Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5012/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X15, Bakı Şəhəri 25 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19rşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mirasın qəbul edilmiş hesab edilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 aprel 2024-cü il tarixli qətnamədən cavabdeh (mərhum) Cavabdeh1 vərəsəsi X5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə, iddiaçıların nümayəndələri (anaları) X6 və (vəkili) Vəkil3, cavabdeh (mərhum) Cavabdeh1 vərəsəsi X10 və onun vəkili (nümayəndəsi) Nümayəndə Məmməd oğlunun, üçüncü şəxs X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İş üzrə iddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 25 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-31 reyestr nömrəli (vərəsəlik işinin nömrəsi V24/2022) “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” ünvan 2 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 142,60 kv.metr olan fərdi yaşayış evi və 0,210170 ha ölçüsü olan torpaq sahəsi ilə bağlı Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi, satıcı olaraq Cavabdeh1 ilə alıcı olaraq cavabdeh Lalə Bağırzadə arasında 25 saylı Notariat Ofisində mübahisəli daşınmaz əmlakla bağlı bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi və həmin müqaviləsi əsasında “Daşınmaz əmlakın dövlət reyestrində” mübahisəli daşınmaz əmlaklar ilə bağlı cavabdeh Lalə Bağırzadənin adına xx.xx.2022-ci il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi, iddiaçıların babası X1 miras qalmış həmin daşınmaz əmlakın miras əmlak kimi iddiaçılar tərəfindən qəbul edilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində həmçinin qanunvericiliklə müəyyən edilmiş mirasın qəbul edilməsi müddətini gözləmədən və vərəsələr dairəsini müəyyən etmədən şəxsin vəfat etdiyi gündən 6 gün sonra vərəsəlik hüququ haqqında şəhadətnamə verdiyi üçün 25 saylı Notariat Ofisinin notariusu X11 barədə xüsusi qərardad qəbul edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası X14 xx.xx.1998-ci il tarixdə iddiaçıların anası X12 ilə ailə qurmuş, lakin onlar rəsmi nikaha girməmişlər. Toy olduqdan sonra anaları mübahisəli evə gəlin köçərək orada yaşamağa başlamışdır. Onlar birgə yaşamış, birgə təsərrüfat aparmışlar. Həmin ünvanda xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.2001-ci il təvəllüdlü Rahiməxanım Mirzəyeva doğulmuşlar. Valideynlərinin nikahları olmadığı üçün İddiaçı1 aid xx.xx.2002-ci il tarixdə atalığın müəyyən edilməsi, Rahiməxanım Mirzəyevaya aid xx.xx.2002-ci il tarixdə atalığın müəyyən edilməsi haqqında Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən şəhadətnamələr verilmişdir. İddiaçılar uzun müddət valideynləri ilə birgə həmin evdə yaşamışlar. Müəyyən müddət sonra valideynləri arasında mübahisələr olduğundan, aralarında nikah olmadığına görə valideynləri sadəcə olaraq nikah münasibətlərinə son qoymuşlar. İddiaçıların atası İmran Mirzəyev xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış və vəfat etmişdir. Bu barədə Bakı Şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “Ölüm haqqında şəhadətnamə” verilmişdir. İddiaçıların babası X2 isə xərçəng xəstəliyi səbəbindən xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022ci il tarixdə “Ölüm haqqında şəhadətnamə” verilmişdir. Bu yaxınlarda iddiaçılara məlum olmuşdur ki, babalarının vəfatından sonra nənələri, yəni Cavabdeh1 iddiaçıların xəbəri olmadan təxminən 1 ay ərzində mübahisəli əmlakı miras kimi qəbul etmiş, xx.xx.2022-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”, xx.xx.2022-ci il tarixdə isə “Daşınmaz əmlakın dövlət reyestrindən” çıxarış almışdır. Halbuki, iddiaçılar atalarının vərəsələri olmuşlar və həmin mübahisəli əmlakda payları vardır. Bundan başqa, Cavabdeh1 iddiaçıların xəbəri olmadan mübahisəli torpaq sahəsinin bir hissəsini Lalə Bağırzadəyə satmış və bu barədə onların arasında xx.xx.2022-ci il tarixdə 25 saylı Notariat Ofisində “Alğı-satqı müqaviləsi” bağlanmışdır.
3. İddia ərizəsi əsasında başlanmış mülki işə baxılan zaman, yəni xx.xx.2024-cü il tarixdə Cavabdeh1 ölmüşdür. Rayon Məhkəməsi bunu nəzərə alaraq mərhum Cavabdeh1 vərəsəsi X7 işin baxılmasına cəlb etmişdir.
4. Bundan başqa işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı predmeti olan iddiaçının X3 maraqlarına toxunduğunu nəzərə alaraq onu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb etmişdir. b) iş üzrə verilmiş izahatlar barədə məlumat
5. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi (anası) İradə Əliyeva iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, müəyyən səbəblərə görə onun (İradə Əliyevanın) iddiaçıların atası İmran Mirzəyev ilə rəsmi nikahları olmasa da, o, həmin evə gəlin köçmüş, uşaqları – iddiaçılar həmin evdə anadan olmuşlar. Nikah olmadığı üçün İddiaçı1 aid xx.xx.2002-ci il tarixdə, iddiaçı Rahiməxanım Mirzəyevaya aid xx.xx.2002-ci il tarixdə “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr” verilmişdir. İddiaçıların atası İmran Mirzəyev xx.xx.2021-ci il tarixdə, iddiaçıların ata tərəfindən babası Davud Mirzəyev isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. O, övladlarının – iddiaçıların payının ayrıldığını düşünmüş, daha sonra cavabdeh Lalə Bağırzadənin evinin tikildiyini gördükdə məsələ ona aydın olmuşdur. O, əvvəllər torpağın satıldığını bilməmişdir. Bu hal ona 2022-ci ilin aprel ayında məlum olmuşdur. Torpağın sahəsi 40 sotdan yuxarı olmuş, satılandan sonra 21 sot qalmışdır. Lalə Bağırzadəyə satılmış hissədə iddiaçıların payı vardır. Miras əmlakda hal-hazırda o, iddiaçılar və baldızı uşaqları ilə yaşayırlar. Evin iki otağı onların istifadəsindədir. İddiaçılar atalarının vərəsələri olmuşlar və həmin mübahisəli əmlakda payları vardır.
6. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Lalə Bağırzadənin vəkili (nümayəndəsi) Vəkil2 iddia tələbini qəbul etməyərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, hazırkı iş üzrə cavabdeh Nairə Mirzəyeva xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsinə” Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 ünvanında yerləşən ümumi sahəsi 0,21017 ha olan torpaq sahəsinin 0,07637 ha-dan ibarət hissəsini cavabdeh Lalə Bağırzadəyə satmışdır. Həmin müqaviləni xx.xx.2022-ci il tarixli, AR-İİ seriyalı, 525835 etibarnamə əsasında Cavabdeh1 nümayəndəsi X9 imzalamışdır. Cavabdeh Lalə Bağırzadə aldığı torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmiş və həmin yaşayış evi torpaq sahəsi ilə birlikdə mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmış və bu barədə “Daşınmaz əmlakın dövlət reyestrindən” onun adına xx.xx.2022-ci il tarixdə “Reyestrdən çıxarış” verilmişdir. Cavabdeh Lalə Bağırzadəyə qarşı yönəlmiş iddia tələbi tamamilə əsassızdır. X24 torpaq sahəsini notarial qaydada bağlanmış müqavilə əsasında almış və torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etməklə, həmin evə də mülkiyyət hüququ əldə etmişdir. Qeyd edilən torpaq sahəsinə münasibətdə hər hansı digər vərəsələrin olması barədə alıcı Lalə Bağırzadənin heç bir məlum olmamış, o, həmin torpaq sahəsinin almaqdan əvvəl bir neçə dəfə həmin torpaq sahəsinə satıcı Cavabdeh1 ilə birlikdə baxmış və satıcı tərəfindən belə vərəsələrin mövcudluğu barədə ona heçnə bildirilməmişdir. Göründüyü kimi, Lalə Bağırzadə torpaq sahəsinin dəyərini ödənilməklə əvəzli qaydada əldə etmiş, bu zaman o, vicdanla davranmışdır.
7. Cavabdeh (mərhum) Cavabdeh1 vərəsəsi Samirə Məmmədovanın vəkili (nümayəndəsi) Vəkil1 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddia müddəti üzrsüz səbəblərdən buraxıldığı üçün tələbə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, iddiaçılar iddia tələblərini onunla əsaslandırırlar ki, onlar xx.xx.2022-ci il tarixində vəfat etmiş Davud Mirzəyevin nəvələridir, ataları xx.xx.2021-ci il tarixində vəfat etmiş İmran Mirzəyevdir. Onlara bu yaxınlarda məlum olmuşdur ki, nənələri Cavabdeh1 Davud Mirzəyevdən miras qalmış torpaq sahəsini və evi onların xəbəri olmadan miras əmlak kimi qəbul etmişdir. Bu zaman onların mərhum atalarının vərəsələri olduqlarını və miras əmlakda paylarının olması nəzərə alınmamış, həmin evin yerləşdiyi torpaq sahəsinin bir hissəsi xx.xx.2022-ci il tarixində Lalə Bağırzadəyə satmışdır. İddiaçılar isə hazırkı iddia ərizəsini məhkəməyə, həmin müqavilə bağlandıqdan təxminən 1 il 7 ay keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə vermişlər. Halbuki, bu müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia, müqavilə bağlandığı tarixdən etibarən 1 il müddətində verilə bilərdi. Bu zaman nəzərə alınmalıdır ki, Lalə Bağırzadə torpaq sahəsini satın aldıqdan dərhal sonra orada evin inşasına başlamışdır. Göründüyü kimi iddiaçılar iddia müddətini ötürmüşlər. İddiaçılar iddia müddətinin onlar tərəfindən ötürülməsinin məhz üzrlü səbəbdən baş verməsini əsaslandıra bilmirlər.
8. Samirə Məmmədova iddiaya etiraz edərək, Rayon Məhkəməsinə vəkili (nümayəndəsi) Vəkil1 verdiyi izahatına uyğun izahat verdi.
9. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Təranə Mirzəyeva iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, mərhum əmisi Davud Mirzəyevin arvadı Cavabdeh1 ona verdiyi etibarnamə əsasında çıxış edərək, mübahisəli torpaq sahəsinin bir hissəsini Lalə Bağırzadəyə satmışdır. İş üzrə iddiaçıların bundan və Lalə Bağırzadənin torpaq sahəsini aldıqdan sonra orada evin inşa etməsindən ilk gündən xəbərləri olmuşdur. Hal-hazırda orda ev var və orada Lalə Bağırzadənin anası yaşayır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
10. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 25 saylı Notariat Ofisi tərəfindən cavabdeh (mərhum) Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-31 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsini, həmin şəhadətnamə əsasında “Daşınmaz əmlakın dövlət reyestrində” mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi barədə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsini, iddiaçıların babası Davud Mirzəyevdən miras qalmış həmin daşınmaz əmlakların iddiaçılar tərəfindən miras əmlak kimi qəbul edilmiş hesab edilməsini, iddianın qalan hissəsinin təmin edilməməsini qət etmişdir.
11. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras qoyan Davud Mirzəyevin qanun üzrə vərəsəsi yalnız arvadı Cavabdeh1 deyil, həmçinin onun vəfat etmiş övladı İmran Mirzəyevin övladları – iş üzrə iddiaçılardır. İddiaçılar doğulduqları vaxtdan hazırkı vaxtadək miras əmlak olan evdə qeydiyyatda olmaqla və orada yaşamaqla, miras əmlakı qəbul etmiş sayılırlar və miras əmlakı qəbul etməkdən başqa şəxslərin xeyrinə imtina etməmişlər. Bu səbəbdən, iddia həmin hissələrdə əsaslı sayılaraq, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində mübahisəli ev və evin yerləşdiyi torpaq sahəsi ilə bağlı Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə aparılmış qeydiyyat ləğv edilməli və sözügedən miras əmlak iddiaçılar tərəfindən qəbul edilmiş hesab edilməlidir. İşin məhkəmə iclasında araşdırılmış halları ilə cavabdeh Lalə Bağırzadənin mübahisəli torpaq sahəsinin bir hissəsini aldığı zaman torpaq sahəsinin mübahisəli miras əmlak olduğu, miras əmlaka dair başqa vərəsələrin – iddiaçıların olduğundan xəbərdar olması müəyyən edilmədi. Bu səbəbdən, o, aldığı torpaq sahəsinə dair vicdanlı əldə edən hesab olunmalıdır. İddiaçılar həmin torpaq sahəsi ilə yanaşı, torpaq sahəsinin üzərində cavabdehin inşa etdiyi fərdi yaşayış evinə münasibətdə də çıxarışın ləğv edilməsini xahiş etmişdir. Buna görə də, məhkəmə iddia tələbinin həmin hissələrdə əsassız olması qənaətinə gəlir. d) apellyasiya şikayətləri barədə məlumat
12. İş üzrə Cavabdeh1 vərəsəsi Samirə Məmmədova və üçüncü şəxs Təranə Mirzəyeva həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişlər.
13. Məzmunu eynilik təşkil edən hər iki apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 25 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi üçün hüquqi əsas mövcud deyil. Buna baxmayaraq Rayon Məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, iddia müddətinin buraxılmasını nəzərə almamış, sübutlara düzgün qiymət verməyərək, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla iddianın təmin edilməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
14. Cavabdeh1 vərəsəsi Samirə Məmmədova və onun vəkili (nümayəndəsi) Nümayəndə və üçüncü şəxs Təranə Mirzəyeva apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətlərinin dəlillərini müdafiə etdilər və şikayətlərin məzmununa uyğun izahat verdilər.
15. İddiaçıların vəkili (nümayəndəsi) Vəkil3 və iddiaçıların nümayəndəsi (anası) İradə Əliyeva apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətlərinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdilər.
16. Cavabdeh Lalə Bağırzadə, cavabdeh 25 saylı Notariat Ofisinin nümayəndəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat
17. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçılar qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışlar.
18. Apellyatorlar Cavabdeh1 vərəsəsi Samirə Məmmədova və iş üzrə üçüncü şəxs olan Təranə Mirzəyevanın qətnamədən verdikləri apellyasiya şikayətlərin məzmunundan görünür ki, onlar da iddianın bir qisminin təmin edilməməsi barədə hissəsini mübahisələndirməmişlər.
19. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
20. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, xx.xx.1970-ci il tarixdə verilmiş “Evlənmək haqqında şəhadətnamədən” görünür ki, Davud Mirzəyev ilə Cavabdeh1 həmin tarixdə nikaha daxil olmuşlar.
22. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, iddiaçıların atası X26 Mirzəyev ilə Cavabdeh1 övladıdır. İddiaçıların atası İmran Mirzəyev xx.xx.1998-ci il tarixdə iddiaçıların anası İradə Əliyeva ilə ailə qurmuş, lakin onlar rəsmi nikaha girməmişlər. İddiaçı1 xx.xx.1999-cu il tarixdə və Rahiməxanım Mirzəyeva isə xx.xx.2001-ci il tarixdə doğulmuşlar. Valideynlərinin nikahları olmadığı üçün İddiaçı1 aid xx.xx.2002-ci il tarixdə atalığın müəyyən edilməsi, Rahiməxanım Mirzəyevaya aid xx.xx.2002-ci il tarixdə atalığın müəyyən edilməsi haqqında Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən şəhadətnamələr verilmişdir.
23. Bakı Şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, iddiaçıların atası İmran Mirzəyev xx.xx.2021-ci il tarixdə ölmüşdür.
24. Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, iddiaçıların babası (İmran Mirzəyevin atası) Davud Mirzəyev xx.xx.2022-ci il tarixdə ölmüşdür.
25. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, ünvan 2 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 142,60 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi xx.xx.2011-ci il tarixdə Davud Mirzəyevin adına qeydiyyata alınmışdır.
26. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, həmin ünvanda yerləşən və ümumi sahəsi 142,60 kv.metr olan fərdi yaşayış evi və 0,210170 ha ölçüsü olan torpaq sahəsi xüsusi mülkiyyət kimi Davud Mirzəyevin adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
27. İşdə olan və xx.xx.2022-ci il tarixdə notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, mübahisəli daşınmaz əmlakların mülkiyyətçisi olmuş Davud Mirzəyevin övladı Samirə Məmmədova xx.xx.2022-ci il tarixdə vəfat etmiş atasının ölümdən sonra miras qalmış bütün əmlakdan imtina edir və gələcəkdə bununla bağlı məhkəmədə heç bir iddia qaldırmayacaqdır.
28. Bakı Şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Davud Mirzəyevin vərəsəsi olan arvadı Cavabdeh1 miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak yuxarıda qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evidir.
29. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, miras əmlak olan, yuxarıda qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi reyestrdə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
30. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə verdiyi etibarnamədən görünür ki, o, ona məxsus və yuxarıda qeyd edilən ünvanda yerləşən, ümumi sahəsi 0,210170 ha ölçüsü olan torpaq sahəsinə sərəncam verməyi və s. hüquqları Təranə Mirzəyevaya etibar etmişdir.
31. Cavabdeh1 verdiyi etibarnamə əsasında çıxış edən Təranə Mirzəyeva ilə Lalə Bağırzadə arasında xx.xx.2022-ci il tarixdə bağlanmış və 25 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış “Alğı-satqı müqaviləsindən” görünür ki, Cavabdeh1 mülkiyyətində olan həmin torpaq sahəsinin 0,07636 ha hissəsini 30.000 manata Lalə Bağırzadəyə satmışdır.
32. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, mübahisəli 0,0764 ha ölçüsü olan torpaq sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Lalə Bağırzadənin adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
33. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, ölçüsü 0,0764 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş və ümumi sahəsi 134,90 kv metr olan 30 “H” saylı fərdi yaşayış evi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Lalə Bağırzadənin adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
34. İşdə olan xx.xx.2024-cü il tarixli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.
35. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iş üzrə iddiaçılar cavabdeh Naira Qurqenovnanın nəvələridir. İddiaçılar doğulduqları vaxtdan hal-hazıradək ünvan 2 ünvanında yaşayırlar. İddiaçıların atası İmran Mirzəyev xx.xx.2021-ci il tarixdə, ata tərəfdən babaları – qeyd edilən torpaq sahəsinin və evin mülkiyyətçisi olmuş Davud Mirzəyev isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. İddiaçıların babalarının vəfatından sonra iddiaçıların nənələri Cavabdeh1 iddiaçıların xəbəri olmadan mərhum əri Davud Mirzəyevdən miras qalmış evi yeganə vərəsə olaraq qəbul etmiş, bununla bağlı xx.xx.2022-ci il tarixdə ona “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Naira Mirzəyevə həmin şəhadətnamə əsasında miras qalmış əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2022-ci il tarixdə “Çıxarış” almış və bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin bir hissəsini Lalə Bağırzadəyə satmışdır. Satışdan əldə olunmuş vəsaitdən iddiaçılara hər hansı bir məbləğdə pul verilməmişdir.
36. İddiaçılar notariat ofisinin qanunvericiliyin tələblərini və qanunda nəzərdə tutulmuş müddəti gözləmədən, iş üzrə cavabdeh olan nənələri Naira Qurqenovnaya “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsi, eyni zamanda onların da payının olmasına istinad edərək, torpaq sahəsinin bir hissəsinin iş üzrə digər cavabdeh Lalə Bağırzadəyə satılması ilə razılaşmayıb, aparılmış bütün hüquqi əməliyyatların etibarsız hesab olunmasını xahiş edirlər. Onlar, miras əmlakda – fərdi yaşayış evində və torpaq sahəsində, həmçinin torpaq sahəsinin satıldığı hissədə yaşamalarına istinad edərək, sözügedən əmlakın onlar tərəfindən miras əmlak kimi qəbul edilmiş hesab edilməsini məhkəmədən xahiş edirlər.
37. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin hazırkı apellyasiya baxışının predmeti olan hissəsinin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.). Qanun üzrə vərəsələr birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılır (maddə 1159.1.). Qanun üzrə vərəsələr ikinci növbədə ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar (maddə 1159.2.). Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar (maddə 1159.3.). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (maddə 1243.1.). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2.). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3.). Digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz (maddə 1249.). Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər (maddə 1261.). Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir (maddə 1322.).
38. Qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə qeyd edir ki, miras qoyan Davud Mirzəyevin qanun üzrə vərəsəsi yalnız arvadı Cavabdeh1 deyil, həmçinin vəfat etmiş övladı İmran Mirzəyevin övladları – iş üzrə iddiaçılardır. Çünki iddiaçılar doğulduqları vaxtdan hazırkı vaxtadək miras əmlakda – fərdi yaşayış evində və torpaq sahəsində, həmçinin torpaq sahəsinin satıldığı hissədə qeydiyyatda olmaqla və orada yaşamaqla, miras əmlakı qəbul etmiş sayılırlar və miras əmlakı qəbul etməkdən başqa şəxslərin xeyrinə imtina etməmişlər.
39. Bu səbəbdən, iddianın qismən təmin edilməsi hissəsində Rayon Məhkəməsi düzgün nəticəyə gəlmiş və haqlı olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında “Daşınmaz əmlakın dövlət reyestrində” Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 142,60 kv.m olan fərdi yaşayış evi və 0,210170 ha ölçüsü olan torpaq sahəsi ilə bağlı Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə aparılmış qeydiyyatı ləğv edilməsi və sözügedən miras əmlakın iddiaçılar tərəfindən qəbul edilmiş hesab edilməsi barədə qətnamə qəbul etmişdir.
40. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımaqla əsassız hesab edilir.
41. Məhkəmə həmçinin cavabdeh (mərhum) Cavabdeh1 vərəsəsi Samirə Məmmədovanın iddia müddətinin buraxılması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Samirə Məmmədova tərəfindən Rayon Məhkəməsinə verilmiş “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizədə iddia müddətinin tətbiq edilməsi Cavabdeh1 ilə Lalə Bağırzadə arasında xx.xx.2022-ci il tarixində bağlanmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə tələbə yönəldilmişdir. Digər iddia tələblərinə iddia müddətinin tətbiqi xahiş edilməmişdir. Hazırda isə Samirə Məmmədova qətnamədən verdiyi apellyasiya şikayətində iddia müddətinin digər tələblərə də tətbiq edilməsini xahiş edir.
42. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun müəyyən etdikləri məhkəmə təcrübəsinə görə, “iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizə” işə baxan birinci instansiya məhkəməsinə verilməlidir, əgər bu kimi ərizə birinci instansiya məhkəməsinə verilməmişdirsə, onda onun apellyasiya instansiya məhkəməsində verilməsi mümkün deyil.
43. Odur ki, göstərilənləri və Samirə Məmmədovanın işə baxmış Rayon Məhkəməsinə verdiyi “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizənin məzmununu (həcmini) və Cavabdeh1 ilə Lalə Bağırzadə arasında xx.xx.2022-ci il tarixində bağlanmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə tələbin hazırkı apellyasiya baxışının premetini təşkil etməməsini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətində iddia müddətinin tətbiqi ilə bağlı ifadə edilmiş xüsusatlar heç bir halda əsaslı hesab edilə bilməz. h) apelyasiyanın nəticəsi
44. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur
45. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
46. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorların özünə aid edilməlidir.
48. Məhkəmə həmçinin bildirir ki, iddiaçılar iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən və həmin hissədə qətnamə apellyasiya baxışının predmetini təşkil etmədiyindən, iddianın bir qisminin təmin edilməsi barədə hissədə isə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından iddiaçılar hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.
49. Cavabdehlər Lalə Bağırzadə, 25 saylı Notariat Ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiklərindən və Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından onlar da hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.
50. Apellyatorların apellyasiya şikayətləri təmin edilmədiyindən onlar, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdirlər.
51. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 aprel 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Cavabdeh1 vərəsəsi X10 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.