, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə keçmiş gəlini Cavabdeh1, nəvələri xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X8 və Cavabdeh2 istifadə hüquqlarının olmamasının müəyyən olunması və onların mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Cavabdeh1 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddia tələbinin rədd edilməsi, ümumi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə 1/3 hissədə payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 ilkin iddia tələbini müdafiə, qarşılıqlı iddia tələbini rədd edərək izahatında bildirmişdir ki, ilkin iddiaçı uzun müddət Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmət etmiş, N nömrəli xx.xx.2001-ci il əmrlə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Bakı şəhəri, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi 289 saylı evin 7 saylı mənzili 1993-cü il tarixdə xidməti mənzil kimi ilkin iddiaçıya verilmiş, həmin ildə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən mənzil xidməti yaşayış məqsədilə ilkin iddiaçıya ayrılmışdır. Mübahisəli mənzilin yaşamaq üçün xidməti orderlə ilkin iddiaçıya verilməsini təsdiq edən sənəd xx.xx.2001-ci il tarixli arayışdır. Həmin arayışda göstərilir ki, ilkin iddiaçıya mübahisəli mənzillə bağlı 002967 saylı xidməti order verilmiş, bu orderə əsasən ilkin iddiaçı və övladları mənzildə qeydiyyata alınmışdır. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Hissəsinin 1 nömrəli evlər idarəsinin rəisi xx.xx.2001-ci il tarixdə göstəriş vermişdir. Münasibətlərin yarandığı dövrə olan qanuna görə xidməti yaşayış sahəsində istifadə hüququ əmələ gəlmir. Belə ki, keçmiş Mənzil Məcəlləsinin normalarından istifadə hüququnun əmələ gəlməsinin qeyri-mümkün olması görünür. Odur ki, cavabdehlərin mənzildə hər hansı istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olmamışdır. Cavabdeh1 xx.xx.2003-cü il tarixdə Yevlax rayon Qoyunbinəsi kənd icra nümayəndəliyində 23 nömrəli akt qeydinə əsasən ilkin iddiaçının oğlu ilə bağlanılmış nikahdan sonra mübahisəli mənzilə köçdüyünü bildirir. Həmin vaxt mənzil ilkin iddiaçının xidməti istifadəsində idi. Belə ki, Yasamal rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2004-cü il tarixdə verilən 464 nömrəli sərəncamla mübahisəli mənzil Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ilkin iddiaçıya verilmiş, xx.xx.2004-cü il tarixli daimi order verilmişdir. Ona görə də cavabdehlərin hər hansı istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. Mübahisəli mənzil Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə xx.xx.2004-cü il tarixdə ilkin iddiaçıya verildiyi üçün Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə onun xüsusi mülkiyyəti qeydə alınmışdır. 2004-cü ilin iyul tarixli məktubla Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi qeyd edir ki, mənzilə verilmiş xidmətin orderin daimi orderlə əvəz olunması Azərbaycan Respublikasının Prezidenti ilə görüş zamanı Bakı şəhəri İcra Hakimiyyətinin Başçısına tapşırılmışdır. Ona görə də mənzilin orderi Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə dəyişdirilmişdir. Prezidentin göstərişi ilə order dəyişdirildiyi üçün mənzilin orderinin qəbul olunması qanuna uyğundur. Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 464 nömrəli order ilə mübahisəli mənzil Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında ilkin iddiaçıya verilmişdir. Beləliklə cavabdehlər köçən zaman mübahisəli mənzil xidməti istifadədə olduğu üçün onların həmin mənzildə istifadə hüququnun yaranması istisna olunur. Əgər onların istifadə hüquqları olsaydı mənzilə köçdükləri zaman mənzilə qeydiyyata düşərdilər. Çünki həmin vaxt mənzil yalnız ilkin iddiaçı və övladlarının xidməti istifadəsində olmuşdur və onlardan başqa heç kim mənzilə qeydiyyata düşə bilməzdi. Sonradan 2004-cü il tarixdə cavabdehlər ona görə mübahisəli mənzilə qeydiyyata düşüblər ki, həmin vaxt artıq mənzil ilkin iddiaçının mülkiyyətində idi. Ona qədər mənzil xidməti yaşayış sahəsi kimi verilmişdir, xidməti yaşayış sahəsinə isə yalnız adına xidməti order verilən şəxslər qeydiyyata düşə bilərdi. Cavabdehlərdən fərqli olaraq ilkin iddaçı, onun oğlu Ceyhun və qızı Şəmihə isə mənzil xidməti mənzil kimi istifadədə olarkən 2001-ci ildə oraya qeydiyyata düşmüşlər. xx.xx.2004-cü il tarixdə mənzil ilkin iddiaçının mülkiyyətinə verildikdən sonra isə iddiaçı ilə cavabdehlər arasında mənzildən istifadə hüququnun yaranmasına dair ilkin iddiaçı tərəfindən notarial qaydada razılıq verilməmiş və bu barədə müqavilə imzalamamışdır.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsinin (vəkilinin) izahatı ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, keçmiş gəlini ilə bir evdə yaşamaq mümkün deyildir, keçmiş gəlini onu təhqir edir, ona çox kobud davranır. Artıq bu dözülməz hal almışdır. Digər cavabdeh nəvəsidir, yetkinlik yaşına çatmışdır, oğlu isə onlarla birgə yaşamır.
16. Cavabdeh1 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, təmsil etdiyi şəxs İddiaçı oğlu X7 ilə 14 dekabr 2003-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahları Yevlax rayonunun Qoyunbinəsi kənd icra nümayəndəliyində qeydiyyata alınmışdır. Birgə nikahdan üç uşaqları - xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X10 doğulmuşdur. Nikahdan sonra Cavabdeh1 İddiaçı və əri X2 yaşadığı ünvan 3 ünvanda pasport qeydiyyatına alınmışdır. Mənzilə köçəndən sonra o da digər ailə üzvləri kimi mənzildən istifadə etmiş, mənzilin təmir edilməsində və abadlaşdırılmasında iştirak etmişdir. O mənzilə köçəndə mənzilin DƏDRX-də qeydiyyatı olmamış, ailə üzvlərinin ümumi mülkiyyətinə daxil olmaqla xx.xx.2004-cü ildə tarixdə 30/201378 nömrə ilə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh1 hazırda da uşaqları ilə birlikdə həmin mənzildə yaşayır, başqa yerdə yaşamaq imkanları yoxdur. 2022-ci ilin sentyabr ayında əri X7 ilə nikahları pozulmuşdur, uşaqlar onun yanında qalırlar. Ona görə də hesab edir ki, İddiaçı tələbi əsassızdır, təmsil etdiyi şəxsin və uşaqlarının mənzildən istifadə hüququ yaranmışdır və ümumi əmlakdan ona düşən pay məhkəmə qaydasında müəyyən edilməlidir.
17. İlkin iddia tələbi üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı (yeri) barədə bildiriş göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməyərək gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
18. Birinci instansiya məhkəməsinin 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2, yetkinlik yaşına çatmayan 2008-ci il təvəllüdlü X8, 2016-cı il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi, onların ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildən çıxarılmaları, Cavabdeh1 qarşılıqlı iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət olunmuşdur.
19. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
19.1. İlk növbədə ilkin iddia üzrə cavabdehin ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə istifadə hüququnun yaranıb-yaranmaması halı müəyyən olunmalıdır. 19.2. İlkin iddia üzrə cavabdeh ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildə qeydiyyatda olsa da, o, həmin mənzildən mülkiyyət hüququnun elementlərindən biri kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu qazanmamışdır. Belə ki, qeyd olunan mənzil ilkin iddia üzrə iddiaçıya xidməti yaşamaq üçün verilmişdir. 19.3. İlkin iddia üzrə cavabdehlərin mübahisəli mənzildən qeydiyyata alınması zamanı ilkin iddia üzrə iddiaçının razılıq ərizəsi mövcud deyildir və dövlət reyestrində qeydiyyata alınmamışdır. 19.4. İlkin iddia üzrə cavabdehin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna malik olmadığı halda ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan mənzildə yaşamağa davam etməsi mülkiyyətçinin mənzil üzərində mülkiyyət hüququnun pozuntusunu yaradan hal kimi qiymətləndirilə bilər. Odur ki, ilkin iddia tələbi təmin edilməlidir. 19.5. Mübahisəli mənzildə qarşılıqlı iddia üzrə iddiaçının payı yoxdur. Belə ki, qeyd olunan mənzil İddiaçı xidmət etdiyi dövrdə (1993-cü ildə) hərbi hissə tərəfindən verilmişdir, daha sonra daimi yaşamaq üçün 2004-cü ildə order verilmişdir. Həm xidməti orderdə, həm də daimi orderdə yalnız özü, oğlu və qızının adı qeyd edilmişdir. İddiaçıya mübahisəli mənzil verildiyi zaman cavabdeh həmin evə hələ gəlin gəlməmiş və həmin evdə yaşamamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin oğlu ilə nikahda olmuşdur, yəni qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan əmlakdan hər hansı payı mövcud deyildir və qanunvericilikdə belə bir hal nəzərdə tututulmamışdır.
20. Mövqeyini əsaslandırarkən məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1-ci, 152.3-cü, 228.1-ci, 228.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli və 08 oktyabr 2013-cü tarixli qərarlarına istinad etmişdir.
21. Həmin qətnamədən apellyasiya şikayəti verən Ceyhinə Hacıyeva onun ləğv olunmasını və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin tətbiq edilməməli olan maddi hüquq normasını tətbiq etdiyini, tətbiq edilməli olan qüvvədən düşmüş Mənzil Məcəlləsinin 51-62-ci, 82-ci, 83-cü, 100-cü və 103-cü, Mülki Məcəllənin 213-cü, 220-ci və 225-ci maddələrini tətbiq etmədiyini, qətnamədə yalnız onun istifadə hüququnun olmadığını əsaslandırmağa çalışdığını, digər cavabdehlərə münasibətdə isə heç bir əsaslandırma aparmadığını, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
22. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, etirazda şikayətin əsassız olduğu bildirilərək qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, izahatlar
23. Cavabdeh1 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, İddiaçı və nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişlər.
24. İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
27. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
31. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
32. Maddə 4. Dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir.
33. Maddə 5. Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır.
34. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.
35. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
36. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
37. Maddə 93. Həqiqi hərbi xidmətdən istefaya və ya ehtiyata buraxılanlar - SSRİ Silahlı Qüvvələrinin zabitləri, praporşikləri və miçmanları, müddətdən artıq xidmətdə olan hərbi qulluqçuları və onlara bərabər tutulan şəxslər, habelə onlarla birlikdə yaşayan şəxslər hərbi şəhərciklərdəki yaşayış sahələrindən digər abad yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. SSRİ Silahlı Qüvvələri ilə əlaqəsi kəsilmiş başqa şəxslər də hərbi şəhərciklərdən eyni qaydada çıxarılırlar.
38. Maddə 100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır.
39. Maddə 101. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq SSRİ Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına xidməti yaşayış sahəsi verilə bilər.
40. Maddə 105. Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİni müdafiə edərkən, yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində, yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən, yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar.
41. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
“Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli Qanun
42. Maddə 12 (1-ci hissə). Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.
43. Maddə 12 (2-ci hissə). Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.
Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı
44. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
48. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
55. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının “Cavabdeh1 və yetkinlik yaşına çatmayan 2008-ci il təvəllüdlü X8, 2016-cı il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi, onların ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildən çıxarılmaları”, həmçinin “qarşılıqlı iddia tələbinin təmin olunmaması” hissələrində yoxlanılması təşkil edir. Qətnamədən Cavabdeh2 şikayət vermədiyindən qətnamənin ona aid hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
56. Yuxarıda qeyd olunduğu kimi, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil xx.xx.2001-ci il tarixli 002967 nömrəli xidməti order əsasında yaşamaq üçün İddiaçı ayrılmış, onun oğlu ilə xx.xx.2003-cü il tarixdə nikaha daxil olan Cavabdeh1 həmin mənzilə gəlin köçüb orada yaşamağa başlamış, mənzil 08 iyun 2004-cü il tarixli order əsasında daimi olaraq İddiaçı verilmiş, Cavabdeh1 2004-cü ildə mənzilə qeydiyyata alınmış, mənzil xx.xx.2004-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçirilmişdir.
57. Beləliklə, Cavabdeh1 mübahisəsi gedən mənzilə istifadə hüququ mənzil dövlət mülkiyyətində olduğu və ilkin iddiaçıya order əsasında verildiyi dövrdə ilkin iddiaçının (onun oğlunun) ailə üzvü olaraq mənzildə onunla birgə yaşadığı zaman xx.xx.2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü və 123-cü maddələrinə (§ 34, 41) əsasən yaranmışdır və aydınlaşdırılmalı olan məsələ bu hüququn qalıb-qalmaması ilə bağlıdır.
58. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda mətni qeyd olunmuş 60-cı və 87-ci maddələrinin məzmunundan görünür ki, qanunvericilik yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirmişdir.
59. İşin halları baxımından kollegiya hesab edir ki, Cavabdeh1 mübahisəsi gedən mənzilə, mənzil qayınanasının qanuni istifadəsində (order əsasında) olduğu dövrdə onun oğlunun ailə üzvü olaraq mənzildə onlarla birgə yaşadıqları zaman yaranmış istifadə hüququnun qüvvədən düşmüş Mənzil Məcəlləsinin göstərilən normalarına əsasən itirildiyi qənaətinə gəlmək mümkün deyildir.
60. Mənzilin sonradan ilkin iddiaçının mülkiyyətinə keçmiş olması da Cavabdeh1 mənzilə olan hüququnun itirildiyi, yaxud mənzilə hüququnun olmadığı nəticəsinə gəlməyə əsas yarada bilməz; çünkü mənzil ilkin iddiaçının mülkiyyətinə məhz onun istifadə hüququ ilə yüklü vəziyyətdə keçmişdir.
61. Bu kontekstdə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi ilkin iddia tələbi üzrə müvafiq nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və işin hallarını düzgün qiymətləndirməməsi səbəbindən gəlmiş, mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimində səhvə yol vermişdir.
62. Kollegiya hesab edir ki, Cavabdeh1 və azyaşlı uşaqlarının mübahisəsi gedən mənzilə yaranmış istifadə hüquqlaruna kompensasiya ödənilmədən xitam verilməsi üçün əsaslar yoxdur.
63. Nəzərə alınmalıdır ki, yaşayış sahəsindən istifadə hüququ vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəlir və bu hüquqa xitam verilməsi zamanı kompensasiya o halda ödənilir ki, hüquq sahibinin mülkiyyətçinin hesabına müəyyən müddət daxilində başqa yerdə, istifadə hüququ olan mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən yerdə yaşamağa ehtiyacı olsun.
64. Qarşılıqlı iddia tələbi üzrə gəlinən nəticəni isə kollegiya əsaslı hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına ümumiyyətlə zərurət görmür.
65. Belə ki, mübahisəsi gedən mənzil üzərində qarşılıqlı iddiaçının mülkiyyət payının tanınması üçün hər hansı əsas mövcud deyildir.
66. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2499/2024 saylı iş üzrə 12 iyun 2024-cü il tarixli qətnaməsi “Cavabdeh1 və yetkinlik yaşına çatmayan 2008-ci il təvəllüdlü X8, 2016-cı il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi, onların ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildən çıxarılmaları” hissəsində ləğv olunsun. İddiaçı iddia tələbləri həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov