Məhkəmə qərarları › İş №2(103)-4994/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4994/2025

28.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4994/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4994/2025 (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 838/2025 nömrəli 27 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. **********000/33303336 saylı abonentə məxsus abonent kartından görünür ki, abonentin 2024-cü il üçün ödənilməmiş 1068,01 manat su borcu yaranmışdır.

2. 23.07.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, **********000/33303336 saylı abonentə "xxxx" ASC-yə olan 970,01 manat məbləğində borcunun 7 iş günü müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

3. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 tərəfindən verilmiş arayışa əsasən, xx.xx.2016-cı il tarixindən xx.xx.2024-cü il tarixinədək illər üzrə debitor borcu 1027 manat yaranmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1027,01 manat borcun (abonent kodu:**********000) və 30 manat dövlət rüsumunun tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2024-cü il tarixinə 1027,01 (bir min iyirmi yeddi manat sıfır bir qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 fevral 2025-ci il tarixli 2(011)-838/2025 nömrəli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddianın təmin edilməsi, Cavabdeh (Abonent kodu:**********000) ödənilməmiş borca görə 1027,01 (min iyirmi yeddi manat bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh istifadə etdiyi su təchizatı və tullantı sularının axıdılması xidmətlərin dəyərinin ödənilməməsinə görə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə 1027,01 manat borcunun yaranması öz təsdiqini tapdığından iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı öz izahatında ünvan 1 ünvanında yerləşən evin ona aid olmadığını bildirmişdir. Lakin cavabdeh məhkəməyə öz etirazını təsdiq edəcək heç bir mötəbər sübut verməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425.1, 442, “Su təchizatı və tullantı suları haqqında” Qanununun 30.1, 61.1, 62, 72, “Sudan istifadə qaydaları”nın 4.1.3, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 147, 191.3, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia ərizəsində qeyd olunan ünvanda yerləşən mənzillə bağlı heç bir məlumatı olmamışdır. Həmin sayğac 8 il əvvəl quraşdırılmasına baxmayaraq, indiyə kimi ona heç bir xəbərdarlıq gəlməmiş, onun borcu olduğuna görə su xətti kəsilməmişdir. Eyni zamanda məhkəmə iclaslarında dəfələrlə şıfahi qaydada vəsatət vermişdir ki, iddiaçı ilə onun arasında bağlanmış müqavilənin təqdim edilməsin. Bu səbəbdən iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə bu hallara qiymət verməyərək iddianı rədd etmək əvəzinə təmin edilməsi barədə qətnamə qəbul edilib.

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

14. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir. O, əlavə olaraq AN-İ ******* nömrəli xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi təqdim edərək, ünvan 2 ünvanında qeydiyyatda olduğunu, müqavilə qeyd edilən tarixdə həmin əmlakı satdığını bildirmişdir.

15. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, həmçinin cavabdehlə bağlınmış xx.xx.2016-cı il tarixli abonent müqaviləsini təqdim etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

19. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

20. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.

21. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçıların mənzillərinə su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

24. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

25. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv və iddia rədd edilməlidir.

33. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sudan istifadəyə və çirkab suların axıdılması xidmətlərindən istifadəyə görə 1027,01 manat borc var. Lakin bu borcun məhz cavabdehə aid olması birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir.

34. Cavabdeh iddia ərizəsində qeyd edilən ünvana heç bir aidiyyətinin olmadığını bildirsə də, məhkəmə bu halı araşdırmamışdır. Öz mövqeyini məhkəmə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinadla əsaslandıraraq, qeyd etmişdir ki, cavabdeh bu barədə hər hansı sübut təqdim etməmişdir.

35. Qeyd edilən məsələ apellyasiya şikayətinin dəlillərini təşkil edir.

36. Apellyasiya icraatı zamanı qeyd edilən məsələnin araşdırılması məqsədi ilə ünvan 3 ünvanı üzrə hər hansı istehlakçı ilə elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanıb-bağlanmaması barədə "xxxx" ASC-yə sorğu verilmişdir.

37. Eyni zamanda həmin ünvanda hər hansı istehlakçı ilə qazın alqı-satqısı müqaviləsinin bağlanıb-bağlanmaması barədə məlumat verilməsinə dair “Azəriqaz” İstehsalat Birliyinə sorğu verilmişdir.

38. “Azəriqaz” İstehsalat Birliyinin Bakı X4 İdarəsindən daxil olmuş 08 oktyabr 2025-ci il tarixli məktubda mübahisəli ünvana (Zığ yolu küçəsi, ev 15 A) aid istehlakçı hesabı **********00001 Zeynəb Əhmdədovanın adına qeydə alındığı göstərilmişdir.

39. AN-İ ******* nömrəli xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən də görünür ki, cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olmuş və həmin daşınmaz əmlakı satmışdır.

40. Göründüyü kimi, tələbin əsasını təşkil edən borc məbləği Zığ yolu küçəsi, ev 15 A ünvanında yerləşən evə yazılmışdır, lakin həmin ünvanın cavabdehə hər hansı aidiyyəti müəyyən edilməmişdir.

41. Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.20216-cı il tarixli Müqavilədən görünür mübahisəli ünvana dair tərtib edilmiş müqavilə cavabdehin Xətai rayon Sukanal İdarəsinin rəisi tərəfindən imza və möhürlə təsdiq edilsə də, istehlakçı (cavabdeh) tərəfindən imzalanmamış, rekvizit məlumatları hissəsində isə ümumiyyətlə heç bir qeyd aparılmamışdır.

42. Belə olan halda Kollegiya hesab edir ki, hazırki iddia tələbə cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır.

43. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz.

44. İddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumları onu ödəyən iddiaçının özünə aid edilməlidir.

45. İddiaçı tərəfindən cavabdehin 1027,01 manat borcunun yaranması da sübuta yetirilmir.

46. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Belə olduqda kollegiya hesab edir ki, iddia rədd edilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 394-1.3, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-838/2025 nömrəli iş üzrə 27 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar