Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5013/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Rahim oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5013/2024 (Açar sözlər: kirayə haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Rahim oğluna qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-325/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 Rahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə 28 avqust 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" MMC və təsisçi Cavabdeh2 Rahim oğlu ilə İddiaçı arasında bağlanmış 13 fevral 2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti başçısının 16 noyabr 2017-ci il tarixli 328 saylı sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında istismar müddətini bitirmiş qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyətçi”nin söküntüsü nəzərdə tutulmuş 4 (dörd) otaqdan ibarət (141 kv.m. ümumi sahəsi olan) mənzillərinin əvəzində həmin yerdə, yəni ünvan 2 ünvanında tikiləcək yüksəkmərtəbəli (18 mərtəbə) yaşayış binasında ümumi sahələri 173.4 kv.metr təşkil edən tam təmirli 2 (iki) mənzili birinci giriş (A blokunun) 10-cu mərtəbəsində 86.7 kv.m 2 otaqlı, həmin blokun 11- ci mərtəbəsində isə 86.7 kv.m 2 otaqlı “Mülkiyətçi’nin mülkiyətinə verilməsini, “Mülkiyətçi”nin isə söküləcək mənzilin "xxxx" MMCnin istifadə və sahibliyinə verməsini öhdəsinə götürmüşdür. Bununla yanaşı, İddiaçı 2020ci ilin fevral ayında müqavilə bağlanıldığı vaxtdan 2023-cü ilin sentyabr ayına kimi hər ay üçün 500 manat kirayə haqqı olmaqla ümumilikdə 18000 manat kirayə haqqı ödənilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “İnşaat Konstruksiyaları" MMC-dən kirayə borcuna görə 36000 manat (18000 manat kirayə borcuna görə, 18000 manat isə müqavilənin 2.2.3-cü maddəsinə əsasən gecikdirilən hər ay üçün ödənən mənzil kirayə haqqının 2 (iki) misli miqdarında pul 18000 x 2= 36000) və dövlət rüsumu kimi ödənilmiş 198 manat pulun alınaraq ona ödənilməsi və gələcək üçün aylıq kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 13 fevral 2018-ci il tarixli müqavilədə nəzərdə tutulan öhdəlikləri icra etməmələrinə görə 36000 manat (18000 manat kirayə borcuna görə, 18000 manat isə müqavilənin 2.2.3-cü maddəsinə əsasən gecikdirilən hər ay üçün ödənən mənzil kirayə haqqının 2 misli miqdarında pul 18000 x 2= 36000) və dövlət rüsumu kimi ödənilmiş 198 manat məbləğində pul vəsaitinin cavabdehlər “İnşaat Konstruksiyaları" MMC və Cavabdeh2 Rahim oğlundan müştərək qaydada alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC və təsisçi Cavabdeh2 Rahim oğlu ilə İddiaçı arasında bağlanmış 13 fevral 2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti başçısının 16 noyabr 2017-ci il tarixli 328 saylı sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında istismar müddətini bitirmiş qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyətçi”nin söküntüsü nəzərdə tutulmuş 4 (dörd) otaqdan ibarət (141 kv.m. ümumi sahəsi olan) mənzillərinin əvəzində həmin yerdə, yəni ünvan 2 ünvanında tikiləcək yüksəkmərtəbəli (18 mərtəbə) yaşayış binasında ümumi sahələri 173.4 kv.metr təşkil edən tam təmirli 2 (iki) mənzili birinci giriş (A blokunun) 10-cu mərtəbəsində 86.7 kv.m 2 otaqlı, həmin blokun 11- ci mərtəbəsində isə 86.7 kv.m 2 otaqlı “Mülkiyətçi’nin mülkiyətinə verilməsini, “Mülkiyətçi”nin isə söküləcək mənzilin "xxxx" MMC-nin istifadə və sahibliyinə verməsini öhdəsinə götürmüşdür. İddiaçı dəfələrlə "xxxx" MMC-nin təsisçi Cavabdeh2 Rahim oğlu ilə görüşüb və ona məxsus mobil nömrə ilə (050 210-04-75) əlaqə saxlamış, o, müxtəlif bəhanələr gətirərək qısa zamanda borclu olduğu kirayə haqqını ödəyəcəyinə söz versə də, bu günədək Cavabdeh2 borclu olduğu kirayə haqqını ödəməmişdir. Ona görə də yuxarıda qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən kobudcasına pozulmuş, müqavilənin şərtləri lazımınca icra edilməmişdir. Nəticədə "xxxx" MMC-nin kirayə haqqını ödəmədiyinə görə 27 sentyabr 2022-ci il tarixə ona 18000 manat məbləğində borcu yaranmışdır. 26 sentyabr 2022-ci il tarixdə pretenziya ilə cavabdehə xəbərdar edilmişdir ki, 18000 min manat borc məbləğinin ödənişini 7 gün ərzində təmin etməsə, əks halda tərəfindən məhkəməyə müraciət ediləcək, borcdan əlavə məhkəməyə müraciətlə bağlı çəkdikləri xərclər, həmçinin öhdəliyin icrasını gecikdirməyə görə dəymiş ziyan iddia tələbinə əlavə edilərək tələb ediləcəkdir. Hazırki vaxtadək cavabdeh kirayə haqqının ödənilməsi ilə bağlı hər hansı bir hərəkət etməmiş, ümumiyyətlə, pretenziya məktubuna münasibət də bildirməmişdir. Hesab edir ki, cavabdeh üzərinə düşən müqavilə öhdəliklərini yerinə yetirmədiyindən, cavabdehdən kirayə pulu üçün nəzərdə tutulmuş pulun və müqavilə şərtlərinə görə dəymiş ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməlidir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-325/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddianın təmin edilməsi, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 Rahim oğlundan müştərək qaydada 36000 manat məbləğində pul və ödənilmiş 198 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 389.2, 389.3, 390, 399.1, 425, 430.1, 442-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh2 Rahim oğlu apelyasiya şikayəti və buraxılmış müddətin bərpası haqqında ərizə verərək qətnamənin ləğv edilməsini, iddianın ona münasibətdə təmin edilməməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında iddiaçının qeyd etdiyi müqavilə olsa da, faktiki olaraq həmin müqvilə üzrə öhdəliklər MMC-nin üzərinə düşür. Hazırkı vəziyyətdə məhkəmənin Cavabdeh2 həmin məbləğdə pulu tutması məqsədəmüvafiq deyildir. Həmçinin iddiaçı Cavabdeh2 pretenziya məktubu göndərərək bu barədə ona xəbərdarlıq etməmişdir. Bu səbəbdən də hesab edir ki, həmin kirayə haqqı üzrə öhdəliklər MMC-nin üzərinə düşür. Kirayə haqqının 2 qat hesablanmasını da qeyriqanuni hesab edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, şikayət prosessual müddətlərin ötürülməsi ilə verildiyindən geri qaytarılmalıdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, müqavilə cavabdehlərin özləri tərəfindən tərtib olunmuşdur. Cavabdeh dələduzdur, onunla bağlı aparılan cinayət işində 275 nəfər zərərçəkmiş var. Ev sökülüb, oradan ən axırıncı onlar çıxmışlar. Həmçinin hesab edir ki, şikayət müddət ötürülməklə verilmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavadehlər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh2 Rahim oğlunun vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixə səhər saatlarına öncədən təyin edilmiş məhkəmə iclasının olduğunu nəzərə alaraq iclasın digər tarixə təxirə salınmasını xahiş etmişdir. İşin halları, həmçinin prosesin təxirə salınmasını xahiş edən vəkilin ərizəsində qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi (həqiqətən, həmin tarixdə məhkəmə iclasının olması və bunun hazırki işə baxılmasına nə dərəcədə maneə törətməsi), eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
17. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamədən cavabdehlərdən yalnız Cavabdeh2 Rahim oğlu tərəfindən apellyasiya şikayəti verildiyindən, qətnamə yalnız iddianın ona münasibətdə olan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Kollegiya ilk növbədə apellyasiya şikayətinə əlavə edilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə münasibətdə qeyd edir ki, Cavabdeh2 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin təhvil alınması iş materialları ilə müəyyən olunmadığından və qanunvericiliklə buraxılmış prosessual müddətin bərpası barədə ərizənin verilməsi məhkəmə aktının təhvil alınması, lakin 1 aylıq müddətdə şikayətin verilməməsi halında bunun üzrlü qəbul olunması üçün nəzərdə tutulduğundan, hazırki iş üzrə həmin ərizəyə münasibət bildirmək üçün hər hansı zərurət olmamışdır və cavabdeh tərəfindən apellyasiya şikayəti prosessual müddətlərə uyğun olaraq təqdim edilmişdir.
29. Məhkəmə kollegiyası mübahisənin mahiyyəti ilə bağlı isə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
30. Belə ki, iş materiallarında olan "xxxx" MMC və təsisçi Cavabdeh2 Rahim oğlu ilə İddiaçı arasında bağlanmış 13 fevral 2018-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti başçısının 16 noyabr 2017-ci il tarixli 328 saylı sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında istismar müddətini bitirmiş qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyətçi”nin söküntüsü nəzərdə tutulmuş 4 (dörd) otaqdan ibarət (141 kv.m. ümumi sahəsi olan) mənzillərinin əvəzində həmin yerdə, yəni ünvan 2 ünvanında tikiləcək yüksəkmərtəbəli (18 mərtəbə) yaşayış binasında ümumi sahələri 173.4 kv.metr təşkil edən tam təmirli 2 (iki) mənzili birinci giriş (A blokunun) 10-cu mərtəbəsində 86.7 kv.m 2 otaqlı, həmin blokun 11-ci mərtəbəsində isə 86.7 kv.m 2 otaqlı “Mülkiyətçi’nin mülkiyətinə verilməsini, “Mülkiyətçi”nin isə söküləcək mənzilin "xxxx" MMC-nin istifadə və sahibliyinə verməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün, mənzili təhvil verdiyi andan aylıq 500 (beş yüz) manat kirayə haqqını almaq mülkiyyətçinin hüququdur. Müqavilənin 2.2.3-cü bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyətçi”yə qeyd olunan mənzilləri təhvil vermək "xxxx" MMC-nin vəzifəsidir. Bu müddətdə mənzil təhvil verilməzsə, mülkiyyətçi "İnşaat Konstruksiyaları” MMC-dən gecikdirilən hər ay üçün ödənən mənzil kirayə haqqının 2 (iki) misli miqdarında pul almalıdır. Əks halda bu pulu məhkəmə yolu ilə mülkiyyətçinin tələb etmək hüququ var. Müqavilənin 5.3-cü bəndinə əsasən müqavilə şərtlərinə və öhdəliklərə əməl edilmədikdə MMC ilə yanaşı təsisçilər də, öz əmlakları ilə müştərək qaydada məsuliyyət daşıyırlar.
31. Hacıqabul Rayon İcra Hakimiyyətinin Başçısının Qarasu Kənd İnzibati Ərazi Dairə üzrə Nümayəndəsinin 25 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Qədirov X1 rayonunun Qarasu kəndində yaşayır.
32. 26 sentyabr 2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, 13 fevral 2018-ci il tarixli müqaviləyə görə birinci tərəf "xxxx" MMC direktoru X4 Bakı şəhəri, Pirşağı qəsəbəsi, Sovxoz-2, Xəzri küçəsi, ev 1, mənzil 1 (AZE 17224130, 08/12/ 2017 ASAN-3) və təsisçi Cavabdeh2 Rahim oğlu Bakı şəhəri, S. Cəfərov küçəsi, 1, mənzil 32 (AZE 0******* )-ikinci tərəf mülkiyyətçi ünvan 2, mənzil 20 və mənzil 19-un sahibi İddiaçı (AZE No 0*******, Xətai RPİ, 08 yanvar 2005-ci il) "xxxx" MMC Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti başçısının 16 noyabr 2017-ci il tarixli 328 sayli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında istismar müddətini bitirmiş qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyətçi" nin söküntüsü nəzərdə tutulmuş 4 (dörd) otaqdan ibarət (141 kv.m ümumi sahəsi olan) mənzillərinin əvəzində həmin yerdə, yəni ünvan 3 ünvanında tikiləcək yüksəkmərtəbəli (18 mərtəbə) yaşayış binasında ümumi sahələri 173.4 kv.metr təşkil edən tam təmirli 2 (iki) mənzili birinci giriş (A blokunun) 10-cu mərtəbəsində 86.7 kv.m 2 otaqlı, həmin blokun 11-ci mərtəbəsində isə 86 7 kv.m 2 otaqlı "Mülkiyətçi”nin mülkiyyətinə verilməsi, "Mülkiyyətçi" nin isə söküləcək mənzilin "xxxx" MMC-nin istifadə və sahibliyinə verməsidir. Dəfələrlə "xxxx" MMC-nin təsisçi Cavabdeh2 Rahim oğlu ilə görüşüb və ona məxsus mobil nömrə ilə (050 210-04-75) əlaqə saxlanılarkən o, müxtəlif bəhanələr gətirərək qısa zamanda borclu olduğu kirayə haqqını ödəyəcəyinə söz versə də bu günədək Cavabdeh2 borclu olduğu kirayə haqqını ödəməmişdir. Ona görə də yuxarıda qeyd olunan müqavilənin tələbləri pozulmuş, müqavilənin şərtləri lazımınca icra edilməmişdir. Nəzərə çatdırır ki, "xxxx" MMC-nin kirayə haqqını ödəmədiyinə görə 27 sentyabr 2022-ci il tarixə ona 18000 (on səkkiz min) manat məbləğində borcu yaranmışdır. Hazırki pretenziya ilə xəbərdar edilir ki, 18000 min manat borc məbləğinin ödənişini 7 (yeddi) gün ərzində təmin edələr. Əks təqdirdə qanuni mənafeyinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət olunacaqdır.
33. Bank hesabından çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən 2018-ci ilin fevral ayında müqavilə bağlanıldığı vaxtdan 2023-cü ilin sentyabr ayına kimi hər ay üçün 500 manat kirayə haqqı olmaqla ümumilikdə 18000 manat kirayə haqqı ödənilməmişdir.
34. Beləliklə, apellyasiya baxışında müəyyən edilmişdir ki, "xxxx" MMC və təsisçi Cavabdeh2 Rahim oğlu ilə İddiaçı arasında bağlanmış 13 fevral 2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti başçısının 16 noyabr 2017-ci il tarixli 328 saylı sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında istismar müddətini bitirmiş qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyətçi”nin söküntüsü nəzərdə tutulmuş 4 (dörd) otaqdan ibarət (141 kv.m. ümumi sahəsi olan) mənzillərinin əvəzində həmin yerdə, yəni ünvan 2 ünvanında tikiləcək yüksəkmərtəbəli (18 mərtəbə) yaşayış binasında ümumi sahələri 173.4 kv.metr təşkil edən tam təmirli 2 (iki) mənzili birinci giriş (A blokunun) 10-cu mərtəbəsində 86.7 kv.m 2 otaqlı, həmin blokun 11- ci mərtəbəsində isə 86.7 kv.m 2 otaqlı “Mülkiyətçi”nin mülkiyətinə verilməsini, “Mülkiyətçi”nin isə söküləcək mənzilin "xxxx" MMC-nin istifadə və sahibliyinə verməsini öhdəsinə götürmüşdür. Bununla yanaşı, İddiaçı 2020-ci ilin fevral ayında müqavilə bağlanıldığı vaxtdan 2023-cü ilin sentyabr ayına kimi hər ay üçün 500 manat kirayə haqqı olmaqla ümumilikdə 18000 manat kirayə haqqı ödənilməmişdir.
35. Kollegiya qeyd edir ki, yuxarıda göstərilən müqavilənin şərtlərindən də göründüyü kimi cavabdehlər, o cümlədən Cavabdeh2 Rahim oğlu xx.xx.2018-ci il tarixli müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya ödənilməli olan kirayə haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdurlar.
36. Müqavilənin şərtlərinə görə cavabdehlərin hər ikisi götürülən öhdəliklə bağlı eyni qaydada məsuliyyət daşıdığından Cavabdeh2 borcun ondan deyil, digər cavabdehdən tutulması ilə bağlı arqumenti əsassız olmaqla onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh hesab edilməlidir.
37. Kollegiya cavabdehin ödənilməyən kirayə haqqı məbləğinin 2 qat hesablanmasının qanunsuz hesab edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
38. Qanunvericiliklə müqavilə tərəflərinə onun şərtlərini sərbəst qaydada müəyyənləşdirmək imkanı tanınmış, həmin şərtlərin qanuna zidd olmaması istisna olmaqla hər hansı məhdudlaşdırma təsbit etməmişdir. Hazırki iş üzrə də tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 2.2.3-cü bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyətçi”yə qeyd olunan mənzilləri təhvil vermək "xxxx" MMC-nin vəzifəsidir. Bu müddətdə mənzil təhvil verilməzsə, mülkiyyətçi "İnşaat Konstruksiyaları” MMC-dən gecikdirilən hər ay üçün ödənən mənzil kirayə haqqının 2 (iki) misli miqdarında pul almalıdır.
39. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə ilə mənzilin vaxtında təhvil verilməməsi halında hər gecikdirilən ay üçün hesablanan kirayə haqqının 2 qat məbləğində pulun tutulması təsbit olunmuş, müqavilə tərəflərin, o cümlədən Cavabdeh2 imzası ilə təsdiqlənmiş, qeyd edilən şərt hansısa formada mübahisələndirilməmişdir.
40. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq kirayə haqqı məbləğini razılaşdırıldıqları kimi iddiaçıya ödəməlidir.
41. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
43. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
47. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onu ödəmiş tərəflərin özünə aid edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-325/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova