Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5012/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız təyin edilmiş borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(001)-2181/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız təyin edilmiş cərimənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 486 manat məbləğində borcun silinməsi və hüquqi xidmət haqqı olaraq ödədiyi 300 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(001)- 2181/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı (Abonent kodu: **********00310) qazdan istifadəyə görə hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən silinməsi, hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz) manat məbləğində xərcin 100 (yüz) manatı cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq İddiaçı ödənilməsi, iddia digər hissədə təmin edilməməsi, cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 22 (iyirmi iki) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası qanunvericili əsasında fəaliyyət göstərən fərdi qaydada fəaliyyət göstərən X2 ilə 01 dekabr 2020-ci il tarixli məsləhət xidmətləri haqqında müqavilə və 10 dekabr 2020-ci il tarixli qiymət razılaşma protokolu bağlayaraq sifarişçi qismində hüquqi xidmətlər almış və hələ də almaqdadır. Bunun müqabilində o, hüquqşünasa razılaşma əsasında 01 dekabr 2020-ci il tarixli mədaxil qəbzindən də göründüyü kimi 300 manat məbləğində xidmət haqqı ödəmişdir. Qanunvericilikdə hüquqi xidmət göstərilməsi ilə bağlı ödənilən məbləginin həcminə heç bir məhdudiyyət qoyulmur. Bununla yanaşı o hüquqşünasın fəaliyyətindən və iş üslubundan son dərəcədə razıdır. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının hüquqi yardıma görə ödənilən xəclərin müəyyən edilməsi hissədə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi təmin olunmayan hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası işin araşdırılması zamanı müəyyən etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən fərdi sahibkar X2 ilə İddiaçı arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli məsləhət xidmətləri haqqında müqavilədən və qiymət razılaşma protokolundan görünür ki, hüquqşünas sifarişçiyə bu müqavilənin ayrılmaz hissəsi olan ayrı-ayrı əlavələrdə (qiymət razılaşma protokolları və.s) göstərilən hüquqi yardımı göstərməyi sifarişçi isə bunun müqabilində hüquqşünasa həmin sənədlərdə qeyd edilən 300 manat məbləğində hüquqi xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür; 10 dekabr 2020-ci il tarixli, GDH/1 549603 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 300 manat məbləğində hüquqi xidmət haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə məhkəmə iddia tələbinin hüquqi xidmət haqqı olaraq ödənilmiş 300 manat məbləğin cavabdehdən tutulması hissəsi ilə bağlı iddiaçıya göstərilmiş hüquqi yardıma görə xərcin məbləğini və işin mürəkkəbliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və ağlabatan məbləğ olaraq 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi digər hissədə təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçı cavabdehdən hüquqi xidmətə görə 300 manat tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən ididaçı tərəfindən nümayəndəyə hüquqi yardıma görə 300 manat məbləğində pulun ödənilməsi ağlabatan məbləğ hesab olunmaqla cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən iddiaçının xeyrinə tutulmalıdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(001)-2181/2021 nömrəli qətnaməsi hüquqi yardıma görə 100 (bir yüz) manat cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 300 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 404- 1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(001)- 2181/2021 nömrəli qətnaməsi qismən ləğv edilsin. Hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz) manat məbləğində xərc cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5012/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5012/2021
01.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver