Məhkəmə qərarları › İş №2(103)-50/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-50/2023

23.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-50/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Mədə-Bağırsaq sanatoriyasının cavabdeh İddiaçı2 qarşı torpaq sahəsinin boşaldılması, hasarın və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı1 Mədə-Bağırsaq sanatoriyasının cavabdeh İddiaçı2 qarşı torpaq sahəsinin boşaldılması, hasarın və tikilinin sökülməsi tələbinə dair iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli, 2(003)-368/2018 nömrəli qətnaməsindən cavabdeh İddiaçı2 verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı1 Mədə-Bağırsaq sanatoriyası İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sanatoriyaya məxsus olan və Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinin bir hissəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş hasarın və tikilinin sökülməsi, həmin sahənin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli, 2(003)- 368/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Cavabdeh İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2(103)-172/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.

5. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir.

KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(103)-913/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. İş üzrə elektron məhkəmə informasiya sistemindəki şəxsi məlumatlar qrafasından görünür ki, İddiaçı2 10 fevral 2023-cü il tarixdə ölmüşdür.

9. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh İddiaçı2 öldüyündən və tələb torpaq sahəsinin boşaldılması ilə bağlı olduğuna görə barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən qətnamə ləğv edilməli, hazırkı iş üzrə icraata xitam verilməlidir.

10. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli, 2(003)-368/2018 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı1 Mədə-Bağırsaq sanatoriyasının İddiaçı2 qarşı torpaq sahəsinin boşaldılması, hasarın və tikilinin sökülməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar