Məhkəmə qərarları › İş №2(103)-5021/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5021/2021

09.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5021/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı – birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia və birləşdirilmiş iş üzrə Cavabdeh1, Birləşdirilmiş iş üzrə iddiaçı X9 nümayəndəsi X12 və vəkili X7 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsindən birləşdirilmiş iş üzrə iddiaçı X13 tərəfindən ayrılıqda və ilkin iddia və birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, Cavabdeh3 MMCə, Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əmlak üzərində pay hüququnun müəyyən edilməsi və sair tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış 21 dekabr 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən sahəsi 97 m² olan 46 saylı mənzildə 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 47 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış 21 dekabr 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən sahəsi 101 m² olan 47 saylı mənzilə mənzildə 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, “KİA Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış 29.09.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “KİA Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobildə 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, məhkəmə qətnamələrinə əsasən Cavabdeh3 MMC-dən Cavabdeh1 xeyrinə tutulmuş və hazırki vaxtadək ödənilməmiş 142320 (yüz qırx iki min üç yüz iyirmi) manat məbləğində pulda 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlər “xxxx” MMC-nin direktoru İmdad Dursunov və Cavabdeh1 hərəkətlərində cinayət əlamətləri aşkar olunduğundan bu barədə xususi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı X13 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçı qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçı ona məxsus ünvan 2 ünvandakı yaşayış sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanda İ giriş 12-cı mərtəbədə yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı mənzilə dair Cavabdeh2 ilə "Cavabdeh3" MMC arasında bağlanmış 21.12.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədırbəyova küçəsi. 8, M12, mənzil 1) dair X2 ilə X13 arasında bağlanmış 07.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X9 adına həmin mənzilə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı mənzilində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədırbəyova küçəsi. 8, M12, mənzil 1) 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, ünvan 3 ünvanda İ giriş 12-cı mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 47 saylı mənzilə dair Cavabdeh2 ilə "Cavabdeh3" MMC arasında bağlanmış 21.12.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədırbəyova küçəsi. 8, M12, mənzil 2) dair Cavabdeh2 ilə X13 arasında bağlanmış 07.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X9 adına həmin mənzilə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı mənzilində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədırbəyova küçəsi. 8, M12, mənzil 2) 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, “KİA Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış 29.09.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “KİA Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobildə 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, məhkəmə qətnamələrinə əsasən Cavabdeh3 MMC-dən X3 xeyrinə tutulmuş və hazırki vaxtadək ödənilməmiş 142320 (yüz qırx iki min üç yüz iyirmi) manat məbləğində pulda 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlər “xxxx” MMC-nin direktoru İmdad Dursunov və Cavabdeh1 hərəkətlərində cinayət əlamətləri aşkar olunduğundan bu barədə xususi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı, 26 fevral 2021ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair 21.12.2015-ci il tarixli müqavilələr; Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, , m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair Cavabdeh2 ilə X13 arasında bağlanmış 07.08.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilçəsi, X9 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, , m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə 07.08.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın və Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m 2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə 11.08.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi. Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə, 841-842, 5 saylı evin 51 saylı və 52 saylı mənzillərində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8 M12, mənzil 1 və mənzil 2) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı 06.08.2018-ci il tarixli icra sənədinə əsasən X4 Cavabdeh3 MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142320 manatın (mənzilə görə ödənilmiş 94880 manat, əldən çıxmış faydaya görə 47440 manat) 80.661 manatı məbləğinə pulda 2/1 hissədə İddiaçı İrizvan qızının, 2/1 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçı X9 birləşdirilmiş iş üzrə cavabdehlər X1, X5, X6 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamdən birləşdirilmiş iş üzrə iddiaçı X13 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsini və birləşdirilmiş iş üzrə iddiaçının iddiasının təmin edilməsini xahiş etmişdir. Qətnamdən həmçinin ilkin iddia və birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsini, birləşdirilmiş iş üzrə iddiaçı X9 iddiasının təmin edilməsini xahiş etmişlər. Məhkəməyə 21 may 2021-ci il tarixdə daxil olmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli məktubu ilə, mülki iş üzrə ilkin iddia üzrə iddiaçı – birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş protokola dair qeydlər barədə ərizəyə baxılması üçün işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı – birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xahiş edərək bildirdi ki, tərəfindən verilmiş protokola dair qeydlər barədə ərizəyə baxılması üçün işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia və birləşdirilmiş iş üzrə Cavabdeh1 etiraz edərək bildirdi ki, qarşı tərəfin məqsədi işin vaxtının uzadılmasıdır. Ona görə də sorğuya dair qərar qəbul edilməsini məhkəmə kollegiyasının mülahisəzinə buraxır. Məhkəmə kollegiyasının iclasında iştirak edən birləşdirilmiş iş üzrə iddiaçı X9 nümayəndəsi X12 və vəkili X10 etiraz edərək bildirdi ki, qarşı tərəfin məqsədi işin vaxtının uzadılmasıdır. Ona görə də sorğuya dair qərar qəbul edilməsini məhkəmə kollegiyasının mülahisəzinə buraxır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı – birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş protokola dair qeydlər barədə ərizəyə baxılması və ona hüquqi qiymət verilməsi üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı, 26 fevral 2021ci il tarixli qətnaməsindən birləşdirilmiş iş üzrə iddiaçı X13 tərəfindən ayrılıqda və ilkin iddia və birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apelyasiya şikayətləri apelyasiya baxışından çıxarılaraq mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar