Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5009/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və cərimənin ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə ödənişin qəbul edilməsi və borcun olmamasına dair maliyyə arayışının verilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-561/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68.74 kv.m, satış sahəsi 124.36 kv.m olan 56 nömrəli mənzilə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68.74 kv.m, satış sahəsi 124.36 kv.m olan 56 nömrəli mənzilin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi, xx.xx.2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə Cavabdeh 88.282 manat məbləğində cərimənin və 355 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68.74 kv.m, satış sahəsi 124.36 kv.m olan 56 nömrəli mənzilə dair 105.904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmamasına dair maliyyə arayışının verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-561/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh 1.000 manat məbləğində cərimə alınaraq "xxxx" MMC-yə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan 355 manat dövlət rüsumunun 4 manatını Cavabdeh, 351 manatını "xxxx" MMC-yə aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 kv.m, satış sahəsi 124,36 kv.m olan 56 nömrəli mənzilə dair 105.904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmaması haqqında maliyyə arayışının verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə ərizə verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-561/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-561/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-561/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 ərizəsi təmin edilməmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-561/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə xx.xx.2024-cü il tarixdə alınmışdır. Qətnamə iddiaçıya poçt vasitəsi ilə göndərilməmişdir. Bu halda birinci instansiya məhkəməsi tətbiq etməli olduğu prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Həmin iş üzrə qətnamə "xxxx" MMC-yə göndərilməmiş və elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. 2(007)-561/2024 saylı mülki iş üzrə "xxxx" MMC-nin məhkəmədə təmsil etmək üçün Vəkil adına verilən etibarnamə xx.xx.2024-cü il tarixdə ləğv edilmiş, bununla əlaqədar vəkilin və "xxxx" MMC-nin elektron kabinetinə yerləşdirilmiş qətnamə barədə məlumat yalnız xx.xx.2024-cü il tarixdə alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-561/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-561/2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə vəkil və nümayəndə Vəkillə yanaşı "xxxx" MMC-nin “Elektron” məhkəmə informasiya sistemində yaradılmış şəxsi elektron kabinetinə də yerləşdirilmişdir. Bu səbəbdən qanunvericiliyin tələbləri baxımından bu cəmiyyətə münasibətdə qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımı yerləşdirmə tarixindən sonrakı gün, yəni xx.xx.2024-cü il tarixdə başlamış və xx.xx.2024cü il tarixdə bitmişdir. Cəmiyyət isə yalnız xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, cəmiyyət tərəfindən vəkil və nümayəndənin səlahiyyətlərinə xx.xx.2024-cü il tarixdə xitam verilməsinin müddətin axımına ümumiyyətlə hər hansı aidiyyəti yoxdur. Elektron kabinetin mövcud olması isə qətnamənin poçt vasitəsi ilə göndərilməsinə olan zərurəti aradan qaldırmış olur. Eyni zamanda, xx.xx.2024-cü il tarixdən elektron kabinetdə olmasına baxmayaraq, cəmiyyət tərəfindən bu qətnamə barədə yalnız xx.xx.2024-cü il tarixdə məlumat əldə edilməsi isə nə şikayət etmə müddətinin axımının bu tarixdən başlanmasını özündə ehtiva edir, nədə ki, müddətin buraxılmasını üzürlü hesab edilməklə, bərpası üçün əsas yaradır. Belə ki, üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin hazırda cavabdeh tərəfindən göstərilən hallar bu hallara aid deyil. Nəticə etibarı ilə cəmiyyət xx.xx.2024-cü il tarixədək apellyasiya şikayətinin verilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Qeyd edilənlər öz növbəsində buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-561/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5009/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5009/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver