Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5008/2024 02.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat Ofisinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X27 cəlb olunmaqla, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mənzil üzərində tam payda iddiaçının pay hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras əmlakda payın müəyyən edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X21 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat Ofisinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X27 cəlb olunmaqla, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mənzil üzərində tam payda iddiaçının pay hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-897/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı 212963 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Şıxlınski küçəsi, 5 saylı evin 9 saylı mənzili tam payda X22 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır, bu barədə xx.xx.2004-cü ildə qeydiyyat aparılmışdır.
2. X33 ilə X2 xx.xx.1965-ci ildə nikaha daxil olmuşlar, nikahdan 3 övladları İddiaçı, X27 və X9.
3. X33 xx.xx.2014-cü ildə ölmüşdür.
4. AZ-İ seriyalı 784245 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2015-ci ildə ölmüşdür.
5. 5 saylı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-670 reyestr nömrəli notariat işində olan X27 tərəfindən 5 saylı notariat ofisinə ünvanlanmış xx.xx.2023- cü il tarixli ərizədən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, Şıxlınski küçəsi, 5 saylı evin 9 saylı mənzildən ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.
6. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən xx.xx.2014-cü ildə ölmüş X22 vərəsəsi X27 miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər ərazi idarəsində verilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64.92 kv.m olan mənzildən ibarətdir. Miras əmlakın 1/2 hissəsi açıq saxlanılmışdır.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64.92 kv.m olan mənzilin ½ hissəsi X6 xüsusi mülkiyyəti kimi reyestrdə ********** nömrə ilə xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. Mənzilin ½ hissəsinə mülkiyyət hüququ açıq saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat Ofisinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X27 cəlb olunmaqla, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mənzil üzərində tam payda iddiaçının pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, valideynləri - atası X33 25 noyabr 1938-ci ildə Goranboy rayonunda, anası X3 15 oktyabr 1944-cü ildə Goranboy rayonunda doğulmuşdur. X33 və X4 12 noyabr 1965-ci ildə nikaha daxil olmuşlar və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 3191 nömrə ilə qeyd edilmişdir. Evlənmə qeyd edildikdən sonra ərə Alışov, arvada Alışova soyadı verilmişdir. X33 və X1 birgə nikahından 3 övladları olmuşdur: O, qardaşı Alışov Elman və bacısı Xəlilova İradə. Atası, X33 xx.xx.2014-cü il tarixdə ürək damar çatmamazlığından Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 213 nömrə ilə qeyd edilmişdir. Anası, X3 xx.xx.2015ci il tarixdə şəkərli diabet tip2 səbəbi ilə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1068 nömrə ilə qeyd edilmişdir. Bildirir ki, o, İddiaçı xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 5, 9 saylı mənzildə valideynləri ilə yaşamışdır. Valideynlərinin bütün qayğıları, maddi və mənəvi tələbatları onun tərəfindən ödənilmişdir. Valideynlərinin son nəfəslərinə kimi ailə üzvləri ilə bir evdə yaşamışlar. Onların yaşadığı ev mərhum atası X22 adına olmuşdur. Bildirir ki, bacısı Xəlilova İradə ailə həyatı qurmuş və ər evinə gəlin köçmüşdür. Valideynləri sağ ikən onunla qardaşı arasında 2012-ci il tarixində pay bölgüsü aparılmışdır. Belə ki, X44 hazırda ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 3 ünvanında yerləşən 9 saylı mənzili ona vermişdir. Atası ona qardaşı Alışov Elmana 20.000 (iyirmi min) manat pul və həyətdə olan köşkü (maqazini) verməyini bildirmişdir. O da öz növbəsində mərhum atasının dediyi kimi 20.000 (iyirmi min) manat pulu və həyətdəki köşkü qardaşı Alışova Elmanın qayınatası İbrahimin iştirakı ilə və onun yanında qardaşı Elmana vermişdir. Həmin tarixdə, yəni valideynləri sağ ikən 2012-ci ildə qardaşı Alışov Elman onun ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxmış, hazırki vaxtadək özünə məxsus digər evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, ailə üzvləri ilə birlikdə yaşadığı evi sənədləşdirmək üçün müraciət edərkən ona məlum olmuşdur ki, qardaşı Alışov Elman atasının adına vərəsəlik işi açdırmış, evi öz adına sənədləşdirmişdir. Mərhum atası X10 miras qalmış ünvan 3 ünvanında yerləşən 9 saylı mənzil onun tərəfindən faktiki olaraq qəbul edilmiş və idarə edilməkdədir. Qeyd olunanlara əsasən, mərhum X10 miras qalmış ünvan 3 ünvanında yerləşən 9 saylı mənzil üzərindəki 1/2 payına dair iş üzrə üçüncü şəxs X6 qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X11 tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli, 2V-670 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə' nin etibarsız hesab edilməsi, mərhum X10 miras qalmış ünvan 3 ünvanında yerləşən 9 saylı mənzil üzərində İddiaçı tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-897/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat Ofisinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X27 cəlb olunmaqla, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mənzil üzərində tam payda iddiaçının pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin hallarından məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, 5 saylı evin 9 saylı mənzili hazırkı iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin ataları olan X10 onlara miras qalmışdır. Miras qoyanın övladı, X27 isə miras əmlakının açıldığı yer üzrə notariat ofisinə müraciət edərək mərhum atalarından qalmış miras əmlaka məcburi pay hüququnu tələb etmiş, hazırkı cavabdeh 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat ofisinin xüsusi notariusu isə miras əmlakını qəbul etməkdə maraqlı olan vərəsələrin müraciətlərini nəzərə alaraq həmin mənzilin 1/2 hissəsinə dair X12 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Həmin Təlimatın 96-cı bəndinin 4-cü hissəsinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Göründüyü kimi, X27 qanunvericiliklə onun hüququ olaraq müəyyən edilmiş qaydada, vərəsə kimi mərhum atasından miras qalmış əmlakın qəbul edilməsi üçün ərizə ilə notariusa müraciət etmiş və bunun əsasında ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. O cümlədən, notariat işində olan 94 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Notariat ofisinə təqdim edilmək üçün verilmiş xx.xx.2023-cü il tarixli 526 nömrəli arayışdan və 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan da müəyyən olunur ki, mərhum X22 xx.xx.2014- cü ildə vəfat etdiyi günə kimi ünvan 4 ünvanında oğlu- X27, gəlini X7, nəvəsi X29, gəlini X13, nəvəsi X23 və oğlu İddiaçı ibarət ailə tərkibi ilə birgə qeydiyyatda olmuşdur. Həmçinin, notariat işinə nəzər yetirdikdə müəyyən olunur, notarius tərəfindən qanunvericiliyin müvafiq tələblərinə əməl edilməklə bütün zəruri hərəkətlər edilmiş və miras əmlaka dair müvafiq şəhadətnamə verilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməsi üçün əsaslar yoxdur, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mübahisə predmeti olan mənzilə payın həcminin mübahisələndirilməsi ilə bağlı iddia tələbinə münasibətdə isə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilə bilməz, nəzərə alınmalıdır ki, həmin tələb ilkin tələbdən törəmə tələbdir, buna görə də, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1146, 1151.1, 1159.1.1, 1193, 1195, 1202.1, 1202.2, 1243.1, 1243.2, 1291, 1299.1, 1299.2, 1322-ci maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(007)-897/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, mərhumun ölümündən 9 il keçdikdən sonra üçüncü şəxs şəhadətnamə almışdır. Əmlakın faktiki kimin sahibliyində olması araşdırılmamışdır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. İşin faktiki hallarından, təqdim edilmiş sübutlardan, verilmiş izahatlar göründüyü kimi, iddiaçı tərəfindən miras əmlak faktiki olaraq qəbul edilmiş və onun idarəçiliyindədir. Əmlakla bağlı müəyyən yaxşılaşdırmalar həyata keçirilmişdir. Üçüncü şəxs isə hələ atası sağ ikən 2012-ci ildə evdən çıxmışdır. Həmin tarixdən etibarən miras əmlaka nəinki sahiblik, heç orada bir gün belə olsun yaşamamışdır. X44 isə 2014-cü ildə vəfat etmişdir. Mərhumun ölümündən 9 il keçdikdən sonra cavabdeh tərəfindən üçüncü şəxsə şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin verilməsinə əsas kimi 94 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 526 nömrəli arayış olmuşdur. Notarius tərəfindən həmin arayışa əsaslanıb şəhadətnamə versə belə məhkəmə həmin hissəni araşdırmalı idi. Çünki tərəfindən bununla bağlı konkret sübutlar təqdim edilmişdir. Ən mötəbər sübut isə üçüncü şəxs özü belə izahatında həmin evdən hələ valideynləri sağ ikən 2012-ci ildən çıxdığını qeyd etmiş, həmin evlə bağlı hər hansı əlaqəsi olmamışdır. Bundan başqa, tərəflərindən məhkəməyə qonşular tərəfindən tərtib edilmiş akt təqdim edilmişdir. Akt qonşuların imzası ilə təsdiq edilmişdir. Həmin aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi,ev 5 ünvanında yaşayan X28, X14, X15 və X8 təsdiq edirlər ki,mərhum Alışov Tarielin digər oğlu Alışov Elman hələ valideynləri sağ ikən 2012-ci ildən binadan köçmüş və həmin tarixdən qeyd olunan ünvanda yaşamır. Həmçinin, 94 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 125 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 9 saylı mənzildə İddiaçı, X13, X23, X26, X16 və X17 faktiki olaraq yaşayırlar. Göründüyü kimi qeyd olunan mənzilin kimin faktiki sahibliyində olması, kimin tərəfindən idarə olunması və mirasın kimi tərəfindən faktiki qəbulu mötəbər dəlillərlə sübut olunmuşdur. İşin faktiki hallarından da göründüyü kimi üçüncü şəxs Alışov Elman tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə olan təqdirdə, cavabdeh notarius tərəfindən imtina verilməli, üçün şəxs bununla bağlı məhkəməyə müraciət etməli idi. Yalnız məhkəmə tərəfindən müddət uzaldıldıqda və ya bərpa edildikdə vərəsəlik işi açıla bilərdi. Hazırki işin hallarından da göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən heç bir məhkəmə araşdırması aparılmadan, yalnız mülahizələrə əsaslanan qərar qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, atasını Goranboy rayonunda mülkü olub. Atası təqaüdə çıxanda ikisindən birinin işləyə biləcəyini və mənzil növbəsinə gözləyə biləcəyini demişdilər. Qardaşı işləməyə ora getmədi, istəmədi, çünki, cəzaçəkmə müəssisəsindən cəza çəkib çıxmışdır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
17. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı ailə üzvləri yoldaşı, qızı və kürəkəni ilə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 5, 9 saylı mənzildə yaşamışdır. Daha sonra iddiaçının bacısı ailə həyatı qurub, oradan köçmüşdür. İddiaçının valideynləri vəfat etdikdən uzun müddət sonra məlum olub ki, 2023cü ildə vərəsəlik işi açılıb və Elman Alışova “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilib. Alışov Elman qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Qanunvericiliyin tələbinə əsasən miras açıldığı gündən 6 ay müdətində müraciət edilməli idi. Hazırkı işdə üçüncü şəxs illər sonra notariat ofisinə müraciət etmişdir. Notariat ofisi ona imtina verməli idi. Daha sonra üçüncü şəxs məhkəmədə iddia qaldırmalı idi, sonra vərəsəlik işi açıla bilərdi. Məhkəmə 94 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışa əsaslanmışdır. Hesab edir ki, düzgün deyil. Üçüncü şəxs həmin evdə 2012-ci ilə qədər yaşayıb. Ataları isə 2014-cü ildə vəfat etmişdir. Üçüncü şəxs orada yaşamaya-yaşamaya 2023-cü ildə vərəsəliklə bağlı müraciət edib. Onlar həmin evdə kimlərin yaşadığı barəsində arayışı aldılar, notariat ofisinin hərəkətlərində qanunsuzluq var. Mənzil Kommunal İstismar Sahəsinin vəzifəsi kimlərin orada yaşamasını dəqiqləşdirmək idi, məhkəmə həmin orqanı üçüncü şəxs kimi icraata cəlb etməli idi. Qonşuların ərizələrini, X20 təqdim ediblər. Notariat Ofisi bütün qanunsuzluqlara göz yumub. Valideynləri sağ olarkən iddiaçı onlara baxmışdır, həm də iddiaçıya yaşadığı evin veriləcəyini, qardaşına isə 30.000 manat pulun və həyətdə olan köşkün veriləcəyi bildirilib. Bugün üçüncü şəxs oranı icarəyə verib, gəlir götürür. Həm də 30.000 manatı iddiaçıdan tələb edir. Elman həm evi, həm pulu, həm də köşkü götürüb, bu özbaşınalığa məhkəmə düzgün qiymət verməli idi. Məhkəmə arayışı da qətnamədə əsaslandırmayıb, sübutlar qismində qeyd etməyib. Onlar məhkəməyə arayışı, aktları, ərizələri təqdim etsələr də iş materiallarına əlavə edilməyib. Notariat işinin 12-ci səhifəsində iddiaçının bacısının imtina ilə bağlı ərizəsinin və itirilmiş müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət edə biləcəyi qeyd edilib. Amma, Elman müraciət etdikdə ona imtina edib, bu halları izah etməyib. Məhkəmə qətnaməsində məcburi pay üçün müraciət edilməsi qeyd edilsə də, qətnamədə bundan söhbət getmir. Elman özü qeyd edib ki, 2012-ci ildən orada yaşamır. İddiaçı mirası faktiki olaraq qəbul etmişdir. Hazırda iddiaçının mülkiyyət hüququ pozulub. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Ali Məhkəmənin 2015-ci il tarixli qərarında qeyd edilib ki, Notariat ofisinin hərəkətlərindən şikayətlərə ümümi iddia icraatı qaydasında baxılır. Şəhadətnaməni cavabdeh təqdim etdiyi və həmin sənədin etibarsızlığını mübahisələndirdiyi üçün notariat ofisini cavabdeh seçiblər, onun verdiyi sənəd əsasında üçüncü şəxs şəhadətnamə alıb, onun maraqlarına toxunacağı üçün də onu cavabdeh kimi qoymamışıq.
18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat Ofisi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Hazırki halda iddiaçının apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını mübahisələndirilən hissədə tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulduğu üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
24. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64.92 kv.m olan mənzilin ½ hissəsi X6 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmasına əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında 29 sentyabr 2023-cü il tarixli, 2V-670 reyestr nömrəli şəhadətnamənin etibarsız hesab edilməsini və İddiaçı mübahisəli mənzillə bağlı tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsini xahiş edir.
25. Mübahisələndirilən “qanun üzrə vərəsəlik hüququ haqqında” 29 sentyabr 2023-cü il tarixli, 2V-670 reyestr nömrəli şəhadətnaməyə əsasən xx.xx.2014-cü ildə ölmüş X22 vərəsəsi X27 miras əmlakdan - ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64.92 kv.m olan mənzildən 1/2 hissədə pay almaq hüququnun olması müəyyən edilmişdir.
26. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64.92 kv.m olan mənzilin ½ hissəsi X6 xüsusi mülkiyyəti kimi reyestrdə ********** nömrə ilə xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. Mənzilin ½ hissəsinə mülkiyyət hüququ açıq saxlanılmışdır.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozmuşdur.
28. Belə ki, iddiaçı tərəfindən “qanun üzrə vərəsəlik hüququ haqqında” 29 sentyabr 2023cü il tarixli, 2V-670 reyestr nömrəli şəhadətnaməni verən 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat Ofisinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, X27 isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İşə baxan məhkəmə isə X12 qarşı tələb olmadığını nəzərə almayaraq tələbə mahiyyəti üzrə baxmışdır.
29. Məhkəmə kollergiyası qeyd edir ki, üçüncü şəxsə qarşı mülki prosessual qanunvericiliyə uyğun qaydada irəli sürülmüş tələb olmadan onun əşya hüquqlarına dair məsələnin məhkəmə tərəfindən yoxlanılması və həll edilməsi yol verilməzdir.
30. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsində qeyd edilir ki, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
31. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
32. Kollegiya izah edir ki, İddiaçı X18 da notariat orqanı ilə birgə cavabdeh qismində əlavə etməklə hazırki iddia tələbi ilə yenidən məhkəməyə müraciət edə bilər.
33. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-897/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat Ofisinə qarşı mərhum X10 miras qalmış ünvan 3 ünvanında yerləşən 9 saylı mənzil üzərindəki ½ payına dair iş üzrə üçüncü şəxs X6 qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli, 2V-670 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, mərhum İddiaçı miras qalmış ünvan 8 ünvanında yerləşən 9 saylı mənzil üzərində İddiaçı tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
34. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-897/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat Ofisinə qarşı mərhum X10 miras qalmış ünvan 3 ünvanında yerləşən 9 saylı mənzil üzərindəki ½ payına dair iş üzrə üçüncü şəxs X6 qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli, 2V-670 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, mərhum İddiaçı miras qalmış ünvan 8 ünvanında yerləşən 9 saylı mənzil üzərində İddiaçı tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev