Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5033/2024 09.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Heydər Əliyev adına X5 Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülmüşdür) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Heydər Əliyev adına X5 Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-266/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı Heydər Əliyev adına X8 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Heydər Əliyev adına X8 Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində Heydər Əliyev adına X7 məxsus neft məhsulu nəql olunan Dş-500, Dş-400, Dş-300 və Dş-250 (iki ədəd) mm neft boru kəmərlərinin ”Mühafizə Zonası”nda aparılan tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-266/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Heydər Əliyev adına X5 Cavabdeh qarşı – Bakı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-300 mm-lik neft boru kəmərinin “Mühafizə Zonası”nda Cavabdeh tərəfindən inşa edilmiş bütün tikililərin sökülməsi barədə iddia tələbinin rədd edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı Heydər Əliyev adına X5 özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçı Heydər Əliyev adına X4 alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
3. Həmin qətnamədən iddiaçı Heydər Əliyev adına X8 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-266/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
4. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
6. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
7. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
8. Həmin Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
9. Həmin Məcəllənin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-266/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı Heydər Əliyev adına X8 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
11. Belə ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-266/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi iddiaçı Heydər Əliyev adına X5 elektron kabinetinə 13 iyun 2024-cü il tarixdə yerləşdirilmişdir.
12. Qətnamədən iddiaçı Heydər Əliyev adına X8 tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir.
13. Göründüyü kimi iddiaçı Heydər Əliyev adına X8 apellyasiya şikayəti verdiyi zaman qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüş olmuşdur.
14. Bununla belə iddiaçı həmin qətnamədən şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə də təqdim etməmişdir.
15. Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
16. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
17. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-266/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı Heydər Əliyev adına X8 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, eləcə də ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verilmədiyindən qeyri-mümkün hesab edilməli və şikayət qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405.0.2ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARAALDİ:
Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-266/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı Heydər Əliyev adına X8 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət iddiaçı Heydər Əliyev adına X7 geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev