Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5001/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə),Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-960/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 5455,20 manat, hesablanmış cərimə borcuna görə 5018,18 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 10503.4 manat məbləğində pulun alınaraq, İddiaçı MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı: "İddiaçı” MMC, "MKT- Kürdəmir” filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2017- ci il tarixli 17295667 saylı müqavilə (iş.səh.6), pretenziya (səh.4) sübut kimi təqdim edilmişdir.Arayışa əsasən Cavabdeh cəmiyyətə 5455.20 manat borcunun qaldığı qeyd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-960/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh əsas borc 5455,20 manat, cərimə borcu 1000 manat olmaqla, ümumilikdə 6455,20 manat məbləğində pul tutularaq, iddiaçı "İddiaçı” MMC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 30 faizi iddiaçıya, 70 faizi cavabdehə aid edilməklə Cavabdeh 21 manat pul tutularaq, iddiaçı "İddiaçı” MMC-nə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 960/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 134, 138, 138.3, 217.1, 217.3, 217.4, 357.1, 372.1, 385.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və veri barədə məhkəmə bildirişləri və iddia ərizəsinin surəti ona təqdim edilməmiş, barəsində aparılan məhkəmə icraatı barədə məlumat verilməmişdir. Eyni zamanda iş uzrə qəbul edilmiş məhkəmə qətnaməsi ünvanına göndərilməmiş, birbaşa icra vərəqəsi verilmiş və qətnamənin mövcud olmasından icra şöbəsindən məlumat almışdır. Şikayət olunan qətnamə qeyd edilən prosessual pozuntulara yol verilməsi ilə bağlı ləğv edilməlidir İddia tələbləri ilə bağlı iddiaçı ilə əldə etdikləri razılığa əsasən sahibliyində olan 55 ha torpaq sahəsini ona təqdim etməyi və həmin sahədə görüləcək işlərin yerinə yetirilməsini təmin etməli, orada kənd təsərrüfatı texnikası işlətməli, pambıq əkməli, becərməli, ona gübrə verməli, hazır məhsulu yığmalı və yığılmış pambığın avans məbləğindən artıq hissəsinin hər bir tonununu 500 manatdan satmalı idi. Belə ki, iddiaçı və onun Kürdəmir filialı ilə aralarında 16.01 2017-ci il tarixli müqavilə bağlanmış, müqavilə uzrə o - təsərrüfat kimi, iddiaçının Kürdəmir filialı - tədarükçü, iddiaçı isə - alıcı kimi çıxış etmişdir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən tədarükçü aqrotexniki normaların tələblərinə uyğun alıcı tərəfindən təsərufata avans kimi toxumluq çiyid habelə mümkün olan halda zəhərli kimyəvi preparatlar, gübrələr və nəğd pul verə bilər, həmçinin şum, mala, səpin, kultivasiya. pambığın maşınla yığılması və s. aqrotexniki işlən apara bilər. 2.2.4-cü bəndinə əsasən bu müqavilənin icrası ilə əlaqədar alıcı tərəfindən təsərüfata verilən malmaterialın və pul vəsaitinin lazımi sənədləşmə əsasında təsərrüfata çatdırılmasını təmin edir. 3.2-ci bəndinə əsasən alıcı tədarükçü vasitəsi ilə təsərrüfatdan qəbul etdiyi xam pambığın kondisiya kütləsinin hər 1 kiloqramına 0,13 m olmaqla 1-5 gün ərzində yığım pulu ödəyəcəkdir. Təsərrüfatın avans məbləğindən artıq təhvil verdiyi xam pambığın dəyəri alıcı tərəfindən 1-5gün ərzində yığım pulu ödənilir. Tərəflərin razılığı ilə alıcının təsərrüfata borcu pambıq məhsulları və ya növbəti tərəssüfat ili üçün ona lazım ola biləcək materiallarla da ödənilə bilər. Müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən pambığın üzərində olan ziyanvericilərin öldürülməsi uçun zəhərli kimyəvi preparatlar verilmişdir. İddiaçı tərəfindən verlmiş kimyəvi preparatlar yararsız olduğu üçun ziyanverici həşəratlara hər hansı təsir göstərmədilər və bu səbəbdən məxsus torpaq sahəsində pambıq nəzərdə tutulduğu kimi yığıla bilmədi. Kimyəvi preparatların yararsız olması barədə “İddiaçı' MMCnin “MKT Kürdəmir" filialına müraciət edib, onlar nümayəndə göndərdi və icra nümayəndəsinin iştirakı ilə sahəyə baxış keçirildi. Müəyyən edildi ki, preparat təsir göstərməyib və pambığın bir hissəsi həşəratların vurduğu ziyan nəticəsində yararsız vəziyyətə düşüb. Bununla bağlı “İddiaçı" MMC-dən bildirildi ki, günah bizimkidir, məhsudarlığın aşağı düşməsi preparatın təsir göstərməməsi ilə əlaqədar baş vermişdir. Bu səbəbdən də şirkət digər təsərrüfatlar kimi ona borcunun olmaması ilə əlaqədar onu məhkəməyə vermədi. Belə ki, Kürdəmir rayonunda “İddiaçı" MMC ilə mənimlə bərabər başqa təsərrüfatlar da müqavilələr bağlamış, pambıq əkmişdilər. Həmin təsərrüfatlara da eyni yararsız kimyəvi preparatlar verilmişdi və nəticədə eyni məhsuldarlıq olmuşdur. İşlərin iddiaçının günahı ucbatından alınmaması ilə əlaqədar iddiaçının ondan qəbul etdiyi xam pambığın kondisiya kütləsinin hər 1 kiloqramına 0.13 m pulu da təsərrüfatdan istəməyib. Belə ki, hər 1 kq uçun ona 0.13 manat yığım pulu verilməli idi ki, həmin pul verilməmişdir. İddia tələbləri qədər olan yığım pulunu iddiaçıdan tələb etməmişdir. Özü qeyd edilən torpaq sahəsinə iddiaçının dəfələrlə artıq pul qoymuş texnika işlətmiş, zəhmət çəkmiş, işçi işlətmişdir. Lakin iddiaçının keyfiyyətsiz, köhnə və saxta preparatı ziyana düşməyinə səbəb olmuşdur. Bu vəziyyətdə iddiaçını məhkəməyə vermək əvəzinə iddiaçı ona qarşı vıcdansızcasına hazırkı iddia qaldırmışdır. Məhkəmə işin qeyd edilən məqamlarını araşdırmaq əvəzinə ona məhkəmə bildirişi göndərmədən işə tələsik baxmışdır. Eyni zamanda məhkəmə iş üzrə gəldiyi nəticəni əsaslandıra bilməmiş, əsassız və qanunsuz məhkəmə qətnaməsi çıxarılmışdır. Bununla da mulki prosessual qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin MM-in 21, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 462, 467, 550-554, 556, 560, 604; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, müqavilə (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, təsdiq edilmədiyindən, habelə bu barədə müzakirəyə tələb təqdim olunmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Diqqətə çatdırılmalıdır ki, cavabdeh apellyasiya şikayətində müqavilə münasibətlərində olmasını və öhdəliklərini etiraf etmiş, lakin iddiaçının hərəkətləri nəticəsində öhdəliklərin icrasının təmin edilməməsini israr etsədə buna dair (iddia) sübutlar təqdim edə bilməmişdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-960/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5001/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5001/2020
20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver