Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5033/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1016/2022 saylı, 30 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanına ZENNER G4T MEXANİKİ tipli, **********0 saylı sayğac quraşdırılmışdır.
2. Cavabdeh İB-nin tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. Odur ki, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır.
3. Abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00155 sayla qeydiyyata alınmış abonent koduna 820,80 manat qaz sərfiyyatına görə borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən əsassız hesablanmış 820,80 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır. Faktiki olaraq ünvan 3 ünvanında yaşayır. Yuxarıda qeyd olunan ünvanda yeni tikilmiş fərdi yaşayış evini təbii qaz ilə təchiz etmək üçün Cavabdeh Xəzər rayon şöbəsinə bir neçə dəfə müraciət etdikdən sonra xx.xx.2020-ci il tarixdə birliyin əməkdaşları küçədəki qaz xəttindən - mənzilə gedən qaz xəttini çəkmiş, lakin qaz sayğacını quraşdırmamışlar. Novruz bayramı ərəfəsi olduğu səbəbindən yeni tikilmiş fərdi yaşayış evində quraşdırılmış istilik sisteminin yoxlanılması zərurəti yarandığından əraziyə nəzarət edən Cavabdeh İBnin əməkdaşından tezliklə qaz sayğacının quraşdırılması xahiş olunmuşdur. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşı bayramdan sonra qaz sayğacının quraşdırılacağını söz vermiş, lakin kombi sisteminin yoxlanılması üçün müvəqqəti olaraq sayğacdan kənar qazdan istifadə edilməsinə də şifahi razılıq alınmışdır. Bu səbəbdən qaz xəttindən qaz sayğacının birləşməli olduğu xətti rezin boru ilə birləşdirilmiş və xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər, cəmi 8 gün sayğacdan kənar təbii qazdan istifadə olunmuşdur. xx.xx.2020- ci il tarixdə Bakı Regional Qazın Satışı Deportamentinin Xidmət - 2 qrupunun üzvlərinin keçirdiyi yoxlama zamanı küçədəki qaz xəttindən mənzilə daxil olan qaz xəttinin rezin boru ilə birləşməsi faktı aşkar edilmiş və rezin boru ləğv edilmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh İB tərəfindən, Xəzər rayonu, Buzovna qəsəbəsi, Leyla Bədirbəyli küçəsi, Yeni Massiv ünvanına ZENNER G4T MEXANİKİ tipli, **********0 saylı sayğac quraşdırılmış, 10225416 saylı plomb vurulmuş, **********00155 saylı abonent kodu verilmiş, lakin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” akt həmin günü təqdim edilməmişdir. Bundan əlavə Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə heç bir müqavilə bağlanmamışdır. xx.xx.2020-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” ******* saylı akt tərtib olunmuş, aktda abonentin qeydiyyatının yeni olması qeyd edilmiş və həmin akt abonentin nümayəndəsinə təqdim edilmişdir. Yeni quraşdırılmış qaz sayğacı və qaz xətti küçədə yerləşdiyindən ona edilmiş müdaxilə (əgər belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) iddiaçı tərəfindən edilməsi belə aşkarlanmamışdır. Bildirir ki, iddiaçı tərəfindən qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Sayğacdankənar qeyri-qanuni qaz xəttinə müvəqqəti qoşulma razılaşdırma əsasında baş tutmuşdur. Hal-hazırki iş üzrə yaranmış mübahisə abonentin mənzilinə qaz sayğacının vaxtında quraşdırılmaması olmuşdur. Cavabdehin səhlənkarlığı nəticəsində abonent məcburiyyət qarşısında müvəqqəti olaraq qaz xəttinə sayğac quraşdırılmadan qoşulmuşdur. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2020- ci il tarixdə, saat 12:43-də çəkilmiş foto-şəkildə artıq rezin boru ləğv edilmişdir, lakin rezin boru vasitəsi ilə istifadə olunan xəttin nə vaxt aşkar edildiyi və foto-şəkilinin nə vaxt çəkildiyi təqdim edilməmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 14:47-də çəkilmiş foto-şəkildə artıq qaz sayğacının quraşdırıldığını və qaz sərfiyyatının 00046 m3 olması öz əksini tapmışdır. Lakin, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" xx.xx.2020-ci il tarixdə tərtib edilmiş ******* saylı aktda sayğacda olan ilkin göstərici 00691 m3 qeyd edilmişdir. Cavabdehin daha bir saxtakarlığı xx.xx.2020-ci il tarixdə “dəymiş ziyanın hesablanması və ödənilməsi" barədə tərtib edilmiş ******* saylı aktda öz əksini tapmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə birliyin əməkdaşları küçədəki qaz xəttindən mənzilə gedən qaz xəttini çəkmiş, lakin qaz sayğacını quraşdırmamışlar. xx.xx.2020-ci İİ tarixdə isə Bakı Regional Qazın Satışı Departamentinin Xidmət qrupunun üzvlərinin keçirdiyi yoxlama zamanı küçədəki qaz xəttindən mənzilə daxil olan qaz xəttinin rezin boru ilə birləşməsi faktı aşkar edilmiş və rezin boru ləğv edilmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh İB tərəfindən həmin ünvana ZENNER G4T mexaniki tipli, **********0 saylı sayğac quraşdırılmışdır. Lakin, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş ******* saylı aktda 3 ay müddətini tətbiq etməklə, yaz fəslini nəzərə almadan 8208 m3 dəymiş ziyan hesablanmışdır. Abonentin saldosunda 2021-ci il üçün həmin dövrdə edilmiş sərfiyyat öz əksini tapmışdır. Cavabdeh "Azəriqaz" İB abonenti qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparmadan şişirdilmiş rəqəm yazmışdır. Beləliklə, 01 fevral 2022-ci il tarixdə abonentin saldosunu aldıqda ona məlum olmuşdur ki, təbii qazın iİtirilməsinə görə, əsassız olaraq iddiaçının hesab koduna 1032,80 manat borc yazılmışdır. Ümumi sərfiyyat 3601 m3 olduğu halda, 485.0 manat ödəniş olmuşdur. Son illərdə cavabdeh Azəriqaz İB üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonentlər tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki olaraq abonentlərin kənar xətdən istifadə etməyi üçün şəralt yaratmaqla, aktlar tərtib etməklə abonentlərdən dəymiş zərərin ödənilməsini tələb edir. Zərərin əvəzi ödənilmədikdə məhkəmədə iddia qaldırır. Mübahisənin düzgün həlli üçün ilkin olaraq tələbin qanuni əsası tapılmalıdır. Hazırkı halda iddiaçı cavabdehdən qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma barədə tərtib edilmiş qeyri-qanuni aktın ləğvini tələb edir. Belə olan halda hazırkı iddia tələbinin əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin birlikdə götürülmüş 1092 (əsassız varlanma) maddəsi təşkil edir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, həmin akt birtərəfli qaydada tərtib edilmiş və iddiaçı həmin aktı imzalamamışdır.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1016/2022 saylı, 30 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu **********00155) hesablanmış 747,84 (yeddi yüz qırx yeddi manat səksən dörd qəpik) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, 30,0 (otuz) manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh təşkilat tərəfindən 820,80 manat ziyanın hesablanmasına əsas olmuş akt iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş və qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktların bir nüsxəsi abonentə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Həmçinin qeyd edilməlidir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Eyni zamanda məhkəmə araşdırılması zamanı iddiaçının abonent hesabına 2020-ci ilin may ayında hesablanmış 820,80 manat borcun nədən ibarət olması, hansı səbəbdən iddiaçıdan tələb olunması barədə sübutlar məhkəməyə təqdim edilməməklə həmin borcun əsaslı olaraq iddiaçıdan tələb edilməsi halı müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş aktda iddiaçı tərəfindən cavabdehə 820,80 manat dəyərində ziyanın dəyməsi qeyd olunsa da, dəymiş ziyanın qeyd olunan məbləğdə olmasına dair cavabdeh tərəfindən sübutlar məhkəməyə təqdim edilmədi. İddiaçı məhkəmə iclasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər, cəmi 8 gün müddətində sayğacdan kənar təbii qazdan istifadə etməsini etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən qəbul edildiyindən, məhkəmə hesab etmişdir ki, sayğacdan kənar təbii qazdan istifadə olunmuş günlərin sayına görə cavabdehə dəymiş ziyanın məbləği akt üzrə hesablanmış dəymiş ziyanın məbləğindən çıxılmalı, qalan borc iddiaçının abonent hesabından silinməlidir. Belə ki, cavabdeh tərəfindən tərtib olunmuş aktda dəymiş ziyanın məbləği 90 gün üçün hesablanmışdır. Həmin cədvələ əsasən hesablama apardıqda 8 gün müddətində sayğacdan kənar təbii qazdan istifadə edilməsi nəticəsində 72,96 manat (1,2x24x8=230,4 m3 ; 2,6x24x8=499,2 m3 ; 230,4+499,2=729,6 m3 ; 729,6x0,10=72,96 manat) məbləğində cavabdehə ziyan dəyməsi müəyyən edilmişdir. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə 2020-ci ilin may ayında iddiaçının abonent hesabına (abonent kodu **********00155) hesablanmış 747,84 (820,80-72,96=747,84 manat) manat məbləğində borc silinməlidir.
8. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20, 21.1, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5, 6.7 eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək iddianın qalan hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübutedir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə akt tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qazsayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Təqdim olunmuş aktlara hərtərəfli və tam baxılmayıb, hakim təqdim edilən aktları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Qeyd edildiyi kimi iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza və yerində müayinə təyin edilməsi zəruri və qaçınılmazdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, tərəflər məhkəmə iclasında gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13.«Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
14. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
16. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apelyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini xahiş etmiş, iddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
21. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı akt tərtib edilmiş, iddiaçıya akt əsasında 820,80 manat məbləğində borc hesablanmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər, cəmi 8 gün sayğacdan kənar qaz xəttindən istifadə etdiyini bildirir. 22.Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Cavabdeh tərəfindən akt əsasında itirilmiş qaz sərfiyyatı 90 gün hesablanmaqla aparılması qanunvericiliyin tələblərinə zidd olması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət haqlı olmuşdur. 23.Belə ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməkdə haqlıdır, lakin həmin hallarla bağlı hesabat 90 gün müddətinə tərtib edilməsi qanunvericiliyin tələblərinə ziddir. 24.Bununla belə birinci instansiya məhkəməsi silinməli olan məbləğin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. 25.Belə ki, birinci instansiya məhkəməsi yalnız iddiaçının məhkəmə iclasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər, cəmi 8 gün müddətində sayğacdan kənar təbii qazdan istifadə etməsi barədə etirafını nəzərə almışdır. 26.Halbuki iş materiallarından görünür ki, olan xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanına ZENNER G4T MEXANİKİ tipli, **********0 saylı sayğac quraşdırılmışdır. 27.Həmçinin iş materiallarında olan Cavabdeh İB-nin tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktdan müəyyən edilir ki, həmin mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. 28.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sayğac quraşdırıldığı vaxtdan akt tərtib edilənə qədər olan müddət ərzində də iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilmişdir. Çünki sayğac quraşdırılmamışdan qabaq iddiaçı, 8 gün üçün sayğacdan kənar təbii qazdan istifadə edilməsini qəbul edir, bundan sonra 14 may 2020-ci il tarixdə artıq sayğac quraşdırılarkən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı mövcud olmuşdursa bu barədə akt tərtib edilməli idi. Lakin işdən göründüyü kimi bu barədə akt xx.xx.2020-ci il tarixdə tərtib edilərək hesabat müddəti əvvəlki 90 gün qəbul edilib, itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Belə olan halda sayğacdan kənar təbii qazdan istifadə edilməsi müddəti üçün sayğac quraşdırdırıldığı vaxtdan akt tərtib edilən vaxta qədər olan 18 günlük müddət də nəzərə alınmalıdır. 29.Göründüyü kimi iddiaçının etiraf etdiyi 8 gündən əlavə olaraq 18 gün müddətində sayğacdan kənar təbii qazdan istifadə edilməsi nəticəsində 164,1 manat (1,2x24x18=518.4 m3 ; 2,6x24x18=1123.2 m3 ; 518.4+1123.2=1641.6 m3 ; 1641.6x0,10=164.1 manat) məbləğində də cavabdehə ziyan dəyməsi müəyyən edilmişdir. 30.Bununla da apellyasiya şikayətinin dəlillərinin qismən əsaslı olması müəyyən edilmişdir. 31.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə 2020-ci ilin may ayında iddiaçının abonent hesabına (abonent kodu **********00155) hesablanmış 583.74 (747,84- 164.1=583.74 manat) manat məbləğində borc silinməlidir.
32. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində dəyişdirilməklə, iddiaçıya hesablanan silinməli borcun məbləği 583.74 manat müəyyən edilməli, mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilməlidir.
33. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində iddianın qiyməti - 820,80 manat olmuş, hazırki qətnamədə isə iddia tələbi ümumilikdə 583.74 manat həcmində təmin edilmişdir. Göründüyü kimi qeyd olunan məbləğlər beş min manatdan az olduğundan, istinad edilən normanın tələbləri baxımından həmin qətnamədən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1016/2022 saylı, 30 mart 2022-ci il tarixli qətnaməsi – iddia tələbinin təmin edilən hissəsində dəyişdirilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu **********00155) hesablanmış 583.74 (beş yüz səksən üçün manat, yetmiş dörd qəpik) manat məbləğində borc silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov